"BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı .....                     Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları .....                     'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı .....                     "AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı .....                     Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” .....                     Həm sülhdən danışır, həm də atəşkəsi pozur: .....                     GÜNEY QAFQAZDA SÜLH... .....                     Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR .....                     Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... .....                     Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... .....                     "Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır" .....                     Vüsal Məmmədov işdən çıxarıldı .....                     Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... .....                     Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? .....                     Milli iqtisadiyyatımız çətin sınaq qarşısında .....                     Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır .....                     FHN-in qurumu 185 minlik Toyota seçdi! .....                     Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı .....                     Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir .....                     Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? .....                     "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... .....                     Müğənni Kəmalə Sərxana od püskürdü .....                     Azərbaycanda uşaq futboluna vurulan "badalaq": .....                     3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır .....                     Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək .....                     "Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu .....                     PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı .....                     DSMF sədrinə yeni müşavir təyin edildi .....                     Bəysiz toy edən müğənniyə SƏRT İRAD: .....                     Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu .....                     İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır .....                     "Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək .....                     Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi .....                     Dövlət qurumunun avtobusu qəzaya uğradı .....                     Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir .....                     Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb .....                     “Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR .....                     Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər .....                     Zaurla Günayın ATV-dən getməsi barədə .....                     Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: .....                 

Tək çıxış yolu Türk Millətçiliyidir - Əks halda vəhabilər bizi yeyəcək!
Tarix: 18-02-2014, 09:09 | Çap et
Tək çıxış yolu Türk Millətçiliyidir - Əks halda vəhabilər bizi yeyəcək!
DİA.AZ: - Son prezident seçkiləri ərəfəsində hakimiyyətin küncə sıxışdırılması barəsində təəssüratlar var idi. Yəni belə təqdim olunurdu ki, Azərbaycan iqtidarı Qərblə və Rusiya ilə eyni zamanda problemlər yaşayır. Buna misal olaraq isə uzun müddət Qərb tərəfindən dəstəklənən və Qərbin Azərbaycandakı dayağı kimi təqdim olunan Azərbaycanın siyasi müxalifətinin Rusiyanın nəzarəti altında olan Milli Şura layihəsində yer alması faktı göstərilirdi. Hətta bəzi ekspertlər daha da irəli gedərək artıq Qərblə Rusiyanın Azərbaycanla bağlı anlaşdığını və bu anlaşmanın Bakının siyasi rənginin dəyişməsi ilə yekunlaşacağını iddia edirdilər.

Lakin bunların heç biri baş vermədi. Qərblə Rusiyanın ortaq layihəsi kimi təqdim olunan Milli Şuranı Kreml yarıyolda qoydu. Putinin Bakı səfərinin ardından Rusiya ilə bütün problemlərini çözdüyü təəssüratını yaradan Azərbaycan iqtidarı Qərbin mühüm iqtisadi dairələri ilə olan münasibətlərinə arxayın olaraq bir-iki nöqtədən verilən sərt təpgiləri nəzərə almayaraq prezident seçkiləri prosesindən uğurla çıxmağa müvəffəq oldu.

Yəni Azərbaycanda hakimiyyət dəyişmədi. Amma hakimiyyətə olan münasibət çox ciddi dəyişikliyə uğradı. Yaranmış situasiyadan istifadə edən rəsmi Bakı üzərinə gələn ənənəvi müxalifət qüvvələrinin buraxdığı yanlışlıqlar fonunda hətta «millilik» kimi bir ünvana belə sahib oldu. Elə bu fakt yetərli idi ki, hətta ən demokratik şəraitdə belə Milli Şura və yaxud da buna bənzər bir çətir altında alternativlərin hər hansı çabası səmərəsizliyə uğrasın.

Bunun başlıca nədənini müxalifətin ənənəvi uğursuzluq sindromu ilə əlaqələndirənlər olsa da, əsas, həlledici olan daha bir məqam var idi. Bu da Rusiyanın Azərbaycandakı reputasiyasıdır. Kimsə üçün sirr deyil ki, azərbaycanlılar çörək dalınca Rusiyaya üz tutsalar belə, Rusiyanı hər zaman düşmən obrazında görüblər. bu düşmənçiliyin köksümüzə xəncər kimi saplanmış damğalarından biri əgər 20 Yanvar faciəsidirsə, digəri də ermənilərlə ortaq şəkildə həyata keçirilən Xocalı qətliamıdır. Təbii ki, son 20-30 illik tarix ərzində rusdan belə bir zərbə almış bir millətin Moskva yandaşı olacağı imkansızdır. Necə ki, əraziləri rus bombardmançı təyyarələrinin hədəfinə çevrilən gürcülərin Kremlə səmimi xoş münasibətləri imkansızdır, eləcə də Azərbaycan türklərinin Rusiyaya sıcaq bğaxması qeyri-mümkündür.

Elə bu faktor yetərli oldu ki, lideri Moskvada oturub, serial çəkən Milli Şura layihəsi başından iflasa uğrasın. Və bir daha qeyd edirik ki, proseslər hakimiyyətin xeyrinə təkcə ona görə işləmədi ki, rəsmi Bakının siyasi rəngi dəyişməz olaraq qaldı, həm də hakimiyyət dünənə qədər üzərinə gələn qüvvələrin «vətən, millət» kimi şüarlarını də əlindən alaraq, rəqiblərini ideoloji baxımdan da tərkisilah edilmiş vəziyyətə saldı. Yəni indi artıq Azərbaycanda ideologiyaların deyil, faktiki olaraq siyasi qrupların hakimiyyət uğrunda mübarizəsi gedir.

Bunun yetərincə sübutları var. Kimsə iddia edə bilməz ki, nə İsa Qəmbərin başçılığı altında olan Müsavat Partiyası, nə də Əli Kərimlinin rəhbərlik etdiyi AXCP Qarabağ cəbhəsində indiki hakimiyyətin əldə etdiklərindən artığına nail ola bilər. Hər halda, bu gün bizləri bir millət olaraq daha çox narahat edən Qarabağ probleminin həllinin hansı ünvanda olduğunu hər kəs gözəl bildiyindən, məlum itiyimizlə bağlı siyasi rəng dəyişikliyi şəraitində daha yaxşı nəyəsə nail olacağımıza ümid edə bilmirik.

Yəni bu gün əslində siyasi qruplar sosial xarakterli şüarlarla bir-birilərini yenməyə çalışaraq Azərbaycanda hakimiyyət uğrunda mübarizə görüntüsünü formalaşdırmaqdadırlar. Halbuki normalda, əslində Azərbaycanın ehtiyacında olduğu ideyalar, ideologiyalardır. Bu baxımdan həm iqtidar və həm də müxalifət açıq şəkildə bu gün təhlükə kimi gördüyümüz dini zəminli qruplaşmalara uduzur. Elə buna görə də, bu gün asanlıqla insanlar hansısa dini cərəyanın ətrafında qısa müddətə təşkilatlana bilir. Çünki alternativ ideyalar mövcud deyil. İllər uzunu eyni simaların siyasi mübarizəsi Azərbaycanda ideologiyalaşmanı darmadağın etdiyindən vəhabilik, nurçuluq kimi təriqətlər gündə bir deyil, 100 vətəndaşımızı oğurlayacaq qədərində qüdrət sahibinə çevriliblər.

Bu gün Suriyada savaşda ölən oğullarımızı Azərbaycan bayrağına sarıyıb dəfn edə bilmiriksə, günahı özümüzdə axtarmalıyıq. İllərdir bu ölkədə türk kimliyi yasaqlanıb. Bu məmləkətin superetnosunun təbii haqqları TƏHLÜKƏ kimi təqdim olunub. İnsanların Türk Millətçiliyi ideologiyasına sarılması vahiməli bir hadisə olaraq anladılıb.

Nəticəsi də belə olmalı idi…

Təbii ki, gec deyil və bu gün Azərbaycan insanlarının rahatlıqla öz milli kimliklərinə söykənən, istinad edən yöndə təşkilatlanmasına demirik ki, şərait yaradılmalıdır, ən azından maneçilik törədilməməlidir. Əgər bu qadağalar - hərgah qadağalar qeyri-rəsmi mahiyyət daşısa belə - aradan qalxarsa, vətəni və milləti uğrunda canını fəda edənlərin səfərbər olmuş ordusu qarşısında kiminsə əlinə taxta alıb təhsil nazirliyinin qapılarını döyəcləməsi mümkün olmaz, kiminsə də saqqalını uzadıb, millət oğullarını oğurlayaraq cəhənnəm yoluna daşımasına imkanı olmaz.

Bəli, hələlik, gec deyil…

Azər - DİA.AZ










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 00:49
Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları - İstehlakçılar necə aldadılır?
Bu gün, 00:47
'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
Bu gün, 00:36
"AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı
Bu gün, 00:28
Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” - NƏ BAŞ VERİR?
Bu gün, 00:26
Həm sülhdən danışır, həm də atəşkəsi pozur: - Deputat İrəvanın ikibaşlı oyununun məqsədini AÇIQLADI
Bu gün, 00:23
GÜNEY QAFQAZDA SÜLH... NƏ QƏDƏR REALDIR?
Bu gün, 00:20
Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR - "...növbəti test götürüləcək"
Bu gün, 00:18
Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... - Yaxın aylarda vəziyyət getdikcə daha da gərginləşəcək
Bu gün, 00:15
Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... – Qopması çətin bağlar
Bu gün, 00:12
"Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır"
Bu gün, 00:08
Vüsal Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:05
Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... - SENSASİON İDDİA
Bu gün, 00:03
Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Dünən, 19:10
Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Dünən, 19:05
Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Dünən, 19:00
FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
Dünən, 18:58
Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Dünən, 18:12
Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Dünən, 18:09
Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? - “Regnum”
Dünən, 18:05
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 18:03
Müğənni Kəmalə Sərxana od püskürdü
Dünən, 18:00
Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Dünən, 17:53
3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Dünən, 17:49
Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək - ÇÜNKİ...
Dünən, 17:48
"Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
Dünən, 17:44
PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
Dünən, 17:40
DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Dünən, 17:35
Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Dünən, 17:33
Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Dünən, 17:32
İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Dünən, 17:30
"Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 17:27
Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Dünən, 17:26
Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Dünən, 17:24
Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir - PROSES DAVAM EDİR
Dünən, 17:22
Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Dünən, 17:19
“Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Dünən, 17:14
Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Dünən, 17:07
Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Dünən, 17:05
Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Dünən, 17:00
“Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” - İLGİNC DETALLAR
Dünən, 16:59
Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: - Oğlan övladlarınızı sünnət etdirməyin, İslamda yoxdur
Dünən, 16:58
Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA
Dünən, 15:42
Biz istəyirik ki, hər kəs əfv olunsun - Novella Cəfəroğlu
Dünən, 15:39
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 15:37
Elşad Miridən şok açıqlama: - Bürclərə inananlar zavallıdır
Dünən, 15:36
AHİK-lə bağlı İLGİNC İDDİALAR - Turniketlər axşam saatlarında niyə söndürülür?
Dünən, 15:31
Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? – Sabah…
Dünən, 15:26
Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib - Fransadan etiraf
Dünən, 15:25
“Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb
Dünən, 15:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru