Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi?
Əsas Səhifə > Güney Press > PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi?

PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi?


Bu gün, 14:00
PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi?
Türkiyə, ABŞ, Avropa İttifaqı ölkələri və duigər ölkələr tərəfindən terror təşkilatı kimi tanınan PKK və ya “Kürdüstan Fəhlə Partiyası” mayın 12-də silahı yerə qoyduğunu və özünü buraxdığını elan edib. Bu qərar terror təşkilatının İmralı cəza evində həbsdə yatan rəhbəri və qurucusu, terrorçubaşı Abdullah Öcalanın 27 fevral 2025-ci il tarixdə öz tərəfdarlarına ünvanladığı yazılı müraciətdə “silahı yerə qoyun” çağırışı əsasında verilib. Öcalanın adından yayılan müraciətdə “bütün qruplar tərksilah olunmalı və PKK ləğv olunmalıdır. Mən silahı yerə qoymağa çağırıram və bu çağırışa görə tarixi məsuliyyəti öz üzərimə götürürəm”, - deyə qeyd olunmuşdu.

Ardınca 1 mart 2025-ci ildə PKK terror təşkilatı atəşkəs elan etdiyini açıqlayıb və Öcalanın çağırışına cavab verərək qurultay keçirməyə hazır olduğunu bildirib. Həm ayrı-ayrı rəsmi şəxslər, həm də siyasi ekspertlər bölgədəki geosiyasi vəziyyəti dəyişib 40 ildən artıq davam edən silahlı münaqişənin sona çatması, bölgədə sülhün bərqərar olmasına yön verəcək bu qərarı “tarixi an” adlandırırlar. Türkiyənin şərq və cənub-şərqini, İraqın şimalını, Suriyanın şimal-şərqini və İranın şimal-qərbini əhatə edən bölgədə özünüidarə qurmaq və sözügedən torpaqlara sahib çıxmaq məqsədi ilə Öcalan tərəfindən 27 noyabr 1978-ci ildə yaradılan, törətdiyi hücumlar, terror aktları nəticəsində 40 mindən çox insanın ölümünə səbəb olan təşkilatın bu qərarının bölgədə vəziyyəti hansı yöndə dəyişəcəyi bütün dünyanın diqqətindədir.

Qeyd edək ki, mayın 5-7-də keçirilən qurultayda dağılma qərarı alan terror təşkilatı PKK bu qərarı yazılı açıqlama ilə ictimaiyyətə açıqlayıb. Bəyanatda təşkilati strukturun ləğvi və silahlı mübarizə üsuluna son qoyulması ilə bağlı qərarlar açıqlanıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hesab edir ki, PKK-nın özünü ləğvetmə və tərksilah olma qərarı Türkiyənin sabitliyi baxımından çox önəmlidir. Türkiyə lideri hökumətin iclasından sonrakı çıxışında bildirib ki, “Terrorsuz Türkiyə” yeni mərhələyə qədəm qoyur: “Qazanan millətimiz, ölkəmiz və regiondakı qardaşlarımız olacaq. Kəşfiyyat idarəmiz bundan sonrakı prosesi diqqətlə izləyəcək”.

Dövlət başçısı bildirib ki, bu prosesdən uduzan tərəf qanla bəslənən imperialistlər olacaq.

Türkiyənin xarici işlər naziri Hakan Fidan da terror təşkilatı PKK-nın ləğvi və tərksilah edilməsi qərarı ilə bağlı açıqlamalar verib. Nazir bildirib ki, PKK-nın qərarı tarixi və əhəmiyyətlidir: “Atılması lazım olan addımlar var, onları yaxından izləyəcəyik. Qərar səmimi şəkildə həyata keçirilərsə, hər kəs üçün faydalı olar. Millətim üçün əhəmiyyətli bir addımdır".

Türkiyənin “Sabah” qəzeti 1984-cü ildən bu yana qanlı əməlləri ilə on minlərlə insanın həyatına son qoyan PKK terror təşkilatının ləğvi və tərk-silah edilməsi qərarından sonra atılacaq addımların yol xəritəsini dərc edib. Qəzetin məqaləsində bildirilir ki, terrorçuların silahları təhvil verməsi prosesi 3-4 ay çəkəcək. Bu müddət ərzində 3400-ə qədər silahlı bölgənin dağlıq ərazilərini, o cümlədən Şimali İraqın Türkiyəyə bitişik ərazilərini tərk edəcək.

Nəşr daha sonra qeyd yazıb: “Şimali İraqda silahlıların silah gətirəcəyi üç-dörd nöqtə müəyyən ediləcək. Artıq müvafiq hazırlıqlar gedir və ehtiyat tədbirləri görülüb”.

Məqalədə bütün prosesin Şimali İraq Kürd Regional Rəhbərliyi və Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) birgə səyləri ilə həyata keçiriləcəyi qeyd edilir.

“Sabah” vurğulayıb ki, Türkiyənin dövlət qurumları PKK arsenalında olan silahların təxmini sayını bilir, ona görə də Ankara silah və sursatın hələ də yaraqlıların əlində nə qədər olduğuna dair təsəvvürə malik olacaq.

Terrorçular, həmçinin mağaralar da daxil olmaqla silah anbarlarının yerlərini açıqlamağa məcbur olacaqlar.

“Təxminən 3500 RKK terrorçusundan yüzə yaxını kriminal strukturun liderləri arasında yer alır. Bu iki kateqoriyalı yaraqlılar üçün fərqli yanaşma tətbiq olunacaq. Terror aktlarında iştirak etdiyinə görə axtarışda olmayan yaraqlıların əksəriyyəti Türkiyəyə qayıda biləcək. Türkiyə qanunvericiliyinə onlar üçün iki ildən sonra həyata keçirilməsi planlaşdırılan sosial nəzarət mexanizmi çərçivəsində xüsusi dəyişiklik ediləcək, beləliklə, onların “şərti olaraq” azadlığa buraxılması gözlənilir. Eyni zamanda, PKK terrorçularının liderləri Afrikanın cənubuna və ya bəzi Qərb ölkələrinə gedəcəklər. Şimali İraqda yaşamaq variantı da mümkündür. Eyni zamanda, Ankarada PKK liderlərinin Suriyanın şimalına köçməsi ilə bağlı təkliflər rədd edilib. PKK terror təşkilatının Suriya qanadı olan YPG-yə gəlincə, bu yaraqlılar Suriya Milli Ordusuna birləşdiriləcək”, - vurğulanıb.

Nəşrin məlumatına görə, Suriyada PKK/YPG yaraqlılarına qarşı məhkəmələr Ankara və Dəməşqin birgə səyləri ilə həyata keçiriləcək.

“Terror təşkilatının zərərsizləşdirilməsi prosesinin bu ilin oktyabr ayına qədər yekunlaşacağı güman edilir. Payızda “demokratikləşmə” prosesi başlayacaq və bu proses çərçivəsində Türkiyə Konstitusiyasına dəyişiklik edilməsi məsələsinə də baxıla bilər. Eyni zamanda, Türkiyənin təhlükəsizlik strategiyasına yenidən baxılmayacaq. Ölkənin milli təhlükəsizliyinə təhdidlər aradan qaldırılana qədər antiterror əməliyyatları davam edəcək”, - bildirilib.

PKK-nın tərk-silah olması və fəaliyyətini dayandırması ilə bağlı AYNA.AZ-ın suallarını Kahramanmaraş Sütçü İmam Üniversitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının müdiri, professor, azərbaycanlı analitik Toğrul İsmayıl cavablandırıb.

- PKK-nın özünü buraxması Türkiyə dövləti və cəmiyyəti üçün nə anlama gəlir?

- Bu proses uzun müddət idi ki, davam edirdi. Türkiyə Millətçi Hərəkat Partiyasının (MHP) başqanı, hörmətli Dövlət Baxçalının məlum bəyanatından sonra cəmiyyətdə fikir qarışıqlığı, hətta ciddi mübzakirə və mübahisələr oldu. Belə bir məsələni MHP liderinin söyləməsinə yanaşma həssas olur. Cəmiyyətin reaksiyası bu baxımdan gözlənilən idi. Amma cəmiyyət də terrorun sona çatmasını arzu edir və bu prosesə dəstək verir.

Bilirsiniz, əslində daha əvvəl PKK ilə bağlı həll müddəti başladılmışdı. Amma oradakı ən əsas səhvlərdən biri PKK-nın silahı yerə qoymadan həlli məsələsi idi. O zaman biz gördük ki, PKK-nın silahlı qanadı siyasi qanadının üzərində qələbə qazandı və faktiki olaraq problemin həlli müddətini uzatdı. Amma bu gün verilən qərar fərqlidir. Hörmətli Baxçalı açıqlama verdi, sonra müzakirələr getdi, daha sonra PKK-nın siyasi qanadı deyilən Xalqların Bərabərliyi və Demokratiyası Partiyası (DEM Parti) nümayəndələrinin İmralıda terrorçubaşı Öcalanı ziyarət etdi. DEM Partinin nümayəndə heyəti Öcalanın adından bəyanat oxudu və terrorçuların lideri tərəfdarlarını silahı yerə qoymağa və PKK-nın ləğvinə çağırış edirdi. Sonrakı mərhələdə PKK-nın Türkiyə xaricində “qurultay” keçirdiyini və özünü buraxdığını elan etdiyini gördük.

- Belə demək mümkündürsə, əslində gözlənilən oldu...

- İmralıda oturan terrorçubaşının çağırışı PKK-nın özünü buraxacağı ehtimalını artırırdı. Çünki Öcalan bu terrorçu təşkilatın qurucusudur, təşkilat içərisində sözü eşidilir. PKK-nın “qurultay” keçirib özünü buraxdığını elan etməsi bu mərhələyə qoyulan nöqtədir. Bu gün deyə bilərik ki, PKK rəsmi olaraq fəaliyyətdə deyil. Yəni ki, kağız üzərində PKK-nın fəaliyyətini dayandırdığını deyə bilərik.

- Dediniz ki, kağız üzərində PKK artıq yoxdur. Demək ki, qeyri-rəsmi fəaliyyəti davam etdirəcəkləri ehtimalı var...

- Türkiyənin xarici işlər naziri Hakan Fidanın məsələ ilə bağlı açıqlamalarına diqqət etmək lazımdır. Məncə, təkcə kağız üzərində PKK-nın özünü buraxdığını elan etməsi yetərli deyil. Terrorçu təşkilatın özünü buraxdığını elan etməsi heç də bir quruluşun tamamilə ortadan qalxması, yox olması anlamına gəlmir. Bəli, PKK fəaliyyətini rəsmi olaraq dayandırdı. Amma bu quruluş ad dəyişə bilər, forma dəyişə bilər, hətta məkan da dəyişə bilər. Yəni PKK başqa formada yenidən ortaya çıxa bilər. Ona görə də, “PKK özünü buraxdı, terror tamamilə bitdi” demək olmaz. Bu məsələdə tələsik nəticəyə gəlmək olmaz. PKK-nın özünü buraxması bizdə illüziyalar yaratmamalıdır. Terror bitəcək, yoxsa yox, o hansı şəkil alacaq, hansı formata keçəcək kimi suallar olduqca vacib suallardır. Ona görə də, Türkiyə rəsmiləri açıqlamalarında bildirirlər ki, proses sonadək izlənməlidir. Biz qarşıdakı müddətdə nələrin baş verəcəyini görəcəyik. Ondan sonra PKK terrorunun bitib-bitmədiyi haqqında fikir bildirə bilərik. Bütün hallarda isə PKK-nın özünü buraxdığını elan etməsi, silahı yerə qoyduğunu rəsmi şəkildə söyləməsi Türkiyə üçün uğur sayılmalıdır. Bundan sonra nə olacaq, yenə deyirəm, zaman göstərəcək.

Geri qayıt