İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır .....                     Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır .....                     Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır... .....                     Kürd Fəhlə Partiyası adını dəyişib başqa təşkilat adı altında terroru davam etdirə bilər .....                     “Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir” .....                     Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? .....                     Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR .....                     Arslan Hacıyevi kim belə himayə edir ki... .....                     Partiya sədri DTX-yə çağırış etdi .....                     Trampın ad günündə Vaşinqtonda hərbi parad olacaq .....                     "Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... .....                     Rejimi “Traktor”un qabağına vermək... .....                     Paşa Texnikin həyatı film olur .....                     Rusiya Həsənovu niyə axtarır? .....                     “Georgi lenti” türk ordusuna qarşı təsis edilib .....                     Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır .....                     Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub .....                     Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər .....                     Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! .....                     Hüseyn axtarışa verilməsindən danışdı .....                     16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? .....                     Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? .....                     İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur .....                     Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib .....                     Obyektlərin qiyməti niyə "cib yandırır"? .....                     Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil .....                     Azərbaycanın şərab şirkəti səhmdarlarını .....                     Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: .....                     "Suriyalı həmkarımla görüş əla keçdi" .....                     “Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” .....                     Neft təhlükəli həddə ucuzlaşır: .....                     Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək .....                     Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender .....                     Mərkəzi Bankın proqnozu özünü doğrultmadı .....                     Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI .....                     Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” .....                     Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: .....                     Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi .....                     “Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” .....                     İbrahim sazişləri Cənubi Qafqazda: .....                 

MİLLƏTƏ DÖVLƏT QAYĞISININ UZAQ SAHİLİ... - Ona da Ramin Bayramlı yolu məsləhətdir...
Tarix: 17-09-2021, 08:35 | Çap et
MİLLƏTƏ DÖVLƏT QAYĞISININ UZAQ SAHİLİ...
...Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qayğılarını hamı bilir, biz də bilirik ki, bu nazirliyin həmişə işi başından aşıb. Çünki adından göründüyü kimi, nazirlik əhalimizlə, onların əmək fəaliyyəti və sosial müdafiəsi ilə məşğul olur. Pensionerlərlə, əlil və işsizlərlə, müavinətlilərlə, bir sözlə, əhalinin problemli qrupu ilə işləməyin nə demək olduğunu isə əlavə şərh etməyə lüzum yoxdur və vəziyyəti qiymətləndirmək çətin deyil...

Amma çətini odur ki, bu işlə məşğul olanların yaratdığı süni çətinliklərin və problemlərin həlledilməzliyidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparılan islahatların da ağırlıq mərkəzi burdan başlayır. Təsadüfi deyildir ki, Prezident İlham Əliyev yaxın illərdə əvvəlki nazir Səlim Müslümovu vəzifəsindən kənarlaşdırdı. Sonradan ictimaiyyət xəbər tutdu ki, sabiq nazir korrupsiyanın qurbanı olub. Ona görə də həbs edildi, ətrafında çalışmışları da özü ilə həbsə apardı...

Sosial problemlərinin sahili görünməz cəmiyyətin Sahil Babayev naziri...

...Və Səlim Müslümovdan sonra Prezident İlham Əliyevə Səlim Müslümovun Sahil Babayevlə əvəzlənməsini məsləhət bildilər... Sahil Babayev də bir neçə ildir nazirliyin fəaliyyətini bir ələ cəmləmək üçün əlindən gələni edir. İnsafən, deməliyik ki, bütün ictimai tənqid və narazılıqlara rəğmən, o, çalışır, nəsə etmək istəyir. Amma görünür, iş təkcə onun istək və arzularından asılı deyil, həm də bu, istəyin reallıqdakı faydalı iş əmsalından asılıdır. Üzdə istəmək, arxada başqa problemlərə süni yaşıl işıq yandırmaq isə indiki vaxtda özünü yandırmaqdır! Baş verənlər isə onu deməyə əsas verir ki, Sahil Babayev özünü Səlim Müslümovdan fərqləndirmək üçün islahatlar seriyasını işə salıb. Lakin görünən odur ki, işləməyən və narazılıq yaradan, ortaya süni dolaşıqlıq salan bu islahatlar heç kimə lazım deyil. Təkcə Sahil Babayevdən başqa...Səlim Müslümovun vaxtında bu qədər narazılıq, şikayət yox idi. Sosial media belə şikayətlərdən aşıb-daşır.

İşə keçməyən islahatlar mərkəzi- Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsi...

Gəlirik mətləbə: Sahil Babayev ötən ilin fevralında nazirliyin tabeliyində olan, necə deyərlər, bel sütunu sayılan Dövlət Sosial Müdafiə Fondunun yeni idarələrinin yaradılması haqqında əmr imzaladı. Mübarək olsun!

Beləliklə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq Əmri ilə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Mərkəzi Maliyyə və Mühasibatlıq İdarəsi, Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsi və Məhkəmə Mübahisələri ilə İş İdarəsi yaradıldı.

Qısaca olaraq xatırladaq ki, Mərkəzi Maliyyə və Mühasibatlıq İdarəsi ilkin mərhələdə DSMF-nin Bakının Qaradağ, Binəqədi, Nizami, Nərimanov, Nəsimi, Pirallahı, Sabunçu, Suraxanı, Xətai, Xəzər rayon şöbələri və 1 saylı Bakı şəhər Ərazi şöbəsi üzrə mühasibat uçotunu mərkəzləşdirilmiş qaydada həyata keçirməlidir.

***

Bu dəfə isə gəlirik əsas mövzumuzun-araşdırmamızın “Baş qəhrəmanı” olan Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsinin fəaliyyətinə. Nazirliyin qərarına əsasən, ilkin mərhələdə DSMF-nin Bakının Qaradağ, Binəqədi, Nizami, Nərimanov, Nəsimi, Pirallahı, Sabunçu, Suraxanı, Xətai, Xəzər rayon şöbələri üzrə “Əmək pensiyaları haqqında” Qanunun 9-cu və 20-ci maddələri üzrə təyin edilən əmək pensiyalarının, habelə (məcburi dövlət sosial sığorta haqları hesabına xüsusi rütbəli şəxslərə və hərbi qulluqçulara ödənilən müavinətlər istisna olmaqla,) əhaliyə digər əmək pensiyalarının, sosial müavinətlərin, ayrı-ayrı kateqoriyalardan olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdlərinin, kompensasiyaların təyinatını, yenidən hesablanmasını və bir növdən başqa növə keçirilməsini mərkəzləşdirilmiş qaydada bu İdarə yerinə yetirməlidir.

Bəs bui darə onları necə yerinə yetirir? Ümumiyyətlə, bu idarə, yuxarıda deyildiyi kimi, “...əhaliyə digər əmək pensiyalarının, sosial müavinətlərin, ayrı-ayrı kateqoriyalardan olan şəxslərə...” Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdlərinin, kompensasiyaların təyinatını, yenidən hesablanmasını və bir növdən başqa növə keçirilməsini və s. necə həyata keçirir?

Ötən sayımızda Dövlət Tarix Arxivinin direktoru Qasımlı Aslan Murtuz oğlu (həmçinin BDU-nun və ADİU-nun, həmçinin BSU-nun professorları) redaksiyamıza şikayət ərizəsi ilə müraciət etmişdilər. Ki, işləyən təqaüdçü kimi, onların pensiyasına əlavələr hesablanmalı və ödənilməlidir, amma DSMF-nin get-gəlləri onların canını boğazına yığıb və s. Sonra Aslan Qasımlının sarkazm və yumor dilində bir yazısı dərc olundu. Yazının “baş qəhrəmanı” isə Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsi idi. Ən maraqlısı, problemi olan şəxslər bu idarənin yerini nazirlikdən və DSMF-dən öyrənə bilmirlər...

“Təzadlar” kəşfiyyata çıxdı: Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsi hardadır və rəisi kimdir???

Bir neçə gün əvvəl bu sualla fb-də bir status paylaşdım. Yuxarıda adı çəkilən idarənin və rəisinin axtarıldığı barədə elan idi... Tapana mükafat da vəd etmişdik. Rəşad adlı bir nəfər mesaj yerinə “Salam!” yazdı. “Əleyküm-salam!”, -deyə əlavə etdim. Belə bir məktublaşmamız oldu:

Rəşad:

-DSMF-nin əməkdaşıdır sizi narahat edən. Bizim əməkdaşla bağlı status yazmısınız... Necə kömək edə bilərik?

-Salam. Bu idarə ilə bağlı konkret şikayət var, əməkdaşlarımız araşdırır. Lakin idarənin yeri və ünvanı tapılmır... Əlaqə nömrəsi də həmçinin.

-Buyurun, şikayətinizi bizə ünvanlayın, araşdırıb sizə nəticəni deyərik... Media sorğusudur, yoxsa vətəndaş müraciətidir?

-Şikayətçi Dövlət Tarix Arxivinin direktorudur, xahiş edib ki, müstəqil araşdırma aparaq. Narahat olmayın, araşdırma materialı çap edilməmiş sizə məlumat veriləcək. Əlavə suallar var...

-Asif müəllim, mən DSMF-nin mətbuat xidmətiyəm. Jurnalist və ya vətəndaş olaraq sualınız varsa ünvanlaya bilərsiniz...Araşdırma yazınızda suallarınız varsa, ünvanlayın, cavablayaq...

-Rəşad bəy, çox şadıq. Bir həftədən çoxdur konkret bir neçə şikayətlə bağlı əməkdaşlarımız araşdırma aparıb... Nazir Sahil Babayevə də, Fondunuzun rəhbərliyinə və nazirliyin MX-nin rəhbəri Fazil bəyə də böyük hörmətimiz var. Amma inanın, sırf real sübutlar və təbii ki, jurnalistin araşdırması ilə narahatlıq doğuran mənzərə var. Açıq deyim, mən bəzən ciddi məsələlərdə jurnalistimizə inanıram, amma təkrar yoxlayıram, özüm araşdırmağa məcbur oluram... Bu gün şikayətçilərlə birlikdə Fondda özüm oldum, Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsinin rəisi Anar Mirzəyevin idarəsində də olduq... Belə. Qərəzçiliyimiz yox. İstərsiniz, redaksiyamızın qonağı olub (“Azərbaycan” nəşriyyatı, 8-ci mərtəbə), suallarımıza-faktlara dostcasına cavab verərsiniz... Biz həqiqətin tərəfindəyik, amma...

Bəli, yazışmada deyildiyi kimi, şikayətçilərin (hər ikisi alimdir, professordur) söylədiklərinə inanmayıb onların özləri ilə birlikdə Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsini axtarmalı olduq... Əvvəlcə həmin idarənin tabe olduğu DSMF-yə baş çəkdik... Orada bizi mehribanlıqla qarşıladılar, amma dərdimizə çarə tapa bilmədilər. Niyə? Bax bu yerdə, necə deyərlər, Qəribi ağlamaq tutmasın, neyləsin?!

Bizi qarşılayan xanım qızdan soruşuruq:

-Bizə Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsi lazımdır...

-Nəyinizə lazımdır?

-O boyda idarə nəyimizə lazım ola bilər sizcə?

-Yox, yəni probleminiz var?

-Var...

Xanım təəccüblə və sual dolu nəzərlə üzümüzə baxır... Şikayətçi professoru, elmlər doktorunu dinləyir... Sonra məcbur olub Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsinin ünvanını bir kağız parçasına yazıb verir.

-Zəhmət olmasa, idarənin rəisinin adını və soyadını, bir də idarənin iş nömrəsini yazın...

Xanım əməkdaş əlini saxlayır, Fondun işçisi olan digər bir xanıma (o da həmsöhbət oldu) sual dolu nəzərlə baxıb əlavə edir:

-İdarənin telefon nömrəsi yoxdur...

-Siz nə danışırsınız, Respublika əhəmiyyətli bir idarənin telefon nömrəsi yoxdur???

-Yoxdur... Verə bilmərik...

-Hə, deyin ki, məxfi idarədir, atom silahı buraxılan zavoddur...

Bu da Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsi: adı yox, qapısı yox...

Həmin ünvanı artıq aidiyyəti ünvanlardan öyrənmişdik. Ə.Rəcəbli küçəsində, üzərinə adı yazılmayan bir 5 mərtəbəli villadır... Şikayətçi professor və daha 6 şikayətçi pensiyaçı ilə həmin ünvana yollanırıq... Binanın girişinə bankın və hansısa başqa bir MMC-nin adı yazılıb. Qapını döyürük, xüsusi kodlu qapı olduğundan açan yoxdur... Xeyli gözləyirik, içəridən bir nəfər çıxır, Anar Mirzəyevi soruşuruq, tanımır. Amma mən içəri daxil oluram. Bir gün əvvəl yazmışdım ki, bu idarənin adı da yoxdur, tanıtma nişanı da... Halbuki şikayətçi professor da iki gün əvvəl burada olmuşdu, idarənin həmin binanın 2-ci mərtəbəsindəki qapısında-mərtəbədə heç bir ad yazılmamışdı. Amma indi var idi... Məsələ aydındır. Deməli, dərhal lövhəni yerləşdiriblər ki... Sonra rəisin kabinetini soruşmaq üçün adam axtarıram, kimsə yoxdur. Üzərinə “DSMF- Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsi” yazılmış qəttəzə lövhənin qarşısından bir polis nəfəri keçir, ondan soruşuram. Deyir ki, lövhənin qarşısındakı qara rəngli qapıdır... Amma stop! Qapının üzərinə yazılıb ki, “Daxil olmaq qəti qadağandır!” Nə yaxşı yazmamışdılar ki, “Əl vurma, öldürər!”

Qapını ehtiyatla və dəfələrlə döyürəm, açan olmur... Gözləyirəm, içəridən də çıxan yoxdur. Məsələ aydın idi: şikayətçilərin söylədikləri təsdiqini tapmışdı: Anar Mirzəyev adlı təcrübəsiz cavan oğlan Azərbaycan Dövlət İqtisad Universitetini təzəlikcə bitirib... Elə orada internetdə barəsində axtarış edirəm. Təsəvvür edin, nə bu boyda Respublika əhəmiyyətli İdarənin özü, nə də onun cavan rəisi barədə heç bir məlumat yoxdur. Bəs ictimai tanıtımı, barəsində heç bir bilgi olmayan Anar Mirzəyev kimdir, kimin oğludur, yaxud kimin kürəkəni, dostu, qohumudur ki, belə bir məsul idarəyə rəis qoyublar??? Təsəvvür edin, pensiya artımı və əlavələrlə bağlı hazırda yüz minlərlə şəxsin sənədlərinin araşdırılması bu idarəyə tapşırılıb.

İnsanlar isə qapılarda, küçələrdə... Çünki nə bu idarənin yerini bilən var, nə də rəisinin kimliyini... DSMF-yə və ya nazirliyə gedənləri isə DOST mərkəzlərinə göndərirlər. DOST-larda isə onları rayon şöbələrinə, oradan da təkrarən DSMF-yə “ezam” edirlər.

Şikayətçilərin sayı tükənməz, problemlər həlledilməz...

Jurnalist Elşad Eyvazlının sosial mediadakı açıqlamasını və ona yazılan şərhləri də oxuyub sonra qayıdaq əsas məsələyə. Yəni Anar Mirzəyevin idarəsində baş verənlərə...

Elşad Eyvazlı yazır:

-Pensiya, təqaüd, müavinət “islahatlarının” nəticəsi budur ki, artıq vətəndaşlar pensiya yaşına çatmamış ölmək, pensiya haqqında ümumiyyətlə düşünməmək qərarına gəlirlər... 44 günə Qarabağı azad etdik, amma azı 104 gündür ki, 65 yaşı tamam olmuş atamın pensiya məsələsini həll edə bilmirəm. Bəhanələr və minnətqoymalar o həddədir ki, adam pensiya sözündən belə iyrənir...

Sahib Mammadov, əmək qanunvericiliyi üzrə tanınmış ekspert):

-Əmək pensiyası (bu halda yaşa görə əmək pensiyası) proaktiv şəkildə təyin olunur. Yəni, müraciətsiz. Bəlkə sığorta stajı və ya yığım məsləsində problem var?

Elsad Eyvazlı: Sahib bəy, 10 il əliliyə görə pensiya alıb. İndi bəhanə edib kəsiblər, hansı ki, adamın sağlamlığı heç 40 faiz də qalmayıb reallıqda. Bu heç, bu analoqsuz “islahatdlr”. Dərd odur ki, 65 yaşı mayda tamam olub, bu 3 ay yarımda heç soruşmayıblar da ki, vətəndaş, sənin qocalığa görə müavinətini verək, verməyək?! Bəy, o proaktiv, avtomatik sistem dedikləri eləcə nağıldır... Gərək qapı-qapı gəzəsən...

Təranə Sovkət Qaramanlı: -Rəhmətlik yoldaşım 50 il işlədi 63 yaşında 2016-cı ildə pensiyaya çıxdı, yenə işləyirdi, 7 ay pensiya aldı. 1-ci Qarabağ müharibəsində vuruşmuşdu, veteran idi, 2011-ci ildə veteran pulunu dayandırdılar, dedilər məhkəməyə versin, məhkəmə əli ilə bərpa olunsun.

***

Şikayətçilərdən bir məsələni də öyrəndik: sən demə, on minlərlə pensiya artımını alacaq insanlar var. Lakin qəsdən vəziyyəti belə dolaşdırıblar ki, həmin artım hansısa hesaba köçürülsün və əvəzində DSMF-nin əməkdaşları yüksək məmləğdə mükafatlar alsınlar! Bu barədə təfsilatlı yazı ayrıca olacaq.

Bəs nazir nə düşünür, baş verənlərdən xəbərdardırmı? Özünün yaratdığı idarənin yerini bilirmi?

Beləliklə, daha bir şikayət. Diqqətlə oxuyun və nəticə çıxarın:

Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevə!

Cənab Sahil Babayev!

Məlum edim ki, mən Qasımlı Aslan Murtuz oğlu, 2021-ci ilin yanvar ayında, təqaüddə olduğum müddətdə işlədiyim altı (6) illik iş stajımın sənədlərini DSMF-nun Nəsimi rayon Xidmət Nümayəndəliyinə təqdim etmişdim.

Orada mənə dedilər ki, ilk növbədə Vətən müharibəsi iştirakçılarının sənədlərinə baxdığımıza görə pensiyanıza əlavə olunacaq məbləği siz yalnız 2-3 aydan sonra alacaqsınız. Razılaşdım. Üç aydan sonra sənədlərimin aqibəti ilə maraqlanmaq üçün aprel ayında DSMF-nun Nəsimi rayon Xidmət Nümayəndəliyinə gəldim. Orada dedilər ki, mən vaxtilə təqaüdə çıxanda sənədlərimi gec təqdim etdiyim üçün altı illik iş stajım 2021-ci ilin mart ayından hesablanacaq. Mən onlara bildirdim ki, necə ola bilir ki, 2015-ci il yanvar ayında təqaüd yaşım çatsın, sənədlərimi sizə yalnız bir neçə aydan sonra təqdim edim. Onlar mənə qulaq asmaq belə istəmədilər.

Yalnız onu bildirdilər ki, yenidən sənədlərimi hazırlayım, gətirim mart ayından hesablasınlar. Mən onlara sənədlərimi bir dəfə verdiyimi xatırlatdım, lakin həmin sənədlərin arxivə göndərildiyini bildirdilər. Mən məcbur olub yenidən sənədlərimi hazırlayıb, DSMF-nun Nəsimi rayon Xidmət Nümayəndəliyinə təqdim etdim. Düşündüm ki, indi mənim sənədlərimə belə biganə yanaşdıqarındandır ki, altı il bundan əvvəl də vaxtında verdiyim sənədlər bir neçə ay sonraya hesablayıblar. Nə isə.

Sənədləri ikinci dəfə hazırlayıb təqdim edəndə dedilər ki, sənin sənədlərin mart ayından hesablanacaq. Mən onlardan dəfələrlə nə vaxtdan hesablanacağını sorduqda eyni cavabı aldım. Mən yazıq nə bilim ki, onlar dediklərinə naxələf adamdılar. Mən də sadəlövcəsinə onlara inandım.

Mənə bir neçə vaxtdan sonra SMS gəldi ki, pensiyam may ayından hesablanıb. Etirazımı telefon vasitəsi ilə bildirdim. Heç bir nəticə vermədi. Nazirliklə əlaqə saxladım. Onlar sistemə baxıb mənim doğru olduğumu bildirdilər. Nazirlik əməkdaşlarının müdaxiləsinə baxmayaraq pensiyama əlavə yalnız iyun ayından ödənildi. Lakin mart, aprel, may aylarının əlavəsini indiyə qədər ala bilmirəm. Mən dəfələrlə DSMF-nun Nəsimi rayon Xidmət Nümayəndəliyi ilə əlaqə saxlamağa çalışdımsa bir nəticə vermədi. Ya telefona cavab vermirdilər, yaxud da ki, 40-41-dərəcə istidə ürəkdən açıq əməliyyat olunmuş, may ayında əlavə olaraq ürəyə “stend” qoyulmuş, 70 yaşlı bir vətəndaşı nümayəndəliyə çağırmaqda məqsəd nə idi? Bəlkə də gedərdim, lakin əmin idim ki, pəncərədən boylanıb məni başlarından uzaqlaşdıracaqdılar. Çünki mən orada dəfələrlə belə hadisələrə rast gəlmişəm. Onlara müraciət edənlər isə gəlməklərinə peşiman olub, geri qayıdırdılar. Şikayətimizi deməyə bir məsul şəxs tapılmırdı. Onlara rəislə görüşmək istədiyimi bildirəndə, ya deyirlər məzuniyyətdədir, ya gəlməyib, bilmirik nə vaxt gələcək. Telefon nömrəsini istəyəndə “bilmirik” deyə cavab verirdilər. Nəhayət, sizin nazirliyin əməkdaşlarının köməkliyi ilə idarənin rəisi İlham Hüseynov məni qəbul etməyə razılıq verdi.

DSMF-nun Nəsimi rayon Xidmət Nümayəndəliyinə gəlib rəislə görüşəcəyimi bildirdim. Uzun, cansıxıcı suallardan sonra rəis məni qəbul etdi.

Görüşdə ilk sualım belə oldu: Nə səbəbdən iyirmi gün bundan öncə məktubuma cavab verilməyib?. O da tez katibəsini yanına çağırdı. Onu danlayandan sonra operativliyini nümayiş etdirməkdən ötrü katibəyə “ərizəni yaz, işdən azad olursan”-dedi.

Bir qədər gözlədikdən sonra idarənin iki nəfər əməkdaşı əllərində qovluq kabinetə daxil oldu. Xanım əməkdaş əyləşib, sənədlərimə baxaraq “Biz Aslan Qasımlının bütün müraciətlərinə baxıb cavab vermişik”- dedi...

Mən ondan ilk dəfə nə vaxt müraciət etdiyimi sordum. Müsbət cavab alandan sonra dedim. Nə səbəbdən mənə “üç aydan sonra pensiyanızı alacaqsınız” bildirirsiniz, lakin dediyinizə əməl etməmisiniz. Əgər doğrudan da mənim sənədləruimdə çatışmamazlıqlar var idisə, nə üçün SMS vasitəsi ilə bildirməmisiniz??? Mən əgər sənədlərimlə 5 ay sonra maraqlansaydım, o zaman mənim pensiyama əlavə avqust və ya sentyabr ayındanmı hesablanacaqdı?

Cənab Nazir!

Artıq bu get-gəllər məni yorub. DSMF-nun Nəsimi rayon Xidmət Nümayəndəliyinin mənə olan münasibətinin nəticəsi idi ki, əsəbdən may ayında ürəyimdə əməliyyat olundum. Budurmu onların yaşlı nəslə münasibətləri. Ümid edirəm ki, haqq yerini tapacaq, DSMF-nun Nəsimi rayon Xidmət Nümayəndəliyi barədə əməli tədbir görüləcək.

Aslan Kənan, AYB və AJİ-nın üzvü

- Bəs vətəndaşları belə get-gəllərlə bezdirməkdə məqsəd nədir?

- Sosial Ödənişlərin Mərkəzi Təyinatı İdarəsi və onun rəisi Anar Mirzəyevi necə tapmaq olar?

- Niyə Respublika əhəmiyyətli bu idarənin əlaqə vasitəsi-telefonu, elektron poçtu, ünvanı və s. məxfi saxlanılır???

- Niyə...

(Davamı var)

“Təzadlar”ın Araşdırma Qrupu










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır - KİV
Bu gün, 06:38
Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - İTTİHAM VAR...
Bu gün, 06:31
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır... - Taleh Bəşirovdan yüzlərlə ailə üçün sürgün planı...
Bu gün, 06:22
Kürd Fəhlə Partiyası adını dəyişib başqa təşkilat adı altında terroru davam etdirə bilər - GÖZLƏNTİ
Bu gün, 06:12
“Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir” - ONA GÖRƏ DƏ...
Bu gün, 06:10
Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? - BU NƏDİ BELƏ?
Bu gün, 06:04
Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR - Özləri dandılar, amma təsdiq edəsi də deyildilər...
Bu gün, 06:01
Arslan Hacıyevi kim belə himayə edir ki... - İLGİNC İDDİALAR
Bu gün, 05:56
Partiya sədri DTX-yə çağırış etdi - VİDEO
Bu gün, 05:46
Trampın ad günündə Vaşinqtonda hərbi parad olacaq
Bu gün, 05:44
"Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... - Cəzası nə olacaq?
Bu gün, 00:42
Rejimi “Traktor”un qabağına vermək... - Tehran niyə təşvişə düşüb?
Bu gün, 00:38
Paşa Texnikin həyatı film olur
Bu gün, 00:33
Rusiya Həsənovu niyə axtarır? – Azərbaycanda diqqətçəkən olaylar
Bu gün, 00:31
“Georgi lenti” türk ordusuna qarşı təsis edilib - İLGİNC FAKT
Bu gün, 00:24
Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır - ZARAFAT DEYİLMİŞ
Bu gün, 00:21
Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub - SİYAHI
Bu gün, 00:18
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər
Dünən, 22:17
Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
Dünən, 22:13
Hüseyn axtarışa verilməsindən danışdı - "Hər şey o qədər də dramatik deyil..."
Dünən, 22:11
16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:02
Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? - AKTUAL
Dünən, 20:56
İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur - FOTO
Dünən, 20:03
Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib - TASS
Dünən, 19:57
Obyektlərin qiyməti niyə "cib yandırır"? - AKTUAL
Dünən, 19:02
Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Azərbaycanın şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Dünən, 18:58
Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: SAKİNLƏR NARAZIDIRLAR
Dünən, 18:17
"Suriyalı həmkarımla görüş əla keçdi" - Tramp
Dünən, 18:10
“Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” - deputat
Dünən, 18:06
Neft təhlükəli həddə ucuzlaşır: - Azərbaycanda riskli vəziyyət yarana bilər
Dünən, 18:04
Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək - Cəmi bir namizəd var
Dünən, 18:01
Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender - LƏĞV OLUNDU
Dünən, 17:53
Mərkəzi Bankın proqnozu özünü doğrultmadı – Nə baş verəcək?
Dünən, 17:51
Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI - AÇIQLAMA
Dünən, 17:41
Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” - QALMAQAL
Dünən, 17:36
Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: - “Tanıyıram, seçicimdir, amma…”
Dünən, 17:32
Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi - İLGİNC
Dünən, 17:25
“Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” - Faiq Sucəddinov
Dünən, 17:21
İbrahim sazişləri Cənubi Qafqazda: - Sülh üçün şans, yoxsa riskli eksperiment?
Dünən, 17:19
"Bir də ayılır ki, konsert bitib"
Dünən, 17:12
Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib - TƏFƏRRÜAT
Dünən, 17:05
308 saylı məktəbdə BAZAR AÇIBLAR? - RƏSMİLƏR TƏKZİB EDİR
Dünən, 17:02
Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? - VİDEO
Dünən, 17:00
Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
Dünən, 16:57
Türkiyə generalları Bakıda nəyi müzakirə edir? - MÜHÜM
Dünən, 16:49
Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - NƏ DƏYİŞDİ Kİ?
Dünən, 16:43
Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur - 65 MİLYONLUQ TENDERLƏR UDULDU
Dünən, 16:34
“Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:30
Ukraynada döyüşən azərbaycanlı muzdlu HƏBS EDİLDİ
Dünən, 16:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru