"Bakı Elektroştamp" ASC səhmdarlarını yığıncağa .....                     Ermənistan-Gürcüstan-Azərbaycan üçtərəfli formatının genişlənəcəyinə ümid edirik .....                     "Məni hörmətdən salmaq istəyirlər" .....                     Erməni polkovnikin sözləri Rusiyanı qəzəbləndirdi: .....                     Saleh Səmədov rəisi söydüyünə görə həbs edilib .....                     “Bədənimi direllə deşib, burnumu, barmağımı sındırıb” .....                     Trend İnformasiya Agentliyinin yayılan dezinformasiya ilə bağlı bəyanatı .....                     “Paşinyanı iqtidarda Bakı, London və Təl-Əviv saxlayır” iddiası .....                     “Oqtaydan sonra heç yerə getmirəm, itirdiyimi elə itirmişəm ki...” .....                     İtaliya səfiri Eldar Əzizovla Neapolla qardaşlaşma əlaqələrinin gücləndirilməsini müzakirə edib .....                     İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... .....                     Məmurun evindən 244 minlik qızıl oğurlayan xadimənin cinayət işi: həbs edildi .....                     Xarici aviasiya şirkəti Azərbaycan bazarını tərk edir .....                     "Gülnar Səfərəliyevadan heç bir ədalət gözləmirəm" .....                     5000 manat maaş alıram, necə qənaət edim? .....                     PKK silahı yerə qoyur... TƏSLİM OLMUR! .....                     Paşinyan komandasına xəbərdarlıq etdi: .....                     Şəmkirin icra başçısından NAZİRƏ QARŞI SAYĞISIZLIQ... .....                     Şirkətlər qrupunda yeni ASC yaradılıb .....                     "Azərtəkrarqarametal" ASC-nin səhmdarlarının toplantısı keçiriləcək .....                     38 yaşlı sabiq məmur həbsxanada öldü .....                     Naxçıvanda özünü vəzifəli şəxs kimi tanıdaraq dələduzluq edən şəxs saxlanılıb .....                     Naxçıvanda NÖVBƏTİ BÜDCƏ TALANI... .....                     İki rayonun icra başçısı dəyişdiriləcək: Birinin həbsi belə aktualdır... .....                     “Pulum olsaydı “Bəxt üzüyü” filmində atamın sürdüyü maşını alardım” .....                     Bakı məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinə 2.5 milyon xərclənəcək .....                     Əmək mübahisələri ilə bağlı mühüm məqamlar... .....                     Mərkəzi Bankın proqnozu özünü doğrultmadı: 19 aydan sonra... .....                     TARİXİ BAKI... HƏDƏFDİRMİ? .....                     Azərbaycanda ilk qiyabi icraat üzrə məhkəmə başladı .....                     Rusiyanın “5-ci kolon”la bağlı qərarının İmişlidə əks-sədası .....                     Federasiyanın sabiq vitse-prezidentinə dələduzluq maddələri ilə cinayət işi açıldı .....                     Hərbi təlimlərdə atılan güllələr bu dəfə kanalizasiya xəttini HƏDƏFƏ ALDI .....                     “Teatr bağlanandan sonra işsiz qaldım, sənət dostlarımdan uzaqlaşmışam” .....                     "Yelo Bank" ASC səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Artıq pul xərcləmir, ölkələrdən pul, sərvət qoparır, təsirini oralarda gücləndirir" .....                     “Mədəniyyət Naziri məni qəbul etmir, ondan soruşmaq istəyirəm ki...” .....                     “Rabitə Tikinti”yə yeni rəhbər təyin ediləcək .....                     Düşmən silahlanır: amma tətiyi çəkəcək əsgər qıtlığı var... .....                     “Bütün oyunları Ərdoğan oynayır” .....                 

Bakının mərkəzində onlarla ailənin həyatı təhlükə altına atılıb - Narahat sakinlər prezidentdən kömək istədilər
Tarix: 15-08-2014, 16:42 | Çap et
Bakının mərkəzində onlarla ailənin həyatı təhlükə altına atılıb
DİA.AZ: - Paytaxtda aparılan inşaat işlərində tikinti normalarına və təhlükəsizlik qaydalarına riayət olunmaması artıq heç kəsə sirr deyil. Bu mənfi tendensiya xüsusilə də hündürmərtəbəli binaların tikinti zamanı yaşanır. Özlərinə "arxa” tapan tikinti şirkətləri binaları biri-birinə hədsiz yaxın məsafədə inşa edir, digər binanın mənzillərini gün işığından, təmiz havadan məhrum edirlər. Üstəlik, binaların yaxınlığında aparılan inşaat işləri ətrafdakı tikililər üçün təhlükə mənbəyinə çevrilir. Eyni vəziyyətlə Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi, 84 saylı binanın sakinləri hazırda üz-üzədir.

DİA.AZ-a bu barədə şikayətçi düşən sakinlər indiyədək bir çox əlaqədar qurumlara müraciət etsələr də, başlarının üstünü almış təhlükə ilə heç kim maraqlanmayıb. Ərazidə tikinti aparan "Məxmər-77” MMC adlı şirkət sakinlərin şikayətinə məhəl qoymadan öz işini davam etdirir. Binaya bitişik aparılan tikinti işlərinin əhatə dairəsi isə getdikcə genişlənir. Binanın həm yanında, həm də tam qarşısında hündürmərtəbəli yeni binaların tikintisi aparılır. Bu isə bina sakinlərinin günəş işığından məhrum edilməsi və mənzillərə hava axınının sərbəst daxil olmasının qarşısının alınması deməkdir.

Bakının mərkəzində onlarla ailənin həyatı təhlükə altına atılıb

İnşaat işləri binaya çox yaxın məsafədə aparıldığından sakinlər binanın tərpəndiyini müşahidə edirlər. Məlumat üçün bildirək ki, təhlükənin getdikcə artdığını görən vətəndaşlar yaranmış vəziyyətlə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya da müraciət ediblər.

diaaz.space bildirir ki, müraciətdə deyilir: "Cənab, Prezident! Biz, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi 84 saylı binanın sakinləri real təhlükə qarşısındayıq. Hazırda yaşadığımız bina 2002-ci ildə inşa edilib. Bir neçə il təhlükəsiz, rahat şəraitdə yaşamışıq. Amma artıq rahatlığımız pozulub, həyatımız üçün böyük təhlükə yaranıb. Səbəbsə binamızın yanında 7 ədəd 17 mərtəbəli binaların tikintisinə başlanmasıdır. Binaları inşa edən "Məxmər - 77” MMC-dir. İnşaat aparılan ərazidə qazıntı işləri zamanı yeraltı suların üzə çıxdığını hamı görürdü. Belə bir təhlükəli vəziyyət ola-ola tikintini yenə davam etdirdilər. Bizim bina ilə yeni tikilməkdə olan binalar arasında məsafə də çox az qoyulub, təxminən 10 metr. Halbuki ali qanunverici orqan olan Milli Məclisin təsdiqlədiyi "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” qanun layihəsində binaların tikintisi zamanı ara məsafələrin hansı uzunluqda olması öz əksini tapıb. Qanuna görə, binalar arasındakı məsafə mərtəbələrin hündürlüyünün 3 qatı qədər olmalıdır. Amma inşa edilən binaların tikintisində heç bir normaya riayət edilmir. Binamız faktiki yeni binaların mühasirəsinə "düşüb”. Yaxınlıqda nə bir yaşıllıq, nə ağaclar, nə də istirahət üçün bir park var. İşbazlar paytaxt sakinlərinin istirahət hüququnu da əllərindən alır, təmiz havasını, günəş şüasını da. Tikinti binamıza hədsiz yaxın məsafədə aparıldığından binamız titrəyir. Gecələr titrəyişlərdən rahat yata bilmirik. Sanki hər an binamız uçulub dağılacaq. Ərazidə ağır tonnajlı texnikanın işləməsi bəzi mənzillərdə çatlar əmələ gətirib, divara vurulmuş kafellər uçub tökülüb. Səs-küy və titrəyişlər sakinlərin rahatlığını pozub, səhhətində problem olanların narahatlığı daha da artıb.

Cənab Prezident, hökumət nümayəndələrinin iştirakı ilə keçirdiyiniz müşavirədə paytaxtın ekoloji vəziyyətinin yaxşılaşdırılması, yaşıllıqların qorunması və çoxaldılmasının vacibliyini vurğuladınız. Məmurlara vətəndaşlara xidmət etməyi, müraciətləri dinləyib, problemlərini həll etməyi tapşırdınız. Təəssüf ki, bəzi məmurlar səlahiyyət hədlərini aşır, qanunsuz tikililərə göz yumur, insanların rahatlığını təmin etmək əvəzinə, öz xeyirlərini güdürlər. Sizdən xahiş edirik, biz sakinlərin şikayətinin təmin edilməsini əlaqədar strukturlara tapşırasınız. Ümidimiz ancaq Sizədir”.

Onu da qeyd edək ki, bina sakinlərinin şikayətini dəyərləndirən "Azərbaycan Memarlar Assosasiyası”nın prezidenti, memar Zemfira Budaqova sakinlərin haqlı olduğu qənaətindədir: "Binaların arasında ona görə boş ərazilər qoyulur ki, həmin bina sakinləri rahat istirahət edə bilsinlər, uşaqlarını düşürüb bir az dolaşdırsınlar. Binalar arasında bir balaca yer var deyə dərhal orada ikinci bina, obyekt tikilməli deyil ki? Həyəti böyükdürsə, deməli, binaların sakinləri də çoxdur. Vətəndaşlar etirazlarında haqlıdır. Binaların yaxınlığında tikinti aparmaq qəti qadağandır və buna yol vermək olmaz. Əgər doğrudan da, belə bir məsələ varsa, mütləq qarşısı alınmalıdır”.

Binalar arasındakı məsafəyə qoyulan tələblərə gəldikdə isə xanım memar bildirib ki, şəhərsalmanın qanunlarına görə, iki binanın arasındakı məsafə onların hündürlüyünə bərabər olmalıdır: "Bəzən buna "2H” (iki haş) deyirlər. Amma son zamanlar ərazilərin çox sıx olmasını və tələbatları nəzərə alaraq, binalar arası məsafəni də sıxlaşdırıblar. Yeni binalarda həyət 2H yox, 1H-a bərabərdir. Yəni, əgər iki binadan biri 5 mərtəbəli, digəri 9 mərtəbəlidirsə, ikisinin hündürlüyü bir-birinin üzərinə gəlinir və toplam qiymət iki yerə bölünür. Əvvəl isə fərqli idi. İkiyə bölmə yox idi, binaların toplam hündürlüyü birbaşa götürülürdü”.

Son illər şəhərsalma qanunlarının kobud şəkildə pozulduğunu iddia edən Z.Budaqovanın sözlərinə görə, kimin ürəyi harda istəyir, orada da tikintiyə başlayır: "Hündürmərtəbəli binalar var ki, məsafəsi heç 30 metr yoxdur. Bu isə birmənalı olaraq, şəhərsalma qanunlarından kənardır. Təəssüflər olsun ki, hər şeyin arxasında rüşvət və korrupsiya dayanır. Tikintini kimlər aparır? Əlbəttə ki, pulu olanlar. Pulunu verir ki, filan yerdə obyekt tikmək istəyirəm. Biz də acgözlüyə öyrəşmişik axı! Pulu görən kimi qanun-qadağanı unuduruq. Sanki bizim insanların haram yeməkdən xoşu gəlir. Qanun nə üçündür? Heç kəs qanunda qeyd olunan maddələrdən kənara çıxmamalıdır. Ancaq çox-çox təəssüflər olsun ki, bütün qanunlarımız kağız üzərindədir. Heç kəs ona əməl etmək istəmir. Bizdə qanunun yox, pulun gücü işləyir. Pulunu ver, sənə lap binanın üstündə ikinci bir bina inşa etməyə də icazə verərlər, nəinki binanın yaxınlığında”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bakı Elektroştamp" ASC səhmdarlarını yığıncağa - DƏVƏT EDİR
Bu gün, 13:58
Ermənistan-Gürcüstan-Azərbaycan üçtərəfli formatının genişlənəcəyinə ümid edirik - Paşinyan
Bu gün, 13:22
"Məni hörmətdən salmaq istəyirlər"
Bu gün, 13:18
Erməni polkovnikin sözləri Rusiyanı qəzəbləndirdi: - “Hitler olsaydı…”
Bu gün, 13:15
Saleh Səmədov rəisi söydüyünə görə həbs edilib - Şok təfərrüat
Bu gün, 13:12
“Bədənimi direllə deşib, burnumu, barmağımı sındırıb” - Qətlin açdığı dəhşətli FAKTLAR
Bu gün, 13:10
Trend İnformasiya Agentliyinin yayılan dezinformasiya ilə bağlı bəyanatı - DİQQƏT!
Bu gün, 11:42
“Paşinyanı iqtidarda Bakı, London və Təl-Əviv saxlayır” iddiası - RƏYLƏR...
Bu gün, 11:01
“Oqtaydan sonra heç yerə getmirəm, itirdiyimi elə itirmişəm ki...”
Bu gün, 10:47
İtaliya səfiri Eldar Əzizovla Neapolla qardaşlaşma əlaqələrinin gücləndirilməsini müzakirə edib - FOTO
Bu gün, 10:44
İpoteka və Kredit Zəmanət Fondu: DÖVLƏT QAYĞISINDAN PUL ƏMƏNLƏR... - İLGİNC FAKTLAR...
Bu gün, 10:41
Məmurun evindən 244 minlik qızıl oğurlayan xadimənin cinayət işi: həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:36
Xarici aviasiya şirkəti Azərbaycan bazarını tərk edir
Bu gün, 10:33
"Gülnar Səfərəliyevadan heç bir ədalət gözləmirəm" - Naxçıvan təhsilində QALMAQAL
Bu gün, 10:31
5000 manat maaş alıram, necə qənaət edim? - Səyyad Aran GİLEYLƏNİR
Bu gün, 10:25
PKK silahı yerə qoyur... TƏSLİM OLMUR! - BU, AYRI-AYRI ŞEYLƏRDİR...
Bu gün, 10:22
Paşinyan komandasına xəbərdarlıq etdi: - Sürprizlərə hazır olun
Bu gün, 10:19
Şəmkirin icra başçısından NAZİRƏ QARŞI SAYĞISIZLIQ... - "Bunlar nə vaxt düzələcək?.."
Bu gün, 10:09
Şirkətlər qrupunda yeni ASC yaradılıb
Bu gün, 10:01
"Azərtəkrarqarametal" ASC-nin səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:59
38 yaşlı sabiq məmur həbsxanada öldü
Bu gün, 09:49
Naxçıvanda özünü vəzifəli şəxs kimi tanıdaraq dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 09:46
Naxçıvanda NÖVBƏTİ BÜDCƏ TALANI... - fermerləri YENƏ ALDADIRLAR...
Bu gün, 09:44
İki rayonun icra başçısı dəyişdiriləcək: Birinin həbsi belə aktualdır... - İLGİNC İDDİALAR
Bu gün, 09:31
“Pulum olsaydı “Bəxt üzüyü” filmində atamın sürdüyü maşını alardım” - FOTO
Bu gün, 09:21
Bakı məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinə 2.5 milyon xərclənəcək – İşləri 200 manatlıq şirkət görəcək
Bu gün, 09:19
Əmək mübahisələri ilə bağlı mühüm məqamlar... - Ekspert danışır...
Bu gün, 09:16
Mərkəzi Bankın proqnozu özünü doğrultmadı: 19 aydan sonra... - ARAŞDIRMA
Bu gün, 09:08
TARİXİ BAKI... HƏDƏFDİRMİ? - AKTUAL
Bu gün, 09:01
Azərbaycanda ilk qiyabi icraat üzrə məhkəmə başladı - DETALLAR
Bu gün, 08:58
Rusiyanın “5-ci kolon”la bağlı qərarının İmişlidə əks-sədası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:57
Federasiyanın sabiq vitse-prezidentinə dələduzluq maddələri ilə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 08:55
Hərbi təlimlərdə atılan güllələr bu dəfə kanalizasiya xəttini HƏDƏFƏ ALDI – FOTO/GİLEY
Bu gün, 08:47
“Teatr bağlanandan sonra işsiz qaldım, sənət dostlarımdan uzaqlaşmışam” - Efirlərdən uzaq düşən sənətkar
Bu gün, 08:42
"Yelo Bank" ASC səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 08:41
"Artıq pul xərcləmir, ölkələrdən pul, sərvət qoparır, təsirini oralarda gücləndirir" - ABŞ YÖN DƏYİŞDİRİB...
Bu gün, 08:39
“Mədəniyyət Naziri məni qəbul etmir, ondan soruşmaq istəyirəm ki...” - ETİRAZ VAR...
Bu gün, 08:33
“Rabitə Tikinti”yə yeni rəhbər təyin ediləcək
Bu gün, 08:26
Düşmən silahlanır: amma tətiyi çəkəcək əsgər qıtlığı var... - Özləri etiraf edir ki...
Bu gün, 08:23
“Bütün oyunları Ərdoğan oynayır” - Yunan mətbuatı təriflər yağdırdı
Bu gün, 07:24
Ukrayna ordusu bəzi istiqamətlərdə Rusiyanı sıxışdırdı - KİV
Bu gün, 07:22
DSX-nin ŞÜBHƏLİ TENDER ORTAĞI - TƏFƏRRÜAT
Bu gün, 07:21
"Əli Kərimli Tofiq Yaqublunun ölməsini istəyirdi" - ŞOK İTTİHAM
Bu gün, 07:19
Rusiyaya ciddi itkilər veririk, 640 minlik ordu... - Sırski
Bu gün, 07:17
Paşinyan İTV-yə hansı önəmli məqamları açıqladı? – DETALLAR
Bu gün, 07:15
Dövlətin yardımı PULLA SATILIR - NARAZILIQ VAR...
Bu gün, 01:17
"Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" - AMMA İNDİ...
Bu gün, 01:02
"KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
Bu gün, 00:58
AHİK-lə bağlı İLGİNC İDDİALAR – Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 00:53
"BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 00:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru