AMEA-ya seçkilərlə bağlı yeni ilginc iddia səsləndi – Seçilənlərin 5-nin ikili vətəndaşlığı var – Prezidentə şikayət olundu
Tarix: 26-08-2014, 11:39 | Çap et
 DİA.AZ: - Milli Elmlər Akademiyasındakı son semkilərdən narazı qalan Fizika üzrə müxbir üzvlüyə namizəd Elman Şahverdiyev prezident İlham Əliyevə açıq məktub ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciəti təqdim edirik:
“Cənab Prezident! AMEA-ya “seçkilər” adəti kimi PA-dan gələn təyinat siyahısı üzrə keçirildi. Fizika üzrə müxbir üzvlüyə namizəd idim. Baxmayaraq ki, elmi işlərimə sitatların sayı ən konservativ verilənlər bazasında- SCOPUS-da ən yüksəkdir, -549 sitat(öz-özunə istinadlarsız),- AMEA-dan kənarda qaldım. Fizika üzrə 7 müxbir üzv, 3 həqiqi üzv təyin edilib.
Müxbir üzvlüyə təyin edilmış 7 nəfərin işlərinə cəmi sitatların sayı mənim işlərimə sitatların sayından azdır.Burada bir nəfərin 3 minlik müəlliflər kollektivi tərkibində CERN-dəki Kollaborasiya işlərinə sitatlar sayılmayıb (elmə Hirş indeksini daxil edən alimin təklifinə əsasən).
Həqiqi üzv təyin edilmış 3 nəfərin işlərinə cəmi sitatların sayı mənim işlərimə olan sitatların sayından 1,7 dəfə azdır.
AMEA üzrə təyin edilmişlərdən ən azı beş nəfərin ikili vətəndaşlığına dair ciddi şübhələr var.
Qoy AMEA izah etsin ki, təyin edilmiş Nazim Məmmədovun dörd səsi necə 28 oldu (31 səsdən); o biri təyin edilmişlərin bir rəqəmli səsi necə baryeri aşdı!
Bu cür ədalətsiz təyinatları həyata keçirənlər Sizi fakt qarşısında qoyaraq inanırlar ki, Siz onların qərarını qəbul edib bu qeyri-obyektivliyə göz yumacaqsıniz.
Xahiş edirəm ki, seçkilərin AMEA Nizamnaməsinə uyğun keçirilmədiyini nəzərə alaraq nəticələrin ləğv edilməsi və yeni seçkilərin keçirilməsi üçün müvafiq qurumlara göstərişlərinizi verəsiniz. Cənab Pezident, mən Sizə bu xahişlə 01 iyuldan hər gün müraciət edirəm, hələ cavab almamışam”. Qarşı tərəfi də dinləməyə hazırıq...
DİA.AZ olaraq Elman Şahverdiyevin tərcümeyi halını diqqətinizə təqdim edirik:
Elman Məhəmməd oğlu Şahverdiyev 1958-ci ildə Cəbrayıl rayonunda anadan olub. Moskva Mühəndis-Fizika İnstitutunu bitirib. Moskvada Ümumi Fizika İnstitutunda namizədlik dissertasiyası müdafiə edib. 1997-ci ildən fizika-riyaziyyat elmləri doktorudur. AMEA Fizika İnstitutunda laboratoriya rəhbəridir və dinamik sistemlərdə xaosun idarə olunması problemləri ilə məşğul olur.Bu istiqamət dünya elmı üçün də nisbətən yenidir (20 il). Elmi biliklərə təsirinə görə xaosun kəşfini kvant nəzəriyyəsinin yaranması ilə müqayisə edirlər. Elman Şahverdiyev Azərbaycanda müxtəlif elm sahələrinin qovşağında (multidisciplinar) yerləşən bu sahənin yaradıcısıdir və beynəlxalq səviyyədə qəbul olunan aparıcı mütəxəssisdir. Science Citation indeks jurnallarında 60-dan yuxarı məqalə dərc etdirib. Demək olar ki, bütün məqalələri ingilis dilli jurnallarda dərc olunub. Aldığı fundamental nəticələr proqnozlaşdırmada, informasiya mübadiləsi zamanı məxfiliyin artırılmasında, kompakt və daha sürətli kompyuterlərin yaradılmasında, sistemlərlin fəaliyyətinin optimallaşdırılmasında, epidemik xəstəliklərin yayılmasının qarşısının alınmasında, yüksək sürətli wi-fi sistemlərində, distant security scan məsələlərində və sair istifadə oluna bilər. Elmi fəaliyyəti elmimizin dünya elminə inteqrasiyası istiqamətində davam edir. İndiyə qədər on dörd beynəlxalq qrant alıb (Yaponiya, Böyük Britaniya, İtaliya, Portuqaliya, Almaniya Universitetlərindən.).30 ildən artıq fəaliyyət göstərən Avropa İttifaqı Cərçivə Proqramları daxilində İndividual qrantı alan yeganə azərbaycanlı alimdir. İşləri haqqında Beynəlxalq mediada 25-ə yaxın populyar məqalələr dərc olunmuşdur. Nüfuzlu “London Press Service” 4 Dekabr, 2001 ci ildə Elman Şahverdiyevin də həmmüəllifi olduğu məqaləyə aid yazısında bu məqalədə alınan nəticəni Minilliyin ən mühüm experimentlərindən biri kimi xarakterizə etmışdir. 20-dən yuxarı Beynəlxalq jurnallarda resenzent kimi fəaliyyət göstərir. Amerikada dərc olunan -Dynamical and Control Systems (IASR) Jurnalının Editorlarından biridir. Məqalələrinə olan sitatların sayı 1000-dən yuxarıdır(scholar.google.com). Ən çox sitatları olan ilk iki məqaləsinin hərəsinə 200 -ə yaxın sitat verilib. Hirş indeksi isə 15-dir. Bu göstəricilər Azərbaycan alimləri arasında bütün elm sahələri üzrə ən yaxşılarındandır. 4 Oktyabr, 2012-ci ildə Thomson Reuters Korporasiyası Azərbaycan fizikləri arasında Elman Şahverdiyevi “Fizikada Mükəmməlliyə” diplomu ilə təltif etmişdir. Bu barədə məlumat nüfuzlu Wall Street Jurnalda da dərc olunmuşdur (11 Oktyabr, 2012). Əlaqə tel:(mob) 050-631-55-97 e-mail:[email protected]


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Bu gün, 19:10 |
|
|
|
• Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Bu gün, 19:05 |
|
|
|
• Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Bu gün, 19:00 |
|
|
|
• FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
Bu gün, 18:58 |
|
|
|
• Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Bu gün, 18:12 |
|
|
|
• Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Bu gün, 18:09 |
|
|
|
• Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? - “Regnum”
Bu gün, 18:05 |
|
|
|
• "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Bu gün, 18:03 |
|
|
|
• Müğənni Kəmalə Sərxana od püskürdü
Bu gün, 18:00 |
|
|
|
• Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Bu gün, 17:53 |
|
|
|
• 3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Bu gün, 17:49 |
|
|
|
• Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək - ÇÜNKİ...
Bu gün, 17:48 |
|
|
|
• "Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
Bu gün, 17:44 |
|
|
|
• PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
Bu gün, 17:40 |
|
|
|
• DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Bu gün, 17:35 |
|
|
|
• Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Bu gün, 17:33 |
|
|
|
• Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Bu gün, 17:32 |
|
|
|
• İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Bu gün, 17:30 |
|
|
|
• "Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Bu gün, 17:27 |
|
|
|
• Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Bu gün, 17:26 |
|
|
|
• Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Bu gün, 17:24 |
|
|
|
• Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir - PROSES DAVAM EDİR
Bu gün, 17:22 |
|
|
|
• Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Bu gün, 17:19 |
|
|
|
• “Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Bu gün, 17:14 |
|
|
|
• Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Bu gün, 17:07 |
|
|
|
• Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Bu gün, 17:05 |
|
|
|
• Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Bu gün, 17:00 |
|
|
|
• “Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” - İLGİNC DETALLAR
Bu gün, 16:59 |
|
|
|
• Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: - Oğlan övladlarınızı sünnət etdirməyin, İslamda yoxdur
Bu gün, 16:58 |
|
|
|
• Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA
Bu gün, 15:42 |
|
|
|
• Biz istəyirik ki, hər kəs əfv olunsun - Novella Cəfəroğlu
Bu gün, 15:39 |
|
|
|
• "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Bu gün, 15:37 |
|
|
|
• Elşad Miridən şok açıqlama: - Bürclərə inananlar zavallıdır
Bu gün, 15:36 |
|
|
|
• AHİK-lə bağlı İLGİNC İDDİALAR - Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 15:31 |
|
|
|
• Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? – Sabah…
Bu gün, 15:26 |
|
|
|
• Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib - Fransadan etiraf
Bu gün, 15:25 |
|
|
|
• “Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb
Bu gün, 15:17 |
|
|
|
• Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir
Bu gün, 15:16 |
|
|
|
• Mərdəkanda çirkab suları evlərə dolur - Sakinlər PA rəhbərinə müraciət etdi
Bu gün, 15:14 |
|
|
|
• “Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun”
Bu gün, 15:08 |
|
|
|
• “Rasim Balayev, cinayətlərin ilə səni rüsvay edib məhkəməyə verərəm!” - Şeyx Əbdül OD PÜSKÜRDÜ
Bu gün, 14:47 |
|
|
|
• PKK-nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmür - Əlibəyli
Bu gün, 14:02 |
|
|
|
• Ermənistan atəşkəsi pozur: - Moskvanın kölgəsində yeni planlar qurulur
Bu gün, 14:00 |
|
|
|
• “Bakı Şampan Şərabları” şirkəti mənfəətdən zərərə keçib - HESABAT
Bu gün, 13:58 |
|
|
|
• Nigar Rəhimovaya “Vətən müharibəsi iştirakçısı” medalı buna görə verilibmiş - TƏFƏRRÜAT
Bu gün, 13:06 |
|
|
|
• Nikol Paşinyanın partiyası: - Sərkisyan və Köçəryan bizdən qorxur
Bu gün, 13:03 |
|
|
|
• “Sumqayıt Aşqarlar”ın Direktorlar Şurasının sədri və üzvləri seçiləcək
Bu gün, 12:59 |
|
|
|
• Putin Ukrayna tərəfi ilə danışıqlar üçün Türkiyəyə getməyəcək - QƏTİ QƏRARDIR...
Bu gün, 12:57 |
|
|
|
• Tender tələbləri əldə qaldı: Heç kim şərtlərə cavab vermədi - TENDER LƏĞV EDİLDİ
Bu gün, 12:56 |
|
|
|
• Qazaxıstandan Gürcüstana SƏRT ETİRAZ - Rəsmi Astana HƏRƏKƏTƏ KEÇDİ
Bu gün, 12:50 |
|
|
|
|