AZANS-ın ekoloji yönümlü təşəbbüsü beynəlxalq mükafat qazanıb .....                     AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... .....                     Putin “Zəngəzur döyüşü”nə hazırlaşır .....                     “Rusiya qəsdən juranlistlərin yayaşdığı yerləri vurur” .....                     3 şirkət daha bazarı tərk etdi .....                     İrandan bahalı təklif: Bakı razılaşdı, İrəvan geri çəkildi .....                     Aİ Ermənistanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə vadar etməlidir .....                     Qəbiristanlıqda təzə dəb: ölüsünə torpaq götürür, diriykən başdaşı düzəltdirir .....                     “Araz Supermarket”də yeni təyinat olub .....                     Əfv Komissiyasının yekun iclası başa çatıb, .....                     STP-nin törəmə şirkətinin direktoru dəyişdi .....                     Daha bir xarici şirkət Azərbaycan bazarından gedir .....                     "Abzas Media" işi üzrə məhkəmə istintaqı yekunlaşıb .....                     "Aynur Dadaşovanın həmin görüntülərini 300 dollara satdılar" .....                     Kriminal aləmdə yeni "Quli" PEYDA OLDU .....                     Ermənistanın təhlükəli diplomatik oyunu .....                     İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... .....                     Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... .....                     Dövlət səviyyəsində ÖZBAŞINALIQ... .....                     Qızıl bazarında saxta məhsullar satılır .....                     Rubio Ukrayna nümayəndə heyəti ilə görüşdə döyüşlərin dayandırılmasına nail olmağa çağırıb .....                     Beh alıb, məclisə getmədi .....                     Cahangir Əsgərov "Premium Bank"ın əsas səhmdarı olub .....                     “Putin özü də bilir ki, Köçəryan-Sərkisyan cütlüyü hakimiyyətə gəlmək iqtidarında deyil...” .....                     "Bakı Elektroştamp" ASC səhmdarlarını yığıncağa .....                     Ermənistan-Gürcüstan-Azərbaycan üçtərəfli formatının genişlənəcəyinə ümid edirik .....                     "Məni hörmətdən salmaq istəyirlər" .....                     Erməni polkovnikin sözləri Rusiyanı qəzəbləndirdi: .....                     Saleh Səmədov rəisi söydüyünə görə həbs edilib .....                     “Bədənimi direllə deşib, burnumu, barmağımı sındırıb” .....                     Trend İnformasiya Agentliyinin yayılan dezinformasiya ilə bağlı bəyanatı .....                     “Paşinyanı iqtidarda Bakı, London və Təl-Əviv saxlayır” iddiası .....                     “Oqtaydan sonra heç yerə getmirəm, itirdiyimi elə itirmişəm ki...” .....                     İtaliya səfiri Eldar Əzizovla Neapolla qardaşlaşma əlaqələrinin gücləndirilməsini müzakirə edib .....                     İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... .....                     Məmurun evindən 244 minlik qızıl oğurlayan xadimənin cinayət işi: həbs edildi .....                     Xarici aviasiya şirkəti Azərbaycan bazarını tərk edir .....                     "Gülnar Səfərəliyevadan heç bir ədalət gözləmirəm" .....                     5000 manat maaş alıram, necə qənaət edim? .....                     PKK silahı yerə qoyur... TƏSLİM OLMUR! .....                 

Əbülfəs Qarayev həbs olunacaqmı? - Artıq əsas addım atılıb...
Tarix: 22-05-2020, 09:31 | Çap et
Əbülfəs Qarayev həbs olunacaqmı?
Mayın 21-də prezident İlham Əliyev bir sıra mühüm qərarlar verib. Prezident mədəniyyət naziri Əbülfəs Qarayevin işdən çıxarılması ilə bağlı sərəncam imzalayıb.

Azərbaycanın uzunömürlü nazirlərindən biri də Ə.Qarayev idi. Ə.Qarayev 1994-cü ildən 2001-ci ilədək gənclər və turizm naziri, 2001-ci ildən 2006-cı ilədək gənclər, idman və turizm naziri, 2006-cı ildən 2018-ci ilədək mədəniyyət və turizm naziri, 2018-ci ildən isə mədəniyyət naziri postunu tuturdu.

Ə.Qarayevdən narazılığın ilk ciddi siqnalları 2018-ci il prezident seçkisindən sonra üzə çıxmışdı. Yada salaq ki, Prezidentin ciddi önəm verdiyi turizm sahəsi Ə.Qarayevin rəhbərlik etdiyi sahə idi. 2018-də nazir bu sahəyə nəzarəti itirdi, ayrıca Turizm Agentliyi yaradıldı.

DTX-nın mayın 8-də Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat nəticəsində Ə.Qarayevin müavinin, həmçinin idarə rəisinin həbsi nazirin məsuliyyət məsələsini gündəmə gətirmiş, onu istefa verməsi və istintaqa cəlb edilməsinin vacibliyi vurğulanmışdı. 14 ildir mədəniyyət sahəsinə rəhbərlik edən Qarayevin işdən necə(öz ərizəsi ilə) ayrıldığı haqda təfərrüat hələ ki, yoxdur. Amma cəmiyyət Prezidentin tezliklə belə bir qərar verəcəyini gözləyirdi. Sabiq nazirin həbslərlə bağlı artıq istintaqa cəlb edildiyi ilə bağlı məlumatlar da var. Mayın 8-də məhkəmənin qərarı əsasında, Rafiq Bayramov və Zakir Sultanovun xidməti və yaşadıqları ünvanlara keçirilmiş baxış zamanı Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

Yada salaq ki, iki il əvvəl müavini təyin edilmiş Rafiq Bayramov uzun illər Ə.Qarayevin digər nazirlikdə köməkçisi olub. Sabiq nazirin Cinayət Məcəlləsinin 314-cü – səhlənkarlıq maddəsi ilə istintaqa cəlb oluna biləcəyi deyilir. Bu maddədə səhlənkarlıq – işə vicdansız yanaşma, laqeyd münasibət nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi fiziki və hüquq şəxslərin qanuni mənafelərinə və ya dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə xüsusilə ağır nəticələrə səbəb olduqda 5 ilə qədər həbs gözləyir.

Yeni mədəniyyət nazirinin kimin ola biləcəyi ilə bağlı ən müxtəlif iddialar var. Amma bu istisnasız olaraq dövlət başçısının səlahiyyətində olan məsələdir və bu səbəbdən konkret adlar çəkmək məqsədəuyğun deyil.

Mayın 21-də prezident İlham Əliyev ötən ilin dekabrından boş qalan Ağstafa rayonuna yeni icra başçısı təyin edib. Ölkə başçısının sərəncamı ilə bu post Seymur Orucova tapşırılıb. Qeyd edək ki, Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev DTX-nın 2019-cu il dekabrın 19-da keçirdiyi əməliyyat zamanı saxlanılıb. Həmin ilin dekabrın 20-də Prezident İlham Əliyevin sərəncamı ilə N.Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Yeni icra başçısı Seymur Orucov 1984-cü ildə Naxçıvan şəhərində anadan olub. 2001-ci ildə Əli Bayramlı şəhərində orta təhsilini bitirərək, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinə daxil olub. 2005-ci ildə İqtisad Universitetinin bakalavr pilləsini bitirərək, Maliyyə-kredit ixtisası üzrə magistratura pilləsinə daxil olub. 2007-ci ildə magistraturanı bitirib. Elə həmin ildən kafedranın aspirantı və müəllimi olub. 2006-06.2009-cu illərdə İqtisad Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri olub.

2009-2011-ci illərdə İqtisad Universitetinin Tərbiyə işləri üzrə prorektoru vəzifəsində çalışıb. 2011-ci ildə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri seçilib. Ailəlidir.

Seymur Orucov YAP-ın Səbayel rayon təşkilatının sədri, Dövlət İqtisad Universitetinin sabiq rektoru, keçmiş deputat Şəmsəddin Hacıyevin kürəkənidir.

Prezidentin başqa bir sərəncamı isə İmişli rayonuna yeni icra başçısı təyinatı ilə bağlı olub. Bir neçə gün əvvəl həbs edilən Vilyam Hacıyevin yerinə Elçin Rzayev təyinat alıb. E.Rzayev yeni təyinata qədər, Əmlak Məsələləri Dövlət Komitəsində, Yasamal Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri və icra başçısının birinci müavini vəzifəsində çalışıb.

“Sizin fəaliyyətiniz rəhbərlik edəcəyiniz rayonların sosial-iqtisadi inkişafında özünü göstərməlidir. Çünki açıq demək istəyirəm, təxminən son 17 il ərzində bölgələrdə görülmüş işlərin ən azı 90 faizi mənim təşəbbüsümlə görülüb, dövlət proqramları çərçivəsində görülüb”.

Bunu prezident İlham Əliyev Seymur Orucovu Ağstafa, Elçin Rzayevi isə İmişli rayon icra hakimiyyətlərinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Prezident bildirib ki, son 17 il ərzində 16 min kilometr avtomobil yolu çəkilib, bütün elektrik təsərrüfatı demək olar ki, yenidən qurulub: “Biz qazlaşdırmanı təxminən 100 faizə çatdırmışıq, 3500-dən çox məktəb, 700-dən çox tibb ocağı, 50-yə yaxın Olimpiya İdman Mərkəzi, nə qədər Gənclər evləri, mədəniyyət sarayları, digər sosial obyektlər tikilib. Bütün bunları biz mənim bilavasitə göstərişimlə dövlət büdcəsi hesabına etmişik. İndi baxaq görək icra başçıları nə iş görüblər, hansı daşı daş üstünə qoyublar. İndi bütün bu işlər təftiş edilir. Mənim ayırdığım vəsait hesabına tikilmiş evlər, yəni, qəzalı evlərin əvəzinə tikilmiş evlərin tikintisində də oğurluq baş verir, həm tikintidə, həm də ki, ondan sonra mənzillərin bölüşdürülməsində. Bu evlərin insanlara tamamilə pulsuz verilməsi nəzərdə tutulub. Amma həm tikintidə pul oğurlanır, həm də mənzillər rüşvət müqabilində paylanılır. Deməli, insanlardan pul qopardılır. İndi təftiş aparılır və bütün bu pozuntularda əli olan vəzifəli şəxslər məsuliyyətə cəlb ediləcək. İcra başçısı ona göstərilən etimadı öz işi ilə doğrultmalıdır”.

Prezident xatırladıb ki, Ağstafa və İmişli rayonlarının icra hakimiyyəti başçıları həbs olunub: “Bu, bir daha onu göstərir ki, Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa, talançılığa qarşı mübarizə sözdə yox, əməldə aparılır və bu mübarizə bundan sonra da aparılacaq. İndi həm yerli, həm də mərkəzi icra orqanlarının fəaliyyəti araşdırılır və yol verilmiş bütün pozuntular üzə çıxacaq”.

Dövlət başçısı bildirib ki, Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə amansız aparılmalıdır: “Bu məsələ ilə bağlı mən öz fikirlərimi bildirmişdim, bir daha demək istəyirəm ki, Azərbaycanın uğurlu inkişafı, ölkəmizin dayanıqlı inkişafı üçün xoşagəlməz hallara son qoyulmalıdır. Siz də rəhbərlik edəcəyiniz rayonlarda bütün xoşagəlməz hallara qarşı öz işinizlə ciddi mübarizə aparmalısınız. Korrupsiyanın, rüşvətxorluğun, talançılığın kökü kəsilməlidir. Bu sahədə sizin dövlət tərəfindən böyük dəstəyiniz olacaqdır, eyni zamanda, geniş ictimaiyyəti də bu işlərə cəlb edin. Çünki ictimai nəzarət xoşagəlməz hallara qarşı mübarizədə çox önəmli amildir. Mən şadam ki, son müddət ərzində ictimai nəzarət mexanizmləri təkmilləşir. Birinci növbədə siz vəziyyəti təhlil etməlisiniz və insanları narahat edən problemləri həll etməlisiniz. Sizin həll etməyə gücünüz çatmayan məsələlər barədə müvafiq mərkəzi icra orqanlarına məlumat verin ki, bu məsələlər operativ şəkildə öz həllini tapsın”.

Prezident baş prokurorun birinci müavini Rüstəm Usubovun və digər müavin Namiq Əsgərovun vəzifələrindən azad edilmələri haqqında sərəncam imzalayıb. Prezident onların hər ikisinə “Əməkdar hüquqşünas” fəxri adının verilməsi haqqında da sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Elçin Məmmədov baş prokurorun birinci müavini təyin edilib. Baş Prokurorun digər müavinləri isə Elmar Camalov və Nazim Rəcəbov təyin edilib.

2005-ci ildən baş prokurorunun birinci müavini olan Rüstəm Usubov 1954-cü il oktyabrın 4-də Gəncə şəhərində anadan olub. 1982-ci ildə Tomsk Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Rusiya Federasiyası prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləyib. 1985-ci ildə Azərbaycan Respublikasının prokurorluq orqanlarına işə qəbul olunaraq, Bakı şəhər Prokurorluğunun böyük müstəntiqi, Respublika Prokurorluğunun İstintaq İdarəsinin prokuroru, Baş prokuror yanında mühüm işlər üzrə müstəntiq, böyük müstəntiq, Respublika Prokurorluğu İstintaq İdarəsinin 1-ci istintaq şöbəsinin rəisi, həmin idarənin Xüsusilə təhlükəli cinayətlərin istintaqı şöbəsinin rəisi, Bakı Prokurorluğunun İstintaq şöbəsinin rəisi, Bakı şəhəri Xətai rayon prokuroru, Hərbi Prokurorluğun İstintaq İdarəsinin prokuror-kriminalisti, Baş Prokurorluğun Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin rəisi vəzifələrində işləyib.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AZANS-ın ekoloji yönümlü təşəbbüsü beynəlxalq mükafat qazanıb - FOTO
Bu gün, 18:09
AQTA-nın Şirvan Regional Bölməsinə qarşı tükürpədici iddialar... - BU NƏDİ BELƏ?..
Bu gün, 18:07
Putin “Zəngəzur döyüşü”nə hazırlaşır - AKTUAL
Bu gün, 18:00
“Rusiya qəsdən juranlistlərin yayaşdığı yerləri vurur” - RSF
Bu gün, 17:56
3 şirkət daha bazarı tərk etdi
Bu gün, 17:51
İrandan bahalı təklif: Bakı razılaşdı, İrəvan geri çəkildi – İki problem var
Bu gün, 17:47
Aİ Ermənistanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə vadar etməlidir - ÇÜNKİ...
Bu gün, 17:45
Qəbiristanlıqda təzə dəb: ölüsünə torpaq götürür, diriykən başdaşı düzəltdirir - İslam dini nə deyir?
Bu gün, 17:44
“Araz Supermarket”də yeni təyinat olub - DOSYE
Bu gün, 17:42
Əfv Komissiyasının yekun iclası başa çatıb, baxılan müraciətlər Prezidentə təqdim olunacaq
Bu gün, 17:40
STP-nin törəmə şirkətinin direktoru dəyişdi - BUNDAN SONRA...
Bu gün, 17:38
Daha bir xarici şirkət Azərbaycan bazarından gedir
Bu gün, 17:32
"Abzas Media" işi üzrə məhkəmə istintaqı yekunlaşıb
Bu gün, 17:28
"Aynur Dadaşovanın həmin görüntülərini 300 dollara satdılar"
Bu gün, 17:22
Kriminal aləmdə yeni "Quli" PEYDA OLDU - Böyük "müharibə" olacaq
Bu gün, 17:20
Ermənistanın təhlükəli diplomatik oyunu
Bu gün, 17:15
İlqar Abbasov bir köşəyə çəkilib... AĞAC YEYİR... - BU DA FAKT!
Bu gün, 17:12
Cəbrayılov ÇALDI... ÇAPDI... MAHALI... - İTTİHAM VAR...
Bu gün, 17:08
Dövlət səviyyəsində ÖZBAŞINALIQ... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 17:01
Qızıl bazarında saxta məhsullar satılır - VİDEO
Bu gün, 16:57
Rubio Ukrayna nümayəndə heyəti ilə görüşdə döyüşlərin dayandırılmasına nail olmağa çağırıb - "İnterfaks"
Bu gün, 16:53
Beh alıb, məclisə getmədi
Bu gün, 16:48
Cahangir Əsgərov "Premium Bank"ın əsas səhmdarı olub
Bu gün, 16:45
“Putin özü də bilir ki, Köçəryan-Sərkisyan cütlüyü hakimiyyətə gəlmək iqtidarında deyil...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
"Bakı Elektroştamp" ASC səhmdarlarını yığıncağa - DƏVƏT EDİR
Bu gün, 13:58
Ermənistan-Gürcüstan-Azərbaycan üçtərəfli formatının genişlənəcəyinə ümid edirik - Paşinyan
Bu gün, 13:22
"Məni hörmətdən salmaq istəyirlər"
Bu gün, 13:18
Erməni polkovnikin sözləri Rusiyanı qəzəbləndirdi: - “Hitler olsaydı…”
Bu gün, 13:15
Saleh Səmədov rəisi söydüyünə görə həbs edilib - Şok təfərrüat
Bu gün, 13:12
“Bədənimi direllə deşib, burnumu, barmağımı sındırıb” - Qətlin açdığı dəhşətli FAKTLAR
Bu gün, 13:10
Trend İnformasiya Agentliyinin yayılan dezinformasiya ilə bağlı bəyanatı - DİQQƏT!
Bu gün, 11:42
“Paşinyanı iqtidarda Bakı, London və Təl-Əviv saxlayır” iddiası - RƏYLƏR...
Bu gün, 11:01
“Oqtaydan sonra heç yerə getmirəm, itirdiyimi elə itirmişəm ki...”
Bu gün, 10:47
İtaliya səfiri Eldar Əzizovla Neapolla qardaşlaşma əlaqələrinin gücləndirilməsini müzakirə edib - FOTO
Bu gün, 10:44
İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... - İLGİNC FAKTLAR...
Bu gün, 10:41
Məmurun evindən 244 minlik qızıl oğurlayan xadimənin cinayət işi: həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:36
Xarici aviasiya şirkəti Azərbaycan bazarını tərk edir
Bu gün, 10:33
"Gülnar Səfərəliyevadan heç bir ədalət gözləmirəm" - Naxçıvan təhsilində QALMAQAL
Bu gün, 10:31
5000 manat maaş alıram, necə qənaət edim? - Səyyad Aran GİLEYLƏNİR
Bu gün, 10:25
PKK silahı yerə qoyur... TƏSLİM OLMUR! - BU, AYRI-AYRI ŞEYLƏRDİR...
Bu gün, 10:22
Paşinyan komandasına xəbərdarlıq etdi: - Sürprizlərə hazır olun
Bu gün, 10:19
Şəmkirin icra başçısından NAZİRƏ QARŞI SAYĞISIZLIQ... - "Bunlar nə vaxt düzələcək?.."
Bu gün, 10:09
Şirkətlər qrupunda yeni ASC yaradılıb
Bu gün, 10:01
"Azərtəkrarqarametal" ASC-nin səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:59
38 yaşlı sabiq məmur həbsxanada öldü
Bu gün, 09:49
Naxçıvanda özünü vəzifəli şəxs kimi tanıdaraq dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 09:46
Naxçıvanda NÖVBƏTİ BÜDCƏ TALANI... - fermerləri YENƏ ALDADIRLAR...
Bu gün, 09:44
İki rayonun icra başçısı dəyişdiriləcək: Birinin həbsi belə aktualdır... - İLGİNC İDDİALAR
Bu gün, 09:31
“Pulum olsaydı “Bəxt üzüyü” filmində atamın sürdüyü maşını alardım” - FOTO
Bu gün, 09:21
Bakı məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinə 2.5 milyon xərclənəcək – İşləri 200 manatlıq şirkət görəcək
Bu gün, 09:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru