"Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" .....                     Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU .....                     Azərbaycanda nazir koronovirusa yoluxdu .....                     Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib .....                     Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb .....                     Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir .....                     Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq .....                     AAYDA-da nə baş verir? .....                     AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? .....                     Hamı Türkiyədə Putinlə görüşə hazırdır .....                     “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib .....                     “Ərimin səhvi də düzdür” .....                     Türkiyənin təklifinin alternativi müharibədir .....                     “Bizdə porno çəkilmir, öpüşə bilmirlər, .....                     Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik .....                     Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... .....                     Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır .....                     Kreml Köçəryanı “qurban verir” .....                     Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır .....                     PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır .....                     Yer kürəsinə ən yaxın planet açıqlandı .....                     Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər .....                     Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? .....                     "Qələt edir" .....                     Azərbaycanın yeni hərbi prokuroru kimdir? .....                     Generalı nazir əvəzlədi .....                     Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb .....                     Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib .....                     Küçədə döyülərək öldürülən məktəblinin .....                     Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu .....                     “Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” .....                     Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib .....                     "Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub .....                     İmişlidəki qalmaqala deputatdan REAKSİYA .....                     “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir .....                     İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI .....                     Bir həftə əvvəl hakimdə heç bir problem aşkarlanmadı, dünən vəfat etdi .....                     Şərurlu İsfəndiyar barəsindəki şikayət üzrə keçiriləcək prosesdə iştirak etmək üçün məhkəməyə gəlib .....                     Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilər .....                     Ermənistanı seçkilər və riskli gələcək gözləyir .....                 

Büdcə pullarının qəbirstanlığına çevrilən SƏNAYE PARKLARI... - ARAŞDIRMA
Tarix: 6-12-2023, 09:13 | Çap et
Büdcə pullarının qəbirstanlığına çevrilən SƏNAYE PARKLARI...
Son illər hökumət rəsmiləri tez-tez sənaye parklarının ölkədə neftdənkənar sektorun inkişafına təsirlərindən söz açırlar. Son yeddi ildə Azərbaycanda bu sahəyə 5.6 milyard manat yatırım edilib. Yatırılan 5 milyard manatdan çox investisiyaya qarşılıq cəmi 38 min 600 nəfərin işlə təminatı nəzərdə tutulur. İndiyədək ölkədə yeddi sənaye parkı (Sumqayıt, Balaxanı, Mingəçevir, Qaradağ, Pirallahı, Ağdam və Cəbrayıl rayonunda "Araz Vadisi İqtisadi Zonası") istifadəyə verilib.

İlin birinci yarısında sənaye zonalarının qeyri-neft sektorunda xüsusi çəkisi 16.5 faiz, qeyri-neft sənaye məhsullarının ixracında 20.7 faiz olub. Bu ilin ilk doqquz ayında sənaye müəssisələrində toplam 2.3 milyard manatlıq məhsul istehsal edilib. Bunun cəmi 31 faizi ixraca yönəldilib.

Sənaye parklarının rezidentləri kimlərdir?
Sumqayıt Kimya Sənaye Parkının təməli 2013-cü ildə qoyulub. Rezidentlər indiyədək sənaye parkına 5.4 milyard manat yatırım ediblər. 2023-cü ilin ilk doqquz ayında Sumqayıt Kimya Sənaye Parkında 2.1 milyard manatlıq məhsul hazırlanıb. Sənaye parkı ilboyu təxminən 400 milyon dollarlıq ixrac gerçəkləşdirə bilib. İndi burada 6 min nəfərdən çox işçi var. Qeydiyyata alınmış 38 rezidentdən hazırda 23-ü fəaliyyət göstərir. "SOCAR Polymer", "SOCAR Karbamid Zavodu", STP (Sumqayit Texnologiyalar Parkı) Sumqayıt Kimya Sənaye Parkının əsas rezidentləri sayılır.

2015-ci ildən fəaliyyət göstərən Mingəçevir Sənaye Parkınınsa cəmi bir rezidenti var ("Mingəçevir Tekstil" MMC). Parkın açılışı zamanı orada çox sayda müəssisə yaradılacağı elan olunsa da, hələlik, tekstil fabrikindən başqa müəssisə fəaliyyətə başlamayıb. Mingəçevir Sənaye Parkına 94 milyon dollara yaxın investisiya yatırılsa da, cəmi 750 nəfərə iş yeri yarada bilib.

Qaradağ Sənaye Parkı da, Mingəçevir Sənaye Parkı kimi, sanki elə tək rezident üçün yaradılıb. Sənaye parkının yeganə rezidenti "Bakı Gəmiqayırma Zavodu" MMC-dir. İndiyədək buraya 490 milyon dollar investisiya yatırılıb. Qaradağ Sənaye Parkında iri, orta və ağır tonnajlı gəmi və avadanlığın istehsalı və təmiri nəzərdə tutulub. Müəssisədə 2 minə yaxın şəxs çalışır.

Pirallahı Sənaye Parkına 45 milyon dollar sərmayə yatırılıb. İndi burada cəmi dörd rezident fəaliyyət göstərir. Sənaye parkında yerləşən müəssisələrdə şpris, uşaq bezi, müxtəlif dərman və preparatlar, eləcə də zəfərandan mürəbbə və limonad hazırlanması nəzərdə tutulur. Pirallahı Sənaye Parkında indi 100 nəfər çalışır.

Balaxanı Sənaye Parkını isə digər sənaye parklarından fərqli olaraq "Təmiz Şəhər" ASC idarə edir. Bu sənaye parkı, əsasən, tullantıların təkrar emalı ilə məşğul müəssisələr üçün nəzərdə tutulub. Hazırda Balaxanı Sənaye Parkında 25 rezident qeydiyyatdan keçib və burada minə yaxın işçi çalışır. İndiyədək "Təmiz Şəhər" ASC-nin Balaxanı Sənaye Parkına 52 milyon manat sərmayə yatırılıb. Balaxanı Sənaye Parkında ərsəyə gətirilən məhsulların 10 faizi xarici ölkələrə ixrac edilib. Əsas ixrac məhsullarından biri kağızdır.

Qarabağdakı sənaye parkları
İşğaldan qurtulmuş ərazilərdə - Ağdam və Cəbrayılda yaradılan sənaye parkları, hələlik, tikinti mərhələsindədir. İndiyədək Ağdam Sənaye Parkına 12 milyon manata yaxın investisiya yatırılıb. Parkın 19 rezidenti, altı qeyri-rezidenti var. Bu investorlar Parka 176 milyon manatdan çox pul qoymağı, 1 min 600-dən çox daimi iş yeri yaratmağı planlaşdırır. Parkda inşası davam edən ilk müəssisənin gələn il fəaliyyətə başlaması gözlənilir.

200 hektar ərazini əhatə edən "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkına isə 10 milyon manata yaxın investisiya yatırılıb. Parkın beş rezidenti, bir qeyri-rezidenti var. Bu investorlar Parka 33 milyon manata yaxın pul qoymaq, 420-dən çox daimi iş yeri yaratmaq istəyir. Rezidentlərdən biri - "Avto Lizinq Azərbaycan" MMC artıq fəaliyyətə başlayıb.

Sənaye Parklarını necə inkişaf etdirməli?
Göstəricilərdən bəlli olur ki, ölkədəki bəzi sənaye parklarında yalnız bir rezident fəaliyyət göstərir. Bu parklara yatırılan investisiyaların əsas bölümü də dövlət şirkətlərinin payına düşür. Ancaq belə ərazilərin yaradılmasında əsas məqsəd özəl sektorun inkişafı, ölkəyə xarici investisiyaların cəlbidir. Unutmaq olmaz ki, sənaye parklarında sahibkarlara bəlli güzəştlər də nəzərdə tutulur. Vergi və infrastruktur güzəştləri bu baxımdan başlıca yer tutur. Di gəl, Azərbaycandakı sənaye parklarında hələ də dövlət müəssisələrinin əsas yer tutması bu sahədəki fəaliyyətdə problemlərin olduğunu göstərir.

Xarici investorların Azərbaycana marağının az olmasının əsas səbəblərindən biri ölkədə hüququn aliliyinin yetərli səviyyədə olmamasıdır. Məhkəmə orqanlarının azad olmaması da xarici investorların ölkəyə inamını aşağı salan əsas amillərdəndir. Heritic Fondunun hazırladığı "İqtisadi Azadlıq İndeksi"ndə Azərbaycan ən aşağı nəticəni (100 ballıq sistemdə 16 bal) məhz ədliyyə sistemi üzrə toplayıb.

Biznes ortamının azad və rəqabətli olmaması da xarici investorların ölkəyə marağını azaldan əsas səbəblər arasındadır. Ölkədə məmur sahibkarlığının geniş yayılması idarəetmə ilə bağlı qərarların qəbulunda maraq toqquşmasını ortaya çıxarır, axı qərarverici şəxslər həm də iri şirkətlərin sahibləridir və onlar bazarın marağından daha çox öz maraqlarını güdürlər. Belə bir ortamda hansı səmərəli idarəçilik qərarlarından, yaxud rəqabət imkanı olan şirkətlərdən danışmaq olar? Bu üzdən müstəqil ekspertlər düşünürlər ki, Azərbaycanda qanunun aliliyi olmasa, azad biznes ortamı yaradılmasa, digər təşəbbüslər kimi, sənaye parkları da ölkəni iqtisadi baxımdan elə də irəli aparmayacaq.

Mənbə: AzadlıqRadiosu ©
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" - İŞƏ POLİS QARIŞDI
Bu gün, 22:29
Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU - TƏFƏRRÜAT
Bu gün, 22:26
Azərbaycanda nazir koronovirusa yoluxdu - FOTO
Bu gün, 22:23
Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib - ƏMR
Bu gün, 22:21
Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb - FAKT BUDUR!
Bu gün, 19:02
Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:00
Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq - GƏLİŞMƏ
Bu gün, 18:58
AAYDA-da nə baş verir? - Vergi borcu milyonlarla manata çatır
Bu gün, 18:11
AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? – Bağlandığı DEYİLMİŞDİ
Bu gün, 18:10
Hamı Türkiyədə Putinlə görüşə hazırdır - Zelenski
Bu gün, 18:06
“Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib - DÖVLƏTİN GƏRƏKƏN REAKSİYASI...
Bu gün, 18:05
“Ərimin səhvi də düzdür” - Ofeliya Şabanova
Bu gün, 18:03
Türkiyənin təklifinin alternativi müharibədir - ŞƏRH
Bu gün, 18:02
“Bizdə porno çəkilmir, öpüşə bilmirlər, ət tökəndilər, o qədər əcaib səslər çıxarırlar ki...”
Bu gün, 18:00
Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik - Paşinyan BELƏ DEYİR...
Bu gün, 17:58
Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... - BU NƏDİ BELƏ?..
Bu gün, 17:54
Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır - ETİRAZ
Bu gün, 17:49
Kreml Köçəryanı “qurban verir” - GƏLİŞMƏ
Bu gün, 17:45
Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır – Kremldən gözlənilməz QƏRAR
Bu gün, 17:42
PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır - ÇÜNKİ...
Bu gün, 17:41
Yer kürəsinə ən yaxın planet açıqlandı – Beş saata çatmaq mümkündür
Bu gün, 17:38
Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər
Bu gün, 17:34
Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? - İLGİNC FAKT
Bu gün, 17:33
"Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
Bu gün, 17:29
Azərbaycanın yeni hərbi prokuroru kimdir? - Fotolar
Bu gün, 17:27
Generalı nazir əvəzlədi
Bu gün, 17:23
Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb - KİV
Bu gün, 17:21
Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib - SƏRƏNCAM
Bu gün, 17:19
Küçədə döyülərək öldürülən məktəblinin - Fotosu
Bu gün, 16:21
Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu - DETALLAR
Bu gün, 15:54
“Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” - TƏFƏRRÜAT
Bu gün, 15:50
Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib
Bu gün, 15:48
"Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 15:19
İmişlidəki qalmaqala deputatdan REAKSİYA - DEPUTAT DANIŞDI
Bu gün, 15:16
“Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir - İLGİNC FAKTLAR...
Bu gün, 15:13
İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
Bu gün, 15:08
Bir həftə əvvəl hakimdə heç bir problem aşkarlanmadı, dünən vəfat etdi – Yeni detallar
Bu gün, 15:04
Şərurlu İsfəndiyar barəsindəki şikayət üzrə keçiriləcək prosesdə iştirak etmək üçün məhkəməyə gəlib - HƏBSİ GÖZLƏNİLİR
Bu gün, 15:00
Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilər - AKTUAL
Bu gün, 14:02
Ermənistanı seçkilər və riskli gələcək gözləyir - NƏ BAŞ VERİR?
Bu gün, 14:00
“Alatava – Avtonəqliyyat 2” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 13:58
Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Bu gün, 13:05
60 zəvvarı aldadan turizm şirkətinin qadın rəhbəri həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 13:03
AZAL İATA-nın Ətraf Mühitin Qiymətləndirilməsi Proqramına qoşulub - FOTO
Bu gün, 12:54
“İki oğlum əlildir, sağlam uşağımı da doğulmamış məhv etdilər” - NARAZILIQ VAR...
Bu gün, 12:52
Kürün daşması ehtimalı yüksəkdir: - Qarşısını necə almaq olar?
Bu gün, 12:46
"Unibank"a aid şirkətin biznes itkiləri 243 milyonu ötüb - Vüqar Namazov nəyi düz etmir?
Bu gün, 12:45
AZAL IATA-nın “CO2 Connect” proqramına qoşulub - FOTO
Bu gün, 12:40
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:35
"İrəvan teatrı niyə unudulub?" - ETİRAZ
Bu gün, 12:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru