EVİNİZ ÜÇÜN ƏN YAXŞISI... BURA 100 FAİZ DEYİL! - GÜNAH “OMİD”Ə ÜMİD EDƏNDƏDİR...
Tarix: 2-07-2024, 12:20 | Çap et
 Yaxın vaxtların söhbətidir. Bir neçə gün bundan qabaq evimdə yaranan tavanın çökmə probleni ilə bağlı lap çıxılmaz və çarəsiz bir vəziyyətə düşdüm. (Allah heç kimi çarəsiz qoymasın – müəllif). Düzü, nə edəcəyimi bilmirdim. Axı, bu indinin problemi deyildi – 2011-ci ildən ta bu günə kimi “üsyan” edən bir vəziyyət idi. Müxtəlif strukturlara, o cümlədən ərazi üzrə yaşadığım və qeydiyyatda olduğum Biləcəri qəsəbə nümayəndəliyinə müraciət etsəm də, sadəcə bir faktla rastıaşdım –etinasızlıq və vecsizlik!Xülasə, sözüm onda deyil. Mətləbdən uzaqlaşmayaq. Tikinti materialları mağazalarını sosial şəbəkələrdən araşdırmağa başladım. Nəzər diqqətimi ən çox cəlb edən, ilk baxışdan sadə kütlənin rahatlığını düşünən “OMİD” tikinti materialları mağazaları şəbəkəsinin Biləcəri filialının nömrəsinə zəng etdim. Zəngimə dərhal cavab aldım və bəzi tikinti avadanlıqlarının kredit yolu ilə əldə etmək istədiyimi bildirdim. Beləcə, mağazanın əməkdaşı ilə vədələşib “OMİD” tikinti avadanlıqları mağazasının Biləcəri filialına yollandım. (Qeyd edim ki, həmin gün hava da çox isti idi. Hardasa, 35-38 dərəcə olardı). Əvvəlcədən telfonda danışdığımız kimi mağazanın əməkdaşı ora gələrkən onun adını soruşmağımı demişdi. Mən də elə birinci mağazaya daxil olan kimi həmin şəxsin adını verib, kredit şərtləri ilə tikinti məhsulları götürməyə gəldiyimi dedim. Məni ilk əvvəl çox xoş və mehriban qarşıladılar, amma.... Ammasını deyəcəm, özünüz də məəttəl qalacaqsınız. Belə ki, mənə lazım olan laminat, divar kağızı, lampalar, yapışqanlarvə s. xıeda-para ev üşün əşyalar hesablayıcıya vurulub-çıxıldı. İlk öncə qeyd edim ki, məndən şəxsiyyət vəsiqəmi alıb, kredit götürməklə bağlı heç bir problemin olmadığını demişdilər. Daha sonra məhsulları seçib siyahı tərtib olundu və qiymət hesablandı. Maksimum rəqəm 600 manatdan yuxarı olmamalı idi. Bir faktı da qeyd edim ki, göstərilən iş yerimin rəsmi olduğunu nə mağazanın kredit mütəxəssisinə, nə də ki, krediti rəsmiləşdirən adama sübut edə bilmədim. Özüm də bir qədər qeyri-müəyyənlik içərisində donub qalmışdım. Kredit mütəxəssisi bütün lazımi tikinti materiallarının siyahısını hazır edib, sənədin rəsmiləşdirilməsi üçün başqa bir adama təqdim etdi. Təqdim olunan siyahıda məbləğ 601 manat təşkil edirdi. 12 aylıq kreditdən ayda 48 manat tutulacaqdı. Çox ümidlənib sevinirdim ki, artıq evimdəki çökmə problemini qismən də olsa, həll edə biləcəkdim. Mənə kompyuterdə aparılacaq qeydiyyata görə bir neçə sual verdilər. Yəqin ki, çoxumuz bu proseslərin necə aparıldığını yaxşı bilirik. Bir neçə qohum nömrəsi, ailədə neçə nəfər qeydiyyatdadır, onlardan kim işləyir və s. Bu prosesdən də keçdikdənsonra kompyüterdə oturan şəxsə gələn qəfil zəng hər şeyi alt-üst etdi. Mən də artıq kreditin baş tutmayacağını sezmişdim. Hamı bir-birinin üzünə çaşqınlıqla baxırdı. Problemin nədən ibarət olduğunu soruşanda isə mənə: “Sizin nə vaxtsa gecikməniz olub” – sözünü dedilər. Mənimsə cavabım qısa oldu: “Məgər 10 il əvvəl olan gecikmə indiki halda kreditin alınmasına təsir göstərə bilir?” İkinci halda isə, mənim ilk əvvəl təqdim etdiyim şəxsiyyət vəsiqəmə baxdıqdan sonra: “Buyurun xanım, sizə kredit düşür, istədiyiniz məhsulu seçib əldə edə bilərsiniz” – demişdilər. İndi isə kreditin rəsmiləşdirilməsinə dair bütün proseslər başa çatdıqda sonra: “Sizə kredit verə bilmərik” kimi mənasız və yersiz cavab verilməsi, ən azından vətəndaşı ələ salmaq və ümidsizliyə yuvarlatmaqdan başqa bir şey deyil!!! “OMİD” TİKİNTİMATERİALLARI MAĞAZALARI şəbəkəsinin rəhbərliyinə buradan demək istəyirəm ki, vətəndaşların ÜMİDini qırmayın!!! Hamı sizə ümidlə gəlib evini abadlaşdırmaq istəyir. Siz isə...
Yenixeber.org


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək
Bu gün, 06:15 |
|
|
|
• Pakistanda 150 uçuş reysi ləğv edildi
Bu gün, 06:08 |
|
|
|
• "Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım"
Bu gün, 02:48 |
|
|
|
• Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... - ARAŞDIRMA
Bu gün, 02:45 |
|
|
|
• “Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün jurnalistə pul TƏKLİF EDİBMİŞ
Bu gün, 02:43 |
|
|
|
• İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür - GƏLİŞMƏ
Bu gün, 02:36 |
|
|
|
• İnformasiya “fırtınası” - AKTUAL
Bu gün, 02:33 |
|
|
|
• "Hər bir sənət adamı buna fikir verməlidir"
Bu gün, 02:30 |
|
|
|
• Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Bu gün, 02:23 |
|
|
|
• "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
Dünən, 19:08 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 19:05 |
|
|
|
• Putin hesab edir ki... - GƏLİŞMƏ
Dünən, 16:20 |
|
|
|
• “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
Dünən, 16:16 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 15:51 |
|
|
|
• Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
Dünən, 15:38 |
|
|
|
• "Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Dünən, 15:16 |
|
|
|
• Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Dünən, 15:07 |
|
|
|
• Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Dünən, 15:05 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Dünən, 15:02 |
|
|
|
• Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Dünən, 15:00 |
|
|
|
• Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Dünən, 14:00 |
|
|
|
• "Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Dünən, 13:58 |
|
|
|
• Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Dünən, 13:30 |
|
|
|
• “Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Dünən, 13:03 |
|
|
|
• “Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Dünən, 13:02 |
|
|
|
• UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Dünən, 12:58 |
|
|
|
• “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Dünən, 12:52 |
|
|
|
• Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Dünən, 12:43 |
|
|
|
• “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Dünən, 12:35 |
|
|
|
• "Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Dünən, 12:11 |
|
|
|
• Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Dünən, 12:06 |
|
|
|
• İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 12:05 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:03 |
|
|
|
• Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Dünən, 11:52 |
|
|
|
• Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Dünən, 11:51 |
|
|
|
• Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Dünən, 11:47 |
|
|
|
• “Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Dünən, 11:37 |
|
|
|
• Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Dünən, 11:34 |
|
|
|
• Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Dünən, 11:29 |
|
|
|
• Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Dünən, 11:27 |
|
|
|
• Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Dünən, 11:10 |
|
|
|
• "Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Dünən, 11:09 |
|
|
|
• Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Dünən, 11:01 |
|
|
|
• Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Dünən, 10:55 |
|
|
|
• Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Dünən, 10:29 |
|
|
|
• Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Dünən, 10:19 |
|
|
|
• "Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Dünən, 10:10 |
|
|
|
• Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Dünən, 10:05 |
|
|
|
• İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Dünən, 10:03 |
|
|
|
• "Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Dünən, 09:54 |
|
|
|
|