Heydər Əsədovun Baytarlıq idarələrində baş verənlərdən xəbəri yoxdurmu? - Büdcə pulları maxinasiyalar hesabına mənimsənilir
Tarix: 15-01-2015, 17:11 | Çap et
 Artıq bir neçə müddətdir ki, redaksiyamıza daxil olan məlumatlarda Dövlət Baytarlıq Xidmətinin paytaxtın 8-ci mikrorayon ərazisində yerləşən Respublika Baytarlıq Laboratoriyasının fəaliyyətinə dair ciddi etirazlar öz əksini tapmaqdadır. Ətraf ərazilərdə yaşayan sakinlərdən, həmçinin laboratoriyada olan bəzi mənbələrdən bu xüsusda aldığımız məlumatlarda laboratoriyanın rəhbəri Fizuli Quliyevin qeyri-qanuni əməlləri nəticəsində qurumun öz funksiyalarını icra edə bilməyəcək bir vəziyyətə gətirildiyi qeyd olunur. Xatırladaq ki, bu mövzuya dair tənqidi materiallar qəzetimizin ötən saylarında da bir neçə dəfə dərc olunmuşdu. Həmin materiallarda biz artıq qeyd etmişdik ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti qanunla təsbit edilmiş vəzifə və hüquqlara malik olmaqla heyvandarlığın inkişafına, sağlam məhsul bolluğunun yaradılmasına və insanların təmiz qida ilə təchiz edilməsinə yönəldilmiş tədbirlər görməlidir. Məhz bu tədbirlərin həyata keçirilməsi üçün Xidmətin tabeliyində digər struktur bölmələri ilə yanaşı Respublika Baytarlıq Laboratoriyası da fəaliyyət göstərir. Lakin qeyd olunduğu kimi, mənbələr laboratoriyanın son vaxtlar daha çox müxtəlif maliyyə maxinasiyalarına cəlb olunduğunu iddia edirlər. Aldığımız məlumatlarda isə bu kimi iddiaları əsaslandıran bəzi faktlar təqdim olunur. Bildirilir ki, təkcə 2014-cü ildə cari təmir işlərinə görə “Ultratex-Ə” MMC-nin hesabına köçürülmüş 43999 manat, avadanlıq alınması üçün “Azsantexlab” MMC-nin hesabına köçürülmüş 17000 manat və bir çox digər vəsaitlər də əslində nağdlaşdırılaraq laboratoriyanın rəhbərliyi tərəfindən mənimsənilmişdir. Qeyd olunduğu kimi hazırda Respublika Baytarlıq Laboratoriyasına rəhbərlik edən Fizuli Quliyev bir müddət bundan əvvəl elə həmin laboratoriyanın şöbələrindən birinin rəisi olub. Məhz buna görə də laboratoriyanın kollektivi Fizuli müəllimin bu təyinatından sonra onun qurumun fəaliyyət səmərəliliyinin artırılması və mövcud problemlərin həlli istiqamətində bir sıra mühüm addımlar atacağını gözləyirdilər. Lakin redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, bu gün Respublika Baytarlıq Laboratoriyasının fəaliyyəti daha çox müxtəlif neqativ hallarla diqqəti cəlb edir. Həm də məlumatları təqdim edən mənbə öz iddialarını konkret misallarla isbatlayır. Məsələn, məlumatda bildirilir ki, əvvəllər ölkəyə idxal olunan hər hansı ərzaq məhsulunu laborator müayinədən keçirmək üçün məhsulun bütün həcmi təqdim olunmalı idi. Laboratoriyanın əməkdaşları isə öz seçimlərinə əsasən, həmin məhsuldan müəyyən olunmuş qədərini analiz üçün götürürdülər. Bu gün isə bu prosedur Fizuli müəllim tərəfindən xeyli “sadələşdirilib”. Belə ki, ölkəyə məhsulu idxal edən şəxs həmin məhsuldan (bəlkə də heç həmin məhsuldan deyil) müəyyən qədər laboratoriyaya təqdim etməklə, idxalın bütün həcminə laboratoriyanın rəyini ala bilər. Təbii ki, bu zaman Fizuli Quliyevin “hörməti” xüsusi olunmalıdır. Digər tərəfdən də Fizuli Quliyevin laboratoriyanın həyətində əsil quşçuluq və heyvandarlıq təsərrüfatlı açması yeni problemlər yaradır. Bu xüsusda məlumatda bildirilir ki, bu təsərrüfatda saxlanılan 200-dən artıq toyuqdan alınan yumurta və toyuq əti ətraf ərazidəki dükanlarda satılır. Bütün bunlar isə Dövlət Baytarlıq Xidmətinin rəisi Siyalə Rüstəmovanın tabeliyində olan strukturlardan bəziləri üzərində nəzarəti itirməsinə dair iddiaların ortaya gəlməsinə əsas verir...


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı
Bu gün, 00:28 |
|
|
|
• Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” - NƏ BAŞ VERİR?
Bu gün, 00:26 |
|
|
|
• Həm sülhdən danışır, həm də atəşkəsi pozur: - Deputat İrəvanın ikibaşlı oyununun məqsədini AÇIQLADI
Bu gün, 00:23 |
|
|
|
• GÜNEY QAFQAZDA SÜLH... NƏ QƏDƏR REALDIR?
Bu gün, 00:20 |
|
|
|
• Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR - "...növbəti test götürüləcək"
Bu gün, 00:18 |
|
|
|
• Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... - Yaxın aylarda vəziyyət getdikcə daha da gərginləşəcək
Bu gün, 00:15 |
|
|
|
• Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... – Qopması çətin bağlar
Bu gün, 00:12 |
|
|
|
• "Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır"
Bu gün, 00:08 |
|
|
|
• Vüsal Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:05 |
|
|
|
• Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... - SENSASİON İDDİA
Bu gün, 00:03 |
|
|
|
• Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Dünən, 19:10 |
|
|
|
• Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Dünən, 19:05 |
|
|
|
• Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Dünən, 19:00 |
|
|
|
• FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
Dünən, 18:58 |
|
|
|
• Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Dünən, 18:12 |
|
|
|
• Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Dünən, 18:09 |
|
|
|
• Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? - “Regnum”
Dünən, 18:05 |
|
|
|
• "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 18:03 |
|
|
|
• Müğənni Kəmalə Sərxana od püskürdü
Dünən, 18:00 |
|
|
|
• Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Dünən, 17:53 |
|
|
|
• 3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Dünən, 17:49 |
|
|
|
• Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək - ÇÜNKİ...
Dünən, 17:48 |
|
|
|
• "Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
Dünən, 17:44 |
|
|
|
• PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
Dünən, 17:40 |
|
|
|
• DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Dünən, 17:35 |
|
|
|
• Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Dünən, 17:33 |
|
|
|
• Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Dünən, 17:32 |
|
|
|
• İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Dünən, 17:30 |
|
|
|
• "Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 17:27 |
|
|
|
• Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Dünən, 17:26 |
|
|
|
• Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Dünən, 17:24 |
|
|
|
• Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir - PROSES DAVAM EDİR
Dünən, 17:22 |
|
|
|
• Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Dünən, 17:19 |
|
|
|
• “Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Dünən, 17:14 |
|
|
|
• Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Dünən, 17:07 |
|
|
|
• Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Dünən, 17:05 |
|
|
|
• Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Dünən, 17:00 |
|
|
|
• “Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” - İLGİNC DETALLAR
Dünən, 16:59 |
|
|
|
• Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: - Oğlan övladlarınızı sünnət etdirməyin, İslamda yoxdur
Dünən, 16:58 |
|
|
|
• Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA
Dünən, 15:42 |
|
|
|
• Biz istəyirik ki, hər kəs əfv olunsun - Novella Cəfəroğlu
Dünən, 15:39 |
|
|
|
• "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 15:37 |
|
|
|
• Elşad Miridən şok açıqlama: - Bürclərə inananlar zavallıdır
Dünən, 15:36 |
|
|
|
• AHİK-lə bağlı İLGİNC İDDİALAR - Turniketlər axşam saatlarında niyə söndürülür?
Dünən, 15:31 |
|
|
|
• Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? – Sabah…
Dünən, 15:26 |
|
|
|
• Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib - Fransadan etiraf
Dünən, 15:25 |
|
|
|
• “Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb
Dünən, 15:17 |
|
|
|
• Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir
Dünən, 15:16 |
|
|
|
• Mərdəkanda çirkab suları evlərə dolur - Sakinlər PA rəhbərinə müraciət etdi
Dünən, 15:14 |
|
|
|
• “Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun”
Dünən, 15:08 |
|
|
|
|