Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı .....                     Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir .....                     Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? .....                     "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... .....                     Müğənni Kəmalə Sərxana od püskürdü .....                     Azərbaycanda uşaq futboluna vurulan "badalaq": .....                     3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır .....                     Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək .....                     "Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu .....                     PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı .....                     DSMF sədrinə yeni müşavir təyin edildi .....                     Bəysiz toy edən müğənniyə SƏRT İRAD: .....                     Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu .....                     İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır .....                     "Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək .....                     Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi .....                     Dövlət qurumunun avtobusu qəzaya uğradı .....                     Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir .....                     Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb .....                     “Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR .....                     Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər .....                     Zaurla Günayın ATV-dən getməsi barədə .....                     Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: .....                     “Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” .....                     Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: .....                     Azər Qasımovdan yarım milyonluq borc məsələsinə .....                     Biz istəyirik ki, hər kəs əfv olunsun .....                     "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... .....                     Elşad Miridən şok açıqlama: .....                     AHİK-lə bağlı İLGİNC İDDİALAR .....                     Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? .....                     Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib .....                     “Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb .....                     Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir .....                     Mərdəkanda çirkab suları evlərə dolur .....                     “Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun” .....                     “Rasim Balayev, cinayətlərin ilə səni rüsvay edib məhkəməyə verərəm!” .....                     PKK-nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmür .....                     Ermənistan atəşkəsi pozur: .....                     “Bakı Şampan Şərabları” şirkəti mənfəətdən zərərə keçib .....                 

Onun üçün vəzifə bütün dəyərlərdən üstündür... - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR
Tarix: 28-04-2021, 08:09 | Çap et
Onun üçün vəzifə bütün dəyərlərdən üstündür...
"Dövlət başçısı dəfələrlə televiziyada deyib ki, müharibə veteranları və qazilərə hörmətlə yanaşılmalıdır, amma biz hələ layiq olduğumuz dəyəri heç kimdən almamışıq".

Bu sözləri Arqument.az-a II Qarabağ müharibəsinin iştirakçısı Həmid Həmidli deyir.

1995-ci il təvəllüdlü Həmid Həmidli Zərdabın Otmanoba kənd sakinidir.

2020-ci il 29 sentyabrda müharibəyə gedən Həmid Həmidli Zəngilan, Qubadlı, Laçın uğrunda gedən döyüşlərdə iştirak edib.

Dediyinə görə, göstərdiyi şücaətə görə medallarla təltif edilsə də, nəinki medalları, heç veteranlıq kağızını da ala bilməyib.

"Deyirlər ki, sənədlərin itib"

Müharibə veteranı Dövlət Məşğulluq İdarəsinə sənədlərini təqdim etsə də, idarənin onun sənədlərini itirdiyini deyir: "Zəngilan, Qubadlı, Laçın uğrunda gedən döyüşlərdəki xidmətlərimə görə üç medalım var, amma ortada nəsə yoxdur. Nə veteranlıq kağızını verirlər, nə də sənədləri. Bütün rayonlarda verilib, təkcə bizim Zərdabdan başqa. Veteranlıq kağızı ilə bağlı İcra Hakimiyyətinə yaxınlaşsam da, oradan mənə bildirdilər ki, bu məsələyə biz baxmırıq".

"2021-ci il yanvarın 5-i evə gəlmişəm. Həmin ayın 25-i əməliyyat olunmuşam. Əməliyyat olunduqdan sonra Dövlət Məşğulluq İdarəsinə sənəd vermişəm. Sənədlərimi lazımi yerə təqdim etsəm də, daha sonra məlum oldu ki, sənədlər idarədən itib", - Həmid Həmidli belə deyir.

44 günlük müharibənin 42 gününü döyüş bölgəsində keçirdiyini deyən Həmidin sözlərinə görə, indi kimsə nə onunla, nə də ailəsiylə maraqlanır.

"Övladım xəstədir, maraqlanan yoxdur"

Onun fikrincə, Zərdabın icra başçısı kreslosunu yerli əhalinin problemlərini həll etməkdən daha üstün tutur: "Zərdab sakinlərinin gün-güzəranı icra başçısı üçün əhəmiyyət kəsb etmir. Dəfələrlə icraya gedib-gəlməyimə baxmayaraq, problemlərimlə heç kim maraqlanmır. Görüş üçün İcra Hakimiyyətinə getdim, icra başçısı iki nümayəndəsini həyətə göndərib mənimlə görüşməkdən imtina etdi, səbəb kimi də pandemiyanı göstərdi".

"Məni necə işdən çıxarıb döyüşə aparıblarsa, eləcə də işə bərpa etsinlər"

Atası II qrup əlil olan Həmidli Həmid bildirib ki, onun üçün ayrılan təqaüdü də 3 aydır ala bilmir.

O, biganəlikdən əziyyət çəkdiyini, maddi durumunun ağır olduğunu deyir: "Övladım xəstə, atam isə ikinci qrup əlildir. Atamın təqaüdünü kəsdikləri üçün dolana bilmirik. İcra nümayəndəsi ilə əlaqə saxlayıb dedim ki, vəziyyətim çox pisdir, özüm də müharibədən gəlmişəm. Dedi ki, bunun bizə aidiyyatı yoxdur. Dövlətə müraciət edirəm ki, necə məni işimdən müharibəyə aparıb o cür də məni işlə təmin etsin".

İcra başçısının köməkçisi: "Görüşdən imtina olunmayıb, əksinə görüşüb istiqamət vermişik"

İcra başçının köməkçisi Səməd Cəfərov Arqument.az-a deyib ki, Həmin Həmidlinin durumundan məlumatlıdırlar və ona işlə bağlı dəstək veriləcək: "İcra başçısının onunla görüşdən imtina etməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir. Pandemiya ilə əlaqədar görüşlər binada deyil, müavinlər və müvafiq şöbə müdirləri səviyyəsində həyətdə keçirilir. Gedib vətəndaşlarla görüşürük, onları dinləyib problemlərinin həlli istiqamətində addımlar atırıq. Həmid Həmidli ilə də görüşüb ona izah etmişik ki, işlə təminolunma növbəli şəkildə həyata keçirilir".

"Ona dedik ki, DOST Mərkəzində işlə təmin olunmaq üçün Məşğulluq İdarəsində qeydiyyata düşsün, sənədlərini ora təqdim etsin. O da müraciət edib, ona görə də burada görüşdən imtinadan söhbət gedə bilməz. Bilirsiniz ki, öncə qazilər, müharibədə yaralanan şəxslər işlə təmin olunur, sonra da digər müharibə iştirakçıları. Həmin Həmidli həmkəndlimdir və problemlərini də bilirik, amma növbəli sistemə də əməl olunmalıdır. Növbəsi çatanda onu da işlə təmin edəcəyik", - başçının köməkçisi deyib.

İcra başçsının köməkçisi müharibə iştirakçısının sənədlərinin Məşğulluq İdarəsində itməsini də təkzib edib: "İndiyə qədər belə bir şey olmayıb ki, kiminsə idarədə sənədləri itsin. Bütün qeydiyyat elektron sistem əsasında aparılır".

Xatırlatma

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində 2020-ci il sentyabrın 27-də döyüşlər başlayıb. Döyüş əməliyyatları noyabrın 9-dək davam edib.

44 gün ərzində Azərbaycan tərəf 280-dək kəndin, dörd qəsəbənin (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhərin (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edildiyini açıqlayıb.

Ancaq bu günədək Azərbaycan tərəf nə qədər itki verdiyini, neçə nəfər hərbçinin yaralandığını açıqlamayıb.

Noyabrın 10-dan 11-nə keçən gecə isə Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri birgə bəyanat imzalayıb. Müharibənin bitməsini özündə ehtiva edən bəyanatla Rusiya sülhməramlılarının Qarabağa gəlməsi elan edilib. Elə həmin gecə sülhməramlılar bölgəyə daxil olub.

Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Razılaşmaya uyğun olaraq Azərbaycan ordusu noyabrın 20-də Ağdam rayon mərkəzinə daxil olub. Noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonu işğaldan azad edilib.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata müharibə zamanı 2881 nəfərin şəhid olub, 28 nəfərin itkin düşüb.

Müharibə bitdikdən 4 ay sonra hərbi xidmətdən yenicə qayıdan bir qrup qazi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında aksiya keçirib.

Onlar dövlət qurumlarının səriştəsizliyi və onlara diqqətsiz yanaşmadan şikayətlənərək işsiz olmaqlarına etiraz ediblər.

Onun üçün vəzifə bütün dəyərlərdən üstündür...
Onun üçün vəzifə bütün dəyərlərdən üstündür...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Bu gün, 18:12
Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Bu gün, 18:09
Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? - “Regnum”
Bu gün, 18:05
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Bu gün, 18:03
Müğənni Kəmalə Sərxana od püskürdü
Bu gün, 18:00
Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Bu gün, 17:53
3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Bu gün, 17:49
Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək - ÇÜNKİ...
Bu gün, 17:48
"Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
Bu gün, 17:44
PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
Bu gün, 17:40
DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Bu gün, 17:35
Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Bu gün, 17:33
Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Bu gün, 17:32
İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Bu gün, 17:30
"Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Bu gün, 17:27
Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Bu gün, 17:26
Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Bu gün, 17:24
Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir - PROSES DAVAM EDİR
Bu gün, 17:22
Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Bu gün, 17:19
“Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Bu gün, 17:14
Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Bu gün, 17:07
Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Bu gün, 17:05
Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Bu gün, 17:00
“Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” - İLGİNC DETALLAR
Bu gün, 16:59
Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: - Oğlan övladlarınızı sünnət etdirməyin, İslamda yoxdur
Bu gün, 16:58
Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA
Bu gün, 15:42
Biz istəyirik ki, hər kəs əfv olunsun - Novella Cəfəroğlu
Bu gün, 15:39
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Bu gün, 15:37
Elşad Miridən şok açıqlama: - Bürclərə inananlar zavallıdır
Bu gün, 15:36
AHİK-lə bağlı İLGİNC İDDİALAR - Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 15:31
Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? – Sabah…
Bu gün, 15:26
Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib - Fransadan etiraf
Bu gün, 15:25
“Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb
Bu gün, 15:17
Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir
Bu gün, 15:16
Mərdəkanda çirkab suları evlərə dolur - Sakinlər PA rəhbərinə müraciət etdi
Bu gün, 15:14
“Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun”
Bu gün, 15:08
“Rasim Balayev, cinayətlərin ilə səni rüsvay edib məhkəməyə verərəm!” - Şeyx Əbdül OD PÜSKÜRDÜ
Bu gün, 14:47
PKK-nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmür - Əlibəyli
Bu gün, 14:02
Ermənistan atəşkəsi pozur: - Moskvanın kölgəsində yeni planlar qurulur
Bu gün, 14:00
“Bakı Şampan Şərabları” şirkəti mənfəətdən zərərə keçib - HESABAT
Bu gün, 13:58
Nigar Rəhimovaya “Vətən müharibəsi iştirakçısı” medalı buna görə verilibmiş - TƏFƏRRÜAT
Bu gün, 13:06
Nikol Paşinyanın partiyası: - Sərkisyan və Köçəryan bizdən qorxur
Bu gün, 13:03
“Sumqayıt Aşqarlar”ın Direktorlar Şurasının sədri və üzvləri seçiləcək
Bu gün, 12:59
Putin Ukrayna tərəfi ilə danışıqlar üçün Türkiyəyə getməyəcək - QƏTİ QƏRARDIR...
Bu gün, 12:57
Tender tələbləri əldə qaldı: Heç kim şərtlərə cavab vermədi - TENDER LƏĞV EDİLDİ
Bu gün, 12:56
Qazaxıstandan Gürcüstana SƏRT ETİRAZ - Rəsmi Astana HƏRƏKƏTƏ KEÇDİ
Bu gün, 12:50
"Eurovision" Mahnı Müsabiqəsi siyasi oyundur" - Mübariz Tağıyev
Bu gün, 12:40
Vüqar Səfərli ilə həbs edilən şirkət rəhbəri azadlığa buraxıldı
Bu gün, 12:39
Teymur Kərimovun cəzası 1 İL AZALDILDI - QƏRAR
Bu gün, 12:37
Bakıda vəkilin şikayəti əsasında tanınmış müğənni həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 12:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru