"Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır" .....                     Vüsal Məmmədov işdən çıxarıldı .....                     Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... .....                     Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? .....                     Milli iqtisadiyyatımız çətin sınaq qarşısında .....                     Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır .....                     FHN-in qurumu 185 minlik Toyota seçdi! .....                     Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı .....                     Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir .....                     Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? .....                     "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... .....                     Müğənni Kəmalə Sərxana od püskürdü .....                     Azərbaycanda uşaq futboluna vurulan "badalaq": .....                     3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır .....                     Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək .....                     "Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu .....                     PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı .....                     DSMF sədrinə yeni müşavir təyin edildi .....                     Bəysiz toy edən müğənniyə SƏRT İRAD: .....                     Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu .....                     İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır .....                     "Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək .....                     Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi .....                     Dövlət qurumunun avtobusu qəzaya uğradı .....                     Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir .....                     Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb .....                     “Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR .....                     Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər .....                     Zaurla Günayın ATV-dən getməsi barədə .....                     Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: .....                     “Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” .....                     Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: .....                     Azər Qasımovdan yarım milyonluq borc məsələsinə .....                     Biz istəyirik ki, hər kəs əfv olunsun .....                     "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... .....                     Elşad Miridən şok açıqlama: .....                     AHİK-lə bağlı İLGİNC İDDİALAR .....                     Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? .....                     Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib .....                     “Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb .....                 

"Heç kimə sübut edə bilmirəm ki, xəstə özü çıxıb gedib" - QATİL HƏKİM KİMDİR?
Tarix: 31-07-2024, 13:01 | Çap et
"Heç kimə sübut edə bilmirəm ki, xəstə özü çıxıb gedib"
Göyçay rayonunun Qaraməryəm kənd sakini, 29 yaşlı Vüsalə Quliyeva iki il öncə “kəskin respirator virus infeksiyası” diaqnozu ilə həyatını itirib. Onun yaxınlarının müxtəlif dövlət orqanlarına şikayətlərindən sonra Göyçay Rayon Mərkəzi Xəstəxanasının təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin təcili yardım üzrə həkimi Fatimə Abdullazadə cinayət məsuliyyətinə cəlb olunub. Amma Vüsalə Qarayevanın ailəsi həkimə verilən cəzadan narazı qalıb.

“Həkim israrla evə göndərib”

Hadisədən bir gün öncə Fatimə Abdullazadə işdə növbədə olanda gecə saat 4 radələrində Vüsalə Quliyevanın yaxınları onu ağır vəziyyətdə xəstəxanaya gətirib. Həkim onun bədən temperaturunu ölçəndə 40 dərəcəni keçdiyini görüb. Yalnız “Analgin”, “Dimedrol”, “Novokain” qarışığını vurmaqla işini bitirdiyini deyirlər.

Gecə ilə evə qayıdan Vüsalə Quliyevanın vəziyyəti daha da ağırlaşdığına görə səhər açılandan sonra onu yenidən xəstəxanaya çatdırıblar. Bir sutkaya yaxın xəstəxanada qalsa da, həyatını xilas etmək mümkün olmayıb.

Cinayət işinin materiallarında göstərilib ki, həkim o halda olan xəstəni evə göndərməklə – vəziyyətin səbəbini müəyyənləşdirmək üçün əlavə müayinələr aparmamaqla, analizlər götürülməsi, rentgen olunması və s. addımlar atmamaqla səhlənkarlıq edib.
30 yaşlı Fatimə Abdullazadəyə qarşı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya başqa ağır nəticələrə səbəb olduqda) maddəsilə ittiham irəli sürülüb. Elə bu ittihamla da ona 3 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası verilib.

Zərərçəkmiş tərəf – Vüsalə Quliyevanın həyat yoldaşı Akif Quliyev hökmdən narazı qalıb. Deyir ki, həkim səhlənkarlığı icbatından ailəsinə böyük zərbə dəyib, iki azyaşlı övladı anasız qalıb. Amma Fatimə Abdullazadə bugünədək onlara heç üzrxahlıq da etməyib. O danışır ki, gecə həyat yoldaşını xəstəxanaya çatdırsalar da, həkim onları evə göndərib, deyib ki, sabah gətirsinlər. Çünki ixtisaslı həkimlər, diaqnostika avadanlığını işlədən mütəxəssislər bu vaxt yoxdur. Onlar isə həkimin davranışına – xəstənin bu vəziyyətdə evə göndərilməsinə etiraz ediblər:

“Baş həkimin nömrəsi vardı, qardaşım gecə ilə ona zəng elədi ki, vəziyyəti çatdırsın, kömək eləsin. Baş həkim telefona cavab vermədi...”.

Səhər saatlarında baş həkim zəngləri görəndən sonra Səbuhi Quliyevlə əlaqə saxlayıb, hansı səbəbdən zəng etdiyini soruşub. O isə gecə gəlinlərini xəstəxanaya gətirdiklərini, lakin həkimin onları evə göndərdiyini çatdıraraq, bundan şikayətlənib.

Həkim: “Başım o biri xəstəyə qarışdı”

Akif Quliyevin sözlərinə görə, gecə məcburiyyət qarşısında həyat yoldaşını evə gətiriblər. Səhər onun durumu bir qədər də ağırlaşıb və yenidən xəstəxanaya çatdırıblar. Onu rentgen müayinəsindən keçirəndən sonra ciyərlərində pnevmaniya əlamətlərinin müşahidə olunduğu deyilib. Ardınca onu infeksion şöbəyə yerləşdiriblər. Getdikcə onda tənəffüs çatışmazlığı yaranıb. Bu üzdən oksigen aparatına qoşublar. Bir qədər sonra Vüsalə Quliyeva nitq qabiliyyətini itirib, koma vəziyyətinə düşüb. Onu reanimasiya şöbəsinə yerləşdirsələr də, gecə saat 3 radələrində orada vəfat edib.

Akif Quliyev əlavə edib ki, həyat yoldaşının ölümündə təqsiri olan həkimin azadlıqda qalması onu qıcıqlandırır.

30 yaşlı Fatimə Abdullazadə isə özünü təqsirli bilmir. Deyir ki, xəstəyə ilkin tibbi yardım göstərilib. O iddia edir ki, xəstənin evə aparılmasını istəməyib, əksinə, ona gözləməyi tapşırıb:

“O ərəfədə təcili tibbi yardım xəstə gətirmişdi. Başım o xəstəyə qarışdı, təcili yardımın sənədlərini imzalamalı idim. Elə bu məqamda Vüsalə Quliyeva xəstəxanadan çıxıb gedib. Xəstə mənim yanımda 10 dəqiqə oldu”.

Fatimə Abdullazadə əlavə edib ki, Vüsalə Quliyeva səhhətindəki problemlərlə əlaqədar hadisədən 2-3 gün əvvəl bir neçə başqa həkimin qəbulunda olub:

“Gülnar həkimin müalicəsini götürüb, Əli həkim iki dəfə baxıb, həm müalicə yazıb, həm sistem quraşdırıb. Amma bu həkimlərin adları heç çəkilmir, məni günahlandırırlar. Heç kimə sübut edə bilmirəm ki, xəstə özü çıxıb gedib”.

Akif Quliyev də, onun qardaşı da deyir ki, Fatimə Abdullazadə yalan danışır. Əgər o, xəstəni israrla evə göndərməsəydi, o zaman baş həkimə zəng etməzdilər.

Hökm dəyişdi

Bu işdə zərərçəkmiş tərəflə yanaşı, prokurorluq da Göyçay Rayon Məhkəməsinin həkimə kəsdiyi cəzadan narazı qalıb. Prokuror da cəzanın ağırlaşdırılmasını istəyib. Dövlət ittihamçısı onun 3 il 6 ay azadlıqdan məhrum olunmasını təklif edib.

Bundan başqa, Göyçay Rayon Məhkəməsinin hökmündə əlavə cəza olaraq, Fatimə Abdullazadənin 1 il 6 ay təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim kimi çalışmasına qadağa qoyulub. Prokuror bununla da razı deyil. O, apelyasiya protestində təklif edib ki, ona təkcə təcili yardım yox, 1 il 6 ay ərzində ümumiyyətlə, həkim kimi fəaliyyət göstərmək qadağan olunmalıdır.

Vüsalə Quliyevanın ölümü ilə bağlı məsələ Şəki Apelyasiya Məhkəməsində təkrar araşdırılıb, bugünlərdə yeni hökm çıxarılıb. Fatimə Abdullazadə 1 il 6 ay həkimlik fəaliyyətilə məşğul olmaq hüququndan məhrum edilib. O, həmçinin 2 il azadlıqdan məhrum edilib. Bu cəzanı isə məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir.

Qanuna görə, ehtiyatsızlıqdan törədilən cinayətlərdə cəza 5 ilə qədər olanda məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilir.

Dia-az.İnfo










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır"
Bu gün, 00:08
Vüsal Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:05
Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... - SENSASİON İDDİA
Bu gün, 00:03
Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Dünən, 19:10
Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Dünən, 19:05
Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Dünən, 19:00
FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
Dünən, 18:58
Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Dünən, 18:12
Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Dünən, 18:09
Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? - “Regnum”
Dünən, 18:05
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 18:03
Müğənni Kəmalə Sərxana od püskürdü
Dünən, 18:00
Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Dünən, 17:53
3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Dünən, 17:49
Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək - ÇÜNKİ...
Dünən, 17:48
"Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
Dünən, 17:44
PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
Dünən, 17:40
DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Dünən, 17:35
Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Dünən, 17:33
Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Dünən, 17:32
İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Dünən, 17:30
"Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 17:27
Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Dünən, 17:26
Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Dünən, 17:24
Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir - PROSES DAVAM EDİR
Dünən, 17:22
Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Dünən, 17:19
“Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Dünən, 17:14
Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Dünən, 17:07
Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Dünən, 17:05
Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Dünən, 17:00
“Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” - İLGİNC DETALLAR
Dünən, 16:59
Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: - Oğlan övladlarınızı sünnət etdirməyin, İslamda yoxdur
Dünən, 16:58
Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA
Dünən, 15:42
Biz istəyirik ki, hər kəs əfv olunsun - Novella Cəfəroğlu
Dünən, 15:39
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 15:37
Elşad Miridən şok açıqlama: - Bürclərə inananlar zavallıdır
Dünən, 15:36
AHİK-lə bağlı İLGİNC İDDİALAR - Turniketlər axşam saatlarında niyə söndürülür?
Dünən, 15:31
Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? – Sabah…
Dünən, 15:26
Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib - Fransadan etiraf
Dünən, 15:25
“Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb
Dünən, 15:17
Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir
Dünən, 15:16
Mərdəkanda çirkab suları evlərə dolur - Sakinlər PA rəhbərinə müraciət etdi
Dünən, 15:14
“Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun”
Dünən, 15:08
“Rasim Balayev, cinayətlərin ilə səni rüsvay edib məhkəməyə verərəm!” - Şeyx Əbdül OD PÜSKÜRDÜ
Dünən, 14:47
PKK-nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmür - Əlibəyli
Dünən, 14:02
Ermənistan atəşkəsi pozur: - Moskvanın kölgəsində yeni planlar qurulur
Dünən, 14:00
“Bakı Şampan Şərabları” şirkəti mənfəətdən zərərə keçib - HESABAT
Dünən, 13:58
Nigar Rəhimovaya “Vətən müharibəsi iştirakçısı” medalı buna görə verilibmiş - TƏFƏRRÜAT
Dünən, 13:06
Nikol Paşinyanın partiyası: - Sərkisyan və Köçəryan bizdən qorxur
Dünən, 13:03
“Sumqayıt Aşqarlar”ın Direktorlar Şurasının sədri və üzvləri seçiləcək
Dünən, 12:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru