Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender
Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tenderDünən, 17:53 |
![]() “Cəbrayıl, Qubadlı və Zəngilan Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxsinin elan etdiyi tender ləğv edilib. FED.az xəbər verir ki, sözügedən tender Qubadlı rayonu, Zilanlı kəndində qeyri-yaşayış binalarının tikintisi və mühəndis kommunikasiya sistemlərinin (su, kanalizasiya, qaz xətləri, elektrik, rabitə şəbəkəsi və kənd daxili yollar) tikinti-quraşdırma işləri ilə bağlı olub. Tenderin ləğv edilməsi səbəbi, nəzarət orqanının verdiyi qərara əsaslanıb. Tenderin ümumi ehtimal olunan qiyməti 33.216.000 AZN olaraq müəyyən edilmişdi. Tenderin dərc edilmə tarixi 28 noyabr 2024-cü il olub və təkliflərin son təqdim olunma tarixi isə 24 yanvar 2025-ci il olaraq nəzərdə tutulmuşdu. Həmçinin, zərflərin açılışı da həmin tarixdə planlaşdırılmışdı. Geri qayıt |