Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Simonyan 44 günlük müharibə barədə:
Simonyan 44 günlük müharibə barədə:Bu gün, 15:05 |
![]() Azərbaycanla 10 noyabr bəyanatının imzalanmasından sonra Ermənistanda vətəndaş müharibəsinin başlayacağını düşünürdük. Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. Spiker 10 noyabr bəyanatının – Ermənistanın kapitulyasiya aktının imzalandığı gecəni özü və ölkəsi üçün cəhənnəm kimi xarakterizə edib: “2020-ci il noyabrın 9-da (10-na keçən gecə) cəhənnəmdəydik. O günlərdə Rusiyada idim, öz-özümə deyirdim, gedib kimin ayağına yıxılım ki, müharibə dayansın. Noyabrın 8-də oteldəydim, öyrəndim ki, artıq bir mətn (10 noyabr bəyanatı) müzakirə olunur, sonra telefonu açıb baxdım - taleyüklü gecə... Sonra eşitdim ki, Ararat (xarici işlər naziri Mirzoyan) öldürülüb, sonra heç vaxt siyasətlə məşğul olmayan dostlarımdan biri zəng edib söylədi ki, qardaş, oteldən çıx, təhlükəsiz deyil, maşın göndərirəm. Sonra məlumat gəldi ki, evimə hücum ediblər, dostlarım arxamca gəldi, gecə gec saatlarda başqa otelə getdik, yolda baş nazirin çıxışını dinlədim, Araratın sağ olduğunu öyrəndim. Moskvada dostlarım qəfil hücuma məruz qalacağım ehtimalına görə mənə silah vermişdilər, (ermənilər tərəfindən Nikol Paşinyan hökumətinə qarşı) qisas çağırışları səslənirdi, amma o an başqa şey haqqında düşünürdüm, fikirləşirdim ki, vətəndaş müharibəsi başlaya bilər, ölkəni itirə bilərik. Həmin an o fikirdə idim”. Xatırladaq ki, 10 noyabr bəyanatının imzalanmasından sonra İrəvanda kütləvi etiraz aksiyaları baş verib. Parlamentə basqın edən etirazçılar o vaxtkı spiker Ararat Mirzoyanı döyüblər. Paytaxtdakı gərginlik səhər saatlarında təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə sakitləşdirilib. Geri qayıt |