Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Biz İranla dost ola bilmərik...
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Biz İranla dost ola bilmərik...

Biz İranla dost ola bilmərik...


Bu gün, 05:34
Biz İranla dost ola bilmərik...
Azərbaycan və İran arasında Təbrizdən Bakıya və əks istiqamətdə birbaşa aviareysin bərpası imkanları nəzərdən keçirilir. Yerli mətbuat İran KİV-nə istinadən xəbər verir ki, bunu qonşu ölkənin Şərqi Azərbaycan vilayətinin rəhbəri Bəhram Sərmast bildirib. Sərmastın sözlərinə görə, bu aviareys iki ölkə arasında iqtisadi, o cümlədən turizm əlaqələrinin inkişafına əhəmiyyətli təsir göstərəcək.
Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İran prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri ilə təbii ki, ikili münasibətlərdə yeni bir dinamika başladı.

"Buna yeni mərhələnin başlanması deməzdim. Amma müəyyən inkişaf var. Mən gözləyirdim ki, bəzi islahatçılar İranda hökumətə gələndən sonra Azərbaycanla münasibətləri tənzimləyər. İranın indiki prezidenti də məhz Azərbaycanla münasibətlərdə, təbii ki, səmimidir və münasibətlərin qarşılıqlı inkişaf etdirilməsinin tərəfdarıdır. İran Azərbaycanla iqtisadi, siyasi, təhlükəsizlik və bir çox sahələrdə münasibətlərin inkişafında maraqlıdır. Burada təhsil, mədəniyyət kimi humanitar sahələr, eləcə də nəqliyyat, logistika və göründüyü kimi, yeni aviareyslərin açılması, sərhəd keçid məntəqələrinin sadələşdirilməsinə İran maraq göstərir. Bu da əlaqələrin normallaşmasına gətirib çıxarır"-deyən politoloq qeyd edib ki, iki ölkə arasındakı münasibətlərdə bütün problemlər Tehrandan qaynaqlanıb.

"Azərbaycan İranla əməkdaşlıqda daim maraqlı olub və yeni problem axtarmayıb. Amma İrandakı mühafizəkar dairələrin nəzarətində olan kütləvi informasiya vasitələrində Azərbaycana qarşı hibrid müharibə, Azərbaycana qarşı müxtəlif informasiya vasitələrindən dezinformasiya, təbliğat xarakterli yazılar və çıxışlar həyata keçirilir. Bu davranış əlbəttə ki, Azərbaycan tərəfindən normal qarşılanmır"-deyən Məhəmməd Əsədullazadə vurğulayıb ki, Tehranda yerləşən Azərbaycan səfirliyinə qarşı həyata keçirilmiş terror aktına görə saxlanılan cinayətkar hələ də cəzalandırılmayıb.
Geri qayıt