Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... .....                     Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? .....                     Milli iqtisadiyyatımız çətin sınaq qarşısında .....                     Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır .....                     FHN-in qurumu 185 minlik Toyota seçdi! .....                     Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı .....                     Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir .....                     Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? .....                     "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... .....                     Müğənni Kəmalə Sərxana od püskürdü .....                     Azərbaycanda uşaq futboluna vurulan "badalaq": .....                     3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır .....                     Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək .....                     "Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu .....                     PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı .....                     DSMF sədrinə yeni müşavir təyin edildi .....                     Bəysiz toy edən müğənniyə SƏRT İRAD: .....                     Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu .....                     İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır .....                     "Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək .....                     Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi .....                     Dövlət qurumunun avtobusu qəzaya uğradı .....                     Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir .....                     Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb .....                     “Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR .....                     Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər .....                     Zaurla Günayın ATV-dən getməsi barədə .....                     Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: .....                     “Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” .....                     Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: .....                     Azər Qasımovdan yarım milyonluq borc məsələsinə .....                     Biz istəyirik ki, hər kəs əfv olunsun .....                     "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... .....                     Elşad Miridən şok açıqlama: .....                     AHİK-lə bağlı İLGİNC İDDİALAR .....                     Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? .....                     Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib .....                     “Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb .....                     Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir .....                     Mərdəkanda çirkab suları evlərə dolur .....                 

"ELDAR QASIMOV YAXŞI İNSANDIR"
Tarix: 25-07-2012, 12:26 | Çap et
"ELDAR QASIMOV YAXŞI İNSANDIR"

“HEÇ KƏS İNANMIR Kİ, SADƏ BAKILI QIZI”...

Tanınmış aktrisa Yana Nikitinanın Milli.Az-a müsahibəsi.

- Yana xanım, Bakıda çox sevilirsiniz. Bu neçə il ərzində Azərbaycan dilində danışmağı öyrənmisiniz?

- Əlbəttə. Hesab edirəm ki, Azərbaycanda yaşayan hər bir şəxs milliyyətindən asılı olmayaraq Azərbaycan dilini bilməlidir.

- Özünüzü teatr aktrisası kimi hansı xarakterik rollarda görürsünüz?

- Bilirsiniz, mən yeddi il teatrda işləmişəm. Bu müddət ərzində irili-xırdalı müxtəlif rollar oynamışam. Hər biri də mənə əzizdir. Moskvada olarkən Azərbaycanın xalq artisti, Rusiyanın əməkdar incəsənət xadimi Yuli Qusmanın quruluşunda "Lamanşlı adam" tamaşasına baxdım. Onda dəqiq anladım ki, mən harada oynamaq istərdim. Neçə illər geriyə baxdım, o illəri xatırlayanların söhbəti yadıma düşdü. Məhz o illərdə Yuli Qusman Bakıda ilk dəfə "Üç muşketyor" tamaşasına quruluş vermişdi və bu günə qədər də o tamaşa bakılıların ürəyində bir əfsanə kimi qalır. Həm də təkcə Bakıda deyil, Yuli Solomonoviç hər yerdə tamaşalara quruluşlar verib: Amerikada, Rusiyada, Yaponiyada. Lakin mən çox istərdim ki, o, Bakıda, öz vətənində, yeni bir tamaşaya quruluş versin. Qoy hamı görsün ki, Azərbaycanda nə qədər istedadlı insanlar var.

- Ailəniz haqda danışa bilərsiniz?

- Mənim həyatımın mənası oğlumdur, bütün ailə onun başına dolanır.

- Ailədə sizdən başqa kimsə bu sənətlə məşğuldur?

- Yox, yaxşı ki, yoxdur. Ailədə bir insan incəsənətlə məşğul olar.

- Facebook sosial şəbəkəsində çox olursunuz?

- "Qorxma, mən səninləyəm-2" filmində çəkilmək üçün cavan uşaqlar lazım idi. Elə o zamandan etibarən Facebook ilə dostluq edirəm (gülür).

- Bakıda çəkildiyiniz filmlər haqda nə danışa bilərsiniz? Daha çox sizi epizodik rollarda görmüşəm. Yoxsa yanılıram?

- Yox, yanılmırsınız. Həqiqətən, belədir. Bu illər ərzində xırda rollara çəkilmişəm. Rejissoru Vaqif Mustafayev olan "Milli bomba" filmində müxbir Katerina rolunu ifa etmişəm. Ramiz Fətəliyevin "Qraf Krestovski" filmində teleaparıcını, Oleq Səfərəliyevin "Əlvida, cənub şəhəri" filmində Valya, Yuli Qusmanın "Qorxma, mən səninləyəm-2" filmində dayə kimi rolları ifa etmişəm. Bundan əlavə, rejissoru Nərgiz Bağırzadə olan "Barbados" filmində əsas qadın rolunu oynamışam. Lakin yaxın zamanda tamaşaçıları sürpriz gözləyir, amma o haqda danışmayacağam. Hər şey öz vaxtında.

- "Qorxma, mən səninləyəm-2" filmindəki rolunuz barədə məlumat verə bilərsiniz?

- İlk dəfə mən bu filmi görəndə 6 yaşım var idi. O vaxtlar o, 2 seriyalı idi, həm də Mərkəzi televiziyada xəbərlərdən sonra göstərilirdi. Amma valideynlərim məni o zaman yatmağa göndərdilər deyə baxa bilmədim. Səhər isə təkrarı olanda mən məktəbdən qaçdım, yadımdadır, yağış yağırdı, gəlib evdə filmə baxdım. Baş rolda oynayan Rüstəmə (Muxtarbek Kantemirov) vurulmuşdum. Hər kişidə o rolda olan xasiyyəti görmək istəyirdim. Heç vaxt ağlıma gəlməzdi ki, onunla həyatda görüşə bilərəm. 30 ildən sonra onunla bu filmdə çəkildim. Filmdə o məni xilas edir. 30 il keçməsinə baxmayaraq, uşaqlıq arzum həyata keçdi.

- Sizi köhnə KVN-çi də adlandırmaq olar. Xatirələri bölüşə bilərsiniz bizimlə?

- Bu haqda heç nə deyə bilmərəm. Onu bilirəm ki, mənə hər şeyi KVN verdi və bununla fəxr edirəm.

- Yana xanım, xasiyyətiniz necədir?

- Şir bürcündənəm, bununla da hər şey deyilir (gülür).

- Özünüzü ev xanımı kimi görürsünüz, yoxsa aktrisa kimi?

- Özümü elə iki rolda da rahat görürəm.

- Moskvadakı fəaliyyətiniz haqda nə deyə bilərsiniz?

- Mən "Qorxma, mən səninləyəm-2" filmində kastinq direktoru işləyirdim. Biz filmin çəkilişləri ilə bağlı Moskvaya getməli olduq. Bakıya qayıtdıqdan sonra isə mən TNT-də serialda kastinq direktoru işləmək dəvəti aldım. Bu zaman Oksana xanım mənə zəng edib dekabrın 23-də SSRİ xalq artisti Lev Durovun tamaşasının premyerasına gəlməyimi istədi. Lev Konstantinoviç öz yubileyini qeyd edirdi və doğma teatrı olan Malı Bronnıda da "Qasırğa" tamaşasında Prospere rolunu oynayırdı. Elə həmin gün də mənə onun yubiley gecəsini aparmaq təklif olundu. Bu, çox fantastik idi, Moskvada o qədər ulduz olduğu halda, Lev Durov aparıcılığı mənə həvalə etmişdi.

Təntənəli gecə başlayanda mən çox həyəcanlı idim. Çünki mərasim internet vasitəsilə canlı olaraq yayımlanırdı. Lev Durov isə: "Sən ağıllısan və istədiyin kimi gecəni aparacaqsan", - deyərək məni sakitləşdirirdi. Heç kəs inanmırdı ki, adi bir bakılı qızı belə bir şöhrətli insanın təntənəli gecəsini apara bilər. Mərasim sona çatdıqdan sonra Lev Durov mənə hədsiz minnətdarlığını bildirdi və hətta məni teatrdan getdiyimə görə qınadı.

- Gözəlliyinizin qeydinə necə qalırsınız?

- Mən kaloriləri yumorla yandırıram (gülür). Bildiyiniz kimi, yumor və gülüş insana uzun ömür verir və özünü həmişə formada saxlamağa kömək edir.

- Azərbaycan sənətçilərindən sıx münasibət saxladıqlarınız var?

- Eldar Qasımovla elə filmdə tanış olduq. Hələ də dostluq edirik. Yaxşı insandır, istedadlıdır və romantikdir.

- Aktrisa olmasaydınız, bu gün hansı sənətlə məşğul olardınız?

- Düzünü deyim ki, mən filoloqam və düşünürəm ki, ssenarist olardım.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... - SENSASİON İDDİA
Bu gün, 00:03
Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Dünən, 19:10
Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Dünən, 19:05
Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Dünən, 19:00
FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
Dünən, 18:58
Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Dünən, 18:12
Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Dünən, 18:09
Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? - “Regnum”
Dünən, 18:05
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 18:03
Müğənni Kəmalə Sərxana od püskürdü
Dünən, 18:00
Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Dünən, 17:53
3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Dünən, 17:49
Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək - ÇÜNKİ...
Dünən, 17:48
"Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
Dünən, 17:44
PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
Dünən, 17:40
DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Dünən, 17:35
Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Dünən, 17:33
Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Dünən, 17:32
İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Dünən, 17:30
"Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 17:27
Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Dünən, 17:26
Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Dünən, 17:24
Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir - PROSES DAVAM EDİR
Dünən, 17:22
Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Dünən, 17:19
“Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Dünən, 17:14
Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Dünən, 17:07
Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Dünən, 17:05
Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Dünən, 17:00
“Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” - İLGİNC DETALLAR
Dünən, 16:59
Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: - Oğlan övladlarınızı sünnət etdirməyin, İslamda yoxdur
Dünən, 16:58
Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA
Dünən, 15:42
Biz istəyirik ki, hər kəs əfv olunsun - Novella Cəfəroğlu
Dünən, 15:39
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 15:37
Elşad Miridən şok açıqlama: - Bürclərə inananlar zavallıdır
Dünən, 15:36
AHİK-lə bağlı İLGİNC İDDİALAR - Turniketlər axşam saatlarında niyə söndürülür?
Dünən, 15:31
Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? – Sabah…
Dünən, 15:26
Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib - Fransadan etiraf
Dünən, 15:25
“Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb
Dünən, 15:17
Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir
Dünən, 15:16
Mərdəkanda çirkab suları evlərə dolur - Sakinlər PA rəhbərinə müraciət etdi
Dünən, 15:14
“Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun”
Dünən, 15:08
“Rasim Balayev, cinayətlərin ilə səni rüsvay edib məhkəməyə verərəm!” - Şeyx Əbdül OD PÜSKÜRDÜ
Dünən, 14:47
PKK-nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmür - Əlibəyli
Dünən, 14:02
Ermənistan atəşkəsi pozur: - Moskvanın kölgəsində yeni planlar qurulur
Dünən, 14:00
“Bakı Şampan Şərabları” şirkəti mənfəətdən zərərə keçib - HESABAT
Dünən, 13:58
Nigar Rəhimovaya “Vətən müharibəsi iştirakçısı” medalı buna görə verilibmiş - TƏFƏRRÜAT
Dünən, 13:06
Nikol Paşinyanın partiyası: - Sərkisyan və Köçəryan bizdən qorxur
Dünən, 13:03
“Sumqayıt Aşqarlar”ın Direktorlar Şurasının sədri və üzvləri seçiləcək
Dünən, 12:59
Putin Ukrayna tərəfi ilə danışıqlar üçün Türkiyəyə getməyəcək - QƏTİ QƏRARDIR...
Dünən, 12:57
Tender tələbləri əldə qaldı: Heç kim şərtlərə cavab vermədi - TENDER LƏĞV EDİLDİ
Dünən, 12:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru