Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı .....                     Simonyan 44 günlük müharibə barədə: .....                     Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib .....                     Mertz Rusiyanı sanksiyalarla hədələyib .....                     Azərbaycan mühüm vasitəçi kimi .....                     "Protech Electronics"in 219 min manat .....                     Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib .....                     “Sabrania” siqaretləri bahalaşır .....                     “Qaçaq Nəbinin toyu”na dönən parad .....                     UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? .....                     “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” .....                     Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... .....                     “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU .....                     "Bunlar hamısı siyasətin təzahürləridir" .....                     Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir .....                     İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu .....                     Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib .....                     Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... .....                     “Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub .....                     Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub .....                     Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB .....                     Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq .....                     Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi .....                     "Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..." .....                     Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? .....                     Erməni əsgərləri BELƏ QAŞINIR... .....                     Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı .....                     Hindistan bizi boykot edir: BƏS BİZ? .....                     "Rusiyaya nota verilməlidir" .....                     Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... .....                     İşçi buna görə məsuliyyət daşıyır... .....                     "Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" .....                     Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi .....                     Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... .....                     DSK sədri vəfat etdi .....                     Kadırov getsə, yerinə kim gələcək? .....                     İşçilərin şəxsi həyatının toxunulmazlığı... .....                     "Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" .....                 

Naxçıvan gömrüyü ÖZBAŞINA QALIB - BU NƏDİ BELƏ?!
Tarix: 24-09-2024, 15:08 | Çap et
Naxçıvan gömrüyü ÖZBAŞINA QALIB
Naxçıvan Muxtar Respublikasında (MR) qeydiyyatda olan, hazırda Bakıda yaşayan Məmmədov Qorxmaz Hüseyn oğlu "Hürriyyət"in redaksiyasına gələrək, qarşılaşdığı qanunsuzluqlardan bəhs edib. Şikayətçi deyir ki, bir müddət əvvəl Bakı qeydiyyatında olan 77-LK-564 dövlət nömrəli "Mercedes Vito" markalı yük maşını ilə Naxçıvana getməyi qərara alıb. Quru sərhədi ilə ölkədən çıxa bilmədiyi üçün maşınını "avtovoz"a yükləyərək Gürcüstana göndərib, oradan isə özü idarə edərək, Türkiyəyə yola düşüb. Təxminən 10-15 gün qardaş ölkədə qaldıqdan sonra Sədərək Gömrük Məntəqəsi vasitəsilə Naxçıvana daxil olub. Bu zaman, özünün də xəbəri olmadan, sənədləşmədə "Mercedes Vito" markalı yük avtomobili "minik maşını" kimi qeyd olunub. Elə problem də bundan sonra başlayıb...

Qorxmaz Məmmədov deyir ki, sözügedən avtomobil onun özünə məxsus olsa da, rəsmi olaraq qardaşı Məmmədov Elçin Hüseyn oğlunun adına qeyddiyyatdadır. O, həmin avtomobili etibarnamə ilə idarə edir.

Şikayətçinin sözlərinə görə, Sədərək Gömrük Məntəqəsində ona məxsus yük avtomobilinin "minik avtomobili" kimi qeyd olunmasından xəbərsiz halda, Naxçıvana daxil olub. Bir neçə gün sonra isə İran üzərindən Bakıya qayıtmaq istəyib.

"Bilirəm ki, mənim maşınım yük maşınıdır, rahat gedib-gələcəm. Odur ki, bir neçə gün sonra İrandan keçməklə Bakıya gəlmək istədim. Maşın da boş idi. Culfa Gömrük Məntəqəsinə gəldim, günorta saat 15:00-dan gecə saat 12-dək növbədə saxladılar. Nəhayət, hamı kimi, mən də sənədləri təqdim etdim. Lakin 1 saat keçsə də, cavab çıxmadı. Sonra sənədləri gətirib dedilər ki, səhər saat 9-da gəlin, sərbəst keçəcəksiniz. Soruşdum ki, indi niyə keçə bilmirəm, problem nədir? Gömrük işçisi dedi ki, maşın Sədərək Gömrük Məntəqəsindən Naxçıvana daxil olan zaman "minik maşını" kimi sənədləşdirilib, ona görə, bizim onu yük maşını kimi qeyd etməyə səlahiyyətimiz çatmır. Minik maşını da sərhədi keçə bilmədiyi üçün sizə çıxış verə bilmirik", - deyə Q.Məmmədov bildirdi.

Şikayətçi hesab edir ki, Sədərək Gömrük Məntəqəsindən keçən zaman onun yük maşını məqsədli şəkildə "minik avtomobili" kimi qeydiyyata alınıb: "Bunu qəsdən edirlər ki, həmin maşın bir daha quru yolu ilə Naxçıvan sərhədindən heç yerə çıxa bilməsin. Görünür, Türkiyəyə gedib-gələnlərin sayını azaltmaq istəyirlər. Çünki nə qədər az maşın gedib-gələrsə, daha az məhsul daxil olar. Hansı ki, burda da əsasən kiçiktutumlu yük maşınlarından söhbət gedir. Üstəlik, onlara da vaxt qoyurlar ki, ay ərzində ən çoxu 2 dəfə gedib-gələ bilərsiniz".

Qorxmaz Məmmədov məlumat verir ki, Naxçıvandan yük maşınlarının istər Türkiyə, istər də İrana keçməsinə qanun çərçivəsində icazə verilir: "İnsanlar acından ölməsin deyə ərzaq məhsulları gətirməyə məcburdurlar. Onlar geri qayıdarkən Türkiyə gömrüyündə heç maşına baxmırlar ki, içərisində nə var. Bizim tərəfə keçəndə naxçıvanlıların başına oyun açırlar. Gətirdikləri məhsulların hərəsini bir yana atırlar, nəticə etibarilə vətəndaşlar Naxçıvana başını yola-yola keçir".

Şikayətçi deyir ki, Culfa Gömrük Məntəqəsi əməkdaşının dediyi vaxtda, yəni səhər saat 9-da yenidən sərhədi keçmək istəyib: "Deylən vaxtda yenidən gömrük məntəqəsinə gəldim. Lakin bu dəfə də bildirdilər ki, sənəd düzəlməlidir, bu cür keçə bilməyəcəksiniz, Gömrük Komitəsinə müraciət edin. Bu zaman dedim ki, onda mənə rəsmi kağız verin, hansı səbəbdən sərhədi keçə bilmədiyimi bilim. Bildirdilər ki, biz heç bir kağız verə bilmərik. Sonra isə bildirdilər ki, əslində, sizin maşınınız Bakıya getmək üçün yük avtomobilinə yüklənməlidir, yalnız o vəziyyətdə apara bilərsiniz".

Q.Məmmədovun sözlərinə görə, ikinci gün də sərhədi keçə bilmədiyi üçün Naxçıvan Gömrük Komitəsinə gedib: "Rəis Vüqar Əliyevlə görüşmək istədiyimi bildirdim. Lakin onunla görüşmək mümkün olmadı. Dedilər ki, sən "minik" sözünü sildirmək üçün Bakıya gedib, Dövlət Gömrük Komitəsinə müraciət etməlisən. Əlavə etdilər ki, "minik" sözünü sildirdikdən sonra, eyni vaxtda beynəlxalq yükdaşıma sertifikatı da almalısan...".

Bütün bunlardan sonra Naxçıvana getdiyinə peşman olan Qorxmaz Məmmədov maşınını TIR-a yükləyib, özü isə təyyarə ilə Bakıya qayıdır. "Bilsəydim ki, başıma bu oyunu açacaqlar, heç Naxçıvana getməzdim", - deyən şikayətçi vurğulayır ki, qarşılaşdığı haqsızlıqlarla bağlı tezliklə Dövlət Gömrük Komitəsinin rəhbərliyi ilə görüşməyə cəhd edəcək.

Ümumiyyətlə, son vaxtlar gömrükdə vətəndaşların çoxsaylı qanunsuzluqlarla üzləşdiyini deyən Q.Məmmədov bütün bunlarla bağlı qəzetimizə geniş açıqlama verib. Növbəti yazımızda bu haqda məlumatları oxucularımıza təqdim edəcəyik. Bizi izləyin.

"Hürriyyət"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Bu gün, 15:07
Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Bu gün, 15:05
Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Bu gün, 15:02
Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Bu gün, 15:00
Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Bu gün, 14:00
"Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Bu gün, 13:58
Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Bu gün, 13:30
“Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Bu gün, 13:03
“Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Bu gün, 13:02
UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Bu gün, 12:58
“BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Bu gün, 12:52
Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Bu gün, 12:43
“Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Bu gün, 12:35
"Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Bu gün, 12:11
Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Bu gün, 12:06
İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Bu gün, 12:05
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:03
Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Bu gün, 11:52
Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Bu gün, 11:51
Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:47
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Bu gün, 11:37
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Bu gün, 11:34
Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Bu gün, 11:29
Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Bu gün, 11:27
Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 11:10
"Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Bu gün, 11:09
Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Bu gün, 11:01
Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Bu gün, 10:55
Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Bu gün, 10:29
Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Bu gün, 10:19
"Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 10:10
Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Bu gün, 10:05
İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Bu gün, 10:03
"Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Bu gün, 09:54
Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi - AÇIQLAMA
Bu gün, 09:33
Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... - "...vaxtında Ceyhunu qəşəng yedirdib"
Bu gün, 09:24
DSK sədri vəfat etdi - FOTO
Bu gün, 09:17
Kadırov getsə, yerinə kim gələcək? - Oğlu, yoxsa döyüş komandiri?
Bu gün, 09:14
İşçilərin şəxsi həyatının toxunulmazlığı... - Ekspert danışır...
Bu gün, 08:26
"Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" - ŞƏRH
Bu gün, 08:23
Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - VİDEOMÜRACİƏT
Bu gün, 08:22
Hindistan təcavüzünü Pakistan necə önləyir? - Uçurumun astanasında...
Bu gün, 07:35
Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Bu gün, 07:21
"Efirim canlı olduğu üçün yanında ola bilmədim"
Bu gün, 07:06
Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... - “Röyters”
Bu gün, 07:04
Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət - GƏLİŞMƏ
Bu gün, 06:58
"Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" - ETİRAZ
Bu gün, 06:55
Ermənistanda ACINACAQLI DURUM - Rəqəmlərin gözü ilə...
Bu gün, 06:43
Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
Bu gün, 06:39
Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu - “Geo” telekanalı
Bu gün, 06:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru