Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > “PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib”
“PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib”Dünən, 13:03 |
![]() Xəbər verdiyimiz kimi mayın 5-dən 7-dək keçirilən PKK qurultayında təşkilatın həbsdə olan lideri Abdullah Öcalanın müraciəti müzakirə olunub. PKK qurultayda “tarixi əhəmiyyətə malik qərarlar” qəbul edildiyini və bu qərarların yaxın günlərdə – təxminən 13-14 may tarixlərində müvafiq sənədlər və izahatlarla birlikdə ictimaiyyətə açıqlanacağı bəyan edib. Xatırladaq ki, A.Öcalan 2025-ci ilin fevralında 1978-ci ildə qurduğu təşkilatı silahı yerə qoymağa çağırıb. O, silahlı mübarizəni köhnəlmiş metod adlandırıb və bunu yalnız Türkiyə dövlətinin siyasətinin kürd kimliyini rədd etdiyi və kürdlərin hüquq və azadlıqlarını məhdudlaşdırdığı şəraitdə anlam daşıdığını vurğulayıb. Həbsdə olan PKK lideri Türkiyə hökumətinin son islahatlarının və bölgədəki dəyişikliklərin növbəti silahlı mübarizəni qeyri-mümkün etdiyini söyləyib. O, bütün kürd silahlı qruplarının silahı yerə qoymalı və PKK-nın mövcudluğuna son qoymalı olduğunu vurğulayıb. Bu, təkcə PKK-nın özünə deyil, onun Suriya, İrandakı strukturlarına, İraq və Türkiyədə də fəaliyyət göstərən Kürdüstan İcmaları Birliyinə (KCK) aiddir. Məsələ ilə bağlı Globalinfo.az-a açıqlama verən Türkiyəli politoloq Hüsaməddin İnaç prosesin diqqətli şəkildə dəyərləndirilməli və hər şeyin bitdiyi qənaətinə gəlmək üçün hələ erkən olduğunu düşünür. “PKK son qurultayında həqiqətən də önəmli qərarlar qəbul edilib, lakin müəyyən şübhələr qalmaqdadır. Bu qərarlarda xüsusilə demokratik sosializm adlandırdıqları ideologiyanı güclü şəkildə müdafiə edəcəkləri, özlərini siyasiləşdirəcəkləri və indiyə qədər tutduqları yoldan əl çəkməyəcəkləri istiqamətində bir sıra ifadələr yer almaqdadır. Bu, ABŞ, İsrail və Fransa kimi PKK-nın arxasında duran ənənəvi güclərin hələ də bu dəstəyi verməyə davam etdiklərini də göstərir. Bu prosesin əsas uğuru Suriyanın şimalındakı PKK/YPG-nin federalizm, muxtariyyət, regionallaşdırma, yerli hökumət orqanlarının artırılması kimi tələblərinin aradan qaldırılmasıdır. Bu baxımdan müqavimət göstərəcəkləri kifayət qədər aydındır. Xüsusilə İsrail son dövrdə Türkiyə ilə Suriya üzərindən yaşadığı mübahisədən dolayı PKK/YPG-yə dəstəyini daha da artırıb. Bu mənada terrorçuların silahlarının bir qismini ən azından təhvil verməyərək gizlədəcəkləri və sonradan terroru başlatmaq üçün ondan istifadə edəcəkləri açıq görünür. Süleymaniyə, Haseki və ya Qamışlı kimi müxtəlif mərkəzlərdə bu silahların toplanıb orada təhvil veriləcəyi deyilir, amma PKK-ya etibar etmək sadəlövhlük olardı, çünki indiyədək bu proses hər zaman “baş qatmaq” taktikası ilə davam edib”. H.İnaçın sözlərinə görə, oktyabrda başlayan prosesin hələ də başa çatmaması, hətta qurultayın toplanmasından sonra tam atəşkəs qərarının çıxmaması və bunun ictimaiyyətə açıqlanmaması da bu taktikanın bir hissəsidir: “Prosesə olduqca ehtiyatla yanaşmaqda fayda var. Xüsusilə idarə heyətinin hara gedəcəyi məsələsi də qeyri-müəyyən olaraq qalır. Onlar böyük ehtimalla Avropaya və terror təşkilatını dəstəkləyən hami güclərin olduqları yerlərə gedəcəklər. Çünki bunlar lazım olanda Türkiyənin təsir dairəsini daraltmaq üçün yenidən bu cür addımlar atacaq olan ölkələrdir. Abdullah Öcalan açıqlamasında ideologiyalarının artıq öldüyünü və günümüzdə konyuktura baxımından PKK-nın varlığının əhəmiyyətini itirdiyini söyləsə də idarə heyəti bunun belə olduğunu düşünmür. Təəssüf ki, gələcəkdə türk cəmiyyətini siyasi baxımdan təhrik etməyə davam edəcəklər və ya geri çəkilməyi düşündükləri bölgələrdən – İraqdan, Suriyadan da ideoloji baxımdan çıxmaq fikrində olmadıqları aşkardır. Onlar hər zaman kürd varlığı üzərindən legitimlik qazanmağa çalışacaqlar. Və əksəriyyəti müsəlman olan kürdlərin heç bir zaman qəbul etmədiyi marksist-ateist, son dərəcə dağıdıcı olan ideologiyalarını qorumağa davam edəcəklər”. Geri qayıt |