Çin Putinə arxa çevirdi: Rusiya lideri geri çəkilmək məcburiyyətində qalıb .....                     Dünya qorxu içində: Hindistan-Pakistan nüvə müharibəsi olacaqmı? .....                     TDT prioritet olsa da, Cənubi Azərbaycan daha vacibdir .....                     "Bu proses hazırda da mərhələli şəkildə davam etdirilir" .....                     "Məni qarşıda ağır xərçəng xəstəliyi gözləyirmiş" .....                     “Dodağını şişirdən müğənnilər xalqı məhv ediblər” .....                     Ermənistanda Azərbaycana qarşı terror aktlarına intensiv hazırlıq gedir .....                     Bakıda daha bir gizli Rusiya-Almaniya görüşü .....                     Hindistan iyulda Ermənistana “Akash” sistemlərinin ikinci partiyasını göndərəcək .....                     Rusiyanın Ukrayna ilə sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq .....                     Trampdan Azərbaycanla bağlı mühüm tapşırıq .....                     Paşinyanın gizli müqaviləsi .....                     Paşinyan müharibədə məğlub olduğu üçün belə deyir .....                     “Ramiz Fətəliyev və İhsan Nəcəfov nakişi hərəkət ediblər, Elmira Axundova isə…” .....                     Dollara tələbat artır, rəsmilər susur: Örtülü bazar .....                     Putin üçün 22 bəndlik ÇIXIŞ YOLU .....                     Xanım Qafarovanın anası dünyasını dəyişib .....                     "Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?" .....                     Paşinyan üçün 3 kritik ssenari cızıldı .....                     Xalq artistinin keçmiş həyat yoldaşı axtarışa verildi .....                     Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər .....                     Tramp Kəşmir probleminin həllinə çalışacaq .....                     «Gold Residence»lə KİMSƏ BACARMIR? .....                     “Elm ocağı hara, çayxana hara?!” .....                     Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi .....                     “Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” .....                     ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... .....                     Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək .....                     Pakistanda 150 uçuş reysi ləğv edildi .....                     "Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım" .....                     Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... .....                     “Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün .....                     İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür .....                     İnformasiya “fırtınası” .....                     "Hər bir sənət adamı buna fikir verməlidir" .....                     Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA .....                     "Prezident Tofiq Yaqublunu əfv edə bilər" .....                     “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” .....                     Putin hesab edir ki... .....                     “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” .....                 

“Ya insanlar özləri etməlidir, ya da inzibati yolla həll olunmalıdır” - deputat
Tarix: 28-01-2025, 08:40 | Çap et
“Ya insanlar özləri etməlidir, ya da inzibati yolla həll olunmalıdır”
İsmayıllı rayonu və kəndlərində yas mərasimlərində cümə axşamlarının ləğv olunduğu haqda xəbər yayılıb. Lakin məsələ ilə bağlı Oxu.az-un İsmayıllı Rayon İcra Hakimiyyətinə (İH) göndərdiyi sorğuya cavab olaraq, İH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlara işin təşkilatçısı Nəsimi Teymurov açıqlamasında bildirib ki, cümə axşamlarının ləğv olunması ilə bağlı söylənilənlər həqiqəti əks etdirmir.

“İsmayıllı rayonunun ağsaqqalları, ziyalıları yas mərasimlərinin təşkili və keçirilməsi ilə bağlı icra hakimiyyətinə müraciət ediblər. Onların müraciətləri nəzərə alınaraq rayon sakinlərinə tövsiyələr verilib. Bu tövsiyələr yas mərasimlərinin şəriət qaydalarına uyğun olaraq sadə formada keçirilməsi ilə bağlıdır. Burada əsas məsələ imkanlı və imkansız ailələr arasında fərqin aradan qaldırılması, yas sahibi olan ailənin əlavə maddi yükdən azad edilməsidir. Əhaliyə yas mərasimlərində vahid tərzdə çadır qurulması, yas süfrəsində yalnız çayın verilməsi tövsiyə edilir. Bu tövsiyə dini dəyərlərə uyğun olaraq israfın qarşısını almağa, cəmiyyət arasında sosial həmrəyliyi artırmağa yönəlib və sosial ədalət prinsipi daşıyır. Məqsəd həmrəy olmaq, qarşılıqlı hörməti artırmaqdır. Bizim bu tövsiyə xarakterli istəyimizi insanlar rəğbətlə qarşılayır, yas mərasimlərini dini dəyərlərə uyğun keçirirlər”.

Ancaq gerçək belədir ki, zaman-zaman edilən çağırışlara baxmayaraq, hələ də Azərbaycanın əksər bölgələrində, paytaxt Bakıda dəbdəbəli yas mərasimləri keçirilir. Halbuki nə qonşu Türkiyədə, nə də İranda belə ifrata və israfa rast gəlmək mümkünsüzdür. Allah isə ifrata varanları, israfçıları sevməz.

Bəs niyə toylardakı kimi, yaslarda da dəbdəbədən, ifratdan qaça bilmirik? Səbəb nədir? Mentalitet, yas biznesi, yoxsa nə? Bəlkə Naxçıvandakı kimi inzibati qadağa qoymağın vaxtı çatıb?

Yeri gəlmişkən, Füzuli rayonunda ictimaiyyətin, rayon ağsaqqallarının, din xadimlərinin, ziyalıların birgə təşəbbüsünə əsasən artıq 11 ilə yaxındır ki, yas mərasimləri israfçılıqdan, təmtəraqdan uzaq və sadə şəkildə təşkil olunur. Füzulidə ehsan süfrələri halva, xurma, limon, qənd, çay, su və yuxa olmaqla yeddi əsas predmetlə açılır. Füzuli Rayon İcra Hakimiyyətinin məlumatına görə, son 11 ildə yas yerlərinin tam sadələşdirilmiş formada təşkil olunması nəticəsində rayon əhalisi təxminən 19.1 milyona qədər vəsaitə qənaət edib. Əgər əvvəllər yas sahibi 3, 7, 40 və cümə axşamları üçün orta hesabla 10-15 min AZN xərcləməli olurdusa, hazırda sadələşdirilmiş ehsan məclislərinə dəfn xərcləri də daxil olmaqla, orta hesabla 3000 AZN-ə qədər vəsait tələb olunur. Rayon sakinləri qənaət etdikləri vəsaiti digər sosial problemlərinin həllinə sərf edirlər.

1 yanvar 2025-ci il tarixdən etibarən ziyalıların və Füzuli ictimaiyyətinin birgə təşəbbüsü, eləcə də səyyar qəbullarda səsləndirilən vətəndaş müraciətləri əsasında, cümə axşamları (bir cümə axşamı saxlanılmaqla) həyata keçirilmir. Rayon sakinləri bildirirlər ki, ehsan süfrələrinin sadə, təmtəraqdan uzaq keçirilməsi onlara maddi zərər vurmur, banklara, kredit təşkilatlarına borclu qalmalarına səbəb olmur. Rayonda ehsan məclislərindən toplanan vəsaitlə vətəndaşlar həm yas mərasimlərini təşkil edir, həm də mərhumun dəfn oluması, qəbirüstü abidəsinin düzəldilməsi və digər işləri yerinə yetirirlər.

Yada salaq ki, bənzər qərar Naxçıvanda da qəbul olunmuşdu. Naxçıvan MR Şərur rayonu Mahmudkənd kəndinin əhalisinin birgə qərarı ilə yas mərasimlərində ehsan verilməsi qadağan edilib.

İlahiyyatçılar yas məclislərinin dəbdəbəli keçirilməsinin İslam dəyərlərinə uyğun olmadığını vurğulayır. Qeyd edilir ki, yas məclislərinin əsas məqsədi mərhuma dua etmək, ailəsinin yanında olmaq və mənəvi dəstək göstərməkdir. Lakin hazırda yas məclislərinin dəbdəbəli şəkildə təşkili, böyük ziyafətlər verilməsi və həddindən artıq xərc çəkilməsi bu təməl məqsədləri kölgədə qoyur.

İslam dini israfçılığa qarşıdır və hər hansı mərasimin sadə şəkildə keçirilməsini tövsiyə edir. Quran və hədislərdə dəfələrlə israfın qadağan edildiyi vurğulanır: “Həqiqətən, israf edənlər şeytanın qardaşlarıdır...” (Quran, İsra surəsi, 27-ci ayə). Peyğəmbər (s.ə.s.) hədislərində bildirilib ki, yas üç gündən artıq davam etməməlidir. Bu müddət kədərlə başsağlığı üçün kifayətdir. Daha uzun və israfçı mərasimlər dinin mahiyyətindən uzaqdır.

İlahiyyatçılar vurğulayır ki, mərhum üçün edilən dualar və onun ruhu üçün edilən yaxşılıqlar (sədəqə vermək, ehtiyacı olanlara yardım etmək) daha dəyərlidir. Yemək-içmək və böyük məclislərin təşkili mərhumun ruhuna heç bir fayda gətirmir. Yas məclislərində israfçılığın qarşısını almaq üçün din xadimlərinin cəmiyyəti bu mövzularda marifləndirməsi vacibdir. İnsanlara bu mövzunun dini və iqtisadi tərəfləri izah edilməli, dinin həqiqi məzmunu çatdırılmalıdır.

İlahiyyatçılar həmçinin təklif edirlər ki, yas məclislərində sərf edilən böyük xərclər imkansız ailələrə, tələbələrə və ya digər xeyirxah işlərə yönəldilsin. Bu həm mərhum üçün savab qazandırar, həm də cəmiyyət üçün daha faydalı olar.

İlahiyyat üzrə fəlsəfə doktoru, deputat Ceyhun Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Bir neçə gün əvvəl Füzuli rayonunda da belə bir hadisə baş vermişdi və bununla bağlı müzakirələr başladı. Məlum oldu ki, bir neçə il ərzində 19 milyon vəsaitə qənaət edilib. Bu gün Azərbaycanda keçirilən dəbdəbəli yas məclislərinin İslamla heç bir əlaqəsi yoxdur. Ümumiyyətlə, İslamda üç gündən artıq yas saxlamaq yoxdur. "Cümə axşamı", “40 məclisi” və digər bu kimi ənənələrin heç bir dini əsası yoxdur. Bunlar sonradan formalaşmış adətlərdir. Təəssüf ki, bu gün Azərbaycanda yas məclislərində ciddi israfçılığın baş verdiyi açıq şəkildə müşahidə olunur və bu israfçılıq cəmiyyəti ciddi şəkildə narahat edir. Ona görə hesab edirəm ki, vahid bir normanın tətbiq edilməsi, yas məclislərinin dinə uyğun keçirilməsi, israfçılığın qarşısının alınması məqsədi bu gün nəzərdə saxlanmalıdır. Bu, əsasən iki yolla tənzimlənə bilər. Birincisi, vətəndaşlar özləri bunu etməkdə maraqlı olurlar. İkinci isə inzibatı qaydada bu məsələyə baxılır. Yaxşı olar ki, bunu insanlar özləri etsin. İnsanların doğmaları dünyasını dəyişdikdə bilmirlər ki, doğmalarının itkisinə görə kədərlənsinlər, hüzn yaşasınlar, yoxsa yer axtarsınlar ki, gedib orada yas məclislərini keçirsinlər. Yəni bu, həqiqətən də cəmiyyət üçün narahatlıq doğuran məsələdir. Bu gün cəmiyyətdə də geniş müzakirə olunur. İnsanlar bəzən bunun üçün kredit, borc götürürlər. Bizə də bununla bağlı çoxlu müraciətlər daxil olur. Dünyasını dəyişən insanın yaxınına bir yas mərasimi bəzən 5 min, 10 min, 15 min, 20 min, hətta 50 min manata qədər vəsaitə başa gəlir. Bu, böyük bir vəsaitdir və açıq şəkildə israfçılıqdır. Bu şəkildə keçirmək düzgün deyil. Daha səmərəli və məqbul metodların tətbiq olunması vacibdir ki, həm insanların yükü azalsın, həm də dini qaydalar qorunsun".

Yas mərasimləri zamanı vəsaitin səmərəsiz xərcləndiyini deyən deputat qeyd edib ki, bu vəsaiti imkansız insanlara, qızların təhsilinə yönəldə bilərik, məktəb tikə bilərik: “Fikrimcə, yanaşmamızda bu istiqamətlər nəzərə alınmalıdır. Çünki bu gün cəmiyyətimizdə bununla bağlı ciddi müzakirələr aparılır və ciddi narazılıqlar var. Bütün bunları nəzərə alaraq insanları artıq yükdən, artıq xərclərdən azad etməliyik. Bu artıq zamanın və dövrün tələbidir”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Çin Putinə arxa çevirdi: Rusiya lideri geri çəkilmək məcburiyyətində qalıb - ŞƏRH
Bu gün, 01:48
Dünya qorxu içində: Hindistan-Pakistan nüvə müharibəsi olacaqmı? - AKTUAL
Bu gün, 01:44
TDT prioritet olsa da, Cənubi Azərbaycan daha vacibdir - İNCƏLƏMƏ
Bu gün, 01:42
"Bu proses hazırda da mərhələli şəkildə davam etdirilir" - deputat
Bu gün, 01:38
"Məni qarşıda ağır xərçəng xəstəliyi gözləyirmiş"
Bu gün, 01:32
“Dodağını şişirdən müğənnilər xalqı məhv ediblər”
Dünən, 23:33
Ermənistanda Azərbaycana qarşı terror aktlarına intensiv hazırlıq gedir - VİDEO
Dünən, 23:32
Bakıda daha bir gizli Rusiya-Almaniya görüşü – Azərbaycan qlobal dialoqların yeni ünvanına çevrilir
Dünən, 23:27
Hindistan iyulda Ermənistana “Akash” sistemlərinin ikinci partiyasını göndərəcək
Dünən, 23:24
Rusiyanın Ukrayna ilə sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq - Ərdoğan
Dünən, 15:57
Trampdan Azərbaycanla bağlı mühüm tapşırıq - AÇIQLAMA
Dünən, 15:52
Paşinyanın gizli müqaviləsi - Hamilə, uşaq, qoca və əlillər üzərində ÖLÜM SINAĞI
Dünən, 15:00
Paşinyan müharibədə məğlub olduğu üçün belə deyir - FAKT BUDUR!
Dünən, 14:57
“Ramiz Fətəliyev və İhsan Nəcəfov nakişi hərəkət ediblər, Elmira Axundova isə…” - Əli Ömərov
Dünən, 14:52
Dollara tələbat artır, rəsmilər susur: Örtülü bazar - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 11:52
Putin üçün 22 bəndlik ÇIXIŞ YOLU - “NBC News”
Dünən, 11:49
Xanım Qafarovanın anası dünyasını dəyişib
Dünən, 11:47
"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?" - ETİRAZ
Dünən, 11:44
Paşinyan üçün 3 kritik ssenari cızıldı – Yaxın günlərdə…
Dünən, 11:42
Xalq artistinin keçmiş həyat yoldaşı axtarışa verildi - TƏFƏRRÜAT
Dünən, 11:40
Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər - Hər kəs göz yumub
Dünən, 11:38
Tramp Kəşmir probleminin həllinə çalışacaq
Dünən, 09:24
«Gold Residence»lə KİMSƏ BACARMIR? - NARAZILIQ VAR...
Dünən, 09:22
“Elm ocağı hara, çayxana hara?!” - BU NƏDİ BELƏ?
Dünən, 09:10
Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi - FOTO
Dünən, 09:01
“Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” - deputat
Dünən, 08:58
ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... - “Voll Strit Jurnal”
Dünən, 08:54
Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək
Dünən, 06:15
Pakistanda 150 uçuş reysi ləğv edildi
Dünən, 06:08
"Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım"
Dünən, 02:48
Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... - ARAŞDIRMA
Dünən, 02:45
“Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün jurnalistə pul TƏKLİF EDİBMİŞ
Dünən, 02:43
İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür - GƏLİŞMƏ
Dünən, 02:36
İnformasiya “fırtınası” - AKTUAL
Dünən, 02:33
"Hər bir sənət adamı buna fikir verməlidir"
Dünən, 02:30
Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Dünən, 02:23
"Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
10-05-2025, 19:08
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
10-05-2025, 19:05
Putin hesab edir ki... - GƏLİŞMƏ
10-05-2025, 16:20
“Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
10-05-2025, 16:16
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
10-05-2025, 15:51
Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
10-05-2025, 15:38
"Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
10-05-2025, 15:16
Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
10-05-2025, 15:07
Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
10-05-2025, 15:05
Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
10-05-2025, 15:02
Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
10-05-2025, 15:00
Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
10-05-2025, 14:00
"Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
10-05-2025, 13:58
Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
10-05-2025, 13:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru