“DƏMİRBANK” BAKIDA QOÇULUQ EDİR
Tarix: 15-08-2012, 13:35 | Çap et
BANK İŞÇİLƏRİ VƏTƏNDAŞIN EVİNƏ BASQIN EDİB
Bakı sakini Azər Səfərov AzadlıqRadiosunun «Qaynar xətt»inə şikayət edib ki, avqustun 10-da axşam saat 22.00 radələrində «Dəmirbank» Problemli Kreditlərlə İş Departamentinin bir neçə əməkdaşı onun yaşadığı ünvana gələrək səs-küy yaradıblar. Azər Səfərovun kreditlə aldığı avtomobili özləri ilə aparmağa cəhd ediblər.
«5-6 əməkdaş gəlmişdi, hamısı da idmançı geyimində. Səs-küy saldılar, ailə üzvlərimizi təhqir etdilər. Maşınımı zorla əlimdən alıb aparmaq istəyirdilər. Bildirdim ki, hərəkətləri qanunsuzdur, çünki mənim qapıma icra məmurları gələ bilərlər, həm də iş vaxtı gələ bilərlər. Hansı qanunda yazılıb ki, gecənin bir vaxtı vətəndaşın evinə gəlib rahatlığını pozsunlar, ailəsini təhqir etsinlər. Dedilər, yeri gəlsə, sənin özünü də həbs etdirərik. Gördüm getmək istəmirlər, hay-küylərinə qonşular da yığışmışdı, Mən də DİN-nin 102 xidmətinə zəng vurub məlumat verdim. Bundan sonra çıxıb getdilər».
«Dəmirbank»ın Problemli Kreditlərlə İş Departamentinin direktor müavini Rəfail Hacıyev şikayətlə bağlı «Qaynar xətt»in yazılı sorğusuna cavabında bunları bildirib:
MAŞINA HƏBS QOYULUB
«Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi və qərardadı mövcuddur. Həmin sənədlərdə avtonəqliyyat vasitəsinin üzərinə həbs qoyulub, icra məmurlarına, DYP əməkdaşlarına həmin nəqliyyat vasitəsinin saxlanılaraq DYP-nin cərimə meydançasına təhvil verilməsi tapşırılıb. Bütün bunlara baxmayaraq, öz tərəfimizdən də nəqliyyat vasitəsinin saxlanması üçün müəyyən tədbirlər görülür. Qaldı ki, iş vaxtından sonra vətəndaşın ünvanına gedilməsi məsələsinə, onu deyə bilərəm ki, iş vaxtından sonra bizə məlumat daxil oldu ki, avtonəqliyyat vasitəsi hansı ünvandadır. Həmin yerə işçilərimiz tərəfindən baxış keçirilərkən, Səfərov Azər işçilərimizin üzərinə hücum edib və işçiləri təhqir edib. Bütün bunlara baxmayaraq, işçilərimiz özlərini təmkinli aparmış və avtonəqliyyat vasitəsinin banka verilməsini məsləhət görmüşlər. Lakin Səfərov Azər təhvil verməkdən boyun qaçırıb. Tərəfimizdən maşının harada olması barədə icra məmuruna və DYP əməkdaşlarına məlumat verilib. Təkrar maşının yerləşdiyi yerə baxış keçirilib, lakin maşının orada olmadığı aşkarlanıb. Gördüyünüz kimi, Azər maşını yenə də gizlətməklə məşğuldur».
Azər Səfərov deyir ki, aldığı avtomobilə görə bankla onun arasında borc mübahisəsi yaranıb. Bir-birlərini məhkəməyə veriblər. Əvvəlki məhkəmə bankın iddiasını təmin edib. Azər Səfərovun banka qarşı iddiasına isə avqustun 20-də baxılacaq.
«MƏNƏ BU YOLLARLA TƏSİR GÖSTƏRMƏK İSTƏYİRLƏR»
Azər Səfərov: «Neçə vaxtdır məndən tələb edirlər ki, məhkəmədən iddiamı geri götürüm. Məhkəməyə bir neçə gün qalıb, indi də mənə bu yollarla təsir göstərmək istəyirlər». Şikayətçi deyir ki, borc mübahisəsinə səbəb olmuş avtomobili Elnarə Rzayeva adlı şəxs bankdan kredit yolu ilə alıb. Sonra da ona satıb. O, avtomobili alarkən Elnarə Rzayevanın banka borcu olması barədə bank işçiləri ona məlumat verməyiblər. O, bundan bir neçə ay ödəniş etdikdən sonra xəbər tutub. İndi bank əvvəlki müştərinin yaratdığı borcun ödənilməsini də Azər Səfərovdan tələb edir. Məhkəmə bankın iddiasını təmin edib. Hüquqşünas Namizəd Səfərov deyir ki, əgər üzərinə məhkəmə qərarını icra etmək öhdəliyi qoyulmuş tərəf qərarı icra etmirsə, bu zaman tələbkar icra məmurlarına müraciət etməlidir. Həmin tərəfdən əmlakın alınıb tələbkar tərəfə verilməsini icra məmurları həyata keçirməlidir.
Namizəd Səfərov: «Bank əməkdaşının qarşı tərəfdən qətnaməni icra etməsini tələb etməsi qanunsuzdur. İş vaxtından sonra vətəndaşın yaşadığı ünvana getməsi isə ikiqat qanunsuz hərəkətdir. Buna görə vətəndaş hüquq-mühafizə orqanlarına müraciət etməlidir. Ümumiyyətlə, iş günlərində iş vaxtı bitdikdən sonra və qeyri-iş günlərində vətəndaşın yaşadığı ünvana getmək onun istirahətinə və şəxsi həyatına müdaxilədir».


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... - Cəzası nə olacaq?
Bu gün, 00:42 |
|
|
|
• Rejimi “Traktor”un qabağına vermək... - Tehran niyə təşvişə düşüb?
Bu gün, 00:38 |
|
|
|
• Paşa Texnikin həyatı film olur
Bu gün, 00:33 |
|
|
|
• Rusiya Həsənovu niyə axtarır? – Azərbaycanda diqqətçəkən olaylar
Bu gün, 00:31 |
|
|
|
• “Georgi lenti” türk ordusuna qarşı təsis edilib - İLGİNC FAKT
Bu gün, 00:24 |
|
|
|
• Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır - ZARAFAT DEYİLMİŞ
Bu gün, 00:21 |
|
|
|
• Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub - SİYAHI
Bu gün, 00:18 |
|
|
|
• Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər
Dünən, 22:17 |
|
|
|
• Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
Dünən, 22:13 |
|
|
|
• Hüseyn axtarışa verilməsindən danışdı - "Hər şey o qədər də dramatik deyil..."
Dünən, 22:11 |
|
|
|
• 16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:02 |
|
|
|
• Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? - AKTUAL
Dünən, 20:56 |
|
|
|
• İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur - FOTO
Dünən, 20:03 |
|
|
|
• Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib - TASS
Dünən, 19:57 |
|
|
|
• Obyektlərin qiyməti niyə "cib yandırır"? - AKTUAL
Dünən, 19:02 |
|
|
|
• Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00 |
|
|
|
• Azərbaycanın şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Dünən, 18:58 |
|
|
|
• Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: SAKİNLƏR NARAZIDIRLAR
Dünən, 18:17 |
|
|
|
• "Suriyalı həmkarımla görüş əla keçdi" - Tramp
Dünən, 18:10 |
|
|
|
• “Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” - deputat
Dünən, 18:06 |
|
|
|
• Neft təhlükəli həddə ucuzlaşır: - Azərbaycanda riskli vəziyyət yarana bilər
Dünən, 18:04 |
|
|
|
• Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək - Cəmi bir namizəd var
Dünən, 18:01 |
|
|
|
• Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender - LƏĞV OLUNDU
Dünən, 17:53 |
|
|
|
• Mərkəzi Bankın proqnozu özünü doğrultmadı – Nə baş verəcək?
Dünən, 17:51 |
|
|
|
• Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI - AÇIQLAMA
Dünən, 17:41 |
|
|
|
• Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” - QALMAQAL
Dünən, 17:36 |
|
|
|
• Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: - “Tanıyıram, seçicimdir, amma…”
Dünən, 17:32 |
|
|
|
• Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi - İLGİNC
Dünən, 17:25 |
|
|
|
• “Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” - Faiq Sucəddinov
Dünən, 17:21 |
|
|
|
• İbrahim sazişləri Cənubi Qafqazda: - Sülh üçün şans, yoxsa riskli eksperiment?
Dünən, 17:19 |
|
|
|
• "Bir də ayılır ki, konsert bitib"
Dünən, 17:12 |
|
|
|
• Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib - TƏFƏRRÜAT
Dünən, 17:05 |
|
|
|
• 308 saylı məktəbdə BAZAR AÇIBLAR? - RƏSMİLƏR TƏKZİB EDİR
Dünən, 17:02 |
|
|
|
• Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? - VİDEO
Dünən, 17:00 |
|
|
|
• Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
Dünən, 16:57 |
|
|
|
• Türkiyə generalları Bakıda nəyi müzakirə edir? - MÜHÜM
Dünən, 16:49 |
|
|
|
• Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - NƏ DƏYİŞDİ Kİ?
Dünən, 16:43 |
|
|
|
• Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur - 65 MİLYONLUQ TENDERLƏR UDULDU
Dünən, 16:34 |
|
|
|
• “Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:30 |
|
|
|
• Ukraynada döyüşən azərbaycanlı muzdlu HƏBS EDİLDİ
Dünən, 16:25 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu
Dünən, 16:23 |
|
|
|
• Məşhur milyonçunun qardaşı hakim qarşısında – Bakıdakı dəhşətli partlayışda suçlanır
Dünən, 16:19 |
|
|
|
• Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib
Dünən, 16:15 |
|
|
|
• “TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib - "Evimə qayıtmaq istəyirəm"
Dünən, 16:14 |
|
|
|
• Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib
Dünən, 15:05 |
|
|
|
• “Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı - DETALLAR
Dünən, 15:03 |
|
|
|
• İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
Dünən, 14:56 |
|
|
|
• Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi - Deyir ki, bir ay əvvəl verdiyi qərarı indi açıqlaır...
Dünən, 14:54 |
|
|
|
• “Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
Dünən, 14:51 |
|
|
|
• Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb - KİV
Dünən, 14:46 |
|
|
|
|