Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb?
Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb?Dünən, 13:02 |
![]() Ağdam rayon Birinci Yüzbaşılı kənd tam orta məktəbin 10-cu sinif şagirdi təhsil müəssisəsində nizam-intizam qaydalarına əməl etməyib, müəllimlərə qarşı uyğunsuz davranış nümayiş etdirib. Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Qarabağ Regional Təhsil İdarəsindən məlumat verilib. "Təhsil müəssisəsində sağlam emosional mühitin gücləndirilməsi məqsədilə rayon təhsil sektoru tərəfindən şagird, valideyn və müəllimlərlə söhbət aparılıb, nizam-intizam qaydalarına əməl edilməsinin vacibliyi vurğulanıb. Sözügedən məktəblinin tədris prosesindən uzaqlaşdırılması ilə bağlı yayılan görüntülər bir neçə gün bundan əvvəl lentə alınıb. Şagird hazırda dərslərdə iştirak edir", - deyə məlumatda vurğulanıb. Qeyd edək ki, mediada sözügedən məktəb şagirdinin direktor tərəfindən bir həftə ərzində dərsə buraxılmadığını əks etdirən görüntülər yayılıb. "DİA-AZ" qeyd edir ki, hər halda hətta şagirdin uyğunsuz davranışları belə əsas vermir ki, müəllim, hətta məktəb direktoru şagirdin təhsilalma hüququnu məhdudlaşdırsın. Yəqin ki bunu ETN rəhbərliyi də bilməmiş deyil... Geri qayıt |