Bir tərəfdə böyüklər mərc gəlir, digər tərəfdə uşaqlar dərs alır... - “Misli” görünməmiş "oyun"
Tarix: 8-08-2023, 01:01 | Çap et
 Bakı şəhəri Xətai rayonu Məzahir Rüstəmov küçəsində fəaliyyət göstərən məşhur mərc oyunları operatoru Azərbaycan qanunlarını pozur.
DİA.AZ teleqraf.com-a istinadla xəbər verir ki, söhbət adının qarşısında “qanuni” yazılsa da, qanunsuz fəaliyyətlə məşğul olan idman mərc oyunları operatoru “Misli”dən gedir.
Ərazidə həm 25 saylı tam orta məktəblə, həm də Humanitar fənlər təmayüllü məktəb-liseylə yanaşı fəaliyyət göstərən “Misli” məntəqəsi qanunları pozduğundan özü də xəbərdardır.
“Təhsil haqqında” Qanunun 11.5. maddəsinə deyilir: “Yetkinlik yaşına çatmayanlara mənəvi və fiziki baxımdan zərərli təsir göstərə bilən reklam məktəbəqədər və ümumi təhsil müəssisələrinin ərazilərindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məsafədən yaxın yerləşdirilə bilməz. İdman mərc oyunlarının, lotereyaların açıq məkanda reklamı uşaq və təhsil müəssisələrindən azı 100 metr kənarda olan reklam daşıyıcılarında yerləşdirilir”.
Sözügedən ünvanda apardığımız müşahidə zamanı obyektin əvvəlcə öz adı ilə fəaliyyət göstərdiyi görülür. Məktəbə kifayət qədər yaxın məsafədə yerləşməsi, görünür, məntəqə sahibini də narahat edib və o, iz azdırırmış kimi obyektin üzərindən adını çıxarıb loqosuz fəaliyyət göstərməklə məsuliyyətdən yaxa qurtarmağa çalışıb. Bu zaman da "Reklam haqqında" qanunun tələblərini pozulub.
Qanunun "Gizli reklam" bölümündən deyilir:
8.1. Reklam istehlakçısının şüuruna təsir göstərməklə, diqqətini reklam obyektinə cəlb etmək üçün reklam daşıyıcılarında reklam qismində təqdim edilmədən, “reklam”, yaxud “reklam hüququ əsasında” qeydi olmadan verilən məlumat gizli reklamdır.8.2. Gizli reklama yol verilmir.
Qəribədir ki, orta məktəb müəssisələrinin yaxınlığında 1276 nömrəli “Misli” məntəqəsinin fəaliyyət göstərməsi aidiyyəti qurumların da diqqətindən kənarda qalıb.
Məlumat üçün bildirək ki, “Misli” məntəqəsi açmaq üçün seçilmiş ərazi əvvəlcə operatorla razılaşdırılmalıdır. Məntəqə sayı çox olan ərazilərə, eləcə də mövsümlə əlaqəli olaraq gediş-gəlişin artdığı bölgələrə limit ayrılmır. Buna görə də, Bakı şəhərində obyekt açmaq daha rahatdır, nəinki Sumqayıt və digər ərazilərdə...
Ərazi məsələsi həllini tapandan sonra məntəqə açmaq istəyən şəxs minimum 30 kvadratmetrlik obyekt tapmalıdır. Bəzən şəhər mərkəzində, metro çıxışlarında bu şərtə əməl etmədən də işləmək olur. Belə ki, əhalinin sıx toplaşdığı yerlərdə 20 kvadratmetr yerdə də işləməyə icazə verilir.
Fəaliyyət göstərən məntəqə bağçaya, məktəbə minimum 100-150 metr uzaq məsafədə olmalıdır. Əks halda Dövlət Reklam Agentliyi obyektin üstünə reklam vurmağa icazə vermir. “Misli”nin şərtlərindən birinin məntəqələrin üzərində mütləq şəkildə reklam lövhəsinin olmasıdır. Buna baxmayaraq, sözügedən 1276 nömrəli məntəqə bu tələbi də pozub.
Bundan sonra tapılan obyektin interyeri operatorun təqdim etdiyi konsepsiyaya uyğun olaraq təmir olunmalıdır. Məntəqə avadanlıqlarla – televizor, kompüter, vinil, divar stulları və sair obyekti açanın şəxsi vəsaiti hesabına təchiz olunur. Şəhər ərazisində 30 kvadratmetrlik məntəqə təxminən 15-16 min manata başa gəlir. Bunun 6 min manatı depozit məbləğidir, qalanı isə təmir işləri üçün nəzərdə tutulur. Məntəqə nisbətən yaxşı vəziyyətdə olarsa, bu məbləğ ortalama 13 min manat civarında ola bilər. Bundan sonra obyektə şirkət tərəfindən lisenziya verilir.
Rəsmi şəkildə qeydiyyatdan keçdikdən sonra vergi mütləq şəkildə ödənilməlidir. Sahibkar hər üç aydan bir satışdan gələn gəlirin 4 faizi qədər vergi ödəməlidir.
Qeyd edək ki, faktın əsasını təkrar yoxlamaq üçün gizli fəaliyyət göstərən 1276 nömrəli “Misli” məntəqəsindən avqustun 8-də keçiriləcək oyuna bilet də almışıq. Şansımız gətirsə, 51 manat udacağıq...
VİDEO BURADA: https://ok.ru/video/6635896703603




|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Dodağını şişirdən müğənnilər xalqı məhv ediblər”
Dünən, 23:33 |
|
|
|
• Ermənistanda Azərbaycana qarşı terror aktlarına intensiv hazırlıq gedir - VİDEO
Dünən, 23:32 |
|
|
|
• Bakıda daha bir gizli Rusiya-Almaniya görüşü – Azərbaycan qlobal dialoqların yeni ünvanına çevrilir
Dünən, 23:27 |
|
|
|
• Hindistan iyulda Ermənistana “Akash” sistemlərinin ikinci partiyasını göndərəcək
Dünən, 23:24 |
|
|
|
• Rusiyanın Ukrayna ilə sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq - Ərdoğan
Dünən, 15:57 |
|
|
|
• Trampdan Azərbaycanla bağlı mühüm tapşırıq - AÇIQLAMA
Dünən, 15:52 |
|
|
|
• Paşinyanın gizli müqaviləsi - Hamilə, uşaq, qoca və əlillər üzərində ÖLÜM SINAĞI
Dünən, 15:00 |
|
|
|
• Paşinyan müharibədə məğlub olduğu üçün belə deyir - FAKT BUDUR!
Dünən, 14:57 |
|
|
|
• “Ramiz Fətəliyev və İhsan Nəcəfov nakişi hərəkət ediblər, Elmira Axundova isə…” - Əli Ömərov
Dünən, 14:52 |
|
|
|
• Dollara tələbat artır, rəsmilər susur: Örtülü bazar - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 11:52 |
|
|
|
• Putin üçün 22 bəndlik ÇIXIŞ YOLU - “NBC News”
Dünən, 11:49 |
|
|
|
• Xanım Qafarovanın anası dünyasını dəyişib
Dünən, 11:47 |
|
|
|
• "Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?" - ETİRAZ
Dünən, 11:44 |
|
|
|
• Paşinyan üçün 3 kritik ssenari cızıldı – Yaxın günlərdə…
Dünən, 11:42 |
|
|
|
• Xalq artistinin keçmiş həyat yoldaşı axtarışa verildi - TƏFƏRRÜAT
Dünən, 11:40 |
|
|
|
• Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər - Hər kəs göz yumub
Dünən, 11:38 |
|
|
|
• Tramp Kəşmir probleminin həllinə çalışacaq
Dünən, 09:24 |
|
|
|
• «Gold Residence»lə KİMSƏ BACARMIR? - NARAZILIQ VAR...
Dünən, 09:22 |
|
|
|
• “Elm ocağı hara, çayxana hara?!” - BU NƏDİ BELƏ?
Dünən, 09:10 |
|
|
|
• Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi - FOTO
Dünən, 09:01 |
|
|
|
• “Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” - deputat
Dünən, 08:58 |
|
|
|
• ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... - “Voll Strit Jurnal”
Dünən, 08:54 |
|
|
|
• Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək
Dünən, 06:15 |
|
|
|
• Pakistanda 150 uçuş reysi ləğv edildi
Dünən, 06:08 |
|
|
|
• "Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım"
Dünən, 02:48 |
|
|
|
• Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... - ARAŞDIRMA
Dünən, 02:45 |
|
|
|
• “Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün jurnalistə pul TƏKLİF EDİBMİŞ
Dünən, 02:43 |
|
|
|
• İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür - GƏLİŞMƏ
Dünən, 02:36 |
|
|
|
• İnformasiya “fırtınası” - AKTUAL
Dünən, 02:33 |
|
|
|
• "Hər bir sənət adamı buna fikir verməlidir"
Dünən, 02:30 |
|
|
|
• Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Dünən, 02:23 |
|
|
|
• "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
10-05-2025, 19:08 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
10-05-2025, 19:05 |
|
|
|
• Putin hesab edir ki... - GƏLİŞMƏ
10-05-2025, 16:20 |
|
|
|
• “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
10-05-2025, 16:16 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
10-05-2025, 15:51 |
|
|
|
• Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
10-05-2025, 15:38 |
|
|
|
• "Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
10-05-2025, 15:16 |
|
|
|
• Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
10-05-2025, 15:07 |
|
|
|
• Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
10-05-2025, 15:05 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
10-05-2025, 15:02 |
|
|
|
• Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
10-05-2025, 15:00 |
|
|
|
• Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
10-05-2025, 14:00 |
|
|
|
• "Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
10-05-2025, 13:58 |
|
|
|
• Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
10-05-2025, 13:30 |
|
|
|
• “Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
10-05-2025, 13:03 |
|
|
|
• “Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
10-05-2025, 13:02 |
|
|
|
• UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
10-05-2025, 12:58 |
|
|
|
• “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
10-05-2025, 12:52 |
|
|
|
• Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
10-05-2025, 12:43 |
|
|
|
|