“Mədəniyyət Naziri məni qəbul etmir, ondan soruşmaq istəyirəm ki...” .....                     “Rabitə Tikinti”yə yeni rəhbər təyin ediləcək .....                     Düşmən silahlanır: amma tətiyi çəkəcək əsgər qıtlığı var... .....                     “Bütün oyunları Ərdoğan oynayır” .....                     Ukrayna ordusu bəzi istiqamətlərdə Rusiyanı sıxışdırdı .....                     DSX-nin ŞÜBHƏLİ TENDER ORTAĞI .....                     "Əli Kərimli Tofiq Yaqublunun ölməsini istəyirdi" .....                     Rusiyaya ciddi itkilər veririk, 640 minlik ordu... .....                     Paşinyan İTV-yə hansı önəmli məqamları açıqladı? .....                     Dövlətin yardımı PULLA SATILIR .....                     "Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" .....                     "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." .....                     AHİK-lə bağlı İLGİNC İDDİALAR .....                     "BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı .....                     Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları .....                     'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı .....                     "AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı .....                     Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” .....                     Həm sülhdən danışır, həm də atəşkəsi pozur: .....                     GÜNEY QAFQAZDA SÜLH... .....                     Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR .....                     Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... .....                     Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... .....                     "Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır" .....                     Vüsal Məmmədov işdən çıxarıldı .....                     Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... .....                     Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? .....                     Milli iqtisadiyyatımız çətin sınaq qarşısında .....                     Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır .....                     FHN-in qurumu 185 minlik Toyota seçdi! .....                     Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı .....                     Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir .....                     Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? .....                     "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... .....                     Müğənni Kəmalə Sərxana od püskürdü .....                     Azərbaycanda uşaq futboluna vurulan "badalaq": .....                     3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır .....                     Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək .....                     "Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu .....                     PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı .....                 

“Naxçıvandakı ordumuz Ermənistanın Müdafiə Nazirliyini darmadağın edə bilər” - Düşmənə İSMARIC
Tarix: 14-10-2020, 13:17 | Çap et
“Naxçıvandakı ordumuz Ermənistanın Müdafiə Nazirliyini darmadağın edə bilər”
Keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarovun Yenisabah.az-a müsahibəsi:

- Tofiq müəllim, gecə saat 01:00 radələrində Ermənistanın Kəlbəcər rayonu ilə yaxın sərhəd zonasında bir neçə ballistik raket kompleksi Azərbaycan Ordusu tərəfindən məhv edilib. Hadisələrin bundan sonrakı gedişatını necə qiymətləndirirsiniz?

- Bu, gözlənilən idi. Çünki işğal olunmuş ərazilərdə bizimlə döyüşlər aparan məhz Ermənistan ordusudur. Ermənistan ordusunun bir hissəsinin döyüşlərdə iştirak edib digər hissəsinin iştirak etməməsi mümkün olan şey deyil. Bu, həm məntiqə, həm də hərbin qanunlarına uyğun deyil. Bu baxımdan Ermənistanın Gəncədə törətdiyi hərbi cinayət cavabsız qalmamalıdır. Azərbaycan dövləti Konstitusiyaya uyğun olaraq ilk növbədə Azərbaycan vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə bu hədəfləri məhv edib. Bu, beynəlxalq qanuna uyğundur, legitim adlandırılan bir hədəfdir. Hesab edirəm ki, artıq hərbi əməliyyatlar ikinci mərhələyə keçib və çoxdan proqnozlaşdırılmış ikinci mərhələ ondan ibarət olacaq ki, həm Ermənistanın, həm də Azərbaycanın ərazisi artıq müharibə zonası olacaq. Bunun hərbi baxımdan bizim xeyrimizə olduğunu düşünürəm. Çünki Ermənistanın hərbi potensialı bizdən azdır, buna görə də onun müdafiə sistemində fraqmentasiya prosesi gedəcək. Onlar istər-istəməz zərbələri fərqli yerlərdən ala bilərlər. Gəncəyə edilən raket hücumu ermənilər üçün ağır nəticələr doğuracaq. Çünki Azərbaycanın Naxçıvandakı hərbi bazalarımız onların paytaxtda olan və bu vəhşiliyin əmrini verən Müdafiə Nazirliyini çox asanlıqla hədəf seçib darmadağın edə bilər.

- Bu hadisə Dağlıq Qarabağ problemini regional münaqişəyə çevirə bilərmi? Çünki Rusiya prezidenti Vladimir Putin bir neçə gün əvvəl açıqlama vermişdi ki, müharibə Ermənistan ərazisində getmir, ona görə proseslərə müdaxilə etmirlər.

- Biz Ermənistanın həm Rusiya, həm də digər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvləri ilə olan sənədlərinə baxsaq görərik ki, bu müqavilənin maddələri o zaman işə düşür ki, Ermənistan üçün hansısa təhlükə yaranır. Əslində, həmin müqavilənin mahiyyəti müdafiə xarakteri daşıyır. Bu sazişdə heç də göstərilmir ki, təşkilata üzv olan bir ölkə başqa bir ölkəyə hücum edəndə digər üzvlər köməyə gəlməlidir. Bu, mümkün olan şey deyil. Oradakı müvafiq maddələrində göstərilir ki, belə bir hadisə baş versə və Ermənistan digər üzvlərə müraciət etsə, müzakirələr ola bilər. Hesab edirəm ki, həmin müzakirələr də bizim xeyrimizə ola bilər. Məlumdur ki, Azərbaycan KTMT üzvü deyil, əvvəl üzvü olub, lakin sonradan üzvlüyünü dondurub. Lakin bizim digər təşkilatlarda həmin üzv ölkələrlə sıx əlaqələrimiz var. Bu baxımdan 2016-cı ildə baş verən hadisələri yada salmaq istəyirəm. Belə ki, həmin vaxt Ermənistanda hansısa tədbir keçirilirdi və biz gördük ki, KTMT üzvləri bu tədbirdə iştirakdan imtina etdilər. Hətta erməni tərəfi heç kim gəlmədiyi üçün incidi. Bu səbəblə indi baş tuta biləcək müzakirələrin bizim xeyrimizə olacağını ehtimal edirəm. Ermənistanın işğalçı siyasəti və bu siyasətin heç kim tərəfindən dəstəklənməməsi bir daha ortaya çıxacaq.

- Bildiyiniz kimi, Azərbaycan Minsk qrupunun Həmsədrlik İnstitutunda Türkiyənin də təmsil olunmasını istəyir. Lakin iki gün əvvəl Rusiyanın Xarici işlər naziri Sergey Lavrov həmkarı Zohrab Mnatsakanyanla təşkil etdiyi mətbuat konfransında belə bir şeyin mümkün olmayacağından söz açdı, yəni təklifi rədd etdi. Sizcə, Türkiyə masaya otura bilər? Əgər bu baş tutarsa, nə dəyişər?

- Minsk qrupunun vasitəçiliyi ATƏT çərçivəsində baş verir. Tarixən müxtəlif ölkələr bu vasitəçiliyi öz üzərlərinə götürüblər. İranın vasitəçiliyi olub, o cümlədən Rusiyanın vasitəçiliyi ilə atəşkəs rejimi bərqərar olunub. Minsk qrupu çərçivəsi heç də o demək deyil ki, Azərbaycan digər təşəbbüslərə müsbət baxmayacaq. Son vaxtlar biz görürük ki, Rusiyanın səlahiyyətli şəxslərinin Türkiyə həmkarları ilə sıx təmasları var. Məhz bu mövzunu onlar mütəmadi şəkildə müzakirə edirlər. Bu baxımdan mən istisna etmirəm ki, indiki mərhələdə Türkiyənin təklif etdiyi 2+2 formatı hansısa mərhələdə işlək mexanizm kimi istifadə olunmasın. Təəssüflər olsun ki, 30 il ərzində biz ATƏT-dən bir xeyir görmədik. Cənab Prezidentin də dediyi kimi, bir santimetr ərazi də azad olunmayıb.

- Hadrutun azad olunması diplomatik danışıqlarda Azərbaycan üçün hansı üstünlüklər yaradır?

- Hadrut və digər yaşayış yerlərinin azad olunması, ümumiyyətlə, yeni bir vəziyyət yaradır, təmas xətti və status-kvo dəyişib. Bu, mütləq nəzərə alınmalıdır. Çünki vaxtilə Ermənistan Azərbaycan torpaqlarını işğal edərkən deyirdi ki, biz reallıqları görməliyik. İndi biz də onlara göstərək ki, reallıq nədir?!

- Tofiq müəllim, Azərbaycanın Müdafiə Nazirliyi düşmənin hərbi texnikasının məhv edilməsi ilə bağlı görüntü paylaşdıqdan dərhal sonra Ermənistanın Müdafiə Nazirliyi təkzibedici bəyanatlarla çıxış edir və sosial şəbəkələrdən gördüyümüz qədəriylə cəmiyyətləri buna inanır. Ermənilər niyə məğlubiyyətlə barışmırlar?

- İstənilən səbəbi demək olar. Amma bunlar da zəifliklərinin nəticəsidir. Bu, onların həm siyasi, həm də hərbi zəiflikləridir. Arqumentləri yoxdur. Amma bu, təbliğat müharibəsinin bir elementidir. Başa düşməliyik ki, düşmənlə müharibə təkcə səngərdə yox, təbliğatda, iqtisadiyyatda və digər yerlərdə də baş verir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Mədəniyyət Naziri məni qəbul etmir, ondan soruşmaq istəyirəm ki...” - ETİRAZ VAR...
Bu gün, 08:33
“Rabitə Tikinti”yə yeni rəhbər təyin ediləcək
Bu gün, 08:26
Düşmən silahlanır: amma tətiyi çəkəcək əsgər qıtlığı var... - Özləri etiraf edir ki...
Bu gün, 08:23
“Bütün oyunları Ərdoğan oynayır” - Yunan mətbuatı təriflər yağdırdı
Bu gün, 07:24
Ukrayna ordusu bəzi istiqamətlərdə Rusiyanı sıxışdırdı - KİV
Bu gün, 07:22
DSX-nin ŞÜBHƏLİ TENDER ORTAĞI - TƏFƏRRÜAT
Bu gün, 07:21
"Əli Kərimli Tofiq Yaqublunun ölməsini istəyirdi" - ŞOK İTTİHAM
Bu gün, 07:19
Rusiyaya ciddi itkilər veririk, 640 minlik ordu... - Sırski
Bu gün, 07:17
Paşinyan İTV-yə hansı önəmli məqamları açıqladı? – DETALLAR
Bu gün, 07:15
Dövlətin yardımı PULLA SATILIR - NARAZILIQ VAR...
Bu gün, 01:17
"Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" - AMMA İNDİ...
Bu gün, 01:02
"KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
Bu gün, 00:58
AHİK-lə bağlı İLGİNC İDDİALAR – Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 00:53
"BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 00:49
Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları - İstehlakçılar necə aldadılır?
Bu gün, 00:47
'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
Bu gün, 00:36
"AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı
Bu gün, 00:28
Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” - NƏ BAŞ VERİR?
Bu gün, 00:26
Həm sülhdən danışır, həm də atəşkəsi pozur: - Deputat İrəvanın ikibaşlı oyununun məqsədini AÇIQLADI
Bu gün, 00:23
GÜNEY QAFQAZDA SÜLH... NƏ QƏDƏR REALDIR?
Bu gün, 00:20
Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR - "...növbəti test götürüləcək"
Bu gün, 00:18
Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... - Yaxın aylarda vəziyyət getdikcə daha da gərginləşəcək
Bu gün, 00:15
Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... – Qopması çətin bağlar
Bu gün, 00:12
"Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır"
Bu gün, 00:08
Vüsal Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:05
Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... - SENSASİON İDDİA
Bu gün, 00:03
Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Dünən, 19:10
Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Dünən, 19:05
Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Dünən, 19:00
FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
Dünən, 18:58
Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Dünən, 18:12
Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Dünən, 18:09
Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? - “Regnum”
Dünən, 18:05
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 18:03
Müğənni Kəmalə Sərxana od püskürdü
Dünən, 18:00
Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Dünən, 17:53
3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Dünən, 17:49
Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək - ÇÜNKİ...
Dünən, 17:48
"Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
Dünən, 17:44
PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
Dünən, 17:40
DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Dünən, 17:35
Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Dünən, 17:33
Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Dünən, 17:32
İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Dünən, 17:30
"Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 17:27
Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Dünən, 17:26
Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Dünən, 17:24
Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir - PROSES DAVAM EDİR
Dünən, 17:22
Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Dünən, 17:19
“Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Dünən, 17:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru