Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir?
Əsas Səhifə > Güney Press > Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir?

Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir?


Dünən, 19:10
Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir?
Ermənistan tezliklə Azərbaycanın tələblərinə yazılı şəkildə razılıq verəcək. Bu iddia ilə Ermənistanda “Demokratik alternativ” partiyasının lideri Suren Surenyants çıxış edib. O iddia edir ki, Baklı və İrəvan arasında gizli danışıqlarla bağlı onda məlumatlar var.
Erməni siyasətçi deyib ki, əldə etdiyimiz məlumata görə, Paşinyan tezliklə İlham Əliyevin iki tələbi ilə bağlı yazılı şəkildə razılıq verəcək. İddia olunan iki tələb Ermənistan konstitusiyasının dəyişdirilməsi və ATƏT-in Minsk qrupunun de-yure buraxılması ilə bağlıdır.

Politoloq Natiq Miri Sherg.az-a söyləyib ki, sözügedən açıqlama sadəcə bir iddiadır:

“Düşünürəm ki, bütün iddialar kimi bunun içərisində də qərəz var. Ona görə də Nikol Paşinyanı ictimai rəydə aşağılamaq, nüfuzdan salmaq üçün zaman-zaman müxtəlif yöndə fikirlər səsləndirilir. Bəziləri Paşinyanı vətəni satmaqda iddiham edir, bəziləri isə Qarabağı və Ermənistanı dağıtmaqda günahlandırır. Hətta Zəngəzur dəhlizinin Azərbaycana verilməsi ilə bağlı fikirlər də səsləndirilir. Bütün bunlar hamısı seçkiyə hesablanmış hadisələrdir. Bu baxımda bunları ciddi qəbul etmək doğru olmaz. Yəni, bu səsləndirilən fikirlər əslində, məlumat xarakterli deyil, əksəriyyəti dezinformasiyadır. Birbaşa erməni ictimai rəyinə yönəlik yalan xəbərlərdir. Bununla da hökuməti tamamilə gözdən salmaq və mümkün olduğu zaman hakimiyyətdən devirmək siyasətidir. Çünki bu qüvvələr 2026-cı ildə keçiriləcək parlament seçkilərində Nikol Paşinyan komandasına qalib gələ biləcəklərinə əmin deyillər.
Ona görə də müxtəlif səviyyələrdə partiyalar, qeyri-partiyalar, ictimai təşkilatlar, qeyri-hökumət təşkilatları və media səviyyəsində Nikol Paşinyanın hökumətinə böhtan və iftiralar atılır. Nikol Paşinyanı tamamilə erməni xalqının gözündən salaraq etiraz dalğası ilə hökuməti yola salmaq istəyirlər. Nikol Paşinyanın İlham Əliyevə hansısa razılaşma ilə bağlı söz verdiyini Surenyam haradan bilir? Digər tərəfdən isə bu cür məsələlərdə yazılı deyil, tələb olunanları yerinə yetirməyə ehtiyac var. Ərazi iddiasını konstitusiyadan çıxarmaq üçün mütləq mənada referendum lazımdır. Eyni zamanda ATƏT-in Minsk Qrupunun ləğvi üçün birgə müraciət olunmalıdır”.

Geri qayıt