Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > “Ağlı başında olan həkim heç bir məbləğ qarşılığında bunu etməsin...”
Əsas Səhifə > Güney Press > “Ağlı başında olan həkim heç bir məbləğ qarşılığında bunu etməsin...”

“Ağlı başında olan həkim heç bir məbləğ qarşılığında bunu etməsin...”


Dünən, 11:48
“Ağlı başında olan həkim heç bir məbləğ qarşılığında bunu etməsin...”
Bəzən görünən sadə bir qərarın arxasında ağır hüquqi və mənəvi məsuliyyət gizlənir. Tibbi protokollardan kənara çıxmaq bəzən həyatla ölüm arasında incə bir xəttə çevrilə bilər. Xüsusilə də doğuş kimi riskli və həssas proseslərdə. Bəs evdə baş verən doğuş zamanı məsuliyyət kimə aiddir? Gözlənilməz nəticələr baş verərsə, bunun arxasında kim dayanır?

Məsələ ilə bağlı hüquqşünas Ellada Bayramova “Yeni Sabah”a açıqlamasında önəmli məqamları oxucularımızla bölüşüb:

“Burada birbaşa olaraq çox kobud şəkildə qanun pozuntusu var. Çünki həkimin heç bir halda evdə doğuş qəbul etməyə ixtiyarı yoxdur. Bu birbaşa cinayət məsuliyyətidir. Həmin vəziyyətdə xəstənin analizi əlçatan olmaya, yaxud da xəstə haqda məlumatsız ola bilər. Vəziyyətdən asılı olaraq, kliniki ölüm keçirə, vəziyyəti pisləşə bilər. Həmçinin, bu doğulan körpənin də səhhəti üçün təhlükəlidir. İstənilən halda çox böyük riskdir və təbii ki, cinayət məsuliyyətini özündə ehtiva edir. Belə olan vəziyyətdə evdə doğuş olursa, üstündən neçə saat keçməsindən asılı olmayaraq, mütləq təcili tibbi yardım çağırılmalı və doğum mütləq qeydə alınmalıdır. Başqa bir durumda bunun nəticələrinə qatlanmaq məcburiyyətində qalacaqlar”.

Hüquqşünas qeyd edir ki, evdə doğuş qəbul etmək həkim üçün karyerasının sonunu gətirə bilər:

“Maliyyə vəziyyətinə görə, xəstəxanaya gedə bilməyən və evdə doğuş edən şəxslərə gəldikdə isə, bununla bağlı hər hansı imtiyazlar nəzərdə tutulmuş olmalıdır. Həkim özü də anlamalıdır ki, evdə doğuş qəbul edirsə, lazımi texniki avadanlıqlar onun üçün əlçatan olmayacaq. Belə bir durum faciəvi nəticələrə gətirib çıxara bilər. Ona görə də yekunda həmin şəxs məsuliyyət daşımaq məcburiyyətində qalacaqdır. Əvvəllər bu kimi halları ört-bastır etmək bəlkə də mümkün olardı, ancaq hazırda belə məsələlərə çox ciddi yanaşılır. Ağlı başında olan həkim heç bir məbləğə görə evdə doğuş prosesini həyata keçirməyi öz məsuliyyətinə götürməməlidir. Bu özünün karyera sonunun fərmanını imzalamaq deməkdir”.

Geri qayıt