Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... .....                     Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... .....                     "Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır" .....                     Vüsal Məmmədov işdən çıxarıldı .....                     Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... .....                     Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? .....                     Milli iqtisadiyyatımız çətin sınaq qarşısında .....                     Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır .....                     FHN-in qurumu 185 minlik Toyota seçdi! .....                     Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı .....                     Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir .....                     Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? .....                     "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... .....                     Müğənni Kəmalə Sərxana od püskürdü .....                     Azərbaycanda uşaq futboluna vurulan "badalaq": .....                     3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır .....                     Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək .....                     "Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu .....                     PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı .....                     DSMF sədrinə yeni müşavir təyin edildi .....                     Bəysiz toy edən müğənniyə SƏRT İRAD: .....                     Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu .....                     İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır .....                     "Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək .....                     Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi .....                     Dövlət qurumunun avtobusu qəzaya uğradı .....                     Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir .....                     Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb .....                     “Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR .....                     Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər .....                     Zaurla Günayın ATV-dən getməsi barədə .....                     Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: .....                     “Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” .....                     Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: .....                     Azər Qasımovdan yarım milyonluq borc məsələsinə .....                     Biz istəyirik ki, hər kəs əfv olunsun .....                     "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... .....                     Elşad Miridən şok açıqlama: .....                     AHİK-lə bağlı İLGİNC İDDİALAR .....                     Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? .....                 

Cahangir Əsgərovla bağlı ilginc iddia: Oliqarxların varidatını xaricə kim daşıyır? - əskinasların çıxarılması prosesi hələ də başa çatmayıb
Tarix: 5-03-2015, 14:34 | Çap et
Cahangir Əsgərovla bağlı ilginc iddia: Oliqarxların varidatını xaricə kim daşıyır?
Fevralın ikinci ongünlüyündən başlayaraq manatın dollara nisbətdə kəskin şəkildə çökməsi ölkəni əməlli-başlı silkələdi. Lakin oliqarx məmurlardan və onların yaxın çevrəsindən demək olar ki, heç biri bu devalvasyadan zərər görmədi. Əksinə, yayılan xəbərlərə görə, bir qədər "irəli düşüblər". Ölkə iqtisadiyyatının yaşadığı şokdan xeyir götürmək imkanı qazananlar bu xidmətə görə, ilk növbədə, Mərkəzi Bankın sədri Elman Rüstəmova və eyni dərəcədə AZAL başqanı Cahangir Əsgərova minnətdar olmalıdırlar. Məlumat var ki, Elman Rüstəmov manatımızı gözləyən "zəlzələ" barədə oliqarxlara zəruri informasiyaları ötürməkdə canfəşanlıq nümayiş etdiribsə, Cahangir Əsgərov həmin adamlara məxsus valyutaların yük təyyarələri vasitəsilə xaricə ötürülməsində son dərəcə cəfakeşlik sərgiləyib.

Bu məsələdə AZAL prezidentinin adının hallanmasını ciddi qəbul etməliyik. Çünki, banklar vasitəsilə çirkli pulların "offşor" zonalara ötürülməsinə nəzarət dünyanın aparıcı dövlətlərinin prioritet məsələlərindən sayılır. Ona görə də hər hansı bir ölkədə dolların xaricə daşınmasını təmin edə biləcək yeganə operativ, sərfəli, istəsəniz lap məxfi variant aviasiya daşımalarıdır. Ölkədə yaşanan, maliyyə və bank sektorunu bir-birinə "vurmuş" hadisələr fonunda bəzi oliqarx məmurlar milyardlarla sərvətini ölkədən niyə də çıxarmasın? Bunun üçün sanki ölkə səmasını "özəlləşdirmiş" kimi görünən Cahangir Əsgərovun xidmətləri daha cəlbedici görünmürmü? Yadınızdadırsa, hələ bir neçə il öncə ölkə mediasını bürümüş oliqarxların dollar transferi xəbərlərin baş "qəhrəmanı" AZAL başqanı deyildimi? Ümumiyyətlə, bu şəxsin fəaliyyəti son iki onillikdə bir sıra qaranlıq məqamlarla zəngin olub. Lakin nədənsə heç bir qurum bu məqamlara aydınlıq gətirilməsinə ya çalışmayıb, ya da buna maraq göstərməyib. Halbuki, AZAL aviaşirkətinə prezidentlik Cahangir Əsgərovun fəaliyyətinin yalnız görünən hissəsidir.

"Aysberqin" görünməyən hissəsi

Bu "hissədə" nəhəng biznes "imperiyası" fəaliyyət göstərir. "İmperiya"da at oynadan da yenə Cahangir Əsgərovun özüdür. Məlumat üçün bildirək ki, " Silk Way" aviaşirkətinin rəhbəri Şəmsəddin Mirsalayevdir. " Silk Way" Aviaşirkətinin 2001-ci ildə Cahangir Əsgərov tərəfindən yaradıldığı bildirilir. Şirkətin əsasında artıq 2006-cı ildə yaradılmış "Silk Way Holding" fəaliyyət göstərir. " Silk Way Vest" aviaşirkəti də bu holdinqə daxildir. Aviaşirkətin Hahn (Almaniya) və Londonhava limanlarında anbarları var. Dünyanın istənilən nöqtəsinə yük transfer etmək imkanına malik bu Holdinqə nəzarət Cahangir Əsgərova məxsusdur. Holdinqə daxil olan biznes qurumları sırasında bank, sığorta, səyahət, yükdaşıma, helikopter, taksi xidməti və s. təyinatlı törəmə şirkətlər daxildir. Ümumilikdə Holdingə 30-a yaxın şirkət daxildir. Onlardan bir neçəsi lap yaxınlarda, daha dəqiq desək, ölkədə manatın devalvasiya təhlükəsi yaşadığı günlərdə təsis edilib. Tələskənliyə ehtiyac varıymış! Diqqət çəkən daha bir məqam: 1994-cü ildən 2008-ci ilədək fəaliyyət göstərən AZAL Səhmdar Kommersiya bankının adı isə dəyişdirilərək " Bank Silk Way" ASC-yə çevrilib. Bu bank da "Silk Way Holding"in strukturuna aiddir. Bundan əlavə AzCargo və Baku-Cargo kimi aviaşirkətlər də sərnişin və yüklərin hava nəqliyyatı ilə daşıma xidmətləri ilə məşğul olur. Təbii ki, AZAL başqanı bu şirkətlərin də fəaliyyətinə əl qoyub. Qeyd edək ki, Cahangir Əsgərovun nəzarətində olan şirkətlər üçün xaricdən ən yeni və müasir tipli yük təyyarələri alınmaqdadır. Məsələn, "Boeing 787 Dreamliner" tipli yük təyyarəsi ötən il dekabrın son günlərində əldə edilib. Bu barədə məlumat verən mənbəmizin bildirdiyinə görə, aviaşirkətin prezidenti yük təyyarəsinin təcili qaydada Azərbaycana tədarük edilməsi üçün ABŞ-ın "Boeinq" şirkətinə bir neçə dəfə müraciət edib. Baxmayaraq ki, həmin təyyarələr ölkəmizə qrafik üzrə gətirilməli idi. Bunun ardınca ilin əvvəlində "Boeing-787-8" Dreamliner tipli genişfüzelyajlı daha bir hava gəmisi ölkəyə gətirildi. 210 sərnişin tutumuna malik bu yük təyyarəsi fasiləsiz 15 saat uçuş yerinə yetirmək imkanına malikdir və 15700 km məsafə qət edə bilir. Bu göstəricilərə görə, Dreamliner müasir sərnişin avialaynerləri arasında liderdir. "Arzular layneri" adlandırılan bu hava gəmisinin salonunda müxtəlif xidmət siniflərinə uyğun üç növ oturacaq mövcuddur. Təyyarənin bütün aeronaviqasiya sistemləri, sərnişin salonundakı audio və video sistemlər müasir texnologiyalar əsasında hazırlanıb. Azərbaycanın "Silk Way Cargo" yük aviadaşıyıcısı və ABŞ-ın "Boeing" şirkəti bu il ərzində daha 3 "Boeing 747-8" təyyarəsinin alışına dair müqavilə imzalayıblar.

AZAL kimin şəxsi biznesinə işləyir?

Uzun illər eyni vəzifə kreslosunda görəvini yapan, məmurda formalaşmış "şərti refleks" onu özündən müştəbehliyə aparır. Havayı pullar hesabına özünə gün-güzəran vəzifə var-dövlət, xətir-hörmət, geniş ictimai-siyasi nüfuz və mövqe kimi şipşirin məhfumlarla assosiasiya olunur. Məmurların bəzi hissəsi eyni tərbiyə görüb. Qəpik üstünə qəpik gətirmək naminə kimin qarşısında desən, mayallaq aşmağa belə hazırdılar. Fəqət, onu da bilirik ki, AZAL prezidenti özünə görə ambisiyalı məmurdu. Başqaları kimi, onun da iştahı pis deyil. Yeri gələndə, aviakonsernin büdcəsinə yel buraxıb yengələri oynadar. Əlbəttə, bu gün heç kəs Cahangir müəllimdən "utilə" verdiyi "TU"-ların, "Mİ"-lərin aqibətini soruşmağa ürək eləməz. "Boeinq"lərin dəyərinə əlavə edilmiş "şapka" və "sambrero"ların həcmini faiz hesabı ilə müəyyənləşdirmək mərəzinə kimsə yoluxmaz. Əl altdan xaricə ötürülən milyonların sahibini kimsə nişan verə bilməz. Nə qədər təəccüblü görünsə də, açıq etiraf etmək lazımdı ki, Cahangir Əsgərov rəhbərlik etdiyi şirkətin probleminə çevrilib. Həlli vacib məsələləri çox zaman geniş ictimaiyyətin diqqətindən yayındırmaqla AZAL prezidenti rəhbərlik etdiyi sahədə müsbət görüntü yaratmağa çalışıb. Belə süni görüntülərlə ictimaiyyəti aldatmaq olar, dövlət başçısını isə yox! Gəlin, açıq danışaq, bu gün bir çox yüksək rütbəli dövlət məmurları rəhbərlik etdikləri sahədən az qala uzaq düşüblər. Belə unutqanlığın səbəbini izah etmək o qədər də çətin deyil. Çünki məmurların böyük əksəriyyəti qurduğu şəxsi biznesin hayına qalıb. Dövlət maraqlarını şəxsi maraqlar üstələyib. Kəskin devalvasiya şəraitində bunun şahidi olmadıqmı?

Nəzarət varmı(ş)

Oliqarxların sərvətinin xaricə daşınmasına nəzarətin səviyyəsi barədə bir söz deyə bilmərik. Buna baxmayaraq, Cahangir Əsgərovun bu məsələdə birbaşa və dolayı iştirakının ölkə mediasında çoxdan bəri müzakirə mövzusu olması da faktdır. Qeyd edək ki, Azərbaycan əsilli milyarder Telman İsmayılovun ən yaxın dostlarından biri "AZAL"-ın prezidenti Cahangir Əsgərovdur.

Cahangir Əsgərovla "AST Telman" arasında bərkdən-boşdan çıxmış münasibətlərə gəldikdə, onu deyə bilərik ki, bu münasibətlərin hələ sovet dövründə, Telman İsmayılovun Bakı dəmiryol vağzalındakı yeganə bahalı restoranda ofisiant işlədiyi illərdə formalaşdığını eşitmişik. Deyilənə görə, Zabrat Birləşmiş Aviadəstəsində pilot və Yevlax hava limanında rəis işləyərkən Cahangir Əsgərov Telman İsmayılova, həmçinin onunla birlikdə göyərti və gül alveri ilə məşğul olan xırda ticarətçilərə məxsus yüklərin problemsiz Rusiyaya, əsasən də Moskva və Leninqrad şəhərlərinə daşınmasını təşkil edənlərdən biri olub. Təsadüfi deyildir ki, hər iki şəxs bu gün aralarındakı sıx dostluq münasibətlərinin zirvəsində olduğunu dəfələrlə kübar məclislərində etiraf edib. Deyilənlərə onu əlavə edə bilərik ki, dostların Avropa ölkələrində şərikli biznesinin olduğu önə çəkilir.Bildirilir ki, Cahangir Əsgərov əksər azərbaycanlı oliqarxların Telman İsmayılovla əlaqə yaratmasında vasitəçi rolundan heç vaxt imtina etməyib. Bu sayaq bilgilərin araşdırılmaması təəssüf doğurur. Bəzi məlumatlarda ölkədən dollar əskinaslarının çıxarılması prosesinin hələ də başa çatmadığı deyilir. Görünür, uzaq məsafələrə uça bilən yeni təyyarələr azlıq edir. Eyb etməz, tonlarla dollar əskinaslarının sahibləri narahat olmasınlar. AZAL prezidenti tezliklə bu "problemin" həllinə nail olacaq... Lakin "xidmətin" müqabilində isə qazana biləcəklərindən qat-qat ziyana düşə bilər. Sadə vətəndaşlara baxmayın, hər halda bu ölkənin sahibi var...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... - Yaxın aylarda vəziyyət getdikcə daha da gərginləşəcək
Bu gün, 00:15
Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... – Qopması çətin bağlar
Bu gün, 00:12
"Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır"
Bu gün, 00:08
Vüsal Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:05
Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... - SENSASİON İDDİA
Bu gün, 00:03
Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Dünən, 19:10
Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Dünən, 19:05
Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Dünən, 19:00
FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
Dünən, 18:58
Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Dünən, 18:12
Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Dünən, 18:09
Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? - “Regnum”
Dünən, 18:05
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 18:03
Müğənni Kəmalə Sərxana od püskürdü
Dünən, 18:00
Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Dünən, 17:53
3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Dünən, 17:49
Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək - ÇÜNKİ...
Dünən, 17:48
"Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
Dünən, 17:44
PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
Dünən, 17:40
DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Dünən, 17:35
Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Dünən, 17:33
Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Dünən, 17:32
İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Dünən, 17:30
"Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 17:27
Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Dünən, 17:26
Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Dünən, 17:24
Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir - PROSES DAVAM EDİR
Dünən, 17:22
Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Dünən, 17:19
“Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Dünən, 17:14
Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Dünən, 17:07
Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Dünən, 17:05
Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Dünən, 17:00
“Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” - İLGİNC DETALLAR
Dünən, 16:59
Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: - Oğlan övladlarınızı sünnət etdirməyin, İslamda yoxdur
Dünən, 16:58
Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA
Dünən, 15:42
Biz istəyirik ki, hər kəs əfv olunsun - Novella Cəfəroğlu
Dünən, 15:39
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 15:37
Elşad Miridən şok açıqlama: - Bürclərə inananlar zavallıdır
Dünən, 15:36
AHİK-lə bağlı İLGİNC İDDİALAR - Turniketlər axşam saatlarında niyə söndürülür?
Dünən, 15:31
Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? – Sabah…
Dünən, 15:26
Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib - Fransadan etiraf
Dünən, 15:25
“Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb
Dünən, 15:17
Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir
Dünən, 15:16
Mərdəkanda çirkab suları evlərə dolur - Sakinlər PA rəhbərinə müraciət etdi
Dünən, 15:14
“Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun”
Dünən, 15:08
“Rasim Balayev, cinayətlərin ilə səni rüsvay edib məhkəməyə verərəm!” - Şeyx Əbdül OD PÜSKÜRDÜ
Dünən, 14:47
PKK-nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmür - Əlibəyli
Dünən, 14:02
Ermənistan atəşkəsi pozur: - Moskvanın kölgəsində yeni planlar qurulur
Dünən, 14:00
“Bakı Şampan Şərabları” şirkəti mənfəətdən zərərə keçib - HESABAT
Dünən, 13:58
Nigar Rəhimovaya “Vətən müharibəsi iştirakçısı” medalı buna görə verilibmiş - TƏFƏRRÜAT
Dünən, 13:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru