Dövlətin yardımı PULLA SATILIR .....                     "Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" .....                     "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." .....                     AHİK-lə bağlı İLGİNC İDDİALAR .....                     "BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı .....                     Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları .....                     'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı .....                     "AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı .....                     Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” .....                     Həm sülhdən danışır, həm də atəşkəsi pozur: .....                     GÜNEY QAFQAZDA SÜLH... .....                     Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR .....                     Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... .....                     Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... .....                     "Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır" .....                     Vüsal Məmmədov işdən çıxarıldı .....                     Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... .....                     Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? .....                     Milli iqtisadiyyatımız çətin sınaq qarşısında .....                     Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır .....                     FHN-in qurumu 185 minlik Toyota seçdi! .....                     Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı .....                     Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir .....                     Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? .....                     "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... .....                     Müğənni Kəmalə Sərxana od püskürdü .....                     Azərbaycanda uşaq futboluna vurulan "badalaq": .....                     3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır .....                     Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək .....                     "Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu .....                     PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı .....                     DSMF sədrinə yeni müşavir təyin edildi .....                     Bəysiz toy edən müğənniyə SƏRT İRAD: .....                     Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu .....                     İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır .....                     "Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək .....                     Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi .....                     Dövlət qurumunun avtobusu qəzaya uğradı .....                     Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir .....                     Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb .....                 

Cavid Qurbanovun yeni rəhbər təyin olunduğu idarədən şikayət var - Dəmiryol idarəsində sahibkarlardan qanunsuz pul yığılır
Tarix: 17-02-2015, 12:40 | Çap et
Cavid Qurbanovun yeni rəhbər təyin olunduğu idarədən şikayət var
Analitik.az-a daxil olan məlumata görə, dəmir yolu ilə yük gətirilən zaman Yalama stansiyasında yüklərin çəkilməsi ilə əlaqədar yük sahibi olan sahibkarlardan əlavə haqq alınır. Sahibkarların bildirdiyinə görə, yüklərin Yalama stansiyasında qəbulu zamanı hər yükün tərəzidə çəkilməsinə 5 manat əlavə pul tələb olunur. Hər çəkilməyə görə 5 manat pulun hesablanması isə ünvanına yük gələn sahibkarları böyük məbləğdə əlavə xərcə salır. Mütəmadi olaraq dəmir yolu ilə yükləri daşınan sahibkarların etirazına cavab olaraq dəmryolu işçiləri bu barədə «Azərbaycan Dəmir Yolları» QSC-nin səlahiyyətli qurumları tərəfindən qərar verildiyini bildiriblər. Belə məlum olur ki, stansiyaya daxil olmuş yüklü vaqonların hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin stansiyada vaqon tərəzilər quraşdırılıb və daxil olan yüklər nəzarət çəkidən keçirilməlidir. Daşınma xərcindən əlavə tələb olunan bu yığım məbləğlərinin ödənilməsi yük daşımaları üzrə xidmətlərə görə «Tarif tədiyyəsi»nə və «Azərbaycan Dəmir Yolları» QSC-nin rəhbərliyinin əmrinə əsasən həyata keçirilir. Beləliklə, məlum olur ki, ünvanına yük daxil olan sahibkar daşınma xərclərindən başqa «tərəzi nəzarətinə» görə də əlavə haqq ödəməlidir.
Bu məlumatda göstərilən əlavə yığımların hansı qanuni əsasla həyata keçirilməsini araşdırdıqda məlum oldu ki, «Azərbaycan Dəmir Yolları» QSC üzrə 04.08.2014-cü il tarixli 376 nömrəli əmrdə yüklərin tərəzidə çəkilməsinə görə 5 manat məbləğində yığım tutulması bütün yük əməliyyatları aparan stansiyalara tapşırılır. Əmr «SM-1 Ə.Süleymanov» tərəfindən imzalanıb. Əmrin məzmunundan görünür ki, Yalama stansiyasında 150 tonluq elektron tərəzi quraşdırılaraq QSC-nin Yük Daşımaları Departamentinin balansına verilib. Bütün yüklərin isə bu tərəzidən keçirilməsi məcburi göstərişdir və yığımlar da bu əmr üzrə tutulmalıdır. Yeri gəlmişkən, QSC-nin Yük Daşımaları Departamenti də yüklərin tərəzidə çəkilməsini «hərəkətin təhlükəsizliyinin təmin edilməsi» ilə izah edərək, əlavə pul yığılmasını təsdiqləyir.
Sahibkarlar isə bu tələblərlə razılaşmır və daxil olan yüklərin tərəzidə çəkilməsinə görə əlavə yığım tutulmasının qanunsuz olduğunu bildirirlər. Bəs, əslində yük daşınmasında tariflər, yığımlar necə olmalıdır və bu, qanunvericilikdə necə tənzimlənməlidir?

Sahibkarların üzləşdiyi vəziyyətlə bağlı müraciət etdiyimiz hüquqşünas Natiq Abdullayev Analitik.az-a bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli, 178 nömrəli qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısı” nın 12-ci bəndinə əsasən bütün növ nəqliyyat xidmətlərinin, o cümlədən, respublika ərazisində yük daşıma xidmətlərinin qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurası dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin) xidmət haqlarının, yığımların dövlət tənzimlənməsini həyata keçirən kollegial icra hakimiyyəti orqanıdır. Yəni, dövlət tənzimlənməsinə aid edilmiş qiymətlərin tənzimlənməsinin həyata keçirilməsi yalnız Şuranın səlahiyyətindədir. Müvafiq icra hakimiyyəti orqanının ayrı-ayrı subyektlərlə münasibətləri, məcburi davranış qaydaları və s. bu kimi səlahiyyətləri normativ-hüquqi aktlarla tənzimlənir.
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun tələbinə görə, dövlət orqanlarının struktur bölmələri normativ hüquqi aktlar qəbul etmək hüququna malik deyillər (Qanunun 10.7-ci maddəsi). Bu mənada «Azərbaycan Dəmir Yolları» QSC-nin hər hansı strukturunun dəmiryolu daşınmalarında Tarif (Qiymət) Şurasının müəyyən etdiyi tariflərdən, yığımlardan əlavə hər hansı yığım müəyyən etməyə səlahiyyəti yoxdur. Bu baxımdan dövlət tərəfindən tənzimlənməsinə aid olan qiymətlərin (tariflərin, yığımların) müəyyənləşdirilməsinə dair qanunvericiliyin ziddinə olaraq, hər hansı qurum tərəfindən hansısa yığımlara dair əmrlər, qərarlar verilməsi vətəndaşların və sahibkarlıq subyektlərinin mənafeyinin pozulması ilə nəticələnə bilər:
«Nəzərə almaq lazımdır ki, Azərbacyan Respublikasının Prezidenti cənab İlham Əliyevin iradəsi də respublikamızda sahibkarlığın inkişafı ilə bağlı müvafiq dövlət proqramlarının qəbul edilməsinə, sahibkarlıq fəaliyyətinə mane olan bürokratik əngəllərin aradan qaldırılmasında konkret addımların atılmasına yönəlib. Ölkə başçısı süründürməçiliyə, qeyri-obyektiv qərarların qəbul olunması hallarına qarşı həmişə barışmaz mövqedə olub və bu gün də belə mövqe dövlət siyasətinin prioritet istiqamətidir. Ayrı-ayrı icra strukturları tərəfindən qanunun tələblərinə zidd olaraq sahibkarların haqlı narazılığna səbəb olan addımların atılması hüquqi dövlət siyasəti ilə uzlaşmır» - deyə, N.Abdullayev bildirib.

Hüquqşünas hesab edir ki, hazırda qüvvədə olan qanunvericilik aktlarına əsasən bütün növ yük daşıma xidmətlərinin (tariflər, xidmət haqları, yığımlar və s.) qiymətlərinin müəyyən edilməsi dövlət tənzimlənməsi tətbiq edilən qiymətlər kateqoriyasına aid olduğundan, stansiyaya daxil olmuş yüklü vaqonların «hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə» stansiyada quraşdırılmış vaqon tərəzidə nəzarət çəkidən keçirilməsinə görə hər hansı yığım məbləğin hesablanması, tələb olunması qanunsuzdur: «Uzun müddət Azərbaycan parlamentində qanun yaradıcılığı ilə məşğul olan Cavid Qurbanovun «Azərbaycan Dəmir Yolları» QSC-yə rəhbər təyin olunması ümid etməyə əsas verir ki, bu qurumun tabeliyində olan strukturların qanuna zidd əmrləri, qərar və göstərişləri ləğv ediləcək. Bu, respublikamızda sahibkarlığın inkişafına dövlət tərəfindən yaradılmış münbit şəraitin daha da təkmilləşməsinə töhfə olar» - N.Abdullayev vurğulayıb.
Sahibkarların qanunsuzluqla üzləşdiyini nəzərə alaraq mövzunu diqqətdə saxlayacağıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlətin yardımı PULLA SATILIR - NARAZILIQ VAR...
Bu gün, 01:17
"Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" - AMMA İNDİ...
Bu gün, 01:02
"KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
Bu gün, 00:58
AHİK-lə bağlı İLGİNC İDDİALAR – Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 00:53
"BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 00:49
Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları - İstehlakçılar necə aldadılır?
Bu gün, 00:47
'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
Bu gün, 00:36
"AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı
Bu gün, 00:28
Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” - NƏ BAŞ VERİR?
Bu gün, 00:26
Həm sülhdən danışır, həm də atəşkəsi pozur: - Deputat İrəvanın ikibaşlı oyununun məqsədini AÇIQLADI
Bu gün, 00:23
GÜNEY QAFQAZDA SÜLH... NƏ QƏDƏR REALDIR?
Bu gün, 00:20
Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR - "...növbəti test götürüləcək"
Bu gün, 00:18
Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... - Yaxın aylarda vəziyyət getdikcə daha da gərginləşəcək
Bu gün, 00:15
Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... – Qopması çətin bağlar
Bu gün, 00:12
"Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır"
Bu gün, 00:08
Vüsal Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:05
Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... - SENSASİON İDDİA
Bu gün, 00:03
Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Dünən, 19:10
Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Dünən, 19:05
Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Dünən, 19:00
FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
Dünən, 18:58
Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Dünən, 18:12
Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Dünən, 18:09
Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? - “Regnum”
Dünən, 18:05
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 18:03
Müğənni Kəmalə Sərxana od püskürdü
Dünən, 18:00
Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Dünən, 17:53
3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Dünən, 17:49
Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək - ÇÜNKİ...
Dünən, 17:48
"Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
Dünən, 17:44
PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
Dünən, 17:40
DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Dünən, 17:35
Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Dünən, 17:33
Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Dünən, 17:32
İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Dünən, 17:30
"Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 17:27
Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Dünən, 17:26
Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Dünən, 17:24
Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir - PROSES DAVAM EDİR
Dünən, 17:22
Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Dünən, 17:19
“Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Dünən, 17:14
Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Dünən, 17:07
Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Dünən, 17:05
Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Dünən, 17:00
“Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” - İLGİNC DETALLAR
Dünən, 16:59
Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: - Oğlan övladlarınızı sünnət etdirməyin, İslamda yoxdur
Dünən, 16:58
Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA
Dünən, 15:42
Biz istəyirik ki, hər kəs əfv olunsun - Novella Cəfəroğlu
Dünən, 15:39
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 15:37
Elşad Miridən şok açıqlama: - Bürclərə inananlar zavallıdır
Dünən, 15:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru