"Efirim canlı olduğu üçün yanında ola bilmədim" .....                     Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... .....                     Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət .....                     "Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" .....                     Ermənistanda ACINACAQLI DURUM .....                     Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb .....                     Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu .....                     Pakistan Hindistandan gələ biləcək hücumlara görə .....                     TƏBİB kimsəni SAYA SALMIR .....                     "Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." .....                     Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü .....                     Dünyanın böyük gücü Zəngəzur dəhlizində .....                     Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? .....                     "Kontakt Home"da müştəriləri belə aldadırlar... .....                     32 minə bir həkim hazırlanırsa: Müalicə üçün niyə xaricə gedirik? .....                     Biz İranla dost ola bilmərik... .....                     "Temu"nun qiymətləri niyə ucuzdur? .....                     Əbədi dostluq? .....                     “Yağlı” müştərilərin soyulması: Kart məlumatları oğrulara satılır? .....                     ABŞ və Çin ticarət sazişi bağlayır .....                     "Oğlanlar var ki, boyu 2 metrdir, Dərnəgüldə körpünün altında dayanır..." .....                     Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb .....                     “Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları .....                     Azərbaycanın çay şirkətində yığıncaq olacaq .....                     Fransa tarixə tüpürdü: .....                     "Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək .....                     “İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." .....                     "Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam" .....                     Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... .....                     Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır .....                     Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? .....                     Pakistanda müharibə hazırlığı: .....                     Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq” .....                     "Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil" .....                     Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək .....                     Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək .....                     Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi .....                     PKK bu gün özünü ləğv etdiyini elan edə bilər .....                     “Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...” .....                     Rusiya niyə qələbəni özününküləşdirir? .....                 

Azərbaycana qarşı qərəz: İkiüzlü Qərb “demokratiyası” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Tarix: 23-01-2025, 08:43 | Çap et
Azərbaycana qarşı qərəz: İkiüzlü Qərb “demokratiyası”
Beynəlxalq təşkilatların Azərbaycana qarşı qərəzli münasibətini dəfələrlə görmüşük. Azərbaycanın haqlı olduğu məsələlərdə Qərb “demokratiyası” niyəsə işlək mexanizmə çevrilmir.

Biz bunu 30 ilə yaxın işğala məruz qaldığımız, soyqırımlar, faciələrlə üzləşdiyimiz zaman görmüşük. Bu dəfə də Qərb “demokratiyası” Azərbaycana qarşı ikiüzlü yanaşma nümayiş etdirib. Bir sıra təşkilatlar Avropa Şurası Parlament Assambleyasına (AŞPA) müraciət edərək Azərbaycanın nümayəndə heyətinin səlahiyyətlərini bərpa etməməyə çağırıb.

Qeyd edək ki, 2024-cü ilin 22 yanvar tarixində AŞPA-da Azərbaycan nümayəndə heyəti üzvlərinin etimadnamələrinin qəbul edilməməsi barədə avropalı deputatlar çağırış etmişdi. 24 yanvarda isə Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarın verdi və nümayəndə heyəti bununla bağlı bəyanat yaydı.

Bu dəfə isə bir sıra beynəlxalq qeyri-hökumət təşkilatları AŞPA-ya bu sanksiyanın uzadılması üçün müraciət edib.

“Biz, aşağıda imza edənlər bir daha Avropa Şurası Parlament Assambleyasını 2025-ci ilin yanvar sessiyasında Azərbaycanın səlahiyyətlərinin dayandırılmasını təsdiqləməyə və onların bərpası üçün aydın və ölçü meyarlarını hazırlamağa çağırırıq", - müraciətdə deyilir.

Müraciəti imzalayan təşkilatlar isə hər zaman Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən Jurnalistləri Müdafiəsi Komitəsi, Freedom Now, İnsan Hüquqları Evləri Fondu, Human Rights Watch, İnsan Hüquqları Rəsədxanası çərçivəsində Beynəlxalq İnsan Hüquqları Federasiyası (FIDH), İnsan Hüquqları üzrə Beynəlxalq Tərəfdaşlıq, Niderland Helsinki Komitəsi, Norveç Helsinki Komitəsi, İnsan Hüquqları Rəsədxanası çərçivəsində İşgəncələrə Qarşı Ümumdünya Təşkilatıdır (OMCT).

Qeyd edək ki, bu təşkilatların fəaliyyəti bir sıra ölkələrdə qadağa edilib.

Məsələ ilə bağlı “Cebheinfo.az”-a danışan Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib ki, bütün beynəlxalq təşkilatların bir yaranma missiyası var:

“AŞPA da Azərbaycana lazımdır və onunla əməkdaşlığını davam etdirmək istəyir. Amma AŞPA-nın Azərbaycana qarşı sanksiyası, yəni nümayəndə heyətinin mandatdan məhrum edilməsi, təbii ki, münasibətlərə xələl gətirib. Onlar Azərbaycana təzyiq etdiyi zaman gözləntiləri müsbət yöndə həll olunmur və oluna da bilməz. Onlar da bunu çox gözəl bilirlər. Əslində AŞPA lazımlı qurumdur, kommunikasiya, danışıqlar, fikir mübadiləsi platformasıdır. Amma Azərbaycanı mandatdan məhrum etməklə özlərini də kommunikasiya imkanlarından məhrum ediblər. Düşünmürəm ki, bu yaxşı haldır. Azərbaycan iqtidar nümayəndələrinin fikirlərindən də görə bilərik ki, əgər Azərbaycan AŞPA-ya lazım deyilsə, AŞPA Azərbaycana heç dünəndən lazım deyil. Bu fikirləri cəmiyyətdə, xüsusilə də hakimiyyət nümayəndələrinin fikrində görürəm. Ona görə də AŞPA-nın Azərbaycana qarşı yanaşması münasibətlərin və problemlərin həllinə kömək etmiş olmur”.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, deputat Arzuxan Əlizadə adıçəkilən təşkilatların AŞPA-ya bu cür müraciətinin Azərbaycana qarşı növbəti demarş olduğunu deyib:

“Bu, növbəti qərəzli yanaşmadan başqa bir şey deyil. Təəssüf ki, bu beynəlxalq təşkilatların Azərbaycanın üzərinə gəlməsi ilk deyil. Azərbaycanda insan hüquqlarını, olmayan siyasi məhbuslarla bağlı məsələni, mediaya qarşı olmayan basqıları gündəmə gətirirlər, amma zamanında Qərbi Azərbaycandan qovulan insanların hüquqları heç vaxt bu təşkilatların diqqətində olmayıb. Eləcə də Azərbaycan əraziləri 30 ilə yaxın işğalda qalanda, 1 milyon məcburi köçkünümüz olanda onların gündəmində bu məsələ olmayıb. Bu gün hərbi cinayətlərdə adları hallanan, eyni zamanda bu cinayətlərin subyektləri olan hazırda məhkəmələri keçirilən erməniləri də cəmiyyətə siyasi məhbus kimi sırımağa cəhd edirlər.

Bütövlükdə bunlar bir daha həmin beynəlxalq təşkilatların qərəzsiz, bitərəf olmadıqlarından xəbər verir. Ona görə də bu cür açıqlamalarla Azərbaycanın üzərinə gələrək heç nəyə nail ola bilməzlər. Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasına qayıtmasına ancaq AŞPa tərəfindən ədalətli mövqe sərgiləndiyi zaman baxıla bilər. Hesab edirəm ki, Azərbaycan nümayəndə heyəti zamanında AŞPA ilə bağlı çox doğru addım atdı.

Çünki o zaman AŞPA tərəfindən çox yanlış bir mövqe nümayiş olundu. Azərbaycan torpaqları işğal altında olanda Ermənistana qarşı hər hansı bir sanksiya tətbiq olunmadı. Amma Azərbaycan öz torpaqlarını işğaldan azad edəndən sonra AŞPA Azərbaycana qarşı belə bir addım atdı. Bütün hallarda Azərbaycanın bütün beynəlxalq təşkilatlarda təmsil olunmağını dəstəkləyirik, amma qarşı tərəf də ədalətli mövqe sərgiləməlidir”.

AĞ Partiya başqanı Tural Abbaslının fikrinə görə isə bu təşkilatların bir çox dövlətlərlə bağlı müxtəlif hesabatları olsa da, onları heç ciddiyə alan da yoxdur:

“Məsələn, onların Fransa, Norveç, Böyük Britaniya ilə bağlı da müxtəlif bəyanatları var. Amma onlar heç beynəlxalq təşkilatlarla bu haqda müraciətlər etmirlər ki, bu ölkələr çıxarılsın və ya mandatları dondurulsun. Düşünürəm ki, bu, Azərbaycana qarşı qlobal güc mərkəzlərinin təzyiqetmə vasitəsidir. Əminiklə deyə bilərəm ki, o təşkilatları Azərbaycandakı insan haqları, həbsdə olan jurnalistlər, söz haqqı maraqlandırmır. Onları maraqlandıran odur ki, onları maliyyələşdirən güc mərkəzlərinin Azərbaycana etdiyi diqtə qəbul olunsun. Bu diqtələr müxtəlif sahələrdə, energetika, təhlükəsizlik, siyasi ola bilər. Bu müraciət də onların görünən üzüdür, təsir riçaqlarıdır. Yəni burada məsələ qətiyyət insan haqları deyil. Həmin təşkilatlar elə insan haqlarını güdürlərsə, Qəzzada 60 minə yaxın günahsız insan öldü, İsrailə qarşı hər hansı addım atdılarmı? Azərbaycan torpaqları 30 il işğal altında qalanda, orada soyqırım olanda, neçə məsələ qaldırdılar? Odur ki, Azərbaycan bu məsələləri özü müəyyən etməlidir. Azərbaycan orada olsun, burada olmasın deyə kimsə basqı edə bilməz. Təbii ki, Azərbaycan dünyadan təcrid oluna bilməz.

Amma hansısa ölkə, təşkilat bizim ərazi bütövlüyünə, suverənliyinə, müstəqil siyasətinə müdaxilə edəcəksə, oradakı varlığımızı dəyərləndirmək də bizim haqqımızdır. Təbii, Azərbaycan AŞPA-da fəaliyyətini davam etdirməli, sivil dünyanın bir parçası olmalıdır, amma bunu bizə qarşı təhdid, təzyiq vasitəsi kimi istifadə edəcəksə, Azərbaycan buna reaksiyasız qalmamalıdır. Amma gərək Azərbaycan da bu cür təşkilatların əlinə belə bəhanələr verməsin. Ona görə də düşünürəm ki, Azərbaycanın da bu məsələdə üzərinə düşən bəzi işlər var”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Efirim canlı olduğu üçün yanında ola bilmədim"
Bu gün, 07:06
Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... - “Röyters”
Bu gün, 07:04
Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət - GƏLİŞMƏ
Bu gün, 06:58
"Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" - ETİRAZ
Bu gün, 06:55
Ermənistanda ACINACAQLI DURUM - Rəqəmlərin gözü ilə...
Bu gün, 06:43
Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
Bu gün, 06:39
Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu - “Geo” telekanalı
Bu gün, 06:31
Pakistan Hindistandan gələ biləcək hücumlara görə hava məkanını bağlayıb
Bu gün, 06:28
TƏBİB kimsəni SAYA SALMIR - AXI NİYƏ?..
Bu gün, 06:26
"Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
Bu gün, 06:18
Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü - TENDER NİYƏ LƏĞV EDİLDİ?
Bu gün, 06:14
Dünyanın böyük gücü Zəngəzur dəhlizində - İNCƏLƏMƏ
Bu gün, 06:11
Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? - İTTİHAM VAR...
Bu gün, 06:07
"Kontakt Home"da müştəriləri belə aldadırlar... - BU NƏDİ BELƏ?
Bu gün, 06:02
32 minə bir həkim hazırlanırsa: Müalicə üçün niyə xaricə gedirik? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43
Biz İranla dost ola bilmərik... - NƏ QƏDƏR Kİ...
Bu gün, 05:34
"Temu"nun qiymətləri niyə ucuzdur? - Rəqabət, yoxsa tələ?
Bu gün, 05:29
Əbədi dostluq? – Qərb arzusu, Moskva asılılığı
Bu gün, 05:25
“Yağlı” müştərilərin soyulması: Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
Bu gün, 05:22
ABŞ və Çin ticarət sazişi bağlayır
Bu gün, 05:19
"Oğlanlar var ki, boyu 2 metrdir, Dərnəgüldə körpünün altında dayanır..."
Bu gün, 05:15
Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - KİV
Bu gün, 05:12
“Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 00:05
Azərbaycanın çay şirkətində yığıncaq olacaq
Bu gün, 00:02
Fransa tarixə tüpürdü: - Qələbəni qazananı yox, xoşuna gələni dəvət etdi
Dünən, 19:00
"Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 18:58
“İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." - Mirmahmud Mirəlioğlu
Dünən, 18:00
"Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam"
Dünən, 17:51
Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... - ARAŞDIRMA
Dünən, 17:48
Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır - AKTUAL
Dünən, 17:45
Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? - KİV
Dünən, 17:43
Pakistanda müharibə hazırlığı: - Xəstəxanalar yüksək hazırlıq vəziyyətinə gətirildi
Dünən, 17:23
Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq”
Dünən, 16:35
"Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil"
Dünən, 16:22
Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək - TENDER KEÇİRİLİR
Dünən, 16:17
Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək - DETALLAR
Dünən, 15:32
Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi - ƏMR
Dünən, 15:30
PKK bu gün özünü ləğv etdiyini elan edə bilər - “Middle East Eye”
Dünən, 15:20
“Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...”
Dünən, 15:02
Rusiya niyə qələbəni özününküləşdirir? - 80 illik yubileylə bağlı düşüncələr
Dünən, 14:10
Ümidlər ƏDV-yə idi, o da azaldı… - AKTUAL
Dünən, 14:02
Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb - “NEWS.am”
Dünən, 14:00
Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur - MMC-YƏ ÇEVRİLİR
Dünən, 13:58
Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı - TƏFƏRRÜAT
Dünən, 13:03
“Əliyev parada ona görə getmədi ki...” – Zatulin yenə “qəzəblənib”
Dünən, 12:58
"Həmin çəkilişə görə nişanım qayıtdı"
Dünən, 12:54
Qələbə yürüşünün iştirakçıları saxlanıldı
Dünən, 12:52
Dəli, yoxsa dahi? - SUAL BUDUR... BU!
Dünən, 12:48
Taksi lüks xidmətdir, ondan yalnız imkanlı insanlar istifadə etməlidir -İqtisadçıdan ilginc açıqlama
Dünən, 12:44
Hindistanla Pakistan arasında nüvə müharibəsi olacaq? - Astroloqdan ŞOK PROQNOZ
Dünən, 12:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru