İmişlidə rus simvollarını təbliğ edən şəxs YAP-dan REAKSİYA .....                     "Səba" külli miqdarda borca düşdü, .....                     Xarici ölkənin xüsusi xidmət orqanına casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb .....                     Vasif Əmirova daha yüksək vəzifə verildi .....                     Ağdam təhsilində biabırçılıq DAVAM EDİR... .....                     Robert Köçəryan Levon Ter-Petrosyana “Mən albanam” deyib... .....                     Vəzifəli şəxsin fermasını talayan mühafizəçi ilə bağlı .....                     Paşinyan Albaniyada ikitərəfli görüş keçirəcək .....                     Polşa Vaşinqtona sərt mesaj göndərib .....                     Bakı və Ankara “qara siyahı”da: İrəvanın dostu qəzəbləndi .....                     TikTok-da tanış olduğu qızı alçaldan gəncin işinə yenidən baxılacaq .....                     “Nazirlər bilmirdilər ki, məndən 5-6 il qabaq orada səfirliyimiz olub” .....                     “Ailə Park”ın direktorunun cinayət işi: zərərçəkmişlər ağır cəza tələb etdi .....                     Dərs yükü şagirdləri yorur: bu sistemdən imtina etməsək… .....                     “Azər-Avtonəqliyyat”ın rəhbəri dəyişir .....                     “Qəçrəş” ASC-nin səhmdarları bir araraya toplaşır .....                     Papikyanın SIX SƏFƏR TRAFİKİ... .....                     "Mən onlardan pulu necə geri ala bilərəm?" .....                     Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... .....                     Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? .....                     "Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" .....                     Vəzifəli şəxs küçədə vətəndaşı döydü .....                     "Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" .....                     Övladlar kriminala niyə yönəlir? .....                     3 il sonra yenidən İstanbulda: .....                     Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? .....                     Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır .....                     İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır .....                     ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir .....                     Bazardakı bahalıq Rusiya ilə bağlıdır? .....                     İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır .....                     Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır .....                     Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır... .....                     Kürd Fəhlə Partiyası adını dəyişib başqa təşkilat adı altında terroru davam etdirə bilər .....                     “Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir” .....                     Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? .....                     Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR .....                     Arslan Hacıyevi kim belə himayə edir ki... .....                     Partiya sədri DTX-yə çağırış etdi .....                     Trampın ad günündə Vaşinqtonda hərbi parad olacaq .....                 

Nəqliyyat naziri işdən çıxan qardaşı ilə bağlı əsəbi danışdı
Tarix: 6-02-2014, 10:44 | Çap et
Nəqliyyat naziri işdən çıxan qardaşı ilə bağlı əsəbi danışdı
Məlum olduğu kimi, nəqliyyat naziri Ziya Məmmədov qardaşını işdən çıxarıb. Belə ki, o bir neçə gün əvvəl qardaşı ilə bağlı əmr verib. Həmin əmrdə bildirilir ki, Nəqliyyat Nazirliyinin tərkibində fəaliyyət göstərən "MMC 85"adlı qurumun rəhbəri Nəriman Məmmədov vəzifəsindən azad olunsun.

Xatırladaq ki, bir müddət əvvəl Nəqliyyat naziri Ziya Məmmədovun başçılığı ilə "Avtomobil yollarında mövcud vəziyyət və qarşıda duran vəzifələr" adlı kollegiya iclası keçirilib. Həmin iclasda nazir vurğulayıb ki, ağır yüklü nəqliyyat vasitələri tərəfindən yolların dağıdılmasının qarşısının alınması üçün lazimi tədbirlər görülməyib və bu məsələ tezliklə həll edilməlidir. Məsələnin maraqlı tərəfi isə bundan ibərətdir ki, nazirin həmin kollegiya iclasında tənqid etdiyi sahəyə məhz qardaşı Nəriman Məmmədov məsul imiş. Onun vəzifədən hansı səbəblər üzündən çıxarılması barədə bir qədər sonra daha ətraflı məlumat verəcəyik. Hələliksə, nazirin vəzifədən çıxarılan qardaşını daha yaxından tanımağa çalışaq...

Kimdir, Nəriman Məmmədov?

Artıq bildiyimiz kimi bu şəxs ölkənin aparıcı və nüfuzlu məmurlarından biri olan nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır. Elə bu məqam da Nəriman Məmmədovun uzun illər yüksək vəzifələrdə çalışmasına şərait yaradıb. Maraqlıdır ki, onun vəzifə tutduğu bütün böyük vəzifələr də məhz qardaşının nazir olduğu nəqliyyat strukturlarında olub.
Əldə etdiyimiz məlumatlara görə, bir neçə il bundan öncəyə qədər Dövlət Dəmiryol QSC-də maliyyə idarəsinin rəisi vəzifəsində çalışan Nəriman Məmmədov işlədiyi dövr ərzində olduqca böyük maliyyə maxinasiyalarına imza atıb. Mənbənin sözlərinə görə, həmin vaxt nazir qardaşından şikayətlər o qədər artıb ki, Ziya Məmmədovun onu tutduğu vəzifədən azad etməkdən başqa çıxış yolu qalmayıb. Bundan sonra bir müddət işsiz qalan Nəriman Məmmədov daha sonra nazir olan qardaşının sayəsində Nəqliyyat Nazirliyində daha böyük və gəlirli vəzifəyə gətirilib. N.Məmmədov qardaşının rəhbərlik etdiyi nazirlikdə Ekspedisiya İdarəsinin rəisi vəzifəsinə təyinat almağı bacarıb. Amma yaş senzinin tətbiq olunması ilə əlaqədar nazir qardaşı bir müddətdən sonra həmin vəzifədən də çıxarılıb. Amma bu heç də onun "çörəksiz qalması" demək deyildi. Nazir qardaşı bu dəfə ona başqa bir yağlı vəzifə hazırlamışdı...

Nazir qardaşı MMC
rəhbəri olur və...

Bundan sonra Ziya Məmmədov qardaşına "Azəryolservis" ASC-nin nəzdində yeni bir MMC yaradıb. Nazir qardaşının yeni MMC-sinə xüsusi ofis də təşkil olunub. "MMC 85" adlanan bu qurumun səlahiyyətləri və qazanc mənbələri isə kifayət qədər geniş idi. Belə ki, son günlərə qədər N.Məmmədovun rəhbərlik etdiyi MMC-yə yüksək səlahiyyətlər və funksiyalar verilmişdir. "Azəryolservis"in nəzdindəki Yolların Mühafizəsi İdarəsinin əksər səlahiyyətləri, işçiləri də ixtisara salınmaqla yeni MMC-yə verilmişdi. Qaynağımız bildirir ki, bu sahə büdcədən ayrılan pulların bölüşdürülərək yeyilməsində xüsusi yer tutur. Belə ki, yollara aid bütün mühafizə, baryer qurma, təmir-tikinti və sair işlərə, o cümlədən ağır tonnajlı maşınlara nəzarət etmək üçün qurulan tərəzi şəbəkəsinə yeni MMC rəhbərlik edirmiş.
Həmin vəzifədə isə nəqliyyat sektorundakı bütün yükdaşımaları istisnasız olaraq əlində cəmləşdirən Nəriman Məmmədov burada da dinc dayanmayıb və qanunsuz yollarla fantastik məbləğdə qazanc əldə edib. Bununla bağlı qəzetimizi məlumatlandıran mənbə bildirir ki, Nəriman Məmmədov yük maşınlarının hər birinə 600 manatlıq "haqq" qoyubmuş və təkcə bu yolla milyonlarla vəsait qazanırmış. Amma yuxarıda da qeyd etdiyimiz kimi, nazir qardaşının səlahiyyətləri o qədər geniş imiş ki, yükdaşımadan əldə olunan gəlir ümumi qazancın yalnız cüzi hissəsini təşkil edirmiş. Bunlar öz yerində, amma hələ də açıq qalan bir sual var ki, həmin sualın cavablandırılması vacibdir...

Nazir qardaşı nəyin
güdazına getdi?

Doğrudan da maraqlıdır, qardaşı nəqliyyat naziri ola-ola Nəriman Məmmədovun vəzifədən alınması olduqca müəmmalı görünür. Verilən rəsmi açıqlamaya inansaq, belə çıxır ki, Nəriman Məmmədovu elə qardaşı Ziya Məmmədov işdən azad edib. Amma rəsmi açıqlamalar heç də həmişə həqiqəti əks etdirmədiyindən burada şübhəli məqamların varlığı da istisna olunmamalıdır. Mövzuyla bağlı Nəqliyyat Nazirliyindəki adının açıqlanmasını istəməyən mötəbər mənbə bizimlə söhbətində bildirdi ki, əslində Nəriman Məmmədovun tutduğu vəzifədən azad olunması Ziya Məmmədovun iradəsindən kənar şəkildə baş verib. Daha doğrusu, onun qardaşının həyata keçirdiyi iri miqyaslı maliyyə maxinasiyalarının aşkarlanması Nəriman Məmmədovun sonunu təmin edib. Nazir Ziya Məmmədov isə bütün səylərinə baxmayaraq qardaşını qoruya bilməyib.
Bu iddianın nə qədər doğru olduğunu öyrənmək məqsədilə qarşı tərəflə məsələni dəqiqləşdirmək qərarına gəldik. Bütün bu məsələlərlə bağlı isə nəqliyyat naziri Ziya Məmmədovdan başqa kimsə daha ətraflı informasiyaya malik ola bilərmi? Təbii ki, yox. Elə bunu nəzərə alaraq, nəqliyyat naziri Ziya Məmmədovun şəxsi telefon mömrəsinə zəng vururuq....

Ziya Məmmədov telefonu
qaldırır və əsəbləşir....

"Unikal" qəzetinin əməkdaşı nazir Ziya Məmmədovdan baş verənlərlə bağlı geniş müsahibə, heç olmasa qısa açıqlama almaq məqsədilə onun telefonuna zəng vurdu. Dəstəyi göztürən nəqliyyat naziri Ziya Məmmədovla əməkdaşımız arasında baş vermiş telefon danışığını olduğu kimi oxucularımızın diqqətinə çatdırırq:
- Alo, salam, Ziya müəllim...
- Salam. Kimdir danışan?
- Ziya müəllim, sizi "Unikal" qəzetindən narahat edirik, bir mövzuyla bağlı
- Eşidirəm
- Bu gün qardaşınız Nəriman Məmmədovun işdən azad olunması xəbəri yayılıb, bununla bağlı fikirlərinizi öyrənmək istərdik...
- Əvvəla, qardaşımı işdən azad eləməmişəm, onun vəzifəsini dəyişmişəm, bunların sizə dəxli var?
- Deyilənə görə, o DDY-da işlədiyi dövrdədə işində verdiyi nöqsanlara görə vəzifəsindən uzaqlaşdırılmışdı, bugündə?
- Kişini işdən də çıxardarlar, yeni işə də qoyarlar, kişinin işdə nöqsanları da olar... Bunun sizə-"Unikal" qəzetinə nə dəxli... Mənim bu nömrəmə niyə zəng eləmiziniz?
- Ziya müəllim, sizlə başqa heç cür əlaqə saxlamaq olmur axı.
- Daha bu nömrəyə zəng eləməyin"
Bununla da nazirlə söhbət yekunlaşdı. Düzdür, biz ondan baş verənlərlə bağlı təfərrüatlı bilgi ala bilmədik. Amma düşünürük ki, Ziya Məmmədovun qısa müsahibədə işlətdiyi fikirlərdən hansısa nəticələrə gəlmək olar. Konkret olaraq hansı nəticələrə gəlməyi isə hörmətli "Unikal" oxucusunun öz öhdəsinə buraxırıq...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İmişlidə rus simvollarını təbliğ edən şəxs YAP-dan REAKSİYA - “O şəxsin əqli vəziyyətinin qiymətləndirilməsinə ehtiyac var”
Bu gün, 09:58
"Səba" külli miqdarda borca düşdü, bütün paylarını satışa çıxardı, rəhbəri dəyişdi
Bu gün, 09:53
Xarici ölkənin xüsusi xidmət orqanına casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb
Bu gün, 09:50
Vasif Əmirova daha yüksək vəzifə verildi - SOCAR-da yeni təyinat
Bu gün, 09:47
Ağdam təhsilində biabırçılıq DAVAM EDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:44
Robert Köçəryan Levon Ter-Petrosyana “Mən albanam” deyib... - VİDEO
Bu gün, 09:38
Vəzifəli şəxsin fermasını talayan mühafizəçi ilə bağlı QƏRAR
Bu gün, 09:36
Paşinyan Albaniyada ikitərəfli görüş keçirəcək
Bu gün, 09:30
Polşa Vaşinqtona sərt mesaj göndərib - VİDEO
Bu gün, 09:29
Bakı və Ankara “qara siyahı”da: İrəvanın dostu qəzəbləndi – 800 nəfərlə bağlı QƏRAR
Bu gün, 09:27
TikTok-da tanış olduğu qızı alçaldan gəncin işinə yenidən baxılacaq – Hökm ləğv edildi
Bu gün, 09:22
“Nazirlər bilmirdilər ki, məndən 5-6 il qabaq orada səfirliyimiz olub” - Hidayət Orucovdan SENSASİON AÇIQLAMALAR
Bu gün, 09:19
“Ailə Park”ın direktorunun cinayət işi: zərərçəkmişlər ağır cəza tələb etdi – Yekun qərar verildi
Bu gün, 09:15
Dərs yükü şagirdləri yorur: bu sistemdən imtina etməsək… - ÇAĞIRIŞ
Bu gün, 09:13
“Azər-Avtonəqliyyat”ın rəhbəri dəyişir
Bu gün, 09:11
“Qəçrəş” ASC-nin səhmdarları bir araraya toplaşır
Bu gün, 09:08
Papikyanın SIX SƏFƏR TRAFİKİ... - Sadəcə, seyr edirikmi?
Bu gün, 09:04
"Mən onlardan pulu necə geri ala bilərəm?" - NARAZILIQ VAR...
Bu gün, 09:01
Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... - NƏ ETMƏLİ?
Bu gün, 08:43
Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? - İLGİNC İDDİALAR
Bu gün, 08:40
"Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" - REAKSİYA
Bu gün, 08:35
Vəzifəli şəxs küçədə vətəndaşı döydü - TƏFƏRRÜAT
Bu gün, 08:34
"Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" - ETİRAZ VAR...
Bu gün, 08:31
Övladlar kriminala niyə yönəlir? - "AİLƏLƏRİN ÇOX BÖYÜK SƏHVLƏRİ VAR"
Bu gün, 07:10
3 il sonra yenidən İstanbulda: - Ukrayna üçün mühüm görüş...
Bu gün, 07:02
Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? - NƏ ETMƏLİ?
Bu gün, 06:59
Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır - FAKT BUDUR!
Bu gün, 06:55
İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır - NƏ BAŞ VERİR?
Bu gün, 06:50
ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir
Bu gün, 06:45
Bazardakı bahalıq Rusiya ilə bağlıdır? - AKTUAL
Bu gün, 06:42
İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır - KİV
Bu gün, 06:38
Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - İTTİHAM VAR...
Bu gün, 06:31
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır... - Taleh Bəşirovdan yüzlərlə ailə üçün sürgün planı...
Bu gün, 06:22
Kürd Fəhlə Partiyası adını dəyişib başqa təşkilat adı altında terroru davam etdirə bilər - GÖZLƏNTİ
Bu gün, 06:12
“Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir” - ONA GÖRƏ DƏ...
Bu gün, 06:10
Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? - BU NƏDİ BELƏ?
Bu gün, 06:04
Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR - Özləri dandılar, amma təsdiq edəsi də deyildilər...
Bu gün, 06:01
Arslan Hacıyevi kim belə himayə edir ki... - İLGİNC İDDİALAR
Bu gün, 05:56
Partiya sədri DTX-yə çağırış etdi - VİDEO
Bu gün, 05:46
Trampın ad günündə Vaşinqtonda hərbi parad olacaq
Bu gün, 05:44
"Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... - Cəzası nə olacaq?
Bu gün, 00:42
Rejimi “Traktor”un qabağına vermək... - Tehran niyə təşvişə düşüb?
Bu gün, 00:38
Paşa Texnikin həyatı film olur
Bu gün, 00:33
Rusiya Həsənovu niyə axtarır? – Azərbaycanda diqqətçəkən olaylar
Bu gün, 00:31
“Georgi lenti” türk ordusuna qarşı təsis edilib - İLGİNC FAKT
Bu gün, 00:24
Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır - ZARAFAT DEYİLMİŞ
Bu gün, 00:21
Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub - SİYAHI
Bu gün, 00:18
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər
Dünən, 22:17
Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
Dünən, 22:13
Hüseyn axtarışa verilməsindən danışdı - "Hər şey o qədər də dramatik deyil..."
Dünən, 22:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru