İnformasiya “fırtınası” .....                     "Hər bir sənət adamı buna fikir verməlidir" .....                     Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA .....                     "Prezident Tofiq Yaqublunu əfv edə bilər" .....                     “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” .....                     Putin hesab edir ki... .....                     “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” .....                     “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” .....                     Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı .....                     "Bu nə münasibətdir, bu nə biganəlikdir?" .....                     Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı .....                     Simonyan 44 günlük müharibə barədə: .....                     Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib .....                     Mertz Rusiyanı sanksiyalarla hədələyib .....                     Azərbaycan mühüm vasitəçi kimi .....                     "Protech Electronics"in 219 min manat .....                     Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib .....                     “Sabrania” siqaretləri bahalaşır .....                     “Qaçaq Nəbinin toyu”na dönən parad .....                     UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? .....                     “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” .....                     Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... .....                     “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU .....                     "Bunlar hamısı siyasətin təzahürləridir" .....                     Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir .....                     İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu .....                     Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib .....                     Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... .....                     “Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub .....                     Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub .....                     Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB .....                     Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq .....                     Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi .....                     "Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..." .....                     Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? .....                     Erməni əsgərləri BELƏ QAŞINIR... .....                     Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı .....                     Hindistan bizi boykot edir: BƏS BİZ? .....                 

Vətəndaşlar evlərini uçuran maqnatdan Prezidentə şikayət etdi - ADAM HARNLAYIB RƏSMƏN...
Tarix: 6-03-2024, 15:26 | Çap et
Vətəndaşlar evlərini uçuran maqnatdan Prezidentə şikayət etdi
Nəsimi rayonu Akademik Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində yerləşən ərazidə evləri onların razılığı olmadan sökülən vətəndaşlar Prezident İlham Əliyevə müraciət edib.
Sakinlər həmin müraciətlərinin Musavat.com-da dərc olunmasını xahiş edib.

Məktubda yazılıb:

Hörmətli Cənab Prezidentimiz!

Daxili, xarici, regional və qlobal siyasətlə intensiv məşğul olduğunuz gərgin, vaxtınızın az olduğu bir dövrdə Sizi narahat etdiyimizə görə öncə üzr istəyirik. Bizim haqlı şikayətlərimizə, müraciətlərimizə, mülklərimizin varvarcasına, cinayət yolu ilə dağıdılmasına, öz evimizdə yaşamaq hüquqlarımızın məhdudlaşdırılmasına son 2 il ərzində heç bir müvafiq dövlət orqanı, məmur reaksiya vermədiyi, problemimizi həll etmədiyi, "İnvest M. Construction” MMC adlı tikinti şirkətinin törətdiyi cinayət xarakterli əməllərinin qarşısı alınmadığı üçün Sizə müraciət etməyə vadar olduq.

"İnvest M. Construction” MMC 2 ildən çoxdur ki, paytaxtımızın Yaşıl vadi adlanan ərazisində (hansı ki, şirkət 2 ildə orada yaşıllıqdan əsər-əlamət qoymadı, yerlə yeksan etdi, 200-ə yaxın irigövdəli ağacları kəsib məhv edib) – Nəsimi rayonu Akademik Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində yerləşən ərazidə çoxsaylı ağır cinayətlər törətməklə - söküntü-tikinti, yanğın, arxitektur normalarını pozaraq, kommunikasiya sistemini məhv edərək, özbaşına söküntü işləri aparır, bunların yerində yeni binalar tikmək niyyətindədir.

Bizə, rəsmi müraciətlərimizə verilən cavablardan bəlli olub ki, tikinti şirkətinin bu ərazidə vətəndaşların mülklərinin sökülməsi və tikinti aparmaq üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən heç bir rəsmi icazələri, razılıq sənədi yoxdur. Ancaq onlar 2 ildən artıqdır ki, bu ərazidə mülkiyyətçilər üzərində hər cür işgəncələr vermək üsulu ilə (mənzilləri, işıq, qaz, su, telefon, internet və kanalizasiya, kommunikasiya xətlərini cinayətkarcasına darmadağın etməklə) varvarlıq edirlər və söküntü işləri aparırlar. Bu isə faktiki olaraq cinayət xarakterli əməllərdir.

Dövlət qurumları şirkətin cinayət əməllərini "mülki iş" kimi əlaqələndirərək faktiki olaraq onlara bu cinayətləri kəskinləşdirməyə yardım edirlər.
BŞHİ-nin 18.12.2020 №274 Sərəncamı ilə bu ərazidə aparılan söküntü-tikinti işlərinə nəzarət Nəsimi Rayon İH-nın başçısı Asif Əsgərova tapşırılmışdır, o isə 2 il ərzində bu ərazidə başlarına min bir faciə törədilən mülkiyyətçilərin hüquqları ilə bağlı bir dəfə də olsun bu əraziyə gəlməmişdir.
Cənab Əsgərov vətəndaşların şikayətlərinə nəinki biganədir, başçının özü, Nəsimi rayonun hüquq-mühafizə orqanları bu ərazidə vətəndaşların üzərində aparılan cinayət poliqonuna "mülki iş" kimi yanaşaraq heç bir tədbir görmürlər.
Son 9 ayda mütəmadi olaraq qaz, işıq, su, telefon, kanalizasiya və digər kommunikasiya xətlərimiz gecələr tikinti şirkətinin qoçu və dələduzları tərəfindən darmadağın edilir. Cənab Asif Əsgərovun rəhbərliyi ilə rayon hüquq mühafizə orqanları‎ bu cinayətlərə biganədirlər və onların laqeydliyi təsdiqləyir ki, şirkətə qəyyumluq edirlər.
Dəhşətlisi odur ki, bizə qarşı şirkətin törətdiyi cinayət xarakterli əməllərə dövlət orqanları göz yumur, heç bir cəza tətbiq etmir, cinayət işlərinin açılması üçün iddia qaldırmırlar. Bizdə haqlı sual yaranır: Nə üçün hüquqi dövlətimizdə biz vətəndaşlara qarşı törədilən cinayətlərin qarşısını aidiyyəti qurumlar almır və nəticədə daha dəhşətli hallar baş verir? Bu halları qısa şəkildə diqqətə çatdırırıq:

- Bizim mənzillərimiz zorakılıq üsulları ilə dağıdılır, əmlakını qorumaq istəyən vətəndaşlar şirkətin qoçuları tərəfindən dəfələrlə döyülüb, fiziki təzyiqlərə, təhdidlərə məruz qalıb. Lakin açıq şəkildə törədilən bu ağır cinayətlərlə bağlı bütün müvafiq orqanlara – Ali Məhkəmə, Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Ədliyyə nazirliyi, BŞİH, Nəsimi rayon icra hakimiyyətinə müraciət etsək də, bütün səlahiyyətli orqanlar susur, məktublarımızı cavabsız qoyur, ya da formal olaraq çeynənmiş, bu "mülki işdir" deyə standart cavablar verirlər.
Nəsimi rayon Məhkəmə icraçıları cinayətkarlarla əlbir olub işbirliyinə girərək Məhkəmə qərarlarını icra etmirlər.
Nəsimi rayon İcra Şöbəsinin rəisi cənab Yavər Allahverdiyev və Nəsimi İcra və probasiya şöbəsinin icraçısı Murad Xudaverdiyevin tikinti şirkətinin cinayətkar dəstələri ilə bizə qarşı işbirliyinə girməsi onların əməllərində açıq-aydın təsdiqlənir. Cinayətkar dəstələr tərəfindən insan üçün zəruri olan işıq, qaz, su, telefon, internet, kanalizasiya, kommunikasiya xətlərimizin darmadağın edilməsinə, məhkəmə qərarlarına baxmayaraq M.Mirqasımov küç 4 ünvanından olan yolumuzun açılmamasına göz yumaraq şirkətin dələduzlarına yardımçı olmaları bizdə ikrah hissi doğurur.

- Bizim üçün çox qaranlıq və təəccüblü məqam ondan ibarətdir ki, bizə olan təqiblərə bütün dövlət qurumları laqeyd olmaqla bizim, mülkiyyətçilərin mənzillərinin işıq, qaz, su, telefon, internet, kanalizasiya ümumilikdə kommunikasiya xətlərinə cavabdeh olan dövlət agentlikləri; “Azərişıq” ASC-nin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin, “Azəriqaz” İstehsalat Birliyinin, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri (düzdür onlar bizim zənglərimizlə əraziyə gəlir, kommunikasiya xətlərimizi bərpa etmək üçün səylər göstərirlər) lakin, tikinti şirkətinin hər gün bir neçə dəfə törətdikləri cinayət əməllərinə qarşı heç bir cinayət iddiası qaldırmırlar.
Biz iki ilə yaxındır işıq, qaz, su, telefon, internet haqqını ödəyirik. Mütəmadi olaraq şirkət qaz, su, işıq, telefon xətlərimizi qəsdən dağıdır, bizi kommunikasiyalardan məhrum edir. Mütəmadi olaraq hər gün “Azərsu”, “Azərişıq”, “Azəriqaz”, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət etmişik, lakin onlar şirkətin dövlət əmlakı olan kommunikasiya xətlərini dağıdıb cinayət xarakterli əməllər törətməsinə görə məhkəmə, hüquq-mühafizə orqanlarına müraciət edib onların cəzalandırılmasını tələb etmirlər. Hansı səbəbdən? Cinayətkarlara olan bu güzəştlər onları daha da ağır cinayətlər törətməyə sövq edir.

Cənab Prezident!

Bu qanunsuzluqları törədən keçmiş deputat, bir dəstə zorakı dəstəni başına toplayan tikinti maqnatı Əsabil Qasımova məxsus olan "İnvest M. Construction” heç bir hüquq tanımır, başımıza müsibətlər gətirir və dövlət qurumları da onların cinayətlərinə göz yumur.

Birmənalı şəkildə bildirir ki, ərazidə bizə qarşı baş verənlər, təkidlə təkrarlayırıq bu artıq "mülki iş" deyil, mülkiyyət və şəxsiyyət əleyhinə ağır cinayətdir.

Sizdən acizanə şəkildə xahiş edirik:

- Bizə qarşı çoxsaylı ağır cinayətlər törədən və törətməkdə davam edən şirkətin rəhbərliyinə qarşı cinayət işi başlanması, törətdikləri mülkiyyət və şəxsiyyət əleyhinə cinayətlərə görə hüquqi dövlət qarşısında cavab vermələrinin təmin olunması barədə müvafiq göstərişlər verəsiniz;

-Bugünədək bu ərazidə şirkətin törətdiyi ağır cinayətlər araşdırılmalı, müvafiq dövlət qurumları, Hüquq Mühafizə Orqanları, Respublika Baş Prokurorluğu, Ədliyyə nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində cinayət işlərinin başlaması və baş verənlərə göz yuman dövlət qurumlarının məmurlarının cəzalandırılmasını konstitusion hüquqlarımızdan istifadə edərək Sizdən xahiş edirik.

Cənab Prezident!

Yeganə xilaskarımız kimi, ümid yeri olaraq Sizi görürük. Ancaq Sizə inanırıq. Zorakı dəstənin qarşısını ancaq Siz ala bilərsiniz. Biz Sizə ümid bəsləyirik!

Öncədən minnətdarlığımızı bildiririk.

Vətəndaşlar evlərini uçuran maqnatdan Prezidentə şikayət etdi
Vətəndaşlar evlərini uçuran maqnatdan Prezidentə şikayət etdi










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İnformasiya “fırtınası” - AKTUAL
Bu gün, 02:33
"Hər bir sənət adamı buna fikir verməlidir"
Bu gün, 02:30
Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Bu gün, 02:23
"Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
Dünən, 19:08
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 19:05
Putin hesab edir ki... - GƏLİŞMƏ
Dünən, 16:20
“Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
Dünən, 16:16
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 15:51
Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
Dünən, 15:38
"Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Dünən, 15:16
Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Dünən, 15:07
Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Dünən, 15:05
Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Dünən, 15:02
Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Dünən, 15:00
Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Dünən, 14:00
"Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Dünən, 13:58
Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Dünən, 13:30
“Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Dünən, 13:03
“Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Dünən, 13:02
UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Dünən, 12:58
“BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Dünən, 12:52
Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Dünən, 12:43
“Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Dünən, 12:35
"Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Dünən, 12:11
Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Dünən, 12:06
İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 12:05
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:03
Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Dünən, 11:52
Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Dünən, 11:51
Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Dünən, 11:47
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Dünən, 11:37
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Dünən, 11:34
Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Dünən, 11:29
Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Dünən, 11:27
Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Dünən, 11:10
"Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Dünən, 11:09
Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Dünən, 11:01
Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Dünən, 10:55
Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Dünən, 10:29
Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Dünən, 10:19
"Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Dünən, 10:10
Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Dünən, 10:05
İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Dünən, 10:03
"Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Dünən, 09:54
Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi - AÇIQLAMA
Dünən, 09:33
Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... - "...vaxtında Ceyhunu qəşəng yedirdib"
Dünən, 09:24
DSK sədri vəfat etdi - FOTO
Dünən, 09:17
Kadırov getsə, yerinə kim gələcək? - Oğlu, yoxsa döyüş komandiri?
Dünən, 09:14
İşçilərin şəxsi həyatının toxunulmazlığı... - Ekspert danışır...
Dünən, 08:26
"Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" - ŞƏRH
Dünən, 08:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru