Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır
Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddırDünən, 17:49 |
![]() Azərbaycandakı dövlət universitetlərinin ingilis bölməsində təhsilin vəziyyəti ciddi tənqidə layiqdir. Modern.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, rəsmi olaraq “ingilis bölməsi” adlandırılan ixtisaslarda dərslər əksər hallarda Azərbaycan dilində keçirilir, müəllimlər ingilis dilində dərs aparmaq bacarığında deyillər, tələbələr isə 4 il ərzində bu dili öyrənə bilmədən məzun olurlar. “Nəticədə Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi magistratura imtahanlarında ingilis dili bölməsini bitirən yüzlərlə tələbə hətta minimum 5 bal belə toplaya bilmir”, - K.Əsədov qeyd edib. Ekspert bildirib ki, bu vəziyyət qanunvericiliyə də ziddir. Belə ki, “Təhsil haqqında” Qanuna əsasən, təhsil hansı dildə aparılırsa, dərslər də həmin dildə keçirilməlidir. Əgər diplomda “ingilis dili bölməsi” yazılırsa, amma təlim Azərbaycan dilində aparılırsa, bu, tələbənin və dövlətin aldadılmasıdır. “Problem sistemlidir: bu bölmələr kağız üzərində “beynəlxalq” görünmək üçün açılır, lakin nə real tədris mühiti, nə də metodoloji baza mövcuddur. Dünya təcrübəsində isə – məsələn, Finlandiya, Niderland və Almaniyada – ingilis dili bölməsi olan ixtisaslarda tələbənin dili bilib-bilməməsi təkcə danışıq yox, yazı, təqdimat, analiz və akademik ünsiyyət bacarığı ilə ölçülür. Bu fırıldaqdan çıxmaq üçün universitetlərdə ingilis dili bölmələri üzrə ciddi audit aparılmalı, dərs deyən müəllimlərin dil bacarıqları yoxlanmalı, tələbələrə isə real dil təlimi və akademik yazı bacarıqları verilməlidir. Əgər bu dəyişiklik edilməzsə, “ingilis bölməsi” təhsilin inkişafı yox, onun saxtalaşdırılmasının başqa bir adı olaraq qalacaq”. Geri qayıt |