Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər...
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər...Dünən, 15:37 |
![]() ...Azərbaycanda gerçək ağsaqqal institutunun deformasiyası, tənəzzülü elə SSRİ dövründən başlanıb. Xüsusən 20-30-cu illərin repressiyalarından sonra əksər atalar, babalar oğluna-qızına “ay bala, hamı kimi sən də başını aşağı sal, işini gör”, “hökumətlə-filanla işin yoxdur, hamı necə, sən də elə- dünyanı düzəldəcəksən?”, “fərasətin, dilin-felin olsun, sən də qabağa, vəzifəyə-filana get”, “ay bala, instituta girən kimi çalış kommunist partiyasına keç- onda gələcəyin yaxşı olacaq”, “institutu qurtaran kimi səni bir təhər edib sistemə - milisə, “KQB”-yə keçirərik” və s. kimi “nəsihət”lər veriblər... Nəticədə artıq bu gün “ağsaqqal” olmuş o vaxtkı gənc nəslin əksər nümayəndələrində vəzifəli şəxslər qarşısında qorxu, xof, yarınmaq, yaltaqlanmaq, məddahlıq etmək kimi davranışlar formalaşıb... Görünür, İmişlidə SSRİ bayrağını ucaldan, sinəsinə “Georgi” lenti taxan Saleh Səmədov kimi artıq bu gün ağsaqqal hesab edilənlər də bu gün qonşu, qardaş Ukraynaya öz amansız hücumları, həyasız bəyanatlarıyla dünyaya qorxu salan Rusiya lideri Putinə yarınmaq üçün onun ürəyindəki sarı simə - SSRİ sərhədləri çərçivəsində imperiyanı bərpa etmək arzusuna toxunur və onunla həmrəylik nümayiş etdirir... Deməli, Saleh Səmədov yaşda olan ağsaqqalları(?) SSRİ-yə meyilləndirən amillərdən birincisi onların ata-babalarından genetik olaraq keçmə yarınmaq, yaltaqlanmaq hissi ola bilər. İkinci amilin belə “ağsaqqal”ların gəncliyindən sovet xüsusi xidmət orqanlarına “KQB”-yə, “QRU”-ya bağlılığı və ya müstəqillik illərində indiki Rusiyanın xüsusi xidmət orqanları tərəfindən ələ alınmasının olması mümkündür... Üçüncü amil Sovet dövrünün bu gün üçün müsbət sayılan xüsusiyyətlərindən biri kimi rüşvətin, korrupsiyanın indikinə nisbətən kütləvi hal almaması və ya “insafla” alınması ola bilər. Son 33 illik müstəqillik illərində özü vəzifədə olan, hakim partiyanın üzvü olan bir ağsaqqalın(?) dilinə 100 qram araq dəyən kimi “Əşşi, heyif deyildi Sovet hökuməti: ucuzluq idi,kibrit 1 qəpik, bir stəkan su 1-3 qəpik, limonad 40 qəpik, ət uzağı 2-3 manat, yağ, onun kimi uzağı 2-3 manat idi. O dövrdə bir “salaməleyk”ə, bir “sən öl”ə neçə məsələni həll etmək olurdu, amma indi hər şeydən ötrü rüşvət tələb edirlər” və s. deməsini çox görmüşük... Qiymətlərdən söz düşmüşkən, yaşlı insanların qəlbinə Sovet dövrünün həsrətini salan amillərdən dördüncüsünün də məhz bugünkü bahalıq, ərzaq, xidmət, nəqliyyat və digər qiymətlərinin bahalığı, maaş və pensiyaların mövcud tələbata nisbətən çox aşağı olması ola bilər. Digər, beşinci bir amil kimi sovet dövründə milli əxlaqi xüsusiyyətlərin müstəqillik dönəmindəkindən daha yaxşı qorunmasını hesab etmək mümkündür. Düzdü, əslində elə milli-dini əxlaqımızın pozulması hələ çar Rusiyası dövründən başlanıb, elə sovet dövründən də sürətlənib. Qadınların hicabla örtünməsində qarşı kampaniya sovet dövründən başlandı. Həmin dövrdə nəinki kütləvi şəkildə kişilər, Azərbaycan qadınları da az sayda olsa da, spirtli içki içməyə öyrədildi... Bununla belə, o dövrdə istər kişi, istər qadın zinakarlığına qarşı kəskin bir ictimai qınaq var idi. Belələri, amma daha çox qadınlar cəmiyyətdən təcrid olunurdu. Cinsi azlıqlara da münasibət daha ciddi idi. O dövrdə heç bir cinsi azlıq nümayəndəsi, nəinki hansısa konsert səhnəsində, teleekranda, heç adi bir kiçik məclisdə, balaca bir çayxanada da bugünkü kimi söz sahibi ola bilməz, ümumiyyətlə, ictimaiyyətin, camaatın içinə çıxmaqdan çəkinərdi... Televiziyada aparıcıların da, müğənni və aktrisalarında geyiminə, davranışına, danışığına qarşı bir senzura vardı. Amma indi hər şey əndazəsini aşıb.... Bax, bütün bu sadalanan amillər bu gün nəinki Saleh Səmədov kimi vəzifələrdə olmuş, varlı-hallı ağsaqqal hesab edilənlərin, vəzifəsiz, siyasətdən-filandan uzaq, yoxsul yaşlıların da SSRİ-yə meyillənməsinə şərait yaradır. Bu bir reallıqdır ki, hazırda bir çox ailələrimizdə süfrə başında-filanda Sovet dövrünün tərifinə həsr olunmuş söhbətlər gedir. Babat dolanan əxlaqlı ailələrdə bu adətən sovet dövründə milli əxlaqın qorunmasıyla, yoxsul ailələrdə isə bu mövzu ilə yanaşı, ərzaq qiymətlərinin bahalığı, maaşların, pensiyaların tələbata uyğun olmamasıyla bağlı olur... Sovet nostaljisi əsasən 50 yaşından yuxarı olan, yəni ən azı yeniyetməlik dövrünü Sovet dönəmində yaşamış insanlarımızı əhatə edir. Statistik məlumatlara görə Azərbaycan əhalisinin 30 faizə yaxınını məhz 50 yaşdan yuxarı yaşlı əhali təşkil edir. Bu isə təxminən 3 milyona yaxın insan deməkdir. 3 milyona yaxın insanın da xeyli hissəsi dolanışığından, məmurların korrupsiya və rüşvətxorluğundan narazı olan hissəsidir. Deməli, Saleh Səmədovun qaldırdığı SSRİ bayrağı bəlkə də 2 milyona yaxın insanın həsrət, nostalji hisslərinə toxunub. Həmin insanların ailələrini, övladlarının bir hissəsini də buraya əlavə etsək, təhlükəli bir rəqəm alınar. Axı Sabah Saleh Səmədovlar başqa bölgələrdə də peyda ola bilər. Və onların ardına minlərin, on minlərin toplanması mümkündür... Əslində son 20-30 ildə SSRİ ilə bağlı nostalgiya prosesi yalnız Azərbaycanda deyil, keçmiş SSRİ-nin iqtisadi problemlər yaşanan bütün məkanlarında, xüsusən də Rusiyada gedir. Rusiyada Kommunist Partiyası açıq şəkildə, rəsmən fəaliyyət göstərir. Bu gün rus kommunistlər Rusiyanın Ukraynaya təcavüzü səbəbindən Putin rejiminə qarşı açıq şəkildə çox çıxışlar etməsələr də, əvvəlki illərdə bu olub və bundan sonra da olacağı gözlənilir. Rusiyada fəaliyyət göstərən Rusiya Federasiyası Kommunist Partiyası digər keçmiş Sovet respublikalarında açıq və ya gizli şəkildə fəaliyyət göstərən kommunistlərlə birgə “Kommunist Partiyalarının İttifaqı – Sovet İttifaqı Kommunist Partiyası” adlanan bir ümumittifaq qurumu yaradıblar ki, onun “əsas məqsədləri zəhmətkeşlərin hüquqlarını və sosial qazanclarını qorumaq, sosializmin itirilmiş əsaslarını qorumaq və bərpa etmək, sovet xalqlarının hərtərəfli əlaqələrini və dostluğunu canlandırmaq və könüllülük əsasında onların dövlət birliyini bərpa etməkdir”. Həmin qurumun əsas şüarı da belədir: “Qardaş xalqlarının yeni ittifaqı uğrunda!” Sözsüz ki, bütün bu fəaliyyət Rusiyanın keçmiş “KQB”-nin xələfi olan “FSB”-sinin nəzarəti altında baş verir. Və Kreml yeri gələndə postsovet respublikalarına təzyiqləri artırmaq üçün bu rıçaqdan da istifadə edə bilər... Bütün bu deyilənlər baxımından yanaşdıqda İmişli ağsaqqallarının(?) keçmiş başçısı Saleh Səmədovun yalnız SSRİ-yə olan nostaljisi və özünün və digər rayon ağsaqqallarının(?) birgə təşəbbüsünün nəticəsi olması şübhə doğurur. Düzdü, müstəqillıik dövründə kifayət qədər babat vəzifələrdə olmuş Səmədovun karyerasının bünövrəsi sovet dövründə qoyulub. Amma onun SSRİ nostaljisi bir çox digər yaşlı və ahıllar kimi ehtyac səbəbindən yarana bilməz. Çünki mediada sadalananlardan, ən azı tutmuş olduğu vəzifələrdən bəlli olur ki, onun və ailəsinin, doğmalarının bütün maddi ehtiyacları yetərincə ödənib. Deməli, belə bnir şəxsdə bu nostalji ya ideoloji səbəbdən yarana bilər, yəni guya o, əqidəli, təmiz işləyən marksizm-leninizm, kommunizm ideyalarına qulluq edən bir kommunist olub, ya da o, elə sovet dövründən bəri indiki Rusiyanın sələfi olan SSRİ xüsusi xidmət orqanlarıyla, yəni arxivləri açılmamış “KQB” və ya “QRU” ilə əməkdaşlıq edib. Və ona məhz bu ilin 9 mayında dondurulmuş hücrəsini hərəkətə gətirmək tapşırığı verilib... Əlbəttə, bunlar sadəcə bizim versiyamızdır. Bunu Azərbaycanın xüsusi xidmət orqanları dəqiq araşdırmalıdırlar. Çünki ağlı başında olan bir vəzifəli şəxsin, özü də hakim Yeni Azərbaycan Partiyasının üzvünün arxasında hər hansı bir qüvvə hiss etmədən belə bir addım atması mümkünsüzdür. O, bundan sonra ən azı rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad ediləcəyini hesablamalıydı. Görək indi YAP necə rəsmi münasibət bildirəcək məsələyə?.. Bəziləri digər bir versiya da irəli sürür ki, guya Saleh Səmədov psixi xəstədir. Bu da inanılası deyil. Bu halda sualı olunur ki, həmin şəxs on illər boyu müxtəlif dövləti vəzifələrdə necə çalışıb, o boyda YAP-ın nə təhər üzvü olub?.. Bir sözlə, İmişlidəki kampaniya ciddi araşdırılmalıdır. Həm də ona görə ki, Saleh Səmədov orada tək deyil, onun əqidəsində olan və Rusiya imperiyasının rəmzi olan “Georgi” lenti daşıyan başqaları da var. Bəlli olub ki, Səmədovun yerinə İmişli Rayon Ağsaqqallar Şurasına sədr təyin edilən digər şəxs də 9 mayla bağlı tədbirdə “Georgi” lenti taxıbmış... Öncə dediyim kimi, Rusiyada SSRİ-yə olan nostaljidən, insanların əksəriyyətini ehtiyac içərisində yaşamasından istifadə edərək kütlələri hakimiyyətə qarşı ayağa qaldırmağa çalışan dairələr, ən azı üzdə görünən Kommunist Partiyası var. Sabah Putin və ya ondan sonra hakimiyyətə gələn digəri də Rusiya imperiyasının keçmiş sərhədlərini bərpa etmək həvəsi ilə postsovet məkanındakı açıq kommunist, sovet əqidəli şəxslərdən və ya agentura şəbəkələrindən ibarət olan rıçaqlardan yararlana bilər... Təsəvvür edin ki, Azərbaycanın hər rayonunda, şəhərində Saleh Səmədov kimi müəyyən nüfuzu olan və arxasında həm Rusiya kommunistlərinin, həm xüsusi xidmət orqanlarının dayağını hiss edən bir “ağsaqqal” əlində SSRİ bayrağı meydana çıxır və müstəqillik əleyhinə müxtəlif şüarlar səsləndirir... Həmçinin bu təxrubatın məhz dövlət başçısı İlham Əliyevin Moskvaya 9 may paradına yollanmamasından sonra baş verməsi də şübhə doğurur... Maraqlıdır ki, təxribatı törədən şəxsin ad və soyadının, sakini olduğu məkanın baş hərflərindən də SSRİ abreviaturası düzəlir: Saleh Səmədov Rayon İmişli... Bütün hallarda digər postsovet xalqları kimi Azərbaycan xalqı da belə “ağsaqqal”lardan nümunə götürməli deyil. Ağsaqqal öz xalqına on illərlə zülm etmiş imperiyanın- SSRİ-nin nostaljisi, onun bərpa edilməsi ideyasıyla yaşamaz və bunu xalqa, gənclərə təlqin etməz. Belə halda artıq o, ağsaqqal hesab edilə bilməz. Əksinə, əsil ağsaqqal, ziyalı xalqa ölkədə müstəqillik, dövlətçilik əleyhinə işləyən problemləri aradan qaldırmağın, məsələn, rüşvətxorluq və korrupsiyaya qarşı mübarizənin yollarını göstərər və özü də bu işdə digərlərinə, xüsusən gənclərə nümunə olar... İnsanları, o cümlədən ağsaqqal hesab ediləcək yaşlıların SSRİ-yə meyillənməsinin, müstəqillikdən üz döndərməsinin qarşısını almaq üçün isə ilk növbədə milli(!) dövlət qurumları ciddi hərəkətə keçməli və bu cür meyilləri gücləndirən yuxarıda sadaladığımız və digər amillərin aradan qaldırılmasıyla ciddi məşğul olmalıdır... Yəni saleh səmədovları işdən, partiyadan çıxarmaq, hətta həbs etmək problemi həll etməyəcək... Sultan Laçın - moderator.az Geri qayıt |