"Dedilər ki, bizim dediyimizlə oturub-durmalısan..." - NARAZILIQ!
Tarix: 12-02-2021, 09:25 | Çap et
 Göyçayın Çərəkə kənd sakini Samir Kərimov qanunsuz olaraq işdən çıxarıldığını deyir. DİA.AZ xəbər verir ki, o, səkkiz il Göyçay rayon 17 saylı Yol İstismar İdarəsində çalışıb. Samir Kərimov bildirib ki, idarənin müdiri Tehran Muradlı onu Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndinə əsasən işdən azad edib. Həmin maddəyə əsasən, onun peşəkarlıq səviyyəsinin kifayət qədər olmadığı, ixtisasının (peşəsinin) tutduğu vəzifəyə uyğun gəlmədiyi əsas götürülüb.
“2012-ci ildən idarədə işləyən bir adamı təcrübəsiz kimi işdən uzaqlaşdırmaq haqsızlıqdır. Həmin idarədə uzun illər işləmişəm. Bu müddət ərzində iki müdir dəyişmişəm. Səkkiz il öncə “TATRA” markalı yük maşını aldım, idarənin balansına saldırdım. İdarənin işini görə-görə də öz çörəyimi qazanırdım. 8 il biz belə işləmişik. Tehran Muradlı gələndən sonra isə dedi ki, ancaq biz deyən yerlərdə işləməlisiniz. İki uşaq atasıyam. Pandemiya dövründə məni işdən çıxardılar, işsiz, maaşsız qaldım”, - Samir Kərimov belə deyir.
Samir Kərimovun sözlərinə görə, məzuniyyətdə olduğu halda onu işə çağırıblar. İşə çıxandan sonra isə idarə müdiri aralarında mübahisə yaranıb: “2020-ci iyununda iyirmi bir günlük məzuniyyətə çıxdım. Yüksək təzyiqim olduğu üçün müalicə alırdım. Məzuniyyət vaxtı idarədən zəng etdilər ki, “Göyçay-ATF” şirkəti tərəfindən İsmayıllının Basqal kəndində işə başlanılıb. İşləyə bilirsənsə, gəl, buna görə əlavə pul veriləcək. Mən məzunyyətdə olduğumu xatırlatdım. Əlavə etdim ki, Basqal dağlıq ərazidir, mən yüksəklikdə işləyə bilmirəm, hipertoniyam var. Dedilər ki, onda icazə ver, sürücülərdən biri sənin maşınını götürüb, ora işləməyə getsin. Razılaşdıq. Üzərindən iki həftə keçdi. Məzuniyyətim bitdi, idarəyə gəldim ki, maşınım hələ də geri qaytarılmayıb. Mənə dedilər ki, qoy maşın bir həftə də orada qalsın, çünki iş davam edir. Maşınımın geri qaytarılmadığını görüb, rəhbərliklə danışmaq qərarına gəldim. Müdirin yanına gedib, maşının nə vaxt qaytarılacağını soruşdum. Bildirdim ki, artıq işləmək istəyirəm. Müdir dedi ki, işləmək istəyirsənsə, Basqala getməlisən. İşləməsən, maşını başqa sürücüyə verəcəyəm. Mən də dedim ki, axı biz söz danışdıq. Maşını iki aydır, görmürəm, gəlməlidir. Vəziyyətinə baxım, sonra yenə fikirləşərik. Burada da işimiz var. Mən burada işləməliyəm. Dedi ki, yox, maşın gəlməyəcək. Hamının maşını gəldi təmirə, yoxlanışa, ancaq mənimkini Basqalda saxladılar”.
“Müdir dedi ki, işləyirsənsə, işlə. İşləmirsənsə, sənə yaxş yol. Maşını idarə etməyə sürücü taparam”, - şikayətçi bildirir.
Kərimov deyir ki, həmin maşına 7500 manat pul verib: “Müdirə dedim ki, maşına 7500 manat pul vermişəm. Səkkiz ildir ki, bu maşın qoruyub-saxlayıram. Dövlətin balansına keçirmişəm. Dövlətin maşını, dövlətə işləməlidir. Mən niyə gedib, hansısa şirkətə işləməliyəm? İki gündən sonra məni idarəyə çağırdılar. Dedilər ki, işə gəlmirsən, yayınırsan. Yalandan tabel qoyub, işçilərə qol çəkdirirdilər. Halbuki hər gün idarəyə gedib, sənədə qol çəkirdim. İki dəfə xidməti məlumat verdilər, ardınca da şiddətli töhmətlə cəzalandırdılar. Dedilər ki, bizim dediyimizlə oturub-durmalısan. Basqal yolu layihəmiz var, biz onu işləməliyik. Avqustun 31-də əmrimi verib, işdən azad etdilər. Maşınım da orada qaldı. Maşınımı 1500 manata bir nəfərə satıblar. Tehran Muradlı məni ac qoydu. Neçə dəfə dedim ki, maşınımın pulunu qaytarın. Axı mənim maşınımı satmısınız. Əhəmiyyət verən olmadı. Dedi ki, əlindən gələni beş qaba çək. Get, nə bilirsən elə. 265 manat alırdım, amma əlavə gəlir çox olurdu. Nə əməkhaqqımı, nə də məzuniyyət pulumu verdilər. Dövlət Əmək Müvəttişliyi Xidmətinə teleqram vurdum ki, işə baxılsın. Ən azından hesab-kitab aparılmalıdır. Onun da bir nəticəsi olmadı”.




|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dövlətin yardımı PULLA SATILIR - NARAZILIQ VAR...
Bu gün, 01:17 |
|
|
|
• "Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" - AMMA İNDİ...
Bu gün, 01:02 |
|
|
|
• "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
Bu gün, 00:58 |
|
|
|
• AHİK-lə bağlı İLGİNC İDDİALAR – Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 00:53 |
|
|
|
• "BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 00:49 |
|
|
|
• Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları - İstehlakçılar necə aldadılır?
Bu gün, 00:47 |
|
|
|
• 'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
Bu gün, 00:36 |
|
|
|
• "AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı
Bu gün, 00:28 |
|
|
|
• Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” - NƏ BAŞ VERİR?
Bu gün, 00:26 |
|
|
|
• Həm sülhdən danışır, həm də atəşkəsi pozur: - Deputat İrəvanın ikibaşlı oyununun məqsədini AÇIQLADI
Bu gün, 00:23 |
|
|
|
• GÜNEY QAFQAZDA SÜLH... NƏ QƏDƏR REALDIR?
Bu gün, 00:20 |
|
|
|
• Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR - "...növbəti test götürüləcək"
Bu gün, 00:18 |
|
|
|
• Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... - Yaxın aylarda vəziyyət getdikcə daha da gərginləşəcək
Bu gün, 00:15 |
|
|
|
• Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... – Qopması çətin bağlar
Bu gün, 00:12 |
|
|
|
• "Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır"
Bu gün, 00:08 |
|
|
|
• Vüsal Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:05 |
|
|
|
• Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... - SENSASİON İDDİA
Bu gün, 00:03 |
|
|
|
• Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Dünən, 19:10 |
|
|
|
• Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Dünən, 19:05 |
|
|
|
• Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Dünən, 19:00 |
|
|
|
• FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
Dünən, 18:58 |
|
|
|
• Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Dünən, 18:12 |
|
|
|
• Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Dünən, 18:09 |
|
|
|
• Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? - “Regnum”
Dünən, 18:05 |
|
|
|
• "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 18:03 |
|
|
|
• Müğənni Kəmalə Sərxana od püskürdü
Dünən, 18:00 |
|
|
|
• Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Dünən, 17:53 |
|
|
|
• 3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Dünən, 17:49 |
|
|
|
• Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək - ÇÜNKİ...
Dünən, 17:48 |
|
|
|
• "Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
Dünən, 17:44 |
|
|
|
• PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
Dünən, 17:40 |
|
|
|
• DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Dünən, 17:35 |
|
|
|
• Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Dünən, 17:33 |
|
|
|
• Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Dünən, 17:32 |
|
|
|
• İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Dünən, 17:30 |
|
|
|
• "Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 17:27 |
|
|
|
• Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Dünən, 17:26 |
|
|
|
• Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Dünən, 17:24 |
|
|
|
• Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir - PROSES DAVAM EDİR
Dünən, 17:22 |
|
|
|
• Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Dünən, 17:19 |
|
|
|
• “Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Dünən, 17:14 |
|
|
|
• Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Dünən, 17:07 |
|
|
|
• Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Dünən, 17:05 |
|
|
|
• Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Dünən, 17:00 |
|
|
|
• “Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” - İLGİNC DETALLAR
Dünən, 16:59 |
|
|
|
• Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: - Oğlan övladlarınızı sünnət etdirməyin, İslamda yoxdur
Dünən, 16:58 |
|
|
|
• Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA
Dünən, 15:42 |
|
|
|
• Biz istəyirik ki, hər kəs əfv olunsun - Novella Cəfəroğlu
Dünən, 15:39 |
|
|
|
• "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 15:37 |
|
|
|
• Elşad Miridən şok açıqlama: - Bürclərə inananlar zavallıdır
Dünən, 15:36 |
|
|
|
|