Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Bakıda parkinq böhranı…
Əsas Səhifə > Güney Press > Bakıda parkinq böhranı…

Bakıda parkinq böhranı…


Bu gün, 11:38
Bakıda parkinq böhranı…
Yaxın illərdə paytaxt Bakının iqtisadi mənzərəsində ən etibarlı və dayanıqlı investisiya sahələrindən biri avtomobil dayanacaq yerləri olacaq. Gələcəyə hesablanmış və davamlı gəlir gətirən biznes qurmaq istəyənlər bu istiqaməti ciddi nəzərə almalıdırlar.

Bakıda parkinq böhranı…

Tribunainfo.az xəbər verir ki, bu fikirləri əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev səsləndirib. Onun sözlərinə görə, hazırda “Azparking” MMC tərəfindən zəbt olunmuş ərazilər Bakıda həm nəqliyyat sıxlığına, həm də parklanma tariflərinin artmasına səbəb olub:

“Bu gün şəxsi avtomobili ilə işə gedib-gələn vətəndaş 10 saatlıq iş rejimi ərzində gündəlik təxminən 7 manat parkinq haqqı ödəməli olur. Bu da sıravi vətəndaş üçün kifayət qədər yüksək məbləğdir. Şəhərdə mövcud tıxac və parklanma böhranı göstərir ki, yaxın gələcəkdə “Azparking” tərəfindən zəbt olunmuş yollar məcburən onlardan azad ediləcək. Bu baxımdan, investorlar qeyri-yaşayış obyektlərinə deyil, məhz avtopark sahələrinə sərmayə yatırarlarsa, bu, onların davamlı və artan gəlirli bizneslərinə çevrilə bilər”.

Ekspertin fikrincə, dövlət səviyyəsində bu sahəyə dəstəyin artırılması və qanuni tənzimləmə mexanizmlərinin gücləndirilməsi Bakının həm nəqliyyat infrastrukturuna, həm də şəhər mədəniyyətinə müsbət təsir göstərə bilər.

Geri qayıt