“Dodağını şişirdən müğənnilər xalqı məhv ediblər” .....                     Ermənistanda Azərbaycana qarşı terror aktlarına intensiv hazırlıq gedir .....                     Bakıda daha bir gizli Rusiya-Almaniya görüşü .....                     Hindistan iyulda Ermənistana “Akash” sistemlərinin ikinci partiyasını göndərəcək .....                     Rusiyanın Ukrayna ilə sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq .....                     Trampdan Azərbaycanla bağlı mühüm tapşırıq .....                     Paşinyanın gizli müqaviləsi .....                     Paşinyan müharibədə məğlub olduğu üçün belə deyir .....                     “Ramiz Fətəliyev və İhsan Nəcəfov nakişi hərəkət ediblər, Elmira Axundova isə…” .....                     Dollara tələbat artır, rəsmilər susur: Örtülü bazar .....                     Putin üçün 22 bəndlik ÇIXIŞ YOLU .....                     Xanım Qafarovanın anası dünyasını dəyişib .....                     "Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?" .....                     Paşinyan üçün 3 kritik ssenari cızıldı .....                     Xalq artistinin keçmiş həyat yoldaşı axtarışa verildi .....                     Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər .....                     Tramp Kəşmir probleminin həllinə çalışacaq .....                     «Gold Residence»lə KİMSƏ BACARMIR? .....                     “Elm ocağı hara, çayxana hara?!” .....                     Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi .....                     “Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” .....                     ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... .....                     Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək .....                     Pakistanda 150 uçuş reysi ləğv edildi .....                     "Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım" .....                     Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... .....                     “Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün .....                     İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür .....                     İnformasiya “fırtınası” .....                     "Hər bir sənət adamı buna fikir verməlidir" .....                     Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA .....                     "Prezident Tofiq Yaqublunu əfv edə bilər" .....                     “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” .....                     Putin hesab edir ki... .....                     “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” .....                     “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” .....                     Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı .....                     "Bu nə münasibətdir, bu nə biganəlikdir?" .....                     Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı .....                     Simonyan 44 günlük müharibə barədə: .....                 

“Əgər məni öldürməsələr, hər şeyi açıb danışacam” – Hafiz Hacıyev
Tarix: 14-01-2025, 17:41 | Çap et
“Əgər məni öldürməsələr, hər şeyi açıb danışacam”
Hacıyevlərin iki məşhur nümayəndəsi artıq məhkəmənin hökmü ilə uzunmüddətli həbs cəzası alıb. Onlardan biri ictimai fəal Bəxtiyar Hacıyev, digəri İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevdir. Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilən Bəxtiyar Hacıyev 10 il müddətinə azadlıqdan məhrum edilib. Məlumat üçün bildirək ki, adıçəkilən şəxslərin ataları əmioğludurlar. Hər ikisi Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin əmisi nəvəsidir.

Hafiz Hacıyev qohumu Bəxtiyar Hacıyevə 10 il hökm oxunmasına necə baxır?

Globalinfo.az-da danışan H.Hacıyev Bəxtiyar Hacıyevin atası ilə öz atasının əmioğlu olduğunu vurğulayıb.

O, B.Hacıyevin həbsindən danışarkən bunları deyib:

“Elə bir zəmanəyə gəlmişik ki, hansısa məmurun nöqsanını deyə bilmirik, dərhal həbsə atırlar. Zamanında biz də həbs edilmişik. Bu gün dünyanın üzərimizə gəldiyi bir dövrdə bu cür yollara əl atmaq düzgün deyil. Bəxtiyar və ya digərləri bu ölkəyə nə pislik edə bilər? Əllərində top-tüfəngləri yox, orduları yox. Düşünürdüm ki, hər halda Bəxtiyara daha az və yüngül cəza verilər. Təəssüf ki, o məni zamanında dinləmədi. Dinləmiş olsa, hazırda dörd divar arasında olmazdı. Demirəm, Bəxtiyar tamamilə səhvsiz və pakdır. Lakin bu cəza onun üçün çoxdur. Biz partiyalar da ölkədə barışıq olmasını istəyirik. Adi yas yerinə gedəndə də insanlar ölkə daxilində olan sosial problemləri müzakirə edirlər. Prezidentin işinə kölgə salmaq istəyənlərə qarşı çıxanları isə həbsə atdırırlar”.

Hafiz Hacıyev zamanında özünün həbs olunma səbəbini açıqlayıb:

“Sürət Hüseynov hakimiyyətə gələndə mən nazir idim. Həmin dönəmdə S.Hüseynov məndən 600 min dollar pul istədi. Mən bunu rəhmətlik Heydər Əliyevə çatdırdım. Onda da Heydər Əliyev Ali Sovetin sədri və prezidentin səlahiyyətlərini icra edirdi. Açıq şəkildə dedi ki, Sürət qələt edir, get işinə davam elə. Lakin Hüseynov keçmiş baş prokuror Əli Ömərova məni həbs etdirməyi tapşırmışdı. Onun tapşırığına əsasən də 2,6 il müddətinə azadlıqdan məhrum edildim. Heydər Əliyev olmasa idi, Sürət Hüseynov məni öldütdürərdi”.

Partiya sədri hazırda həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyevin də əmisi nəvəsi olduğunu deyib:

“Vilyamı o vaxt mənim xahişimlə icra başçısı təyin etmişdilər. Sonra bəzi hərəkətlərə yol verdiyi üçün həbs olundu. Keçmişə qayıtmaq istəmirəm. Düzü, heç biri ilə əlaqəmiz yoxdur. Hətta əzizlərimizin yas məclisində eyni masada əyləşsək də, bir-birimizlə danışmırdıq. Vilyam Hacıyevlə konkret nəyə görə danışmadığımız məlum deyil. Bəxtiyarla aramızda olan “düşmənçiliyə” səbəb isə Əlilərə, İsalara (Əli Kərimli ilə İsa Qəmbəri nəzərdə tutur – red.) qoşulmamağı tövsiyə etməyimdir. Amma qeyd edim ki, hər iki əmim nəvəsinin azadlığa qovuşması üçün müraciətlər etmişəm, gizlətmirəm də”.

Hafiz Hacıyev ona qəsd etmək istəyənlərin olduğunu düşünür:

“Zamanında İlham Əliyevə dəstək olduğum üçün məni hədələyən bəzi məmurların öz balaları bu gün vəzifədədirlər. Oturub, Azərbaycanın büdcəsini talayırlar. Əgər məni öldürməsələr, rezidentlə görüşüb, baş verənləri ona danışacam”.

Partiya sədri deyib ki, Hacıyevlər ziyalı nəsildirlər:

“Hacıyevlər ailəsini artıq dustaq ailəsi adlandırmaq olar. Fakt olaraq iki əmim nəvəsi həbsdədir. Bilirsiniz, nəslimiz böyükdür. Akademiklər, professorlar, imkanlı və ziyalı adamlar çoxdur. Biz hər zaman dövlətin və onun başçısının yanında olmuşuq”.

Xatırladaq ki, Bəxtiyar Hacıyev 2022-ci ilin dekabr ayında saxlanılıb.

O, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi), Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 206.1 (qaçaqmalçılığa köməklik etmə), 221.2.2 (bir qrup şəxs tərəfindən ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə müqavimət göstərməklə xuliqanlıq), 289.1-ci (məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmə), 320.1 və 320.2-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə təqsirli bilinib.

2020-ci ilin may ayının əvvəllərində DTX-nin xüsusi əməliyyatı ilə həbs olunan İmişlinin sabiq başçısı Vilyam Hacıyev isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib. Lakin sonradan onun cəzası 8 il 6 ay müddətinə azaldılıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Dodağını şişirdən müğənnilər xalqı məhv ediblər”
Dünən, 23:33
Ermənistanda Azərbaycana qarşı terror aktlarına intensiv hazırlıq gedir - VİDEO
Dünən, 23:32
Bakıda daha bir gizli Rusiya-Almaniya görüşü – Azərbaycan qlobal dialoqların yeni ünvanına çevrilir
Dünən, 23:27
Hindistan iyulda Ermənistana “Akash” sistemlərinin ikinci partiyasını göndərəcək
Dünən, 23:24
Rusiyanın Ukrayna ilə sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq - Ərdoğan
Dünən, 15:57
Trampdan Azərbaycanla bağlı mühüm tapşırıq - AÇIQLAMA
Dünən, 15:52
Paşinyanın gizli müqaviləsi - Hamilə, uşaq, qoca və əlillər üzərində ÖLÜM SINAĞI
Dünən, 15:00
Paşinyan müharibədə məğlub olduğu üçün belə deyir - FAKT BUDUR!
Dünən, 14:57
“Ramiz Fətəliyev və İhsan Nəcəfov nakişi hərəkət ediblər, Elmira Axundova isə…” - Əli Ömərov
Dünən, 14:52
Dollara tələbat artır, rəsmilər susur: Örtülü bazar - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 11:52
Putin üçün 22 bəndlik ÇIXIŞ YOLU - “NBC News”
Dünən, 11:49
Xanım Qafarovanın anası dünyasını dəyişib
Dünən, 11:47
"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?" - ETİRAZ
Dünən, 11:44
Paşinyan üçün 3 kritik ssenari cızıldı – Yaxın günlərdə…
Dünən, 11:42
Xalq artistinin keçmiş həyat yoldaşı axtarışa verildi - TƏFƏRRÜAT
Dünən, 11:40
Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər - Hər kəs göz yumub
Dünən, 11:38
Tramp Kəşmir probleminin həllinə çalışacaq
Dünən, 09:24
«Gold Residence»lə KİMSƏ BACARMIR? - NARAZILIQ VAR...
Dünən, 09:22
“Elm ocağı hara, çayxana hara?!” - BU NƏDİ BELƏ?
Dünən, 09:10
Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi - FOTO
Dünən, 09:01
“Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” - deputat
Dünən, 08:58
ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... - “Voll Strit Jurnal”
Dünən, 08:54
Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək
Dünən, 06:15
Pakistanda 150 uçuş reysi ləğv edildi
Dünən, 06:08
"Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım"
Dünən, 02:48
Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... - ARAŞDIRMA
Dünən, 02:45
“Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün jurnalistə pul TƏKLİF EDİBMİŞ
Dünən, 02:43
İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür - GƏLİŞMƏ
Dünən, 02:36
İnformasiya “fırtınası” - AKTUAL
Dünən, 02:33
"Hər bir sənət adamı buna fikir verməlidir"
Dünən, 02:30
Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Dünən, 02:23
"Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
10-05-2025, 19:08
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
10-05-2025, 19:05
Putin hesab edir ki... - GƏLİŞMƏ
10-05-2025, 16:20
“Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
10-05-2025, 16:16
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
10-05-2025, 15:51
Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
10-05-2025, 15:38
"Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
10-05-2025, 15:16
Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
10-05-2025, 15:07
Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
10-05-2025, 15:05
Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
10-05-2025, 15:02
Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
10-05-2025, 15:00
Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
10-05-2025, 14:00
"Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
10-05-2025, 13:58
Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
10-05-2025, 13:30
“Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
10-05-2025, 13:03
“Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
10-05-2025, 13:02
UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
10-05-2025, 12:58
“BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
10-05-2025, 12:52
Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
10-05-2025, 12:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru