Bərdə icra başçısına qarşı böyük yeyinti ittihamı - Odundan da pul çıxarırlar
Tarix: 22-05-2014, 13:36 | Çap et
 Bərdə rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri İlyas Hacıyev hər il büdcədən külli miqdarda vəsaiti necə silib evinə daşıyır.
Hər il dövlət büdcəsindən Bərdə rayonunun kəndlərində adı olub özü olmayan və buna baxmayaraq sənədlərdə davamlı olaraq bərdəlilərə «mədəniyyət» bəxş edən klub, dərnək və kitabxanaların «fəaliyyəti» üçün külli miqdarda vəsait ayrılır. Bunlara həmin klub və kitabxanaların cari təmiri, qış aylarında klub və kitabxanaların qızdırılması, dəftərxana və mətbəə xərcləri, olmayan işçilərin maaşları və olmayan dərnəklərin, həmçinin klub və kitabxanaların zəruri avadanlıqlarla təmin olunması aiddir. Elə Bərdə Mədəniyyət və Turizm Şöbəsinin elan etdiyi tenderlərə nəzər saldıqda mənimsəmələrin və korrupsiyanın miqyası özü-özünə görünür.
Bərdə rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri İlyas Hacıyevin həyata keçirdiyi maliyyə maxinasiyaları və böyük korrupsiya əməlləri ilə ilə bağlı PİA.AZ-a növbəti ilginc informasiya daxil olub.
Məluamt göndərən mənbə bildirir ki, şöbə müdiri İlyas Hacıyevin vəsait silmə maxinasiyalarından biridə rayon Mədəniyyət və Turizm şöbəsinin nəzdindəki olmayan mədəniyyət evləri, kitabxanalar və klublar üçün qış ayında alınan odun yanacağ məhsuludur. Belə ki, İlyas Hacıyev hər il mədəniyyət evlərinin, kitabxanalrın qızdırılması üçün odun yanacağının alınması üçün dövlət büdcəsindən nə az nədə çox düz 80 min manata yaxın vəsait alır. Bildirilir ki, sənədlərdə rayon mərkəzində yerləşən mədəniyyət obyektlərinin də odunla qızdırıldığı göstərilir.
Məlumatda qeyd olunur ki, şöbə müdiri bu qədər odunu kənd mədəniyyət evlərinin, kitabxanalrın adına sənədləşdirərək silir. Çünki İlyas Hacıyevin 80 min manatlıq odununa Bərdə rayon Mədəniyyət və Turizm şöbəsinin nəzdindəki bütün binaları qış ayından yay ayına kimi qızdırmaq olar. Ancaq təssüflər olsun ki, şöbə müdirinin odunları çox tez yanıb külə dönür… Əslində isə qış aylvarında klub və kitabxanalarda «kül olan» 80 min manat İlyas Hacıyevin evində və obyektlərində «ikinci baharını» yaşayır və dövlətin ayırdığı bu vəsait şöbə müdirin çiçəklənən sərvətinə sərvət qatır.
Daxil olan məlumata əsasən İlyas Hacıyev rayon Meşə Mühafizəsi və Bərpası İdarəsinin direktoru ilə əlbir olaraq ötən il saxta sənədlər əsasında külli miqdarda odunun alınmasını sənədləşdirib. Əldə olunan razılığa əsasən Bərdə rayon Meşə Mühafizəsi və Bərpası İdarəsinin direktoru saxta sənədlərə imza atdığı üçün 10 min manat alıb. Vəsaitin yerdə qalan hissəsi, yəni 70 min manat dövlət vəsaiti isə İlyas Hacıyevin və Bərdə rayon icra hakimyyətinin başçısı Vidadi İsayevin sərvətinə sərvət qatıb.
Qeyd edək ki, bu Bərdənin icra başçısı Vidadi İsayevin yeganə odun maxinasiyası deyil. İcra başçısı hər il icra nümayəndəliklərinə, məktəblərə, uşaq baxçalarına və müxtəlif büdcə təşkilatlarına minlərlə kubmetr odun yanacağı «alır» və bu alışverişdən hər il yüz minlərlə manat dövlətin kassasından çıxararaq öz cibinə qoyur. Onu da qeyd edə ki, son bir neçə ildə alınan odunları nəzərə alarsaq, Bərdə rayon Meşə Mühafizəsi və Bərpası İdarəsinin balansında bir metrdə meşə zolağı qalmamalıydı.
Bundan başqa PİA.AZ-a daxil olan məlumatda bildirilir ki, ötən il Bərdə Mədəniyyət və Turizm şöbəsinin müdiri İlyas Hacıyev olmayan klub və kitabxanalar üçün 110 min manatlıq dəftəraxan ləvazimatları alıb. Bizdə Bərdə mədəniyyət işçilərinin kütləvi şəkildə «Pika» xəstəliyinə (kağız yemək xəstəliyi) tutulması ilə bağlı heç bir məlumat yoxdur, amma ən azından Səhiyyə Nazirliyi Bərdədə monitorinq keçirmlidir. Çünki bu 110 min manatlıq kağızın hara sərf olunması maraq doğurur. Hər halda İlyas Hacıyev olmayan klub və kitabxanaların fəaliyyətini göstərmək üçün tərtib etdiyi saxta sənədlər üçün 110 min manat dəftərxana ləvazimatı sərf etdiyini iddia edə bilməz.
Apardığımız araşdırma zamanı isə məlum oldu ki, İlyas Hacıyev 2014-cü ili üçün yenədə rəhbərlik etdiyi Mədəniyyət və Turizm şöbəsinə dəftərxana ləvazimatları alınması üçün 125 min manat vəsait ayırtdıra bilib. Bu isə o anlama gəlir ki, Şöbə müdiri icra başçısına arxalanaraq hər il dəftərxana və odun yanacağı adı altında dövlətdən 200 min manata yaxın vəsait oğurlayır.
Onu da qeyd edək ki, bütün bu dəftərxana və odun maxinasiyaları demək olar ki, istisnasız bütün rayonlarda baş verir və büdcə təşkilatlarının vasitəsi ilə hər il dövlət büdcəsindən milyonlarla manat vəsait mənimsənilir. Halbuki lazım olan dəftərxana və odun yanacağını büdcə təşkilatlarının rəhbərləri öz vəsaitləri hesabına alırlar.
Yazıda adı keçən qurumların və vəzifəli şəxslərin mövqeyini dərc etməyə hazırıq…


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Saleh Səmədov rəisi söydüyünə görə həbs edilib - Şok təfərrüat
Bu gün, 13:12 |
|
|
|
• “Bədənimi direllə deşib, burnumu, barmağımı sındırıb” - Qətlin açdığı dəhşətli FAKTLAR
Bu gün, 13:10 |
|
|
|
• Trend İnformasiya Agentliyinin yayılan dezinformasiya ilə bağlı bəyanatı - DİQQƏT!
Bu gün, 11:42 |
|
|
|
• “Paşinyanı iqtidarda Bakı, London və Təl-Əviv saxlayır” iddiası - RƏYLƏR...
Bu gün, 11:01 |
|
|
|
• “Oqtaydan sonra heç yerə getmirəm, itirdiyimi elə itirmişəm ki...”
Bu gün, 10:47 |
|
|
|
• İtaliya səfiri Eldar Əzizovla Neapolla qardaşlaşma əlaqələrinin gücləndirilməsini müzakirə edib - FOTO
Bu gün, 10:44 |
|
|
|
• İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... - İLGİNC FAKTLAR...
Bu gün, 10:41 |
|
|
|
• Məmurun evindən 244 minlik qızıl oğurlayan xadimənin cinayət işi: həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:36 |
|
|
|
• Xarici aviasiya şirkəti Azərbaycan bazarını tərk edir
Bu gün, 10:33 |
|
|
|
• "Gülnar Səfərəliyevadan heç bir ədalət gözləmirəm" - Naxçıvan təhsilində QALMAQAL
Bu gün, 10:31 |
|
|
|
• 5000 manat maaş alıram, necə qənaət edim? - Səyyad Aran GİLEYLƏNİR
Bu gün, 10:25 |
|
|
|
• PKK silahı yerə qoyur... TƏSLİM OLMUR! - BU, AYRI-AYRI ŞEYLƏRDİR...
Bu gün, 10:22 |
|
|
|
• Paşinyan komandasına xəbərdarlıq etdi: - Sürprizlərə hazır olun
Bu gün, 10:19 |
|
|
|
• Şəmkirin icra başçısından NAZİRƏ QARŞI SAYĞISIZLIQ... - "Bunlar nə vaxt düzələcək?.."
Bu gün, 10:09 |
|
|
|
• Şirkətlər qrupunda yeni ASC yaradılıb
Bu gün, 10:01 |
|
|
|
• "Azərtəkrarqarametal" ASC-nin səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:59 |
|
|
|
• 38 yaşlı sabiq məmur həbsxanada öldü
Bu gün, 09:49 |
|
|
|
• Naxçıvanda özünü vəzifəli şəxs kimi tanıdaraq dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 09:46 |
|
|
|
• Naxçıvanda NÖVBƏTİ BÜDCƏ TALANI... - fermerləri YENƏ ALDADIRLAR...
Bu gün, 09:44 |
|
|
|
• İki rayonun icra başçısı dəyişdiriləcək: Birinin həbsi belə aktualdır... - İLGİNC İDDİALAR
Bu gün, 09:31 |
|
|
|
• “Pulum olsaydı “Bəxt üzüyü” filmində atamın sürdüyü maşını alardım” - FOTO
Bu gün, 09:21 |
|
|
|
• Bakı məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinə 2.5 milyon xərclənəcək – İşləri 200 manatlıq şirkət görəcək
Bu gün, 09:19 |
|
|
|
• Əmək mübahisələri ilə bağlı mühüm məqamlar... - Ekspert danışır...
Bu gün, 09:16 |
|
|
|
• Mərkəzi Bankın proqnozu özünü doğrultmadı: 19 aydan sonra... - ARAŞDIRMA
Bu gün, 09:08 |
|
|
|
• TARİXİ BAKI... HƏDƏFDİRMİ? - AKTUAL
Bu gün, 09:01 |
|
|
|
• Azərbaycanda ilk qiyabi icraat üzrə məhkəmə başladı - DETALLAR
Bu gün, 08:58 |
|
|
|
• Rusiyanın “5-ci kolon”la bağlı qərarının İmişlidə əks-sədası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:57 |
|
|
|
• Federasiyanın sabiq vitse-prezidentinə dələduzluq maddələri ilə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 08:55 |
|
|
|
• Hərbi təlimlərdə atılan güllələr bu dəfə kanalizasiya xəttini HƏDƏFƏ ALDI – FOTO/GİLEY
Bu gün, 08:47 |
|
|
|
• “Teatr bağlanandan sonra işsiz qaldım, sənət dostlarımdan uzaqlaşmışam” - Efirlərdən uzaq düşən sənətkar
Bu gün, 08:42 |
|
|
|
• "Yelo Bank" ASC səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 08:41 |
|
|
|
• "Artıq pul xərcləmir, ölkələrdən pul, sərvət qoparır, təsirini oralarda gücləndirir" - ABŞ YÖN DƏYİŞDİRİB...
Bu gün, 08:39 |
|
|
|
• “Mədəniyyət Naziri məni qəbul etmir, ondan soruşmaq istəyirəm ki...” - ETİRAZ VAR...
Bu gün, 08:33 |
|
|
|
• “Rabitə Tikinti”yə yeni rəhbər təyin ediləcək
Bu gün, 08:26 |
|
|
|
• Düşmən silahlanır: amma tətiyi çəkəcək əsgər qıtlığı var... - Özləri etiraf edir ki...
Bu gün, 08:23 |
|
|
|
• “Bütün oyunları Ərdoğan oynayır” - Yunan mətbuatı təriflər yağdırdı
Bu gün, 07:24 |
|
|
|
• Ukrayna ordusu bəzi istiqamətlərdə Rusiyanı sıxışdırdı - KİV
Bu gün, 07:22 |
|
|
|
• DSX-nin ŞÜBHƏLİ TENDER ORTAĞI - TƏFƏRRÜAT
Bu gün, 07:21 |
|
|
|
• "Əli Kərimli Tofiq Yaqublunun ölməsini istəyirdi" - ŞOK İTTİHAM
Bu gün, 07:19 |
|
|
|
• Rusiyaya ciddi itkilər veririk, 640 minlik ordu... - Sırski
Bu gün, 07:17 |
|
|
|
• Paşinyan İTV-yə hansı önəmli məqamları açıqladı? – DETALLAR
Bu gün, 07:15 |
|
|
|
• Dövlətin yardımı PULLA SATILIR - NARAZILIQ VAR...
Bu gün, 01:17 |
|
|
|
• "Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" - AMMA İNDİ...
Bu gün, 01:02 |
|
|
|
• "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
Bu gün, 00:58 |
|
|
|
• AHİK-lə bağlı İLGİNC İDDİALAR – Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 00:53 |
|
|
|
• "BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 00:49 |
|
|
|
• Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları - İstehlakçılar necə aldadılır?
Bu gün, 00:47 |
|
|
|
• 'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
Bu gün, 00:36 |
|
|
|
• "AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı
Bu gün, 00:28 |
|
|
|
• Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” - NƏ BAŞ VERİR?
Bu gün, 00:26 |
|
|
|
|