Fransa tarixə tüpürdü: .....                     "Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək .....                     “İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." .....                     "Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam" .....                     Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... .....                     Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır .....                     Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? .....                     Pakistanda müharibə hazırlığı: .....                     Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq” .....                     "Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil" .....                     Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək .....                     Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək .....                     Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi .....                     PKK bu gün özünü ləğv etdiyini elan edə bilər .....                     “Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...” .....                     Rusiya niyə qələbəni özününküləşdirir? .....                     Ümidlər ƏDV-yə idi, o da azaldı… .....                     Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb .....                     Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur .....                     Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı .....                     “Əliyev parada ona görə getmədi ki...” .....                     "Həmin çəkilişə görə nişanım qayıtdı" .....                     Qələbə yürüşünün iştirakçıları saxlanıldı .....                     Dəli, yoxsa dahi? .....                     Taksi lüks xidmətdir, ondan yalnız imkanlı insanlar istifadə etməlidir .....                     Hindistanla Pakistan arasında nüvə müharibəsi olacaq? .....                     Sərkisyandan Şuşa ilə bağlı təxribatçı suala təpki: .....                     Nadir Qafarzadə toyda aşıqla əlbəyaxa olub .....                     Ramiz Mehdiyevin qızı "Baku Oksford Məktəbi" ilə bağlı davadan GERİ DURMUR .....                     İlham Əliyevi haqlı edən DAHA İKİ MÜHÜM SƏBƏB... .....                     "60 yaşın heç bir ağırlığı, məsuliyyəti yoxdur" .....                     Kobaxidze Avropa Siyasi Sammitində iştirak edəcək .....                     Piyadalar nə etsin: UÇSUNLARMI? .....                     Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib .....                     Zehinlər uğrunda savaş: .....                     “Ölkədə kino çəkilmirsə bu İncəsənət universitetinin günahıdır ki, yetişdirdiyi tələbələr işsiz qalır?” .....                     İlham Əliyevin parad qərarı Bakıdan Moskvaya diplomatik etiraz siqnalıdır .....                     SEPAH yenə hədələyir: .....                     Strateji tərəfdaşlığın yeni istiqamətləri .....                     Bakının Qələbə qüruru, .....                 

Azərbaycan Prezidenti “asılılıq” siyasətindən imtina edib və suveren lider kimi hərəkət edir - MÜHÜM GƏLİŞMƏ
Tarix: Bu gün, 06:29 | Çap et
Azərbaycan Prezidenti “asılılıq” siyasətindən imtina edib və suveren lider kimi hərəkət edir
Azərbaycan Prezidenti İlham Əliyevin mayın 9-da Moskvada keçiriləcək Qələbə paradına qatılmaması təkcə diplomatik jest deyil, həm də geosiyasi mesajdır. Bu qərar Rusiya ilə münasibətlərdə yeni bir mərhələnin başlandığının və Azərbaycanın Moskva ilə münasibətlərində müstəqillik və strateji balans xəttinə sadiq qaldığının sübutu kimi qiymətləndirilə bilər.

Əvvəllər postsovet liderlərinin əksəriyyətinin iştirak etdiyi bu paradda indi yalnız bir neçə ölkə başçısının və separatçı qurumların rəhbərlərinin görünməsi ondan xəbər verir ki, Rusiya tədricən regional təsir gücünü itirir. Və 9 May tədbirləri artıq təkcə faşizm üzərində qələbə deyil, həm də Kremlin siyasi mövqeyini möhkəmlətmək üçün alətə çevrilib. Bu kontekstdə İlham Əliyevin Moskvaya getməkdən imtina etməsi, Ukrayna müharibəsinin fonunda Rusiya ilə məsafə saxlamaq siyasətinin davamı kimi dəyərləndirilir.

Aydındır ki, Rusiya rəhbərliyi bu qərardan pəjmürdə olub. Çünki bu səfərin baş tutması üçün Azərbaycana xeyli jestlər edilmişdi.

Maraqlıdır, rəsmi Bakının bu demarşına Kremlin cavabı necə ola bilər?

Bu suala cavab axtarmaq üçün müstəqillik dövründə Rusiyanın Azərbaycana qarşı təzyiq və basqılar üçün istifadə etdiyi alətlərə göz gəzdirmək kifayətdir.

İlk növbədə informasiya müharibəsi başlayır, Kreml mediası, təbliğat ruporları Azərbaycana qarşı hərəkətə gətirilir. Ehtimal etmək olar ki, bu dəfə də ilk və ən sürətli reaksiya Rusiya mediası və “ekspert dairələri”ndən gələcək. Müxtəlif informasiya resurslarında Azərbaycanla bağlı qərəzli reportajlar, təxribat xarakterli “analizlər”, Azərbaycanın daxili siyasətini hədəf alan kompromat materiallar yayılmasına start verilə bilər.

Adətən, Moskvanın bu informasiya hücumları Azərbaycana qarşı ictimai və beynəlxalq təzyiq formalaşdırmaq, eyni zamanda daxildə narazılıq toxumu səpməyə hesablanıb. Kreml media platformaları Azərbaycanın Qərblə əlaqələrini “xəyanət” kimi qələmə verməyə çalışır, buna paralel olaraq regiondakı digər ölkələrə də “bu yolla getməyin təhlükəli olduğu” mesajı ötürülür.

Kremlin əlində ikinci ənənəvi təzyiq rıçaqı Rusiyada yaşayıb-işləyən azərbaycanlı miqrantlara qarşı repressiyalardır ki, vaxtaşırı bu alətdən istifadə edilib. Rusiya illərdir ki, miqrantları siyasi təzyiq aləti kimi istifadə edir. Azərbaycandan Moskvaya və digər iri şəhərlərə işləməyə gedən yüz minlərlə insanın hüquqi statusu, iş imkanları və yaşayış şəraiti tez-tez hücum hədəfi olur. Qanunvericilikdə edilən dəyişikliklərdən sonra bu mexanizm daha da sərtləşə bilər. Xatırladaq ki, gələn aydan etibarən Rusiyaya getmək istəyən miqrantlardan xüsusi kod tələb olunacaq. Kodu təsdiq edilməyən azərbaycanlılar bu ölkənin ərazisinə buraxılmayacaq.

Bundan başqa, yoxlamaların intensivləşdirilməsi, süni deportasiyalar, rəsmilərin “cinayətkar azərbaycanlılar” ritorikasını gücləndirməsi, diaspora qarşı ictimai qınaq kampaniyaları da təşkil edilə bilər. Bu cür tədbirlər vasitəsilə Moskva təkcə hökumətə deyil, eyni zamanda azərbaycanlı əhalinin özünə də “Rusiya ilə münasibətləri korlamağın bədəli” mesajını vermək istəyir.

Rusiya və Azərbaycan arasında ticarət dövriyyəsi 4.2 milyard dollardan çoxdur, onun əsas hissəsi Rusiyadan ölkəmizə idxal malları təşkil edir. Bu sırada buğda, yağ, qida əlavələri, elektrik avadanlıqları və s. gündəlik tələbat malları üstünlük təşkil edir. Azərbaycan isə qonşu ölkəyə əsasən kənd təsərrüfatı məhsulları satır ki, ümumi həcm 900 milyon dollar civarındadır. Rusiya hakimiyyəti vaxtaşırı bu malların ixracına süni əngəllər yaradıb. Münasibətlərin pisləşməsi fonunda iş adamları yenidən Azərbaycan məhsullarına süni “keyfiyyət yoxlamaları”, gömrükdə yubanma və əlavə sənədləşmə tələbləri ilə üzləşə bilər. Habelə, dövlətlər arasında birgə layihələrdə tərəddüdlər yarana, enerji və nəqliyyat sahələrində texniki sabotajlar müşahidə oluna bilər.

Əvvəllər belə hallar Gürcüstan, Moldova və Ukrayna ilə münasibətlərdə müşahidə olunub. Moskva bu təcrübəni Azərbaycana qarşı da tətbiq etməyə çalışa bilər.

Məsələyə regional kontekstdə baxsaq, Rusiyanın təsir alətləri xeyli zəifləsə də, müəyyən cəhdləri, fəallıqları mümkündür. Məsələn, Rusiya Ermənistanla münasibətlərini yenidən istiləşdirməyə çalışaraq, Azərbaycana qarşı regional təzyiq balansı yaratmağa çalışa bilər:

Ermənistanın KTMT və Avrasiya İqtisadi Birliyi çərçivəsində daha önə çəkilməsi cəhdləri;

Qarabağla bağlı yeni informasiya manipulyasiyaları (məsələn, guya Azərbaycan təzyiqi və s.);

Ermənistana diplomatik jestlər və iqtisadi paketlər.

Bu cəhdlərin məqsədi Azərbaycanı “təklənmiş” vəziyyətdə göstərmək və Moskva qarşısında güzəştlərə məcbur etməkdir.

Bəs Azərbaycan nə edir və nə edə bilər? İlham Əliyevin qərarı göstərir ki, Azərbaycan artıq “ikili asılılıq” siyasətindən imtina edib və özünü Cənubi Qafqazın suveren lideri kimi təqdim edir. Beləliklə:

Avropa İttifaqı və Türkiyə ilə enerji və nəqliyyat layihələrini genişləndirir,

Ukrayna və Mərkəzi Asiya ilə strateji yaxınlaşma kursu götürür;

Rusiya ilə münasibətlərdə isə hörmətə əsaslanan, lakin asılı olmayan siyasət yürüdür və s.

Siyasi analitik Fərhad Məmmədovun fikrincə, Prezident İlham Əliyevin 9 may paradında iştirak etməməsi təkcə simvolik jest deyil, eyni zamanda açıq siyasi mesajdır. Məmmədov bildirir ki, 9 may tarixi Rusiya Silahlı Qüvvələrinin bir neçə ay əvvəl səbəb olduğu təyyarə faciəsindən sonra Moskvanın Bakı qarşısında hansısa addım ata biləcəyi son müddət kimi qiymətləndirilirdi. Lakin Kreml bu tarixə qədər heç bir real tədbir görməyib.

“Rusiya vaxtı itirdi, vəziyyəti yumşaltmaq imkanını qaçırdı”, – deyə Məmmədov qeyd edir. Nəticədə, Azərbaycanın dövlət başçısının Moskvaya getməməsi Rusiyada “demarş” kimi dəyərləndirilə bilər.

“Qarşılıqlı münasibətlərdəki bu boşluq yaxın aylarda daha da dərinləşə bilər. Dekabrda qəza ilə bağlı yekun hesabat dərc olunacaq və bundan sonra hüquqi proseslərə start veriləcək. Əgər Moskva öz məsuliyyətini tanımasa, Bakı məhkəmə prosedurlarını başladacaq. Bu məsələdə Azərbaycanın mövqeyi hüquqa və ədalətə əsaslanır. Azərbaycan prinsipial mövqedən çıxış edir, bu mövqe isə həqiqətə əsaslanır”, – F.Məmmədov vurğulayıb.

Yekunda qeyd edək ki, İlham Əliyevin Moskvada Qələbə paradında iştirak etməməsi sadəcə simvolik qərar deyil, Azərbaycanın müstəqil xarici siyasət kursunun açıq ifadəsidir. Rusiyanın bu addıma hansı formada reaksiya verə biləcəyini məlumdur. Ancaq bu addımlar Azərbaycanın beynəlxalq nüfuzunu zəiflətmək əvəzinə, əksinə, onun siyasi suverenliyini və regional liderliyini daha da önə çıxaracaq.

Pressklub.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Fransa tarixə tüpürdü: - Qələbəni qazananı yox, xoşuna gələni dəvət etdi
Bu gün, 19:00
"Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Bu gün, 18:58
“İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." - Mirmahmud Mirəlioğlu
Bu gün, 18:00
"Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam"
Bu gün, 17:51
Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... - ARAŞDIRMA
Bu gün, 17:48
Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır - AKTUAL
Bu gün, 17:45
Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? - KİV
Bu gün, 17:43
Pakistanda müharibə hazırlığı: - Xəstəxanalar yüksək hazırlıq vəziyyətinə gətirildi
Bu gün, 17:23
Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq”
Bu gün, 16:35
"Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil"
Bu gün, 16:22
Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək - TENDER KEÇİRİLİR
Bu gün, 16:17
Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək - DETALLAR
Bu gün, 15:32
Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi - ƏMR
Bu gün, 15:30
PKK bu gün özünü ləğv etdiyini elan edə bilər - “Middle East Eye”
Bu gün, 15:20
“Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...”
Bu gün, 15:02
Rusiya niyə qələbəni özününküləşdirir? - 80 illik yubileylə bağlı düşüncələr
Bu gün, 14:10
Ümidlər ƏDV-yə idi, o da azaldı… - AKTUAL
Bu gün, 14:02
Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb - “NEWS.am”
Bu gün, 14:00
Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur - MMC-YƏ ÇEVRİLİR
Bu gün, 13:58
Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı - TƏFƏRRÜAT
Bu gün, 13:03
“Əliyev parada ona görə getmədi ki...” – Zatulin yenə “qəzəblənib”
Bu gün, 12:58
"Həmin çəkilişə görə nişanım qayıtdı"
Bu gün, 12:54
Qələbə yürüşünün iştirakçıları saxlanıldı
Bu gün, 12:52
Dəli, yoxsa dahi? - SUAL BUDUR... BU!
Bu gün, 12:48
Taksi lüks xidmətdir, ondan yalnız imkanlı insanlar istifadə etməlidir -İqtisadçıdan ilginc açıqlama
Bu gün, 12:44
Hindistanla Pakistan arasında nüvə müharibəsi olacaq? - Astroloqdan ŞOK PROQNOZ
Bu gün, 12:37
Sərkisyandan Şuşa ilə bağlı təxribatçı suala təpki: - EHTİYATLI OLUN!
Bu gün, 12:35
Nadir Qafarzadə toyda aşıqla əlbəyaxa olub - İDDİA
Bu gün, 12:31
Ramiz Mehdiyevin qızı "Baku Oksford Məktəbi" ilə bağlı davadan GERİ DURMUR - Ali Məhkəməyə üz tutub
Bu gün, 12:24
İlham Əliyevi haqlı edən DAHA İKİ MÜHÜM SƏBƏB... - TƏFƏRRÜAT
Bu gün, 12:22
"60 yaşın heç bir ağırlığı, məsuliyyəti yoxdur"
Bu gün, 12:15
Kobaxidze Avropa Siyasi Sammitində iştirak edəcək
Bu gün, 12:10
Piyadalar nə etsin: UÇSUNLARMI? - AYNA-nın PARKİNQ XAOSU...
Bu gün, 12:09
Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - VİDEO
Bu gün, 12:00
Zehinlər uğrunda savaş: - Azərbaycan ideoloji hücumlara necə cavab verir
Bu gün, 11:58
“Ölkədə kino çəkilmirsə bu İncəsənət universitetinin günahıdır ki, yetişdirdiyi tələbələr işsiz qalır?” - ETİRAZ
Bu gün, 11:54
İlham Əliyevin parad qərarı Bakıdan Moskvaya diplomatik etiraz siqnalıdır - Başqa cür ola da bilməz...
Bu gün, 11:49
SEPAH yenə hədələyir: - “Vuracağıq”
Bu gün, 11:46
Strateji tərəfdaşlığın yeni istiqamətləri - İsrafil Kərimovun yazısı
Bu gün, 11:43
Bakının Qələbə qüruru, İrəvanın xəyanət ağrısı
Bu gün, 11:37
20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur: İcbari Tibbi Sığortanın 3 "dostu" - İcazə verin şübhələnək...
Bu gün, 11:30
“Ələt Avtobus Təmiri” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 11:23
Tarixin yaddaşında əbədi iz qoyan dahi şəxsiyyət - ANIM
Bu gün, 11:18
AZAL-ın Bakı-Moskva reysləri bərpa olunub - DİQQƏT
Bu gün, 11:03
ARDNŞ SOCAR-a dönüşəndən bəri DİLİMİZƏ BASQI VAR... - NHMT sədrindən UYARI
Bu gün, 10:58
Ermənistanı qorxuya salan Gümrü müqaviləsi
Bu gün, 10:51
Manatı NƏ GÖZLƏYİR?
Bu gün, 10:45
SOCAR-da KADR ÇATIŞMAZLIĞI VAR! - Yeni idarə rəisi niyə hansısa MMC-də müavin postunda saxlanılır ki?
Bu gün, 10:34
Azərbaycanla birbaşa danışıqları daha məhsuldar hesab edirik - Armen Qriqoryan
Bu gün, 10:26
Bakıda 15 illik uşaq bağçası bağlanır
Bu gün, 10:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru