Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > PKK kürd məsələsi deyil, Sovet İttifaqının Türkiyəyə yaratdığı problemdir
PKK kürd məsələsi deyil, Sovet İttifaqının Türkiyəyə yaratdığı problemdirDünən, 17:06 |
![]() “PKK terror təşkilatı özünü buraxdığını, silahı yerə qoyduğunu, siyasi fəaliyyətə keçmək niyyətində oldunu elan edib. Bu, özlüyündə müsbətdir. Ancaq mən təklif edərdim ki, hadisələri qabaqlamayaq, əksinə, prosesləri izləyək və nələrin baş verəcəyini gözləyək. Aydındır ki, PKK-nın özünü buraxmasının əsas səbəblərindən biri ona ciddi dəstəyin olmamasıdır”. Bu sözləri “Reytinq” qəzetinə açıqlamasında Demokratik İslahatlar Partiyasının (DİP) sədri, Milli Məclisin deputatı Asim Mollazadə 1984-cü ildən terror fəaliyyətinə başlayan təşkilatın özünü ləğv etdiyini bildirməsindən danışarkən deyib. A. Mollazadənin fikrincə, artıq PKK-ya ciddi dəstək yoxdur: “Suriya daxilində müəyyən qüvvələr var ki, bundan Türkiyə dövlətinə qarşı istifadə etməyə çalışırlar. Ancaq PKK Türkiyə daxilində daha çox mülki insanları hədəfə aldığı üçün ona dəstək faktiki olaraq yoxdur. Bu da onu göstərir ki, əslində qardaş Türkiyə daxilində milli və dini ayrı-seçkilik mövcud deyil”. Mollazadə əlavə edib ki, PKK bir kürd məsələsi və ya kürd problemi deyil: “Əksinə, bu, Sovet İttifaqının zamanında Türkiyəyə qarşı yaratdığı maneədir. Ancaq göründüyü kimi, indi proseslər müsbət istiqamətə gedir”. Geri qayıt |