Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Paşinyan müharibədə məğlub olduğu üçün belə deyir
Əsas Səhifə > Güney Press > Paşinyan müharibədə məğlub olduğu üçün belə deyir

Paşinyan müharibədə məğlub olduğu üçün belə deyir


11-05-2025, 14:57
Paşinyan müharibədə məğlub olduğu üçün belə deyir
Ermənistan Baş naziri Nikol Paşinyan deyib ki, bütün daxili və xarici təxribatlara baxmayaraq, Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq. Baş nazir vurğulayıb ki, İrəvanın bu gün regionun dinc və firavan gələcəyinə töhfə vermək imkanı var: "Ermənistanla Azərbaycan arasında sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair saziş layihəsi razılaşdırılıb və imzalanmasını gözləyir. Biz bu yolla gedəcəyik. Sülh və firavanlıq şəraitində yaşamaq regionumuzun haqqıdır və məhz belə də olmalıdır”.

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Sherg.az"a açıqlamasında deyib ki, Paşinyan müharibədə məğlub olub və ona görə belə deyir. Ekspertin sözlərinə görə, ancaq Paşinyana müxalif olanlar “Azərbaycanla müharibə olmayacaq” və ya “biz hakimiyyətə gəlsək Azərbaycanla müharibə etməyəcəyik” açıqlamasını səsləndirmirlər:

"Digər tərəfdən gələn il Ermənistanda keçilməsi planlaşdırılan parlament seçkilərində kimin qələbə çalacağı - Paşinyanın və ya onun rəqiblərinin üstünlük qazanacağı bəlli deyil. Paşinyanın “müharibə olmayacaq, sülh olacaq” açıqlamasının dəyəri o zaman olardı ki, baş nazir Ermənistan Konstitusiyasında dəyişiklik edib Azərbaycanla sülh sazişi imzalasın. Bu halda o hakimiyyətini nə zamansa itirsə belə, Paşinyanın yerinə gələn şəxs Bakı ilə imzalanan sazişin şərtlərini yerinə yetirmək məcburiyyətində qalacaq. Əslində bu yeni baş nazirin xilası olacaq, çünki Paşinyanın imzaladığı sazişdən imtina edərsə, nəticəsi Ermənistan üçün ağır olan müharibə ilə üzləşəcək".
Geri qayıt