Trampın ad günündə Vaşinqtonda hərbi parad olacaq .....                     "Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... .....                     Rejimi “Traktor”un qabağına vermək... .....                     Paşa Texnikin həyatı film olur .....                     Rusiya Həsənovu niyə axtarır? .....                     “Georgi lenti” türk ordusuna qarşı təsis edilib .....                     Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır .....                     Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub .....                     Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər .....                     Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! .....                     Hüseyn axtarışa verilməsindən danışdı .....                     16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? .....                     Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? .....                     İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur .....                     Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib .....                     Obyektlərin qiyməti niyə "cib yandırır"? .....                     Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil .....                     Azərbaycanın şərab şirkəti səhmdarlarını .....                     Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: .....                     "Suriyalı həmkarımla görüş əla keçdi" .....                     “Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” .....                     Neft təhlükəli həddə ucuzlaşır: .....                     Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək .....                     Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender .....                     Mərkəzi Bankın proqnozu özünü doğrultmadı .....                     Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI .....                     Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” .....                     Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: .....                     Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi .....                     “Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” .....                     İbrahim sazişləri Cənubi Qafqazda: .....                     "Bir də ayılır ki, konsert bitib" .....                     Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib .....                     308 saylı məktəbdə BAZAR AÇIBLAR? .....                     Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? .....                     Təhsil sistemində ƏN YEMƏLİ YER... .....                     Türkiyə generalları Bakıda nəyi müzakirə edir? .....                     Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… .....                     Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur .....                     “Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” .....                 

Əhməd Əhmədovu həbsxanaya aparan «turşulu aş ziyafəti» - ŞOK RÜŞVƏT İDDİASI
Tarix: 24-10-2022, 11:34 | Çap et
Əhməd Əhmədovu həbsxanaya aparan «turşulu aş ziyafəti»
Naxçıvan MR sabiq Daxili İşlər naziri Əhməd Əhmədovun həbsinin səbəbləri ilə bağlı maraqlı məlumat əldə etmişik.

DİA.AZ bildirir ki, Ovqat.com-un etibarlı qaynaqlardan əldə etdiyi məlumata görə, Əhməd Əhmədov iki səbəbə görə həbs olunub.

Səbəblərdən biri sabiq nazirin «Cahan» Holdinqin prezidenti Vüqar Abbasov və «vəliəhd xanzadə» Rza Talıbovla sərt mübahisəsidir. İddialara inansaq, mübahisələr o qədər ağır olub ki, Əhməd Əhmədov onları təhqir edib.

Sonu sabiq nazirin həbsi ilə birən mübahisənin əsas səbəbi mülkiyyət davası imiş. Bildirilir ki, Əhməd Əhmədov işdən azad olunub Bakıya gəldikdən bir neçə il sonra Vüqar Abbasov onunla görüşür. Onunla hansısa məsələdə sövdələşmələr aparır. Açığı, sövdələşmənin nə üzərində getdiyi barədə hər hansı fikir bildirilməsə də, görüşün sabiq nazir Fazil Ələkbərovun uzunmüddətli gedər-gəlməz məzuniyyətə göndərildiyi zaman baş tutduğu qeyd olunur. Xatırlayırsınızsa, o zaman biz Fazil Ələkbərovun gedər-gəlməz məzuniyyətə göndərildiyi barədə məlumat verərək bildirmişdik ki, Naxçıvan MR rəhbərliyi onun yerinə "yağlı alternativ" axtarır. Bir növ, Naxçıvanın Daxili İşlər naziri postu hərraca çıxarılır. Mümkündür ki, Əhməd Əhmədovla sövdələşmə də məhz bu hərrac üzərində olub.

Məlumata inansaq, Vüqar Abbasov sabiq nazirlə Rza Talıbovun istəyi ilə görüşüb. Görüşdə qərara alınıb ki, Əhməd Əhmədov ondan tələb olunan icazə haqqını vermək üçün Bakıdakı mülklərindən «Cahan» Holdinqin xeyrinə imtina edəcək, əlavə «vəliəhd xanzadə»yə 7 milyon dollar verəcək. Görünür, Əhməd Əhmədovun Vüqar Abbasovun adına keçirdiyi mülkiyyət 3 milyon dollar dəyərində olub. «Cahan» Holdinqin ixtiyarına verilən mülklərin siyahısını bu yaxınlarda yayımlayacağıq. İndi isə sadəcə onu deməklə kifayətlənirik ki, dövr edilən mülklər arasında «Asan Xidmət»in Bakıxanov filialının binası da var. Bundan əlavə, Əhməd Əhmədovun Türkiyədəki 2 evi də qarşı tərəfin adına keçiriləcəkmiş.

Sövdələşmə baş tutub və Əhməd Əhmədov üzərinə düşən öhdəlikləri yerinə yetirib. Amma ona verilən söz tutulmayıb. Bu da Əhməd Əhmədovun qəzəbinə yol açıb və o, Vüqar Abbasova zəng edərək, əlindən alınan mülklərinin geri qaytarılmasını tələb edib. Rədd cavabı alınca da, təbii ki, gözünü yumub, ağzını açıb. Məşhur zərbi-məsəldə deyidiyi kimi, «nə yemisən, turşulu aş».

Qəzəbi bununla da soyumayan Əhməd Əhmədov Rza Talıbova da zəng vurub. Eyni qaydada onu da «turşulu aş»a qonaq edib. Əhməd Əhmədovun həbsinin əsas motivinin bu mübahisədən qaynaqlandığı iddia olunur. Məhz sözügedən «turşulu aş» ziyafətindən sonra Əhməd Əhmədov aldadılaraq Naxçıvana çağırılıb. Görünür, ya mülkiyyətini geri alacağına, ya da vəzifəyə gətiriləcəyinə inandırılaraq Naxçıvana gətirilən Əhməd Əhmədov elə aeroportdaca qoluna qandal vurularaq Böyükdüz «əsirxana»sına göndərilir.

Əhməd Əhmədovun həbsini şərtləndirən digər bir amil əslində ona etibar edilməməsinin də başlıca səbəbi kimi xarakterizə edilə bilər. İddiaya görə, Əhməd Əhmədov Naxçıvandan «yağlı təklif» alarkən, Bakıda ən yüksək dairələrlə görüşmək istəyirmiş. Məqsədi, təbii ki, Bakıdan da xeyir-dua almaq olub. Əhməd Əhmədovun bu təşəbbüsü «xan» həzrətlərini əməlli-başlı qəzəbləndirib. Bakıdan xeyir-dua almaq istəyən istənilən məmura casus kimi baxan «xan» həzrətləri əyan-əşrəfinə göstəriş verib ki, nəyin bahasına olursa-olsun, onun başının üstündən iş görməyə çalışan Əhməd Əhmədovu aldadıb Naxçıvana gətirsinlər və qoluna qandal vurub ağlı başına gələnədək «əsirxana»ya salsınlar.

«Xan» əmrinin yerinə yetirilməsi üçün Naxçıvandakı bütün strukturlar hərəkətə keçib və Əhmədovu «bişirib» «kiçik torpağa» getməyə razı salıblar. Prinsipcə, onu aldatmaq da çətin olmayıb. Çünki Muxtar Respublikada vəzifəyə gətiriləcəyini və ya əlindən çıxan mülkiyyətini "dirildəcəyini" düşünən Əhmədov istər-istəməz Naxçıvana getməyə məhkum idi.

Yeri gəlmişkən, Əhməd Əhmədov işdən çıxarıldıqdan 4 il sonra həbs olunub. Onun barəsində rüşvət aldığına və korrupsiyaya bulaşdığına görə cinayət işi açılıb. Mənbəmizin üzərində dayandığı əsas məqam da bununla bağlıdır. Onun fikrincə, Əhməd Əhmədov həqiqətən də barəsində irəli sürülən iddialara görə, həbs olunsaydı, Naxçıvan hüquq mühafizə orqanları niyə 4 il gözləyirdi? Axı onu işdən çıxarıldıqdan dərhal sonra həbs etmək daha məntiqli və məqsədəuyğun olardı.

P.S. Digər iddialara görə, Əhməd Əhmədov əslində paytaxtda özünə münasib bir iş tapıb. Amma Azərbaycanın yazılmamış qanunlarına əsasən, Naxçıvanda işdən çıxarılan hər hansı məmur Bakıda işə düzəlmək üçün mütləq «xan» həzrətlərindən izn almalıdır. Naxçıvanın Çar Rusiyasından qalan bu «təhkimçilik hüququ» istər-istəməz Əhməd Əhmədovu «xan» qapısına minnətçi düşməyə vadar edib. Muxtar Respublikanın dərəbəyləri ilə aparılan danışıqlar nəticəsində «xan» icazəsi 10 milyon dollar dəyərində qiymətləndirilib.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Trampın ad günündə Vaşinqtonda hərbi parad olacaq
Bu gün, 05:44
"Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... - Cəzası nə olacaq?
Bu gün, 00:42
Rejimi “Traktor”un qabağına vermək... - Tehran niyə təşvişə düşüb?
Bu gün, 00:38
Paşa Texnikin həyatı film olur
Bu gün, 00:33
Rusiya Həsənovu niyə axtarır? – Azərbaycanda diqqətçəkən olaylar
Bu gün, 00:31
“Georgi lenti” türk ordusuna qarşı təsis edilib - İLGİNC FAKT
Bu gün, 00:24
Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır - ZARAFAT DEYİLMİŞ
Bu gün, 00:21
Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub - SİYAHI
Bu gün, 00:18
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər
Dünən, 22:17
Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
Dünən, 22:13
Hüseyn axtarışa verilməsindən danışdı - "Hər şey o qədər də dramatik deyil..."
Dünən, 22:11
16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:02
Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? - AKTUAL
Dünən, 20:56
İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur - FOTO
Dünən, 20:03
Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib - TASS
Dünən, 19:57
Obyektlərin qiyməti niyə "cib yandırır"? - AKTUAL
Dünən, 19:02
Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Azərbaycanın şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Dünən, 18:58
Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: SAKİNLƏR NARAZIDIRLAR
Dünən, 18:17
"Suriyalı həmkarımla görüş əla keçdi" - Tramp
Dünən, 18:10
“Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” - deputat
Dünən, 18:06
Neft təhlükəli həddə ucuzlaşır: - Azərbaycanda riskli vəziyyət yarana bilər
Dünən, 18:04
Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək - Cəmi bir namizəd var
Dünən, 18:01
Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender - LƏĞV OLUNDU
Dünən, 17:53
Mərkəzi Bankın proqnozu özünü doğrultmadı – Nə baş verəcək?
Dünən, 17:51
Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI - AÇIQLAMA
Dünən, 17:41
Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” - QALMAQAL
Dünən, 17:36
Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: - “Tanıyıram, seçicimdir, amma…”
Dünən, 17:32
Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi - İLGİNC
Dünən, 17:25
“Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” - Faiq Sucəddinov
Dünən, 17:21
İbrahim sazişləri Cənubi Qafqazda: - Sülh üçün şans, yoxsa riskli eksperiment?
Dünən, 17:19
"Bir də ayılır ki, konsert bitib"
Dünən, 17:12
Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib - TƏFƏRRÜAT
Dünən, 17:05
308 saylı məktəbdə BAZAR AÇIBLAR? - RƏSMİLƏR TƏKZİB EDİR
Dünən, 17:02
Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? - VİDEO
Dünən, 17:00
Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
Dünən, 16:57
Türkiyə generalları Bakıda nəyi müzakirə edir? - MÜHÜM
Dünən, 16:49
Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - NƏ DƏYİŞDİ Kİ?
Dünən, 16:43
Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur - 65 MİLYONLUQ TENDERLƏR UDULDU
Dünən, 16:34
“Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:30
Ukraynada döyüşən azərbaycanlı muzdlu HƏBS EDİLDİ
Dünən, 16:25
Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu
Dünən, 16:23
Məşhur milyonçunun qardaşı hakim qarşısında – Bakıdakı dəhşətli partlayışda suçlanır
Dünən, 16:19
Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib
Dünən, 16:15
“TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib - "Evimə qayıtmaq istəyirəm"
Dünən, 16:14
Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib
Dünən, 15:05
“Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı - DETALLAR
Dünən, 15:03
İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
Dünən, 14:56
Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi - Deyir ki, bir ay əvvəl verdiyi qərarı indi açıqlaır...
Dünən, 14:54
“Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
Dünən, 14:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru