Trend İnformasiya Agentliyinin yayılan dezinformasiya ilə bağlı bəyanatı .....                     “Paşinyanı iqtidarda Bakı, London və Təl-Əviv saxlayır” iddiası .....                     “Oqtaydan sonra heç yerə getmirəm, itirdiyimi elə itirmişəm ki...” .....                     İtaliya səfiri Eldar Əzizovla Neapolla qardaşlaşma əlaqələrinin gücləndirilməsini müzakirə edib .....                     İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... .....                     Məmurun evindən 244 minlik qızıl oğurlayan xadimənin cinayət işi: həbs edildi .....                     Xarici aviasiya şirkəti Azərbaycan bazarını tərk edir .....                     "Gülnar Səfərəliyevadan heç bir ədalət gözləmirəm" .....                     5000 manat maaş alıram, necə qənaət edim? .....                     PKK silahı yerə qoyur... TƏSLİM OLMUR! .....                     Paşinyan komandasına xəbərdarlıq etdi: .....                     Şəmkirin icra başçısından NAZİRƏ QARŞI SAYĞISIZLIQ... .....                     Şirkətlər qrupunda yeni ASC yaradılıb .....                     "Azərtəkrarqarametal" ASC-nin səhmdarlarının toplantısı keçiriləcək .....                     38 yaşlı sabiq məmur həbsxanada öldü .....                     Naxçıvanda özünü vəzifəli şəxs kimi tanıdaraq dələduzluq edən şəxs saxlanılıb .....                     Naxçıvanda NÖVBƏTİ BÜDCƏ TALANI... .....                     İki rayonun icra başçısı dəyişdiriləcək: Birinin həbsi belə aktualdır... .....                     “Pulum olsaydı “Bəxt üzüyü” filmində atamın sürdüyü maşını alardım” .....                     Bakı məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinə 2.5 milyon xərclənəcək .....                     Əmək mübahisələri ilə bağlı mühüm məqamlar... .....                     Mərkəzi Bankın proqnozu özünü doğrultmadı: 19 aydan sonra... .....                     TARİXİ BAKI... HƏDƏFDİRMİ? .....                     Azərbaycanda ilk qiyabi icraat üzrə məhkəmə başladı .....                     Rusiyanın “5-ci kolon”la bağlı qərarının İmişlidə əks-sədası .....                     Federasiyanın sabiq vitse-prezidentinə dələduzluq maddələri ilə cinayət işi açıldı .....                     Hərbi təlimlərdə atılan güllələr bu dəfə kanalizasiya xəttini HƏDƏFƏ ALDI .....                     “Teatr bağlanandan sonra işsiz qaldım, sənət dostlarımdan uzaqlaşmışam” .....                     "Yelo Bank" ASC səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Artıq pul xərcləmir, ölkələrdən pul, sərvət qoparır, təsirini oralarda gücləndirir" .....                     “Mədəniyyət Naziri məni qəbul etmir, ondan soruşmaq istəyirəm ki...” .....                     “Rabitə Tikinti”yə yeni rəhbər təyin ediləcək .....                     Düşmən silahlanır: amma tətiyi çəkəcək əsgər qıtlığı var... .....                     “Bütün oyunları Ərdoğan oynayır” .....                     Ukrayna ordusu bəzi istiqamətlərdə Rusiyanı sıxışdırdı .....                     DSX-nin ŞÜBHƏLİ TENDER ORTAĞI .....                     "Əli Kərimli Tofiq Yaqublunun ölməsini istəyirdi" .....                     Rusiyaya ciddi itkilər veririk, 640 minlik ordu... .....                     Paşinyan İTV-yə hansı önəmli məqamları açıqladı? .....                     Dövlətin yardımı PULLA SATILIR .....                 

Gəncə Dövlət Universitetindəki özbaşınalıqlardan narazılar prezidentə yenə müraciət etdilər – Başçı də əsəbiləşibmiş...
Tarix: 23-07-2014, 10:14 | Çap et
Gəncə Dövlət Universitetindəki özbaşınalıqlardan narazılar prezidentə yenə müraciət etdilər
DİA.AZ: - Gəncə Dövlət Universitetinin professor-muəllim heyəti adından prezident İlham Əliyevə və təhsil naziri Mikayıl Cabbarova müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a göndərilən müraciətin mətnində deyilir:

“Gəncə Dövlət Universitetinin müəllim və tələbə kollektivinin universitetdəki özbaşınalıqlarla bağlı, surəti möhtərəm Prezidentə göndərilmiş müraciətindən sonra, Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev də məsələyə münasibət bildirdi. Belə ki, Elmar Vəliyevin yarımillik hesabat yıgıncagında sərt tənqid olunacaqlarını bilən rektor Yusif Yusifov, prorektor Asif Cavadov iclasa gəlmədi. Məlumat üçün qeyd edək ki, icra hakimiyyətində işləyən yaxınları tərəfindən GDU rəhbərliyi Elmar Vəliyevin sərt tənqidi ilə üzləşəcəkləri barədə əvvəlcədən məlumatlandırılmışdılar. Yığıncaqda Elmar Vəliyev üzünü GDU-nun tədris işləri üzrə prorektoru Fəxrəddin Məmmədova tutaraq dedi:

"Mən başa düşə bilmirəm ki, GDU-da bu özbaşınalıqlar nə vaxta qədər davam edəcək? Yusif müəllim keçmiş rektor Yadigar Əliyevin atasına rəhmət oxutdurur. Mən saytlarda gedən yazını oxumuşam, bunlar hamısı həqiqətdir, orada yalan yazılmayıb. Bu biabırçılıqları aradan qaldırmağı tələb edirəm. Mən Asif Cavadovun prorektor təyin olunmasının əleyhinəydim. Bilirdim ki, Asif Cavadov tutduğu vəzifəyə yaraşmayan əməllərinə görə vəzifədən qovulmuşdu. Onun bu vəzifəyə layiq olmadıgına baxmayaraq, Yusif müəllim nədənsə xahiş edib, nazirə onu bu vəzifəyə təyin etdirdi. İndi isə həm rektordan, həm də universitetin digər rəhbər şəxslərindən böyük narazılıqlar var. Fəxrəddin müəllim, Sən orada mənim görən gözümsən. Mən tələb edirəm ki, bu anarxiyaya son qoyasız".

Hörmətli redaksiya, hal-hazırda universitet rəhbərliyi tərəfindən tələbələrin adından müxtəlif saytlara rəhbərliyi müdafiə edən, saytlardakı yazılanları təkzib edən saxta "zəhmətkeş məktubları" təşkil etdirilir. Rəhbərlik nöqsanları aradan qaldırmaq əvəzinə universitetdəki korrupsiya faktları ilə baglı müraciət edən professor- müəllim və tələbələrin ovuna çıxıb, bu müraciətdə şübhələndikləri şəxsləri sorğu-sual edib onlara təzyiq göstərir. Artıq universitetin professor-müəllim heyətinin, tələbələrinin müraciətləri, GDU-da baş verən korrupsiya faktları ANS televiziyasının "Şəbəkə" verilişində də geniş işıqlandırılıb.

Lakin buna baxmayaraq, nə Təhsil Nazirliyi, nə də universitet rəhbərliyi tərəfindən heç bir tədbir görülməyib. Bizə gün kimi aydındır ki, təhsildən xəbəri olmayan Təhsil Nazirliyi bu barədə heç bir tədbir görəsi deyil, çünki Mikayıl Cabbarov və onun əhatəsinə yığdığı işçilərin təhsil sisteminə bələdçiliyi olmadığından təhsilin daha səmərəli idarə olunmasına hardan və nədən başlanmasını belə bilmir.Nazirlik yalnız öz qohum və tanışlarını tutduğu vəzifəyə uyğun olmasından asılı olmayaraq müxtəlif yerlərə təyin etməklə məşğuldur.

Gəncə Dövlət Universitetinin tələbəsinin öz facebook səhifəsində ANS televiziyasının "Şəbəkə" verilişinin bu barədə xəbərinə yazdığı şərhi qrammatik səhvlərə belə toxunmadan olduğu kimi təqdim edirik :

" Elsen Qehremanov. Salam. men özüm Gence Dövlet Universitetinde kurskomam. burdakı adım soyadım şertidir. real profil deyil bu. tesevvür edin indi ele bir hala getiribler tamam iyrenc formaya. mene irad tuta bilersiz ki ele düz adamsan öz adınla yaz . ama çox incidirler. universitetden neçe defe çağırıblar bele şeylere gore. teze rektor gelennen iyrenc veziyyetdedi uni. 5 manata 1 günlük derse gelmeme kimi teklifler de var artıq. görün indi ne gündeyik. 1-2 fakülte dekanı var ki hele insanlığını itirmiyib oxuyanlara kömeydi. ama geride qalanlar da qansızdı. gözümün qarşısında oxuyan uşaqdan bütün imtahannarın pulunu aldılar. ele bir problemler atdılar ki usaqın qabagına yazıg mecbur verdi ki qiymeti asagı olmasın. qırmızı qırmızı da dekan dedi ki pulu vermesen qiymetin aldığın olmuyacaq aşağı olacaq. 70-80 manat her fakültede deyil. stabil 50 manatdı imtahan qiymeti. praktika 100. ola biler ki hansısa dekan çox gelir üçün fakültesinde yuxarı qiymeti yaysın . ama qiymetler budu. evvelce de pul var idi. ama bele iyrenc deyildi. universitet artiq başkesennerin elinde qalıb." 18 İyul, saat 11:36

Məlumunuz edirik ki, bu şərh oradakı çoxsaylı şərhlərdən yalnız biridir. Biz bir daha bildiririk ki, universitetdəki rüşvət yığımı dekanlar-Asif Cavadov-rektor üçbucağında həll olunur.Yığılmış rüşvət və pul verən tələbələrin tam siyahısı Asif Cavadovun otağındakı pəncərənin qarşısında olan dəmir seyfin içərisində saxlanılır. İmtahanlardan yıgılan pullar, vəzifələrə təyin olunan şəxslərin verdiyi rüşvət, maddi avadanlıq və inventarların alınması zamanı əldə olunan pullar bunların gözünü deyəsən doydura bilmir.

Rektorun əmri ilə tərbiyə işləri üzrə prorektor (???) Asif Cavadovun rəhbərliyi altında tədris-köməkçi heyətinin attestasiyasını keçirməyi planlaşdırırlar.Bu attestasiyalar isə təlimatda nəzərdə tutulan vaxtlarda yox, çox tez-tez keçirilir və rüşvət yığılmasından başqa bir şey deyil.Bunların tamahı o qədər güclüdür ki,laborantların 150-200 manat maaşına da göz tikirlər”.

Bütün bu iddialarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Trend İnformasiya Agentliyinin yayılan dezinformasiya ilə bağlı bəyanatı - DİQQƏT!
Bu gün, 11:42
“Paşinyanı iqtidarda Bakı, London və Təl-Əviv saxlayır” iddiası - RƏYLƏR...
Bu gün, 11:01
“Oqtaydan sonra heç yerə getmirəm, itirdiyimi elə itirmişəm ki...”
Bu gün, 10:47
İtaliya səfiri Eldar Əzizovla Neapolla qardaşlaşma əlaqələrinin gücləndirilməsini müzakirə edib - FOTO
Bu gün, 10:44
İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... - İLGİNC FAKTLAR...
Bu gün, 10:41
Məmurun evindən 244 minlik qızıl oğurlayan xadimənin cinayət işi: həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:36
Xarici aviasiya şirkəti Azərbaycan bazarını tərk edir
Bu gün, 10:33
"Gülnar Səfərəliyevadan heç bir ədalət gözləmirəm" - Naxçıvan təhsilində QALMAQAL
Bu gün, 10:31
5000 manat maaş alıram, necə qənaət edim? - Səyyad Aran GİLEYLƏNİR
Bu gün, 10:25
PKK silahı yerə qoyur... TƏSLİM OLMUR! - BU, AYRI-AYRI ŞEYLƏRDİR...
Bu gün, 10:22
Paşinyan komandasına xəbərdarlıq etdi: - Sürprizlərə hazır olun
Bu gün, 10:19
Şəmkirin icra başçısından NAZİRƏ QARŞI SAYĞISIZLIQ... - "Bunlar nə vaxt düzələcək?.."
Bu gün, 10:09
Şirkətlər qrupunda yeni ASC yaradılıb
Bu gün, 10:01
"Azərtəkrarqarametal" ASC-nin səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:59
38 yaşlı sabiq məmur həbsxanada öldü
Bu gün, 09:49
Naxçıvanda özünü vəzifəli şəxs kimi tanıdaraq dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 09:46
Naxçıvanda NÖVBƏTİ BÜDCƏ TALANI... - fermerləri YENƏ ALDADIRLAR...
Bu gün, 09:44
İki rayonun icra başçısı dəyişdiriləcək: Birinin həbsi belə aktualdır... - İLGİNC İDDİALAR
Bu gün, 09:31
“Pulum olsaydı “Bəxt üzüyü” filmində atamın sürdüyü maşını alardım” - FOTO
Bu gün, 09:21
Bakı məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinə 2.5 milyon xərclənəcək – İşləri 200 manatlıq şirkət görəcək
Bu gün, 09:19
Əmək mübahisələri ilə bağlı mühüm məqamlar... - Ekspert danışır...
Bu gün, 09:16
Mərkəzi Bankın proqnozu özünü doğrultmadı: 19 aydan sonra... - ARAŞDIRMA
Bu gün, 09:08
TARİXİ BAKI... HƏDƏFDİRMİ? - AKTUAL
Bu gün, 09:01
Azərbaycanda ilk qiyabi icraat üzrə məhkəmə başladı - DETALLAR
Bu gün, 08:58
Rusiyanın “5-ci kolon”la bağlı qərarının İmişlidə əks-sədası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:57
Federasiyanın sabiq vitse-prezidentinə dələduzluq maddələri ilə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 08:55
Hərbi təlimlərdə atılan güllələr bu dəfə kanalizasiya xəttini HƏDƏFƏ ALDI – FOTO/GİLEY
Bu gün, 08:47
“Teatr bağlanandan sonra işsiz qaldım, sənət dostlarımdan uzaqlaşmışam” - Efirlərdən uzaq düşən sənətkar
Bu gün, 08:42
"Yelo Bank" ASC səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 08:41
"Artıq pul xərcləmir, ölkələrdən pul, sərvət qoparır, təsirini oralarda gücləndirir" - ABŞ YÖN DƏYİŞDİRİB...
Bu gün, 08:39
“Mədəniyyət Naziri məni qəbul etmir, ondan soruşmaq istəyirəm ki...” - ETİRAZ VAR...
Bu gün, 08:33
“Rabitə Tikinti”yə yeni rəhbər təyin ediləcək
Bu gün, 08:26
Düşmən silahlanır: amma tətiyi çəkəcək əsgər qıtlığı var... - Özləri etiraf edir ki...
Bu gün, 08:23
“Bütün oyunları Ərdoğan oynayır” - Yunan mətbuatı təriflər yağdırdı
Bu gün, 07:24
Ukrayna ordusu bəzi istiqamətlərdə Rusiyanı sıxışdırdı - KİV
Bu gün, 07:22
DSX-nin ŞÜBHƏLİ TENDER ORTAĞI - TƏFƏRRÜAT
Bu gün, 07:21
"Əli Kərimli Tofiq Yaqublunun ölməsini istəyirdi" - ŞOK İTTİHAM
Bu gün, 07:19
Rusiyaya ciddi itkilər veririk, 640 minlik ordu... - Sırski
Bu gün, 07:17
Paşinyan İTV-yə hansı önəmli məqamları açıqladı? – DETALLAR
Bu gün, 07:15
Dövlətin yardımı PULLA SATILIR - NARAZILIQ VAR...
Bu gün, 01:17
"Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" - AMMA İNDİ...
Bu gün, 01:02
"KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
Bu gün, 00:58
AHİK-lə bağlı İLGİNC İDDİALAR – Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 00:53
"BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 00:49
Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları - İstehlakçılar necə aldadılır?
Bu gün, 00:47
'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
Bu gün, 00:36
"AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı
Bu gün, 00:28
Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” - NƏ BAŞ VERİR?
Bu gün, 00:26
Həm sülhdən danışır, həm də atəşkəsi pozur: - Deputat İrəvanın ikibaşlı oyununun məqsədini AÇIQLADI
Bu gün, 00:23
GÜNEY QAFQAZDA SÜLH... NƏ QƏDƏR REALDIR?
Bu gün, 00:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru