Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilənBu gün, 12:40 |
![]() Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinin sabiq rəisi Mahir Şirvanov barəsində olan hökmdən verilmiş kassasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb. “Report”un məlumatına görə, Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən məhkəmə iclasında onun kassasiya şikayəti qismən təmin olunub. Belə ki, Mahir Şirvanovun cəzası 1 il azaldılaraq 6 ildən 5 ilə endirilib. Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mahir Şirvanov 3 il müddətinə azadlıqdan məhrum edilmişdi. Hökmdən verilmiş apellyasiya protesti təmin olunaraq sabiq idarə rəisinin cəzası 6 ilə qaldırılmışdı. Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin Maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin vəsatəti əsasında həbs ediliblər. Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər. Cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib. Eyni zamanda təqsirləndirilən şəxslərin əmlaklarının müsadirə edilməsi barədə qərar qəbul edilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər birinə AR Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb. Geri qayıt |