Putin hesab edir ki... .....                     “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” .....                     “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” .....                     Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı .....                     "Bu nə münasibətdir, bu nə biganəlikdir?" .....                     Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı .....                     Simonyan 44 günlük müharibə barədə: .....                     Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib .....                     Mertz Rusiyanı sanksiyalarla hədələyib .....                     Azərbaycan mühüm vasitəçi kimi .....                     "Protech Electronics"in 219 min manat .....                     Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib .....                     “Sabrania” siqaretləri bahalaşır .....                     “Qaçaq Nəbinin toyu”na dönən parad .....                     UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? .....                     “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” .....                     Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... .....                     “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU .....                     "Bunlar hamısı siyasətin təzahürləridir" .....                     Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir .....                     İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu .....                     Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib .....                     Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... .....                     “Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub .....                     Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub .....                     Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB .....                     Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq .....                     Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi .....                     "Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..." .....                     Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? .....                     Erməni əsgərləri BELƏ QAŞINIR... .....                     Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı .....                     Hindistan bizi boykot edir: BƏS BİZ? .....                     "Rusiyaya nota verilməlidir" .....                     Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... .....                     İşçi buna görə məsuliyyət daşıyır... .....                     "Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" .....                     Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi .....                 

`MUĞANBANK` İŞİ: Kürəkən qaynana ilə TOQQUŞUR?! - ANLAŞILANI BUDUR...
Tarix: 17-07-2024, 12:22 | Çap et
`MUĞANBANK` İŞİ: Kürəkən qaynana ilə TOQQUŞUR?!
Əhməd Vəliyev: “Muğanbank” kürəkənimin, “Oksigen Klinikası” isə həyat yoldaşımındır”

Ləğv prosesində olan “Muğanbank” ASC “Oksigen Klinikası”na qarşı məhkəmədə iddia qaldırıb. Bankın klinikaya qarşı qaldırdığı iddiası bir neçə gün öncə Bakı Kommersiya Məhkəməsinə daxil olub. İşin mahiyyəti isə kredit müqaviləsi üzrə mübahisələrlə bağlıdır. Yerli mətbuatda həm bankın, həm də klinikanın Odlar Yurdu Universitetinin (OYU) hazırkı rektoru Əhməd Vəliyevə bağlı olması ilə bağlı mütəmadi olaraq məlumatlar dərc olunub. Çünki klinika kommersiya qurumu kimi dövlət reyestrində rektorun köməkçisi Həsənov Füzuli Abbas oğlunun qanuni təmsilçiliyi ilə dövlət qeydiyyatına alınıb. Əhməd Vəliyev isə barəsində yazılan məlumatlara indiyədək heç bir münasibət bildirməyib. İqtisadiyyat.az yayılan məlumatlarla bağlı Əhməd Vəliyevin fikirlərini öyrənməyi bacarıb. O, müsahibəsində həm “Muğanbank”, həm də “Oksigen Klinikası”nın ona aid olub-olmaması ilə bağlı məlumatlara, indiyədək ictimaiyyət üçün qaranlıq qalmış bir sıra məqamlara aydınlıq gətirib.

Beləliklə, Odlar Yurdu Universitetinin rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Əhməd Vəliyevin İqtisadiyyat.az-a müsahibəsini təqdim edirik:

- Əhməd müəllim, necəsiniz? İşləriniz necədir?

- Şükür, yaxşıyam. Hər şey qaydasındadır.

- Əhməd müəllim, “Muğanbank”ın “Oksigen Klinikası”nı məhkəməyə verməsindən sonra yerli mətbuatda klinika barədə, klinikanın sizə aid olması barədə xəbərlər dərc edilib. Həmin materiallarla tanış olmusunuzmu?

- Yox, həmin xəbərləri izləməmişəm. Nə olacaq ki?! Kimin ağlına nə gəlirsə, onu da yazır. Fakta söykənməmiş yazılara fikir verməmək lazımdır. Yalan məlumatlardır. “Muğanbank” hara, “Oksigen Klinikası” hara?! “Oksigen Klinikasının “Muğanbank”dan nə asılılığı ola bilər ki?

- Asılılıqdan söhbət getmir. Məhkəmə predmeti kimi işin mahiyyəti kredit müqaviləsi üzrə mübahisələrlə bağlıdır.

- Yox, yalan söz-söhbətlərdir. Amma mən sizdən bir məsələni dəqiqləşdirim: yazılıb ki, “Muğanbank” “Oksigen Klinikası”nı məhkəməyə verib, yoxsa əksinə?

- Məhkəmənin saytında məhz bankın klinikaya qarşı iddia qaldırdığı göstərilir.

- Boş şeylərdir. “Muğanbank” getsin, hələ öz başının milçəyini qorusun. “Oksigen Klinikası” ilə “Muğanbank”ın arasında nə bağlılıq ola bilər ki?

- Bağlılıq odur ki, klinikanın qanuni təmsilçisi olan Füzuli Həsənov sizin universitetdə köməkçinizdir. Doğrudurmu?

- Bəli, Füzuli Həsənov mənim köməkçimdir. Amma qanuni təmsilçi nə deməkdir? Əhməd müəllim ayaq üstə durursa, hansı təmsilçiliyə ehtiyac ola bilər?

- Amma kommersiya qurumu qeydiyyatdan keçərkən onun qanuni təmsilçisi olmalıdır.

- Bu informasiyalarla bağlı məlumatı Füzuli Həsənov verib?

- Yox, Əhməd müəllim. Dövlət Vergi Xidmətinin saytında klinikanın qanuni təmsilçisi kimi Füzuli Həsənovun adı qeyd edilib.

- Xeyr, klinika onun adına deyil, yalan məlumatdır.

- Bəs, klinika kimindir?

- “Oksigen Klinikası” mənim həyat yoldaşımındır, onun adınadır. Klinikanın binası da mənim adımadır.

- Belə çıxır ki, qanuni təmsilçiliyi köməkçinizə etibar etmisiniz?

- Qanuni təmsilçi nəyə deyirlər bilirsinizmi? Zərurət yarananda bir adama etibarnamə verirsən ki, get filan sənədə imza at. Qanuni təmsilçinin nə səlahiyyəti var ki? Maliyyə, alqı-satqı və digər heç bir səlahiyyəti yoxdur. Qanuni təmsilçi sadəcə olaraq yaranan müəyyən işlərin - qaz, su, işıq və s. məsələlərin həlli ilə bağlı - dalınca getmək üçündür.

- Əhməd müəllim, klinikanın həyat yoldaşınıza məxsus olmasını deyəsən ilk dəfə açıqlayırsınız. Elədirmi?

- Bəli, həyat yoldaşımındır.

- Bəs “Muğanbank”ın da sizə aid olmasına dair yayılan məlumatlara münasibətiniz necədir?

- Xeyr. “Muğanbank”ın nə mənə, nə də mənim övladlarıma heç bir aidiyyəti olmayıb. “Muğanbank” kürəkənindir. Onun da öz nəsli, öz kökü var. Yad bir adamdır. Bankın mənə nə aidiyyəti ola bilər ki? 30 ildir özü işləyib. Mənə aidiyyəti olsaydı, mən heç qoyardım ki, o düz işləməsin? Ona görə də mənə aidiyyəti olsaydı, belə bir problemlə qarşılaşmazdılar.

- Əhməd müəllim, bəs sizə aid olanlar nədir?

- Mənə aid olanlar universitetdir, kollecdir, orta məktəblərdir... Bunlar da başqa məsələdir. Bir ara yazırdılar ki, bütün banklar mənə bağlıdır. Dedim yazın, bütün banklar, özəl universitetlər mənə bağlıdır.

- Yeri gəlmişkən, universitetdə ümumi vəziyyət necədir?

- Universitetdə ümumi vəziyyət digərlərində necədirsə, bizdə də elədir. Tələbə qəbulunu Dövlət İmtahan Mərkəzi aparır. Prosesi də özümüz qurmuşuq və Odlar Yurdu Universiteti dünya səviyyəli bir ali məktəbə çevrilib.

- Əhməd müəllim, növbədənkənar parlament seçkilərində iştirak üçün nə əcəb namizədliyinizi irəli sürməmisiniz?

- Mənmi? Mənim 80-ə yaxın yaşım var. Bu yaşda deputatmı olum? Mən bu yaşda zorla gəzirəm. Belə parlament üzvü olarmı? Bu gün yol gənclərindir, orada gənclər oturmalıdır. 10 il deputat olmuşam və necə lazımdırsa, işləmişəm.

- Çox sağ olun, Əhməd müəllim.Səmimi etiraflarınıza və obyektiv cavablarınıza görə təşəkkür edirəm.

- Siz də sağ olun!










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Putin hesab edir ki... - GƏLİŞMƏ
Bu gün, 16:20
“Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
Bu gün, 16:16
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Bu gün, 15:51
Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
Bu gün, 15:38
"Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Bu gün, 15:16
Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Bu gün, 15:07
Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Bu gün, 15:05
Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Bu gün, 15:02
Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Bu gün, 15:00
Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Bu gün, 14:00
"Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Bu gün, 13:58
Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Bu gün, 13:30
“Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Bu gün, 13:03
“Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Bu gün, 13:02
UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Bu gün, 12:58
“BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Bu gün, 12:52
Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Bu gün, 12:43
“Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Bu gün, 12:35
"Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Bu gün, 12:11
Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Bu gün, 12:06
İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Bu gün, 12:05
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:03
Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Bu gün, 11:52
Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Bu gün, 11:51
Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:47
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Bu gün, 11:37
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Bu gün, 11:34
Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Bu gün, 11:29
Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Bu gün, 11:27
Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 11:10
"Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Bu gün, 11:09
Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Bu gün, 11:01
Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Bu gün, 10:55
Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Bu gün, 10:29
Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Bu gün, 10:19
"Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 10:10
Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Bu gün, 10:05
İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Bu gün, 10:03
"Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Bu gün, 09:54
Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi - AÇIQLAMA
Bu gün, 09:33
Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... - "...vaxtında Ceyhunu qəşəng yedirdib"
Bu gün, 09:24
DSK sədri vəfat etdi - FOTO
Bu gün, 09:17
Kadırov getsə, yerinə kim gələcək? - Oğlu, yoxsa döyüş komandiri?
Bu gün, 09:14
İşçilərin şəxsi həyatının toxunulmazlığı... - Ekspert danışır...
Bu gün, 08:26
"Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" - ŞƏRH
Bu gün, 08:23
Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - VİDEOMÜRACİƏT
Bu gün, 08:22
Hindistan təcavüzünü Pakistan necə önləyir? - Uçurumun astanasında...
Bu gün, 07:35
Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Bu gün, 07:21
"Efirim canlı olduğu üçün yanında ola bilmədim"
Bu gün, 07:06
Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... - “Röyters”
Bu gün, 07:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru