Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > "Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu
Əsas Səhifə > Güney Press > "Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu

"Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu


Dünən, 17:44
"Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu
İmişli rayonunda 9 may tədbirləri zamanı imperializmin simvolu olan "Georgi lenti" ilə bağlı bir sıra faktlar məlum olub.

"Unikal"ın əldə etdiyi məlumata görə, "Georgi lenti"ni rayon tədbirinə Bakıdan Rus İcmasının nümayəndəsi gətirib.

Belə ki, tədbirə Rus Mədəniyyət Mərkəzinin direktoru Manafova Qalina Yakovlevna və onun müavini deyilən bir nəfər qatılıb. O, tədbirin əvvəlində bütün iştirakçılara "Georgi lenti"ni verib. Təxribatçı addımın səbəbkarı tədbirdə çıxış edən azyaşlı qız uşağına da həmin lenti verməkdən çəkinməyib.

Maraqlısı isə odur ki, "rus obşinası"nın nümayəndələri özləri "Georgi lenti" taxmayıblar.

Xatırladaq ki, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Eldar Quliyev bu barədə "Unikal"a açıqlamasında deyib: "Mən axtarıram ki, həmin "Georgi lenti"ni bunlara kim verib".

Daha əvvəl isə tədbirdəki SSRİ bayraqlarının Saleh Səməovun göstərişi ilə hazırlandığını yazmışdıq.

"Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu
"Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu

Geri qayıt