Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > “Ermənilər bu dəfə də Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar,
“Ermənilər bu dəfə də Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar,Dünən, 14:00 |
![]() Son həftələr Moskva Ermənistandakı revanşist, irqçi dairələri yenidən fəallaşdırıb. Xocalı caniləri, terrorçu eks-prezidentlər Robert Köçəryan və Serj Sərkisyan aktiv çıxışlar edirlər. Qarabağdan qaça bilmiş digər Xocalı qatili Vitali Balasanyan işğalçı Rusiya diktatoru Vladimir Putinə ermənilərin Qarabağa qaytarılmasına kömək göstərəcəyinə inamını ifadə edən məktub yollayıb. Görəsən, revanşist ermənilərin Moskvanın planlarına uyğun növbəti fəallığı nələrə gətirib çıxaracaq?.. Moderator.az-a açıqlamasında siyasi şərhçi Zərdüşt Əlizadə mövzu ilə bağlı qısa və konkret danışıb: “Revanşist ermənilər qoy yenidən inansınlar Moskvaya, Putinə. İndiyə qədər inanıblar, ağ günə çıxıblar, bundan sonra lap xoşbəxt olacaqlar. Hamı bilir ki, ermənilər 1988-ci ilədək Azərbaycan ərazisində: istər Bakıda, Sumqayıtda, Gəncədə və s., istərsə də Qarabağda bəy balası kimi yaşayırdılar. Bakıda 300 minə yaxın, Qarabağda 120 min, digər müxtəlif şəhər və rayonlarımızda isə 100 minə yaxın erməni yaşayırdı. Bakıda 11 rayondan birinin, adətən keçmiş Kirov(indiki Binəqədi) rayonunun 1-ci katibi daim erməni olurdu. Bakı şəhər soveti sədrinin birinci müavini erməni olurdu. Vaxtilə mən özüm ev problemi ilə bağlı belə müavinlərdən birinin qəbulunda olmuşam. Xülasə, sözüm ondadır ki, ermənilər 1988-1994-cü illərdə Rusiyaya inanıb şadlıqlarına şitlik etdilər, şıllaq atdılar,– nəticəsi göz qabağındadır. Nəticə nə oldu? 30 ildən sonra Qarabağda xəstə, halsız, kimsəsiz 200 erməni qaldı... İndi də Rusiyaya inanıb Ermənistanda nəsə etməyə çalışırlar. Hesab edirəm ki, bu dəfə ermənilər Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar, Ermənistan əhalisi bütövlükdə köçə və bu adlı dövlət yox ola bilər. Bunu anlayırlar- anlamırlar – bilmirəm. Amma həqiqətən də əgər orada növbəti bir qovğa başlasa, hakimiyyət uğrunda vətəndaş müharibəsi başlasa, orada olan-qalan ermənilər də çıxıb gedəcək. Və hakimiyyət uğrunda mübarizədə Ermənistan dövləti məhv edilə bilər. Odur ki, revanşist ermənilərin Rusiyanın, Putinin nəsə əldə edə biləcəklərinə inanmıram. Bunun üçün heç Moskvanın yetərincə resursları da yoxdur. Ötən söhbətimizdə dediyim kimi, Paşinyana qarşı impiçment məsələsi də nəticəsi olmayacaq mənasız bir söhbətdir...” Geri qayıt |