Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > Biz istəyirik ki, hər kəs əfv olunsun
Biz istəyirik ki, hər kəs əfv olunsunDünən, 15:39 |
![]() Sabah Prezident yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək. Teleqraf xəbər verir ki, bu, komissiyanın 2025-cü il üzrə sayca 7-ci toplantısı olacaq. Sonuncu iclas aprelin 23-də baş tutub. Bu günə qədər komissiya 700-dən çox müraciətə baxıb. Qeyd edək ki, komissiyanın iclasları adətən, mühüm tarixi günlər münasibətilə nəzərdə tutulan əfvlə bağlı keçirilir. Sherg.az-a danışan D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu qeyd etdi ki, biz siyahımızı göndərmişik: “Lakin kimlərin əfv olunacağını bilmirik. Biz istəyirik ki, hər kəs əfv olunsun. Onlar arasında düşünürəm ki, xəstə olan insanlar, jurnalistlər və digər şəxslər də ola bilər. Əvvəldən bir söz deyə bilmirik. Ümid edirik ki, çox adam buraxılacaq. Bütün işçi qrupun adından biz öz siyahımızı təqdim etmişik. Bizim siyahda hamının adı mövcuddur. İstəyirik ki, ölkəmizdə heç bir problem, narazılıq olmasın”. Geri qayıt |