Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR...
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR...

Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR...


Dünən, 17:48
Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR...
"OPEC+" qrupu neft qiymətlərinin aşağı olduğu bir vaxtda hasilatı bir daha artırmağa qərar verib. Qərarın neft qiymətlərini daha da aşağı salacağı proqnozlaşdırlır. Bu aydan gündəlik 411 min barellik istehsal artımına gedilir.

Qərarın Azərbaycanın neft istehsalına, iqtisadiyyatımıza təsirlərinin necə olacağı maraq doğrurur.

Modern.az-a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban "OPEC+"un neftlə bağlı mövcud qərarının səbəbini belə izah edib:

“Dünya iqtisadiyyatında bu cür problemlərin yaşandığı bir dövdə, o cümlədən artıq ABŞ Prezidenti Donald Trampın gömrük tarifləri ilə bağlı masştablı addımlarından sonra ticari müharibələrin qlobal səviyyədə görüntüsü zamanı Azərbaycanın da daxil olduğu "OPEC+" gündəlik 411 min barellik istehsal artımına getməklə bağlı qərar verib. Bu bazarda neft qiymətini bir qədər də aşağı düşməyə sövq edib. Artıq neft ticarəti ya 60, ya da 60 dolların altında bir qiymətə aparılır. Məsələnin kökü var. "OPEC+" daxilində 23 ölkə mövcuddur. Təqribən 1 ildir, bunların içərisində bir neçə qeyri-intizamlı konuslar peyda olur. Burada əsas 4 ölkədir. Burada irəli gedən Qazaxıstanla İraqdır. Onlar öz kvotalarına əməl etmir və daha artıq neft hasil edirlər. Dünya miqyasında ən böyük neft oyunçuları kimi Səudiyyə Ərəbistanı və Rusiya bu kovtadan əlavə özləri də neft hasilatını aşağı salırdılar ki, qiymət özlərinin təbiri ilə desək, ədalətli şəkildə olsun. İndi neftin hasilatını artırmaqla qiymətini aşağı salır ki, bu kvotalara neçə dəfə söz verib əməl etməyən oyunçular görsün, ümumi qaydalara əməl etmədən özlərini aparsalar, kapital qoyub səy göstərsələrə də, yenə əvvəlki kimi qazanc əldə edə bilməyəcəklərini görsünlər. Ona görə də ümumi götürülmüş qaydalarla bazarın tənzimlənməsinə əməl etmək lazımdır. Mən bunu bax, bu cür başa düşürəm. Çox da media səviyyəsində buna diqqət yetirilmir. Burada siyasətdən daha çox düşünülmüş, uzunmüddətli dövr üçün addımlar var”.

İ.Şaban neftlə bağlı "OPEC+"un bu addımının Azərbaycana təsirlərinin necə olacağından da danışıb:

“Təbii ki, bizim gəlirlərimizin yarıdan çoxu sırf xam neftin satışından formalaşır. Qitmətlərin aşağı düşməsinin təsirləri onsuz da hasilatı ildən-ilə azalan Azərbaycan üçün ikiqat olur. Yəni qiymət düşür, eyni zamanda hasilat və ixrac azalır. Gəlirlərimizə bu neqativ təsir göstərir. Bu il təqribən 4 milyard dollar neft ixracından gəlir əldə edəcəyik. Bu da çox azdır. 2011-ci ildə neft gəlirlərinin pik həddə olduğu dövrdə ancaq "Azəri-Çıraq-Günəşli"nin ixracından gələn gəlir 19, 4 milyard dollardır. Görün, pik dövrlə müqayisədə qiymətlərdə nə qədər azalma baş verib. Belə götürsək, 5 dəfəyə yaxın Azərbaycanın gəlirləri düşüb. Ancaq ikinci bir tərəfdən panik şəkildə "necə olacaq?", "nə baş verəcək?" suallarını verib əsəbləşməyə də dəyməz. Birincisi o baxımdan ki, bu qədər azalma olsa da, Azərbaycan qurulur, inkişaf edir və irəliyə gedir. Biz hökumət və cəmiyyət olaraq buna daxildə hazırlıq dövrünü keçmişik. Cəmiyyətə ən çox təsir edən məsələ 2014-cü ildən sonra neftin qiymətinin iki dəfə düşüb 2015-2016-cı illərdə iqtisadiyyatımıza neqativ təsirlərə səbəb olmasıdır. İnsanlar iki devalvasiya səbəbindən kasıbladılar. Çünki qiymətlər bahalaşdı, onların maaşları artmadı. Nəticədə o zamankı ab-hava yarandı. Onun psixoloji təsirləri indiyə kimi özünü göstərməkdədir. “Ehtiyyat igidin yaraşığıdır” məsəli bizim cəmiyyətimiz üçün çox yaxşıdır. Bu riskləri artıq qiymətləndirə bilirik, onları necə dəf etmək üzərində də hərə nəsə iş görür. Biz nə Maliyyə Nazirliyi, nə İqtisadiyyat Nazirliyi, nə də Nazirlər Kabineti səviyyəsində hər hansı siqnallar almırıq. Yanvar ayında ən maksimum satılan qiymətlə, indi satılan qiymət arasında 22 dollara qədər fərq var. Bunun iqtisadiyyatımıza necə təsir etməsi ilə bağlı ümumilikdə bir açıqlama görməmişik. “Bizim bunu qarşılamaq üçün hansı a,b, c senarilərimiz var”, “narahatçılığa əsas varmı?” kimi sualların cavabı verilmir. Təkcə Mərkəzi Bank ekspertlərlə görüşdə elan etmişdi ki, devalvasiya üçün hansısa təhlükə görmürlər. Nə dərəcədə səmimidirlər, il başa çatanda görəcəyik”.

Geri qayıt