Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır
Əsas Səhifə > Güney Press > İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır

İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır


Bu gün, 06:38
İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır
İran hakimiyyəti müəyyən şərtlər daxilində Birləşmiş Ştatlarla nüvə sazişi imzalamağa hazır olduğunu bildirib.

APA xəbər verir ki, bu barədə "NBC News" telekanalına İranın ali lideri Ayətullah Əli Xameneinin müşaviri Əli Şəmxani məlumat verib.

"Şəmxani bildirib ki, İran heç vaxt nüvə silahı istehsal etməməyi öhdəsinə götürür, silah kimi istifadə oluna biləcək yüksək zənginləşdirilmiş uran ehtiyatlarından imtina edəcək, uranı yalnız mülki məqsədlər üçün lazım olan aşağı səviyyələrdə zənginləşdirməyə razı olacaq və bu prosesin beynəlxalq müfəttişlər tərəfindən nəzarət olunmasına şərait yaradacaq. Bütün bunlar qarşılığında isə İrana qarşı tətbiq edilən iqtisadi sanksiyalar dərhal ləğv edilməlidir", — deyə məlumatda qeyd olunur.
Geri qayıt