Oğlu Mikayıl Cabbarova sığınan deputatın bankı bağlana bilər – Əhməd Vəliyev hesabı düz verməyib...
Tarix: 22-07-2014, 16:04 | Çap et
 DİA.AZ: - Milli Məclisin sahibkarlıq fəaliyyəti ilə məşğul olan, haqqında media orqanlarında daim qalmaqallı məlumatlar gedən deputatlarından biri də Qazax rayonundan millət vəkili seçilən Əhməd Vəliyevdir. O Əhməd Vəliyev ki, sahibi olduğu əmlakın siyahısını sadalamaqla bitməz. Odlar Yurdu Universitetinin rektoru qısa zaman ərzində bir sərvət dəyərində olan var-dövlətə sahib çıxmağı bacarıb. Buna misal olaraq göstərə bilərik ki, «Muğanbank», «Oksigen» klinikası, « Jalə Plaza» ona məxsusdur. Bu günlərdə isə oğlu təhsil nazirinə müşavir getdi. Bununla da deputat-rektor təhsil sektorunda əlahiddə içkanlar qazanmış oldu...
Əlində olan maliyyə imkanlarına və mandatına arxalanan deputat bəzi hallarda kasıb, acınacaqlı durumda yaşayan insanların hüquqlarını pozur, onlara yuxarıdan aşağı baxır. DİA.AZ-a daxil olan məlumatlarda deyilir ki, deputatın nəzarətində olan müəssisələrin bir çoxunda qanunsuzluq baş alıb gedir, vətəndaşlar bu və ya digər formada süründürməçiliyə məruz qalırlar. Məsələn götürək elə «Oksigen» klinikasını. Səhiyyə ocağınının rektor-deputata məxsus olması heç kimə sirr deyil. Mətbuatda gedən informasiyalardan da məlum olduğu kimi, klinikada vətəndaşlara normal tibbi xidmətlət göstərilmir, hətta bir çox hallarda burda çalışan bəzi savadsız həkimlər onların həyatını risk altında qoyurlar. Dəfələrlə klinikanın bəzi həkimləri xəstələri yanlış əməliyyat ediblər. Lakin yaranan problemlərə baxmayaraq, aidiyyəti dövlət orqanları tərəfindən «Oksigen» klinikasının rəhbərliyi barədə qanuni tədbirlər görülmür.
Fikrimizi bir az da konkret bildirsək, Əhməd Vəliyev nəzarətində olan səhiyyə qurumuna kənar müdaxilələrin edilməsinə imkan vermir. Bundan başqa, Odlar Yurdu Universitetində də bir sıra nöqsanlar mövcuddur. Universitetdə təhsil alan tələbələrin yetərli bir hissəsi imtahanlar zamanı məcburiyyət qarşısında qalaraq müəllimlərə nəysə verirlər. Əgər onlar bu nəysəni verməsələr, imtahanları müvəffəqiyyətlə başa vura bilməzlər. Yayılan məlumatlarda qeyd olunur ki, hər il Odlar Yurdu Universitetinə testdən kənar yollarla bir neçə tələbə qəbul edilir ki, bu da qanunla yolverilməz haldır və cinayət xarakteri daşıyır. Yəni rektor vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mövcud qanunvericiliyin əksinə gedir. Çox ciddi qanun pozuntularının üzə çıxdığı ali təhsil müəssisəsində isə nadir hallarda əlaqədar qurumlar tərəfindən yoxlama aparılır. Əhməd Vəliyev deputat mandatından istifadə edərək universitetdəki problemlərin ictimailəşməsinə imkan vermir. Sözsüz ki, bütün bunlar təhsil ocağını uçuruma aparan amillərdir. Amma təbii ki, Əhməd Vəliyevin oğlunun bu gün təhsil nazirliyində yüksək məqamda dayanması istənilən bir uçurum verisyasını gündəmdən çıxarır... Hətta Odlar Yurdunda hansı təhsil özbaşınalığının yaşanmasınsan asılı olmayaraq...
Deputatın nəzarəti altında olan «Muğanbank»da işlər qaydasında getmir. Ölkənin bank sistemindəki mövcud vəziyyəti nəzərə alsaq, bu sahədə yaranan qüsurların bir çoxu «Muğanbank»ın adı ilə bağlıdır. Bu günə qədər yüzlərlə vətəndaş bankın yüksək faiz dərəcələrinin əlində aciz qalıblar. Ən yüksək faizlə kredit verən bank rəsmiləri bu yolla müştərilərini bir növ özlərindən asılı vəziyyətə salırlar. Hansısa vətəndaş bir-iki gün kredit borcunun ödənişində gecikməyə yol verəndə isə dərhal onun evinə qolu zorlu şəxslər göndərilir. Həmin şəxslər vətəndaşlara təzyiq göstərərək pulu tələb edirlər.
Əlbəttə, bu, dünyanın heç bir ölkəsində tətbiq edilməyən bir haldır. Bizim bildiyimizə görə, Almaniyada hər hansı banka borcu olan vətəndaş bunu ödəyə bilməyəndə bank rəhbərliyi ona bəzi təkliflər edir. Məsələn, həmin vətəndaşı ya münasib işlə təmin edir, ya da ona borcunu ödəmək üçün əlavə vaxt verir. Yəni «Muğanbank» rəhbərliyinin etdiyi kimi etmirlər. Bankda hökm sürən özbaşına vəziyyət isə birbaşa deputatın adı ilə bağlıdır. Belə ki, bankın müşahidə şurasının sədri, Əhməd Vəliyevin kürəkəni Elmir Mehtiyev qayınatasına arxayın olaraq qanunsuz işlərin cərəyan etməsinə zəmin yaradır.
DİA.AZ-a daxil olan məlumatlara görə, Mərkəzi Bank (MB) rəhbərliyi ilə «Muğanbank»ın müşahidə şurasının sədri arasında qalmaqal yaranıb. Mənbənin sözlərinə görə, bəzi məsələlərdə anlaşmayan Mərkəzi Bank rəhbərliyi «Muğanbank»ın lisenziyasını ləğv etmək istəyir. Hətta deyilənə görə, bununla bağlı banka xəbərdarlıq da edilib. Mənbə deyir ki, deputat hələ ki, məsələyə qarışmayıb: «Amma qarışsa da, bir xeyri olan deyil. Çünki Mərkəzi Bank rəhbərliyi ASC-nin lisenziyasını ləğv etməkdə israrlıdır».
Məsələ ilə bağlı qarşı tərəfin də münasibətini öyrənməyə hazırıq.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Bu gün, 19:10 |
|
|
|
• Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Bu gün, 19:05 |
|
|
|
• Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Bu gün, 19:00 |
|
|
|
• FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
Bu gün, 18:58 |
|
|
|
• Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Bu gün, 18:12 |
|
|
|
• Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Bu gün, 18:09 |
|
|
|
• Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? - “Regnum”
Bu gün, 18:05 |
|
|
|
• "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Bu gün, 18:03 |
|
|
|
• Müğənni Kəmalə Sərxana od püskürdü
Bu gün, 18:00 |
|
|
|
• Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Bu gün, 17:53 |
|
|
|
• 3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Bu gün, 17:49 |
|
|
|
• Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək - ÇÜNKİ...
Bu gün, 17:48 |
|
|
|
• "Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
Bu gün, 17:44 |
|
|
|
• PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
Bu gün, 17:40 |
|
|
|
• DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Bu gün, 17:35 |
|
|
|
• Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Bu gün, 17:33 |
|
|
|
• Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Bu gün, 17:32 |
|
|
|
• İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Bu gün, 17:30 |
|
|
|
• "Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Bu gün, 17:27 |
|
|
|
• Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Bu gün, 17:26 |
|
|
|
• Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Bu gün, 17:24 |
|
|
|
• Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir - PROSES DAVAM EDİR
Bu gün, 17:22 |
|
|
|
• Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Bu gün, 17:19 |
|
|
|
• “Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Bu gün, 17:14 |
|
|
|
• Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Bu gün, 17:07 |
|
|
|
• Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Bu gün, 17:05 |
|
|
|
• Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Bu gün, 17:00 |
|
|
|
• “Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” - İLGİNC DETALLAR
Bu gün, 16:59 |
|
|
|
• Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: - Oğlan övladlarınızı sünnət etdirməyin, İslamda yoxdur
Bu gün, 16:58 |
|
|
|
• Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA
Bu gün, 15:42 |
|
|
|
• Biz istəyirik ki, hər kəs əfv olunsun - Novella Cəfəroğlu
Bu gün, 15:39 |
|
|
|
• "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Bu gün, 15:37 |
|
|
|
• Elşad Miridən şok açıqlama: - Bürclərə inananlar zavallıdır
Bu gün, 15:36 |
|
|
|
• AHİK-lə bağlı İLGİNC İDDİALAR - Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 15:31 |
|
|
|
• Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? – Sabah…
Bu gün, 15:26 |
|
|
|
• Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib - Fransadan etiraf
Bu gün, 15:25 |
|
|
|
• “Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb
Bu gün, 15:17 |
|
|
|
• Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir
Bu gün, 15:16 |
|
|
|
• Mərdəkanda çirkab suları evlərə dolur - Sakinlər PA rəhbərinə müraciət etdi
Bu gün, 15:14 |
|
|
|
• “Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun”
Bu gün, 15:08 |
|
|
|
• “Rasim Balayev, cinayətlərin ilə səni rüsvay edib məhkəməyə verərəm!” - Şeyx Əbdül OD PÜSKÜRDÜ
Bu gün, 14:47 |
|
|
|
• PKK-nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmür - Əlibəyli
Bu gün, 14:02 |
|
|
|
• Ermənistan atəşkəsi pozur: - Moskvanın kölgəsində yeni planlar qurulur
Bu gün, 14:00 |
|
|
|
• “Bakı Şampan Şərabları” şirkəti mənfəətdən zərərə keçib - HESABAT
Bu gün, 13:58 |
|
|
|
• Nigar Rəhimovaya “Vətən müharibəsi iştirakçısı” medalı buna görə verilibmiş - TƏFƏRRÜAT
Bu gün, 13:06 |
|
|
|
• Nikol Paşinyanın partiyası: - Sərkisyan və Köçəryan bizdən qorxur
Bu gün, 13:03 |
|
|
|
• “Sumqayıt Aşqarlar”ın Direktorlar Şurasının sədri və üzvləri seçiləcək
Bu gün, 12:59 |
|
|
|
• Putin Ukrayna tərəfi ilə danışıqlar üçün Türkiyəyə getməyəcək - QƏTİ QƏRARDIR...
Bu gün, 12:57 |
|
|
|
• Tender tələbləri əldə qaldı: Heç kim şərtlərə cavab vermədi - TENDER LƏĞV EDİLDİ
Bu gün, 12:56 |
|
|
|
• Qazaxıstandan Gürcüstana SƏRT ETİRAZ - Rəsmi Astana HƏRƏKƏTƏ KEÇDİ
Bu gün, 12:50 |
|
|
|
|