Dövlətin yardımı PULLA SATILIR .....                     "Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" .....                     "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." .....                     AHİK-lə bağlı İLGİNC İDDİALAR .....                     "BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı .....                     Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları .....                     'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı .....                     "AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı .....                     Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” .....                     Həm sülhdən danışır, həm də atəşkəsi pozur: .....                     GÜNEY QAFQAZDA SÜLH... .....                     Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR .....                     Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... .....                     Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... .....                     "Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır" .....                     Vüsal Məmmədov işdən çıxarıldı .....                     Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... .....                     Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? .....                     Milli iqtisadiyyatımız çətin sınaq qarşısında .....                     Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır .....                     FHN-in qurumu 185 minlik Toyota seçdi! .....                     Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı .....                     Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir .....                     Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? .....                     "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... .....                     Müğənni Kəmalə Sərxana od püskürdü .....                     Azərbaycanda uşaq futboluna vurulan "badalaq": .....                     3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır .....                     Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək .....                     "Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu .....                     PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı .....                     DSMF sədrinə yeni müşavir təyin edildi .....                     Bəysiz toy edən müğənniyə SƏRT İRAD: .....                     Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu .....                     İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır .....                     "Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək .....                     Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi .....                     Dövlət qurumunun avtobusu qəzaya uğradı .....                     Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir .....                     Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb .....                 

“Zəlzələşünas” Elçin Xəlilov ordunun əmlakını talan edib - Toxunulmaz «polkovnik-professor»un həbsinin inanılmaz səbəbləri...
Tarix: 8-10-2014, 14:02 | Çap et
“Zəlzələşünas” Elçin Xəlilov ordunun əmlakını talan edib
İctimaiyyətdə daha çox geoloq-alim, zəlzələnin proqnozlaşdırılması üzrə mütəxəssis kimi tanınan professor Elçin Xəlilov həbs olunub. Bu barədə ilk dəfə bu ilin aprelində Bakı Hərbi Məhkəməsindən məlumat verildi. Həbs xəbərində heç bir titulu göstərilmədən, sadəcə Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinin sabiq rəisi kimi təqdim edilmişdi. İlk baxışdan respublikamızda «zəlzələlərin proqnozlaşdırılması üzrə» tanınan alimin xəbərinin birbən-birə Müdafiə Nazirliyindən gəlməsi çoxlarını təəccübləndirə bilər. Geoloq alimin Müdafiə Nazirliyində mühüm vəzifədə işləməsi və yalnız həbs olunduqdan sonra «sabiq» adı ilə təqdim edilməsi maraqlıdır. İstintaqın sonrakı gedişi barədə məlumat verilməsə də, Analitik.az E.Xəlilovun həbsinin səbəbi, daha doğrusu, işlədiyi müddətdə yol verdiyi mənimsəmə və vəzifəsindən sui-istifadə hallarına dair məlumatlar əldə edib.


Qeyd edək ki, daha çox zəlzələşünas kimi tanıdığımız Elçin Xəlilov Cinayət Məcəlləsinin 308.2. (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.3.2. (. Mənimsəmə və ya israf etmə (külli miqdarda törədildikdə)), 341.1. (Rəisin və ya vəzifəli şəxsin hakimiyyətdən və ya öz qulluq mövqeyindən sui-istifadə etməsi, hakimiyyət həddini və ya qulluq səlahiyyətini aşması, hakimiyyətdən qəsdən istifadə etməməsi, bu əməllər müntəzəm, yaxud tamahkarlıq məqsədilə və ya digər şəxsi marağa görə törədildikdə, habelə bu əməllər əhəmiyyətli zərər vurduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında Bakı Hərbi məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib. Yoxlama nəticəsində Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinin sabiq rəisi Elçin Xəlilovun işlədiyi müddətdə ciddi qanun pozuntularına yol verməsi aşkar edilib.


Məlumata görə, elmi fəaliyyət sahəsində yüksək titullara malik E.Xəlilovun hərbi xidmətdə də «polkovnik» (bəzi məlumatlara görə, «general») kimi özünü təqdim etməsi ictimaiyyətə bəlli olmasa da, MN sistemində çoxlarına məlum olub. Amma uzun müddət E.Xəlilovun cavabdeh olduğu sahəyə nə MN-dən, nə də Hərbi Prokurorluqdan heç kimsə müdaxilə etməyib. Buna səbəb kimi,onun keçmiş nazir S.Əbiyevlə çox yaxın, xüsusilə, «özəl münasibətlərinin» olması göstərilir. Eyni zamanda, professorun cavabdeh olduğu sahəni də «xüsusi əhəmiyyətli» kimi təqdim etmə bacarığının yüksək olduğu bildirilir. Tabeliyində olan hərbçi və mülki işçilər, şəxsi heyət üçün «əlçatmaz» nüfuz sahibi kimi təqdim olunması, özünü bu obrazda xüsusi bacarıqla göstərmək qabiliyyəti E.Xəlilovun MN-də uzun müddət mənimsəmə və «qulluq mövqeyindən sui-istifadə» etməsini kimsənin «görməməsi» ilə nəticələnmişdi. Birbaşa öz tabeliyinə aldığı hərbi hissənin bütün maliyyə-texniki fəaliyyətini yalnız özü yönəltməsi, illərlə MN-dən bu hissəyə adi yoxlamanın belə gəlməməsi onun «toxunulmazlığı»nın təminatı olmuşdu.

Zakir Həsənovun müdafiə naziri təyin olunmasıdan az sonra E.Xəlilovun «xanimanı»nın dağılması isə heç də təsadüfi deyil. Bəs nə baş verdi? Necə oldu ki, E.Xəlilovun tabeliyindəkilərə «məxfi», «xüsusi əhəmiyyətli» kimi təqdim etdiyi fəaliyyətinin əslində dövlət əmlakını mənimsəmə, talama və vəzifədən sui-istifadədən başqa bir şey olmadığı məlum oldu? Rəsmi ittihama görə, Elçin Xəlilov Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinə rəhbərlik etdiyi müddət ərzində vəzifə səlahiyyətlərini aşmaqla külli miqdarda dövlət əmlakını talayıb.

…Bu, hələ 2013-cü ilin yay aylarında baş vermişdi. O vaxtdan keçmiş nazir, himayəçisi və yaxın adamı olan professoru müdafiə etməkdə çətinlik çəkirdi. Həmin vaxtdan Müdaifə Nazirliyinin Maliyyə və Büdcə Baş İdarəsi ilk dəfə olaraq E.Xəlilovun «kontoruna» ayaq basaraq, onun məsul olduğu sahəni yoxlamağa başladı. Nəticələr özünü çox gözlətmədi. Əvvəlcə, E.Xəlilovun rəhbərliyini ələ aldığı hərbi hissə ləğv edildi. Ardınca isə yoxlama materialları 2013-cü ilin noyabr ayında Respublika Hərbi Prokurorluğuna verildi. Müdafiə naziri dəyişəndən cəmi 10 gün sonra E.Xəlilovun işinin prokurorluğa göndərilməsi ona qarşı faktların nə qədər açıq olduğunu göstərirdi.

Məlumata görə, fəaliyyəti dövründə E.Xəlilovun dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına öz şəxsi biznesini qurmaq, mal-materialın, avadanlıqların şəxsi məqsədləri üçün istifadə etmək halları aşkar olunub. Tabeliyində olanlar belə onun əslində hansı fəaliyyətlə məşğul olduğunu, hərbi hissələrdən əmlak və avadanlıqların tapşırılan istiqamətlərə nə məqsədlə aparıldığını bilmirlərmiş. Bunun hesabatanı ondan soruşan olmayıb. Əyninə hərbi forma geyinməsə də, tabeliyində olanlar ona «polkovnik», bəziləri isə «general» deyə, müraciət edirmişlər. Nazirlə xüsusi yaxınlığından əlavə, adlı-sanlı alimin «çox mühüm» bir şəxs olduğu və rəhbərlik etdiyi sahədə verdiy tapşırılqların sözsüz icra olunduğu bildirilir. Bakı şəhərinin və respublikanın müxtəlif yerlərində dövlətə məxsus obyektlərin şəxsi məqsədləri üçün istifadə edildiyinə dair məlumatlar var. E.Xəlilov bu obyektləri xüsusi adlarla «kodlaşdırıbmış». «Gəmi», «Qusar», «Zəlzələ-1», «Zəlzələ-2», «Dəniz», «Çaykənarı» və s. kod adları ilə işarələnən məntəqələr, sən demə, E.Xəlilovun və qohumlarının şəxsi obyektlərinin, biznes qurumlarının yerləşdiyi məkanlar imiş. Bir obyektə təhkim olunmuş işçilər digər obyektdə nə iş görüldüyünü bilməli deyildilər. «Komandir»in tapşırığı ilə tikinti materialları, avadanlıqların daşındığı «obyektlər»in onun özünə və qohumlarına məxsus evlər, villalar və biznes obyektləri olduğu yoxlamadan sonra üzə çıxıb.

Geoloq-professorun tabeçiliyində olanlarla davranışlarında çox sərt və amansız olduğu bildirilir. Onun tapşırıqlarını müzakirə etmək istəyən hər hansı işçi dərhal cəzalandırılar, «obyektdən» kənarlaşdırılar, lazım gəldikdə isə, xidmətdən qovulardı. Kimsənin bu qərarlara, əmrlərə etiraz etmək hüququ tanınmayıb.


Yoxlama nəticəsində ləğv olunmuş qurumların işçiləri isə illərlə çalışdıqları iş yerlərini itiriblər. E.Xəlilovun «sus və icra et» prinsipi ilə işləyən şəxsi heyət onların əli ilə mal-materialın, avadanlıqların mənimsənilməsini heç düşünməyiblər. Yalnız onun özünə yaxın buraxdığı 1-2 nəfər olub ki, "obyekt"lərin əsl təyinatını bildiklərindən, işlərin bölgüsünü, avadanlıqların daşınmasını həyata keçirirdilər. Müdafiə Nazirliyinin yoxlama materiallarının Prokurorluğa təqdim edilməsindən sonra isə həmin adamlar da «yoxa çıxıblar». E.Xəlilov onlara bir müddət «gözdən uzaq» olmağı tapşıraraq, özünün bütün məsələləri yoluna qoyacağını vəd etmişdi. Lakin «sən saydığını say, gör fələk nə sayır» misalını unudan professorun proqnozları bu dəfə düz çıxmadı.

Yeri gəlmişkən, E.Xəlilov 2000-ci ildə Bakıda zəlzələ baş verməsindən sonra Azərbaycan ictimaiyyəti arasında kifayət qədər populyarlaşdı. Həmin vaxtlar «xarizmatik obrazı» ilə diqqəti cəlb edən geoloq-professor zəlzələnin proqnozlaşdırılmasını təmin edən aparat icad etdiyini, bu sahədə elmi araşdırmalar apardığını deyirdi. Televiziya efiri və mətbuatdan düşməyən E.Xəlilov, sonradan gözdən itdi. Görünür, kifayət qədər özünüreklamdan sonra, artıq ciddi biznes obyektlərinin idarəçiliyinə başı qarışdığından, zəlzələ proqnozlaşdırılması da yaddan çıxdı. Zəlzələlər isə hələ də davam edir…










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlətin yardımı PULLA SATILIR - NARAZILIQ VAR...
Bu gün, 01:17
"Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" - AMMA İNDİ...
Bu gün, 01:02
"KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
Bu gün, 00:58
AHİK-lə bağlı İLGİNC İDDİALAR – Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 00:53
"BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 00:49
Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları - İstehlakçılar necə aldadılır?
Bu gün, 00:47
'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
Bu gün, 00:36
"AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı
Bu gün, 00:28
Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” - NƏ BAŞ VERİR?
Bu gün, 00:26
Həm sülhdən danışır, həm də atəşkəsi pozur: - Deputat İrəvanın ikibaşlı oyununun məqsədini AÇIQLADI
Bu gün, 00:23
GÜNEY QAFQAZDA SÜLH... NƏ QƏDƏR REALDIR?
Bu gün, 00:20
Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR - "...növbəti test götürüləcək"
Bu gün, 00:18
Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... - Yaxın aylarda vəziyyət getdikcə daha da gərginləşəcək
Bu gün, 00:15
Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... – Qopması çətin bağlar
Bu gün, 00:12
"Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır"
Bu gün, 00:08
Vüsal Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:05
Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... - SENSASİON İDDİA
Bu gün, 00:03
Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Dünən, 19:10
Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Dünən, 19:05
Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Dünən, 19:00
FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
Dünən, 18:58
Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Dünən, 18:12
Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Dünən, 18:09
Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? - “Regnum”
Dünən, 18:05
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 18:03
Müğənni Kəmalə Sərxana od püskürdü
Dünən, 18:00
Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Dünən, 17:53
3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Dünən, 17:49
Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək - ÇÜNKİ...
Dünən, 17:48
"Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
Dünən, 17:44
PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
Dünən, 17:40
DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Dünən, 17:35
Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Dünən, 17:33
Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Dünən, 17:32
İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Dünən, 17:30
"Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 17:27
Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Dünən, 17:26
Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Dünən, 17:24
Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir - PROSES DAVAM EDİR
Dünən, 17:22
Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Dünən, 17:19
“Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Dünən, 17:14
Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Dünən, 17:07
Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Dünən, 17:05
Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Dünən, 17:00
“Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” - İLGİNC DETALLAR
Dünən, 16:59
Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: - Oğlan övladlarınızı sünnət etdirməyin, İslamda yoxdur
Dünən, 16:58
Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA
Dünən, 15:42
Biz istəyirik ki, hər kəs əfv olunsun - Novella Cəfəroğlu
Dünən, 15:39
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 15:37
Elşad Miridən şok açıqlama: - Bürclərə inananlar zavallıdır
Dünən, 15:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru