“Bizim səsimizi İlham Əliyev eşidir, amma Səlim Müslümov eşitmir” - Daşkəsəndən ŞİKAYƏT
Tarix: 15-09-2015, 10:59 | Çap et
 Zaman-zaman 7news.az informasiya portalı olaraq müxtəlif sahələrdə çalışan məmurların neqativ fəaliyyəti haqqında yazılar dərc etmişik. Çox təəssüf ki, bzi regionlarda sosial xidmət sahələrində çalışan məmurlar öz vəzifə səlahiyyətlərində sui-istifadə edərək əhalini süründürməçiliyə salırlar. Cənab Prezident İlham Əliyev demək olar ki, icra strukturları ilə bütün görüşlərində əhaliyə xidmətin ən yüksək səviyyəyə çatdırılmasının vacibliyindən danışıb və əksini edənlərin dərhal cəzalandırılacağını qeyd edib. Görünür bu tapşırıqlar bəzi məmurlara hələ də gedib çatmayıb.
Regionlarda insanların səbrini ərşəyə çəkən ən böyük problem isə şikayətlərin qulaqardına vurulması və heç bir tədbirin görülməməsi ilə bağlıdır. Bu günlərdə redaksiyamıza Daşkəsən sakini, Qarabağ Müharibəsi Əlillər Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri İsmayılov Bəxtiyar Nəcəf oğlu tərəfindən maraqlı şikayət daxil oldu.
İsmayılov Bəxtiyar Nəcəf oğlu müraciətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun qəbuluna getdiyini və ondan bu problemin 1 ay müddətinə aradan qaldırılacağı cavabı almasına baxmayaraq, hələ də gözləyir...
Şikayəti olduğu kimi təqdim edirik:
“Cənab prezident İlham Əliyev 2006-cı ildə Daşkəsən rayonuna səfər etmişdi. Mən İctimai Birliyin sədri kimi prezidentdən Qarabağ əlilləri üçün mənzilə ehtiyac olduğunu bildirdim. Burada yeni bina tikilməsini xahiş etdim. Çox sağ olsun, bu məsələ qısa bir zamanda öz həllini tapdı. Daşkəsən rayonu Heydər Əliyev prospekti bina 17. Bu bina şəxsən Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə çox keçmədi ki, hazır oldu və yaşayış üçün istifadəyə verildi. Bu binada 16 ailə məskunlaşdırıldı.
Üzərindən 8 il keçdikdən sonra, 2014-cü ildə bu binanın damı uçdu. Binanı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri tikdirdiyi üçün onlara müraciət etdik. Bir neçə nəfəri nazirin qəbuluna göndərdim. Həmin şəxsləri qəbul edən nazir onlara yaxın günlərdə bu məsələnin həllini tapacağını bildirdi. Ancaq məsələ həllini tapmadı. Cənab nazir Səlim Müslümovun Gəncəyə səfəri zamanı qəbuluna şəxsən özüm getdim. Məsələni olduğu kimi ona çatdırdım. O da öz növbəsində 1 aya bu məsələnin həllini tapacağını və problemin aradan qaldırılacağını dedi. Sən saydığını say, gör fələk nə sayır. Bu danışığın və nazirin verdiyi sözün üzərindən 1 ildən artıq vaxt keçib. Ancaq dəyişən heç bir şey yoxdur.
Mən bir məsələyə toxunmaq istəyirəm. Necə olur ki, mən cənab prezident İlham Əliyevdən xahiş edirəm ki, burada Qarabağ əlilləri üçün ev tikilməlidir. O, qısa vaxt keçmir və bu məsələni həll edir, bizim kimi insanlara əl tutur. Ancaq nazir Səlim Müslümov vecinə almır. Səbəb? Prezident cəbhə bölgəsində əsgərlərlə birlikdə eyni yeməkdən dadır, onların problemləri ilə maraqlanıb çətinlikdən uzaq tutur. Ancaq Səlim bəy otağından çölə çıxmır.
Hətda sakinlərdən bir nəfər Əliyev Nihad adlı şəxs, ailəsinin 6 nəfərdən ibarət olduğunu və 2 qardaşını da qəyyumluğa götürdüyünü dedi. Nazir Səlim Müslümov da, qeydiyyata alınacağını və bu məsələnin də öz həllini tapacağını bildirdi. Bu qeydiyyat, sıralama isə 2005-ci ildə götürülüb. Ancaq biz bir müddət sonra araşdırmalar nəticəsində ortaya çıxardıq ki, qeydiyyata başqa şəxs alınıb. O şəxs də Hüseynov Elşəndir. Hansı ki, Daşkəsən deyil, Gəncə qeydiyatındadır.
Mən dəvət edirəm cənab nazir Səlim Müslümovu ki, gəlsin bir Qarabağ əlilinin qonağı olsun. Yaşayışları ilə maraqlansın. Ancaq əminəm ki, gəlməz. Çünki otaqdan çölə çıxa bilmir”.
Qeyd edək ki, bu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov barəsində redaksiyamıza daxil olan şikayətlərdən biridir. Digər şikayətlər isə tam olaraq araşdırıldıqdan sonra dərc olunacaq.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Cahangir Əsgərov "Premium Bank"ın əsas səhmdarı olub
Bu gün, 16:45 |
|
|
|
• “Putin özü də bilir ki, Köçəryan-Sərkisyan cütlüyü hakimiyyətə gəlmək iqtidarında deyil...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00 |
|
|
|
• "Bakı Elektroştamp" ASC səhmdarlarını yığıncağa - DƏVƏT EDİR
Bu gün, 13:58 |
|
|
|
• Ermənistan-Gürcüstan-Azərbaycan üçtərəfli formatının genişlənəcəyinə ümid edirik - Paşinyan
Bu gün, 13:22 |
|
|
|
• "Məni hörmətdən salmaq istəyirlər"
Bu gün, 13:18 |
|
|
|
• Erməni polkovnikin sözləri Rusiyanı qəzəbləndirdi: - “Hitler olsaydı…”
Bu gün, 13:15 |
|
|
|
• Saleh Səmədov rəisi söydüyünə görə həbs edilib - Şok təfərrüat
Bu gün, 13:12 |
|
|
|
• “Bədənimi direllə deşib, burnumu, barmağımı sındırıb” - Qətlin açdığı dəhşətli FAKTLAR
Bu gün, 13:10 |
|
|
|
• Trend İnformasiya Agentliyinin yayılan dezinformasiya ilə bağlı bəyanatı - DİQQƏT!
Bu gün, 11:42 |
|
|
|
• “Paşinyanı iqtidarda Bakı, London və Təl-Əviv saxlayır” iddiası - RƏYLƏR...
Bu gün, 11:01 |
|
|
|
• “Oqtaydan sonra heç yerə getmirəm, itirdiyimi elə itirmişəm ki...”
Bu gün, 10:47 |
|
|
|
• İtaliya səfiri Eldar Əzizovla Neapolla qardaşlaşma əlaqələrinin gücləndirilməsini müzakirə edib - FOTO
Bu gün, 10:44 |
|
|
|
• İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... - İLGİNC FAKTLAR...
Bu gün, 10:41 |
|
|
|
• Məmurun evindən 244 minlik qızıl oğurlayan xadimənin cinayət işi: həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:36 |
|
|
|
• Xarici aviasiya şirkəti Azərbaycan bazarını tərk edir
Bu gün, 10:33 |
|
|
|
• "Gülnar Səfərəliyevadan heç bir ədalət gözləmirəm" - Naxçıvan təhsilində QALMAQAL
Bu gün, 10:31 |
|
|
|
• 5000 manat maaş alıram, necə qənaət edim? - Səyyad Aran GİLEYLƏNİR
Bu gün, 10:25 |
|
|
|
• PKK silahı yerə qoyur... TƏSLİM OLMUR! - BU, AYRI-AYRI ŞEYLƏRDİR...
Bu gün, 10:22 |
|
|
|
• Paşinyan komandasına xəbərdarlıq etdi: - Sürprizlərə hazır olun
Bu gün, 10:19 |
|
|
|
• Şəmkirin icra başçısından NAZİRƏ QARŞI SAYĞISIZLIQ... - "Bunlar nə vaxt düzələcək?.."
Bu gün, 10:09 |
|
|
|
• Şirkətlər qrupunda yeni ASC yaradılıb
Bu gün, 10:01 |
|
|
|
• "Azərtəkrarqarametal" ASC-nin səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:59 |
|
|
|
• 38 yaşlı sabiq məmur həbsxanada öldü
Bu gün, 09:49 |
|
|
|
• Naxçıvanda özünü vəzifəli şəxs kimi tanıdaraq dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 09:46 |
|
|
|
• Naxçıvanda NÖVBƏTİ BÜDCƏ TALANI... - fermerləri YENƏ ALDADIRLAR...
Bu gün, 09:44 |
|
|
|
• İki rayonun icra başçısı dəyişdiriləcək: Birinin həbsi belə aktualdır... - İLGİNC İDDİALAR
Bu gün, 09:31 |
|
|
|
• “Pulum olsaydı “Bəxt üzüyü” filmində atamın sürdüyü maşını alardım” - FOTO
Bu gün, 09:21 |
|
|
|
• Bakı məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinə 2.5 milyon xərclənəcək – İşləri 200 manatlıq şirkət görəcək
Bu gün, 09:19 |
|
|
|
• Əmək mübahisələri ilə bağlı mühüm məqamlar... - Ekspert danışır...
Bu gün, 09:16 |
|
|
|
• Mərkəzi Bankın proqnozu özünü doğrultmadı: 19 aydan sonra... - ARAŞDIRMA
Bu gün, 09:08 |
|
|
|
• TARİXİ BAKI... HƏDƏFDİRMİ? - AKTUAL
Bu gün, 09:01 |
|
|
|
• Azərbaycanda ilk qiyabi icraat üzrə məhkəmə başladı - DETALLAR
Bu gün, 08:58 |
|
|
|
• Rusiyanın “5-ci kolon”la bağlı qərarının İmişlidə əks-sədası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:57 |
|
|
|
• Federasiyanın sabiq vitse-prezidentinə dələduzluq maddələri ilə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 08:55 |
|
|
|
• Hərbi təlimlərdə atılan güllələr bu dəfə kanalizasiya xəttini HƏDƏFƏ ALDI – FOTO/GİLEY
Bu gün, 08:47 |
|
|
|
• “Teatr bağlanandan sonra işsiz qaldım, sənət dostlarımdan uzaqlaşmışam” - Efirlərdən uzaq düşən sənətkar
Bu gün, 08:42 |
|
|
|
• "Yelo Bank" ASC səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 08:41 |
|
|
|
• "Artıq pul xərcləmir, ölkələrdən pul, sərvət qoparır, təsirini oralarda gücləndirir" - ABŞ YÖN DƏYİŞDİRİB...
Bu gün, 08:39 |
|
|
|
• “Mədəniyyət Naziri məni qəbul etmir, ondan soruşmaq istəyirəm ki...” - ETİRAZ VAR...
Bu gün, 08:33 |
|
|
|
• “Rabitə Tikinti”yə yeni rəhbər təyin ediləcək
Bu gün, 08:26 |
|
|
|
• Düşmən silahlanır: amma tətiyi çəkəcək əsgər qıtlığı var... - Özləri etiraf edir ki...
Bu gün, 08:23 |
|
|
|
• “Bütün oyunları Ərdoğan oynayır” - Yunan mətbuatı təriflər yağdırdı
Bu gün, 07:24 |
|
|
|
• Ukrayna ordusu bəzi istiqamətlərdə Rusiyanı sıxışdırdı - KİV
Bu gün, 07:22 |
|
|
|
• DSX-nin ŞÜBHƏLİ TENDER ORTAĞI - TƏFƏRRÜAT
Bu gün, 07:21 |
|
|
|
• "Əli Kərimli Tofiq Yaqublunun ölməsini istəyirdi" - ŞOK İTTİHAM
Bu gün, 07:19 |
|
|
|
• Rusiyaya ciddi itkilər veririk, 640 minlik ordu... - Sırski
Bu gün, 07:17 |
|
|
|
• Paşinyan İTV-yə hansı önəmli məqamları açıqladı? – DETALLAR
Bu gün, 07:15 |
|
|
|
• Dövlətin yardımı PULLA SATILIR - NARAZILIQ VAR...
Bu gün, 01:17 |
|
|
|
• "Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" - AMMA İNDİ...
Bu gün, 01:02 |
|
|
|
• "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
Bu gün, 00:58 |
|
|
|
|